Məhkəmə qərarları › İş №2(102)-423/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-423/2025

05.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-423/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3979/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh oğludur, onunla Quliyeva (Novruzova) Rəna Orucəli qızının xx.xx.1984-cü il tarixdə bağlanmış nikahından doğulmuşdur. Onların arasında bağlanmış nikah xx.xx.1990-cı il tarixdə pozulmuş, bundan sonra xx.xx.1990-cı il tarixdə cavabdeh Quliyeva (İmanova) Nazmilə Hüseyn qızı ilə nikaha daxil olmuşdur. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən 6 saylı evin, 40 saylı mənzilində pasport qeydiyyatındadır. Həmin mənzil xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının babası, cavabdehin atası olan X8 məxsus olmuşdur. 2. xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən X12 həmin mə nzili iddiaçıya bağışlamış və xx.xx.2012-ci il tarixdə iddiaçının mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçı ilə babasının münasibəti pisləşdiyindən, babası bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamədən iddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-655/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış dır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin, 40 saylı mənzilindən istifadə hüququna 12.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

5. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüququna 12000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İdd iaçı tələbini işin faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun mülkiyyətindədir. Həmin mənzildə ondan başqa babası mərhum X12, arvadı X5, övladı X19 və atası Cavabdeh qeydiyyatdadırlar. O, doğulduğu vaxtdan bu evdə yaşayır və qeydiyyatdadır. Cavabdeh olan atası anası ilə olan nikahı pozulduqdan sonra Quliyeva (İmanova) Nazmilə Hüseyn qızı ilə nikah bağlayaraq qeyd olunan mənzildən köçmüş və ailəsi ilə başqa mənzildə yaşamağa başlamışdır. Bu illər ərzində cavabdehin bu mənzilin saxlanılmasında heç bir iştirakı olmamışdır. Cavabdeh həyat yoldaşı Quliyeva (İmanova) Nazmilə Hüseyn qızının adına, onlar nikahda olduqları dövrdə Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilən xx.xx.2004-cü il tarixli, 4789 saylı müqaviləyə və AN 31 1897 saylı, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü’“ sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4789 saylı bağ sahəsində yerləşən 0.1164 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Cavabdehlə həyat yoldaşının birgə mülkiyyəti olan həmin torpaq sahəsinin üzərində cavabdeh ev tikdirmiş və hazırda ailəsi ilə birlikdə orada yaşayır. Onun övladı 2018-ci il təvəllüdlü X19 autizm xəstəliyindən əziyyət çəkir, ona uzunmüddətli və böyük məbləğdə xərc tələb edilən müalicə kursları vacibdir. Bu məbləği əldə etmək üçün o, qeyd olunan mənzili satmaq qərarına gəlmişdir, lakin hazırda mülkiyyət hüquqları məhdudlaşdırıldığından öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Bu məq sədlə, o, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa babası X12 rəhmətə getdikdən sonra cavabdeh mənzildə qalan ona məxsus 1 ədəd "Samsung” markalı televizoru, 1 ədəd “LG” markalı kondisioneri, 1 ədəd “LG” markalı soyuducunu, stol, stul və 1 ədəd pianinonu mənzildən çıxararaq öz evinə aparmışdır. Bu əşyaları o, öz vəsaiti hesabına əldə etmiş və bu əşyalar ona məxsusdur. Onun tərəfindən cavabdehə kompensasiya təklif olunmuş, lakin aralarında razılıq əldə olunmamışdır. 7. “X16 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, YDQM 007145/2023 nömrəli hesabata əsasən Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin 40 saylı mənzilinin bazar dəyəri 119.300 manat, aylıq kirayə haqqı 400 manatdı r.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(007)158/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 6 saylı evin 40 saylı mənzildən istifadə hüququna 12.000 manat kompensasiya verilməklə xitam verilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X11)

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh qeyd olunan mənzildə 1990-cı ilə qədər yaşamış və həmin tarixə kimi mənzildən istifadə hüququ yaranmışdır. 1990-cı ildən isə Quliyeva (İmanova) Nazmilə Hüseyn qızı ilə nikah bağlayaraq, qeyd olunan mənzildən köçmüş və ailəsi ilə başqa mənzildə yaşamağa başlamışdır. Belə olan halda, Cavabdeh 1990-cı ildən artıq sözügedən mənzildə yaşamadığından onun mənzilə olan ehtiyacı aradan qalxmışdır. Lakin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-95/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-655/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qeyd olunan məsələyə artıq hüquqi qiymət verildiyindən məhkəmə tərəfindən hazırkı iddia tələbinə iddiaçının tələbi çərçivəsində hüquqi qiymət verilmiş və cavabdehin ümumilikdə iddia tələbi ilə razı olduğu nəzərə alınaraq, yalnız kompensasiyanın məbləğinin adekvatlığı araşdırılmışdır. Belə ki, iddiaçının məhkəmə baxışı zamanı təklif etdiyi kompensasiya ilə cavabdeh təqribən 03 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan kimi qəbul edilə bilər.

10. Həmçinin cavabdehin mübahisəli mənzilin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən mənzilin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh əmək qabiliyyətlidir. İddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olubolmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir.

11. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, həmin ərazidə oxşar şəraitli mənzilin aylıq kirayəsini, özünün mülkiyyət, cavabdehin isə istifadə hüququnu nəzərə almışdır və cavabdehə 12.000 manat kompensasiya təklif etmişdir. Müstəqil qiymətləndirici tərəfindən mənzilin hazırkı bazar qiymətinin müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, kompen sasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 12.000 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə sərgilənmiş mövqeyə uyğundur. Təklif olunan kompensasiya məbləği faktiki olaraq sözügedən mənzilin bazar dəyərinin 1/9 hissəsindən artıq təşkil edir.

12. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbinin sonuncu dəyişdirilməsindən sonra dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cu, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2-ci, 152-ci, 228.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci 88-ci, 119.1-ci, maddələr inə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh qətnaməd ən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mübahisə predmeti onun ata yurdudur və o, ata olaraq iddiaçı ilə mübahisə etməmək üçün həmin mənzilə aralıqla gedib gəlir. İddiaçı xariclərdə özü üçün gəzib dolaşanda, ona əmlak bağışlayan şəxsin dəfnində belə iştirak etməmişdir. O, evdə qeydiyyatda olan ailə üzvüdür. Onun həmin evdən başqa yaşaya biləcəyi yeri yoxdur. Yaşını da nəzərə aldıqda qoca və xəstə halı ilə bu yaşdan sonra işləyib özünə ev alıb güzəran qura bilmir. İddiaçı həmin ata yurdunu satmaqla yenə də xaricə getmək istəyir və bununla da onun Azərbaycan vətəndaşı olaraq hüquqlarını məhdudlaşdırmaq və qeydiyyatsız, yaşayış yeri ol madan yaşamağına şərait yaratmaq niyyətindədir. O, evin satılmasına onun kompensasiyanın ədalətli şəkildə verilməsi ilə razılıq vermişdir. Bu barədə məhkəmədə də bildirsə də, məhkəmə tərəfindən vəsatətlər təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsində nəzərdə tutulan 12.000 manat həddən artıq azdır. Evin bazar dəyəri hazırda 170.000 manatdan artıqdır və təqdim edilən rəy qərəzli olduğu üçün tərəfindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzindən rəy alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilməyərək, müdafiə hüququ pozulmuş və iddiaçının maraqlarına cavab verən və onun tərəfindən təşkil edilən ekspert (mütəxəssis) rəyinə əsaslandırılaraq qətnamə çıxarılmışdır. Onun əsas etirazı kompensasiya olaraq təyin edilmiş məbləğin azlığı ilə bağlıdı r. Verilmiş vəsatət təmin edilsə idi mənzilin real bazar qiymətini müəyyən etmək mümkün olardı və yekun nəticə olaraq ədalətli qərar qəbul edilməsinə nail olunardı. Lakin məhkəmə tərəfindən müdafiə hüququ pozularaq verilmiş vəsatətlər təmin edilməmiş, evə baxış keçirməmiş və nəticə ədalətli həll edilməmişdir. Onun həmin mənzilə qeydiyyatı var, kompensasiya məbləği almaq üçün onun həmin şəraitdə yaşaya bilməyi üçün münbit şəraitin yaradılması zəruridir. Lakin məhkəmənin gəldiyi nəticə onu bu hüquqlarından məhrum etməyə yönəldilmişdir.

16. Məhkəmə iclasında İddiaçı əvvəlcə apellyasiya şikayəti ilə qismən razı olaraq, kompensasiya məbləği qismində cavabdehə maksimum 14.400 manat verməyə razı olsa da, sonradan cavabdehin kompensasiya məbləği ilə bağlı mövqeyini nəzərə alaraq qeyd etmişdir ki, o, kompensasiya məbləğini artırdıqca cavabdeh də kompensasiya məbləğini artırır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməmiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3979/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(007)-158/2024 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı iddiasının təmin edilməməsi qət edilmişdir. (X1 ( sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə)

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olması və onun bu hüququna kompensasiya məbləği ödənilmədən xitam verilməsinin mümkünsüzlüyü artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan hazırki icraat çərçivəsində həmin məsələlərə yenidən qiymət verilməsinə hər hansı hüquqi zərurət qalmamışdır. Hazırki iddia üzrə irəli sürülmüş tələblə iddiaçı özü də cavabdehin bu hüququnu tanıyır. Birinci mübahisə üzrə qəbul edilmiş yekun məhkəmə aktının (Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi) qüvvəyə mindiyi tarixdən hazırki iddianın qaldırıldığı (xx.xx.2023-cü il) tarixədək də cavabdehin hər hansı başqa yaşayış sahəsi əldə etdiyi müəyyə n edilmir. İddiaçının istinad etdiyi X4 (cavabdehin arvadı) mülkiyyətində olan əmlak isə birinci mübahisə zamanı da onun mülkiyyətində olmuş, hazırda isə ümumiyyətlə ona məxsus deyil. Belə ki, xx.xx.2023-cü il tarixdə X3 bağışlanmışdır (birinci mübahisə zamanı da cavabdeh evin məhz ikinci nikahı üzrə ögey qızına məxsus olduğunu bildirmişdir).

20. Belə ki, cavabdeh ümumilikdə kompensasiya ödənişi müqabilində mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmir, sadəcə olaraq yetərli və ədalətli hesab etmədiyindən iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ilə razılaşmır və 18.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir.

21. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzil 2 otaqdan ibarət olmaqla 58,90 kv.m sahəyə malikdir. “X16 Mərkəzi ” MMC-nin xx.xx.2024-cü il tarixli, YDQM 007-145/2023 nömrəli hesabatına əsasən mənzilin bazar dəyəri 119.300 manat, aylıq kirayə haqqı 400 manat təşkil edir. Mövcud vəziyyətdə kompensasiya istifadə hüquqlarına xitam verilən şəxsin davamlı surətdə və müəyyən müddət daxilində mübahisəli mənzildə olan şəraitlə müqayisədə oxşar şəraitdə (sahə, otaq sayı və sair) yaşamaq imkanı verən başqa bir mənzilin kirayə haqqı əsas götürülməklə ödənilməlidir.

22. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzil cavabdehin atası (iddiaçının babası) X9 məxsus olmuş və cavabdeh uşaqlıqdan həmin mənzildə yaşamışdır. Mənzil 2012-ci ildə cavabdehin də buna razılığı əsasında onun mülkiyyətçisi (baba) X15 tərəfindən iddiaçıya bağışlanmışdır. Həmin vaxt və bundan sonra da (ölən günə kimi) mənzildə X15 yaş amış, iddiaçı isə ailəsi ilə birlikdə başqa mənzildə yaşamışdır. X7 qayğıya ehtiyacı olduğundan cavabdeh tez-tez onun yanına gəlib-getmişdir (Birinci mübahisə üzrə iddiaçının iddiası rədd edilərkən bu hal cavabdehin mənzili daimi əsaslarla tərk etməməsi kimi qiymətləndirilmişdir). Mənzil bağışlandıqdan sonra, münasibətləri kəskinləşdiyindən (birinci mübahisə zamanı iddiaçı özü də izahatında babası ilə münaqişə yaranması səbəbindən mənzildə yaşamadığını bildirmişdir) 2019-cu ildə X15 bu müqaviləni məhkəmə qaydasında mübahisələndirərək, onun ləğv edilməsini tələb etmişdir. Həmin iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilsə də, apellyasiya və kassasiya instansiyalarında iddia rədd edilmişdir.

23. Bununla belə məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı mübahisəli mənzilin mülk iyyətçisidir və onun bu hüququ mübahisələndirilmir. Lakin onun bu hüququ əldə etməsində cavabdehin razılıq (buna etiraz etməməsi) formasında iştirakı olmuşdur. Hər bir halda, əvvəlki mülkiyyətçinin oğlu və bu baxımdan birinci növbəli vərəsəsi olmaqla həmin mənzildə uşaqlığından 1991-ci ilədək (sonuncu il 1990-cı il) daimi əsaslarla yaşayan, mənzilin onun atası tərəfindən oğluna (nəvəsinə) bağışlanan zaman öz statusuna uyğun olaraq atasının bu iradəsini mübahisələndirməyən və bu barədə əqdin bağlanmasına razılıq verən, mənzil bağışlandıqdan sonra da mütəmadi olaraq həmin mənzilə gəlib atasına qulluq göstərən (iddiaçının babası ilə aralarında olan münaqişə nəticəsində mənzili tərk etdiyi bir halda) cavabdehin istifadə hüququna xitam verilməsi üçün təklif edilən 12.000 manat, hətta 14.400 m anat kompensasiya məbləği ədalətli hesab edilə bilməz.

24. Bu səbəbdən məhkəmə kollegiyası 32-34-cü bəndlərdə göstərilənləri və cavabdehin kompensasiya məbləğinə olan münasibətini də nəzərə alıb, belə qənaətə gəlmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna ən azı 18.000 manat məbləğində kompensasiya müqabilində xitam verilə bilər. Başqa sözlə, məhkəmə kollegiyası mövcud vəziyyətdə ən azı 18.000 manat məbləğində kompensasiyanı ədalətli və yetərli hesab etmişdir.

25. Bu məbləğ (18.000 / 400 = 45 ay) 45 ay, yəni 3 il 9 ay ərzində mübahisəli mənzildə olan şəraitə malik başqa bir mənzildə yaşamaq imkanı yaradır ki, bu müddət də formalaşmış təcrübə ilə müəyyən edilmiş davamlılıq müddətləri daxilindədir. Digər tərəfdən nəzərə alınmalıdır ki, mənzilin müəyyən edilmiş bazar qiymətin in qarşılığında da bu məbləğin məhz istifadə hüququnun xitamı müqabilində ödənilən kompensasiya məbləği kimi qəbul edilməsi mümkündür.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.3, 228.1, 228.2, 262.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinin tətbiqi ilə əlaqədar Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2(103)-3979/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilm əsi xahiş etmişdir.

28. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

29. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 228.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

32. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;

35. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın;

36. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər;

37. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar a radan qalxdığına görə xitam verilə bilər.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəç iyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 və 228.5-ci maddələrinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5- ci maddəsinin “Mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmasını nəzərdə tutduğunu, Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edildiyini, yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun həll edildiyi göstərilmişdir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsin in 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü, 149.2.3-cü və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çər çivəsində dəyişdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

44. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etmiş olsa da, həmin hallara maddi hüquq normalarının tələblərini düzgün tətbiq etməmiş və maddi hüquq normalarının təfsirində səhvə yol vermişdir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı Cavabdeh oğludur, onunla Quliyeva (Novruzova) Rəna Orucəli qızının xx.xx.1984-cü il tarixdə bağlanmış n ikahından doğulmuşdur. Onların arasında bağlanmış nikah xx.xx.1990-cı il tarixdə pozulmuş, bundan sonra xx.xx.1990-cı il tarixdə cavabdeh Quliyeva (İmanova) Nazmilə Hüseyn qızı ilə nikaha daxil olmuşdur. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən 6 saylı evin, 40 saylı mənzilində pasport qeydiyyatındadır. Həmin mənzil xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının babası, cavabdehin atası olan X8 məxsus olmuşdur. xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən X12 həmin mənzili iddiaçıya bağışlamış və xx.xx.2012-ci il tarixdə iddiaçının mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələ b etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamədən iddiaçının apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 655/2022 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır.

50. Daha sonra müəyyən edilmişdir ki, mübahisəli mənzildə iddiaçıdan başqa övladı X19 və atası-Cavabdeh qeydiyyatdadırlar. O, doğulduğu vaxtdan bu evdə yaşayır və qeydiyyatdadır. Cavabdeh olan atası anası ilə olan nikahı pozulduqdan sonra Quliyeva (İmanova) Nazmilə Hüseyn qızı ilə 1990-cı ilin oktyabr ayında nikah bağlayaraq qeyd olunan mənzildən köçmüş və yeni ailəsi ilə başqa mənzildə yaşamağa başlamışdır. Bu illər ərzində cavabdehin bu mənzi lin saxlanılmasında heç bir iştirakı olmamışdır. Cavabdeh həyat yoldaşı Quliyeva (İmanova) Nazmilə Hüseyn qızının adına, onlar nikahda olduqları dövrdə Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilən xx.xx.2004-cü il tarixli, 4789 saylı müqaviləyə və AN 311897 saylı, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü’“ sənədinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 4789 saylı bağ sahəsində yerləşən 0.1164 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində ev qeydiyyata alınmış və mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdən X3 bağışlanmışdır.

51. İddiaçının hazırki tələbi cavabdehə qarşı yönəlib və o, cavabdehə 12.000 manat kompensasiya ödənilməklə onun mənzildən istifadə hüququna xitam verilm əsini tələb edir.

52. Cavabdeh isə mənzildən istifadə hüququna malik olduğuna görə yalnız 18.000 manat verildiyi təqdirdə iddia ilə razılaşa biləcəyini bəyan etmişdir.

53. Cavabdehin mövqeyindən aydın olur ki, onun mübahisəli mənzildən istifadə etmək niyyəti və istəyi yoxdur, onun etirazı yalnız təklif olunan kompensasiyanın məbləği ilə bağlıdır.

54. Birinci instansiya məhkəməsi iddiaçının təklif etdiyi kompensasiya məbləğini yetərli məbləğ hesab etsə də, apellyasiya instansiya məhkəməsi həmin məbləği cavabdehin davamlı olaraq özünün yaşayış sahəsi ilə təmin edilməsi üçün yetərli məbləğ hesab etməmiş, yetərli məbləğin, cavabdehin etirazında göstərdiyi 18.000 manat həddində ola biləcəyini qeyd etmişdir. Lakin bu məbləğin hansı meyarlar əsasında müəyyən edilməsi ilə bağlı mövqeyini əsaslan dırmamışdır.

55. Yuxarıda sadalanan sübutlardan görünür ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir, cavabdeh 1990-cı ilin oktyabr ayından mənzildə davamlı olaraq yaşamır. Lakin qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilir ki, cavabdehin mənzilə istifadə hüququ mövcuddur və ona kompensasiya verilmədən bu hüquqa xitam verilməsi onun hüququnu pozmuş olar. Məhz həmin qətnamənin qanuni qüvvəyə minməsindən sonra iddiaçı hazırkı tələblə çıxış etmişdir.

56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

57. Belə olan halda is tinad olunan qanunun mənasına görə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna evin mülkiyyətçinin, yəni iddiaçının hazırki tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 58. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsi ndən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyat a keçirməsi üçün birmənalı olaraq yol açır.

59. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən edərək, işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət versə də, qeyd olunan normanın təfsirində səhvə yol vermiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq, cavabdehə təklif edilmiş 12.000 manat kompensasiya məbləğinin onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün yetərli hesab edilməsini nəzərə almamışdır.

60. Halbuki, sözügedən Qərarda Konsti tusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.

61. Hazırki halda iddiaçı, mübahisəli mənzildən istifadə h üququna görə cavabdehə 12.000 manat kompensasiya təklif etmişdir. Cavabdeh isə təklif olunan kompensasiyanın məbləği ilə razılaşmır və ona 18000 manat məbləğində kompensasiya ödənilməli olduğunu göstərib, iddiaya etiraz etmişdir. Apellyasiya instansiya məhkəməsi isə göstərildiyi kimi hər hansı əsaslandırma aparmadan həmin məbləği yetərli məbləğ hesab etməmişdir.

62. Məhkəmə kollegiyası cavabdehin etirazının dəlilləri ilə razılaşmır hesab edir ki, mənzil tam olaraq mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alındığı və iddia, yalnız cavabdehə qarşı yönəldiyi üçün, onun bu dəlili əsaslı sayıla bilməz. Bundan başqa, 18.000 manat kompensasiya məbləği açıq-aşkar qeyri-real olmaqla, mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün ağlabatan məbləğ hesab edilə bilməz. Digər tərəfdən, yuxarıda sadalanan normaların mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən aslı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi 18.000 manat kompensasiya məbləği hər hansı sübutla dəstəklənmədiyi üçün açıq-aşkar bazar qiymətlərinə uyğun deyil. Nəzərə alınmalıdır ki, mülkiyyətçi kimi iddiaçı, cavabdehin qarşısında ona mübahisəli evə bərabər başqa ev almaq öhdəliyi daşımır və bu, mülki qanunvercil iyin tələblərin də uyğun olmaz. Kassasiya instansiyası məhkəməsi həmçinin bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə cavabdehin sözügedən evdən istifadə hüququna xitam verilməsi haqqında hazırki iddianı 12.000 manat məbləğdə təmin edərkən birinci instansiya məhkəməsində müəyyən edilmiş işin hallarını nəzərə alır və belə qənaətə gəlir ki, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.

63. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının təklif etdiyi 12.000 manat kompensasiya məbləği yetərli, bazar qiymətlərinə uyğun olmaqla, iddiaçının hesabına cavabdehin davamlı surətdə və müəyyən müddət daxilind ə başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. 64. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəy yən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki qanunverciliyə görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği evin istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində evin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca evin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.

65. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə mənzi ldən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunub. Kassasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, sadalanan normaların mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam veri lməsini tələb etmək hüququ yalnız mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olub-olmamasını müəyyən etmək səlahiyyəti işə baxan məhkəmələrə verilib. Bütün bunlar nəzərə alınaraq belə qənaətə gəlmək olar ki, 1990-cı ildən davamlı olaraq mübahisəli mənzildə yaşamayan cavabdehə təklif olunan 12.000 manat kompensasiya məbləği tam kifayət edən məbləğdir.

66. Azərbaycan Respublikası MPM-nin 417.1.4 və 417.2-ci maddələrinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

67. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddia təmin edilməli, cavabdehin iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququna 12.000 manat kompensasiya ödənilməklə xitam verilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2(103)-3979/2024 saylı qətnaməsi ləğv edilsin, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddia təmin olunsun. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayon Əli Vəliyev küçəsi 6 saylı evin 40 saylı mənzilindən istifadə hüququna 12.000 manat kompensasiya ödənilməklə xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar