Məhkəmə qərarları › İş №2(102)-4230/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4230/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4230/2020 06.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: “XXX XXX” X2 Cavabdehlər: Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 XXX oğlu, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 Cavabdeh6, İddia tələbi: pulun qaytarılması, maddi ziyanın ödənilməsi Açar sözlər: iddianın əsası, dispozitivlik prinsipi, çəkişmə prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-184/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tə rəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat “XXX XXX” X2 (bundan sonra – iddiaçı) ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 1329,65 manat, Cavabdeh2 5474,14 manat, Cavabdeh3 1887,10 manat, Cavabdeh4 872,71 manat, Cavabdeh6 2020,95 manat, Cavabdeh5 XXX oğlundan 3307 manat, Cavabdeh7 11607,89 manat, Cavabdeh8 4600,31 manat və Cavabdeh9 1131,13 manat pulun, müştərək qaydada olmaqla 10000 manat maddi ziyana görə təzminatın və 30 manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasının xahiş etmişdir. Cavabdeh2 (bundan sonra – cavabdeh) aid hissədə iddia tələbi onunla əsaslandırılmışdır ki, sonuncu xx xxxxxx 20 16-cı il tarixindən etibarən şirkətin satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxx 2016-cı il tarixə qədər şirkətdən 64076,77 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 58602,63 manatını təhvil versə də, 5474,14 manatını verməmişdir. İdiaçı tələbini təsdiq edən sübut qismində məhkəməyə alqı-satqı müqaviləsi, üzləşmə aktı, cari hesab hərəkət vərəqi və xəbərdarlıq məktubu təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş satıcı qismində iddiaçı ilə alıcı qismində cavabdeh arasında bağlandığı iddia olunan xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsində satıcı müqavilədə müəyyən olunmuş şərtlərlə istehsal olunan şirniyyat mallarını alıcıya təhvil verməyi, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüş, müqavilə məbləği 10000 manat təşkil etmiş dir. İddiaçı, sübut qismində mhkəməyə, həmçinin xx.xx.2015-xx.xx.2017-ci il tarixədək dövrü əhatə edən cari hesab hərəkət vərəqi təqdim etmişdir. Həmin sənəddə cavabdehin xx.xx.2016-cı il tarixə 5474,16 manat borcunun olduğu qeyd edilmişdir. İddia ərizəsinə əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubunda iddiaçı cavabdehin ondan aldığı 3400 manat malın dəyərini xx.xx.2016-cı il tarixədək ödəməyi tələb etmişdir. İddiaçı məhkəmə baxışı zamanı cavabdeh tərəfindən imzalandığı iddia olunan qarşılıqlı üzləşmə aktını məhkəməyə təqdim etmişdir. Aktda xx.xx.2016-cı il tarixinə cavabdehin iddiaçıya 9374,72 manat borcunun olduğu qeyd edilmişir. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı şirkəti tanımır, heç vaxt həmin şirkətin işçisi olmayıb. Birinci instansiya məhkəməsi alğı-satqı müqaviləsindəki imzanın cavabdehə aid olub-olmamasının müəyyənləşdirilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş, lakin rəy vermək mümkün olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-160/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov) iddia qismən təmin edilmiş, Cavabdeh1 1329,65 manat, Cavabdeh3 1887,10 manat, Cavabdeh4 872,71 manat, Cavabdeh6 2020,95 manat, Cavabdeh5 XXX oğlundan 3307 manat, Cavabdeh7 11607,89 manat, Cavabdeh8 4600,31 manat və Cavabdeh9 1131,13 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin Cavabdeh2 ilə bağlı hissədə və Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavab deh6, Cavabdeh5 XXX oğlundan, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada olmaqla 10000 manat maddi ziyana görə təzminatın tutulması ilə bağlı hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı, Cavabdeh5 XXX oğlu, Cavabdeh4 və Cavabdeh3 Zülfüqar qızı apelyasiya şikayətləri vermişlər. Apelyasiya baxışı zamanı mübahisəli halların aydınlaşdırılması üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın xx xxxxxx 2019cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, x xxxxxx 2016-cı il tarixli qarşılıqlı üzləşmə aktında “Cavabdeh2” soyadının qarşısındakı imza cavabdeh tərəfindən icra olunmuşdur. Tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alğı-satqı müqaviləsi üzrə tədqiqat işi aparılmamışdır. Bundan başqa, borcun məbləğinin müəyyənləşdiri lməsi üçün məhkəmə xx xxxxxxx 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Lakin, ekspertiza tədqiqatı üçün əlavə materiallar təqdim edilmədiyindən, qərardad Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən icrasız saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-184/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və S.Qafari) iddiaçının apelyasiya şikayəti qismən, Cavabdeh5 XXX oğlu, Cavabdeh4 və Cavabdeh3 Zülfüqar qızının apelyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “iddia tələbinin Cavabdeh2 ilə bağlı hissədə təmin edilməməsi” hissəsində, Cavabdeh3 1887,10 m anat, Cavabdeh4 872,71 manat, Cavabdeh5 XXX oğlundan 3307 manat və 30 manat dövlət rüsumunun Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 XXX oğlundan müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissələrində ləğv edilmiş və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi Cavabdeh2 aid hissədə qismən təmin edilmiş, həmin şəxsdən 3400 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh5 XXX oğluna, Cavabdeh4 və Cavabdeh3 Zülfüqar qızına aid hissələrdə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 567-ci, 600-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 aid hissədə rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin xx. xx.2016-cı il tarixinə iddiaçıya 9374,72 manat borcunun olması qarşılıqlı üzləşmə aktı ilə öz təsdiqini tapır. İddiaçı cavabdehdən 5474,14 manat tələb etsə də, iş materiallarından cavabdehin məhz həmin məbləğdə borcunun qalması digər sübutlarla təkzib olunur. Belə ki, iddiaçının borcun əsası kimi istinad etdiyi cari hesab hərəkət vərəqi yalnız iddiaçının özü, yəni direktoru tərəfindən imzalanaraq möhürlənmiş, cavabdeh isə iddiaçıya borcu olduğunu ümumiyyətlə etiraf etməmişdir. Məhkəmə xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubunda iddiaçının cavabdehdən 3400 manat tələb etdiyini əsas götürərək belə qənaətə gəlmişdir ki, cavabdehdən 3400 manat alınaraq iddiaçıya ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi, həmçinin Mülki Məcəllənin 21-ci maddəsinə istinadla hesab etmişdir ki, iddiaçı 10000 manat məbləğində maddi ziyanın vurulmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir, ona görə də iddia həmin hissədə əsassızdır. Apelyasiya instansiyası məhkəməsi Məhkəmə Cavabdeh5 XXX oğlunun, Cavabdeh4 və Cavabdeh3 Zülfüqar qızının apelyasiya şikayətinin dəlillərini əsaslı hesab etmiş, həmin şəxslərə aid hissədə iddianı təmin etməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh2 (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın Cavabdeh2 aid hissədə qismən təmin edilməsi, cavabdehdən 3400 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İddiaçının tərəfinin borc məbləği ilə bağlı təqdim etdiyi sübutlar bir-biri ilə ziddiyyət təşkil edir və hər bir sənəddə fərqli məbləğlər əks olunmuşdur. Digər tərəfdən 3 gün ərzində iddiaçının tanımadığı cavabdehə 9300 manat dəyərində mal verməsi də inandırıcı deyildir. İş üzrə borcun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, müvafiq ekspert rəyi alınmadan iş yekunlaşmışdır. Kassasiya şikayətinə görə birinci instansiya məhkəməsi Mülki Məcəllənin alqı-satqı ilə bağlı 567 və 600-cü maddələrinə istinad etsə də, nəzərə almamışdır ki, tərəflər arasında alğı-satqı münasibətləri mö vcud deyildir. Belə ki, cavabdeh iddiaçı ilə hər hansı bir alğı-satqı müqaviləsi bağlamadığını bildirmiş və hər hansı bir müqaviləyə imza atmadığını qeyd etmişdir. Lakin, məhkəmə iş üzrə təyin edilmiş xəttşünaslıq ekspertizası zamanı alğı-satqı müqaviləsindəki imzanın Cavabdeh2 məxsus olub-olmamasına dair suala cavab verilmədiyini də nəzərə almamışdır. Üzləşmə aktındakı imza da Cavabdeh2 məxsus deyil. Ekspert rəyi bu hissədə tamamilə əsassızdır. Belə ki, Cavabdeh2 anadan olduğu vaxtdan hazırkı vaxtadək ümumiyyətlə Sumqayıt şəhərində olmamış və heç bir üzləşmə aktına imza etməmişdir. Məhkəmə bu xüsusatları araşdırmadan yalnız ekspert rəyinə istinad etmişdir. Halbuki, iş materiallarında olan imzalardan da aşkar şəkildə görünür ki, imza Cavabdeh2 məxsus deyil və ekspert səhv etmişdir. Belə olan halda məhkəmə təkrar ekspertiza təyin etməli idi. Ümumiyyətlə ekspert rəyi məhkəmə tərəfindən araşdırılmamış və iş üzrə digər sübutlarla yanaşı tədqiq edilmədən lazımi qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirdi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh7 məhkəməyə teleqram göndərərək xəstəxanada müalicədə olunduğundan işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məlu mat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instasniyası məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh2 kassasiya şikayəti verdiyi üçün və iddianın predmeti bölünən olduğundan həmin məhkəmə aktı iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

198. İşçinin orta aylıq əmək haqqı məbləğinədək maddi məsuliyyəti Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə

199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçi yə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_7.htm ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Maddə

200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.

4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. MPM Maddə

53. İddianın dəyişdirilməsi İ ddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir:... 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarı Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predme tinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli Qərarı İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsas landırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 53-cü maddəsinə əsasən iddianın əsasını seçmək iddiaçının müstəsna hüququdur. İddiaçı birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını dəyişməyə haqlıdır. Eyni zamanda iddianın əsası və predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə də iddia ərizəsinin verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mü lki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Baxılan iş üzrə iddiaçı cavabdehdən pul tələb edir. İddia tələbinin əsası ondan ibarətdir ki, cavabdeh xx xxxxxx 2016-cı il tarixindən etibarən iddiaçının satış təmsilçisi olaraq işə götürülmüşdür. xx xxxx 2016-cı il tarixə qədər şirkətdən 64076,77 manatlıq məhsul götürmüş və həmin məhsulların pulundan 58602,63 manatını təhvil versə də, 5474,14 manat pul ödənilməmiş qalmışdır. Məhkəmə baxışının gedişində iddiaçı iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə yazılı ərizə təqdim etməmişdir. Beləliklə iddiaçı iddia ərizəsinin əsası kimi cavabdehlə əmək hüquq münasibətlərinə daxil olduğuna və həmin münasibətlər çərçivəsində cavabdehin ona borclu qaldığına istinad etdiyi üçün işə baxmış məhkəmələr iddiaçının əlavə etdiyi və işdə olan digər sübutlara məhz iddianın əsasına uyğun olaraq qiymət verməli və iş üzrə mübahisəni Əmək Məcəlləsinin işçinin maddi məsuliyyətini tənzimləyən müddəlarına uyğun həll etməli idilər. Lakin işə baxmış apelyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin alqı-satqı, o cümlədən nisyə alqı-satqı münasibətlərini tənzimləyən 567-ci və 600-cü madələrini tətbiq etmişlər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əgər iddiaçı iddianın əsasını dəyişməyibsə, la kin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fəqrli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal yuxarıda istinad olunan dispozitivlik və çəkişmə prinsipləri ilə bir arayı sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmənin iddianın əsası ilə uzlaşmayan sübutları nəzərə almadan işə mahiyyəti üzrə baxması iddiaçını məhz həmin sübutlara istinad etməklə yeni əsasla məhkəmədə iddia qaldırmaq hüququndan məhrum etmir. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilm əsi üçün əsasdır Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən yuxarıda istinad olunan mülki prosessual hüquq normalarının tələblərinə riayət edilməklə mübahisə tətbiq edilməli maddi hüquq normalarına müvafiq həll edilməliir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-184/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qismən – Cavabdeh2 iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar