Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4230/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və X4 qarşı “maddi ziyan” tələbinə dair iddisı üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 oktyabr 2024-cü il tarixli, 2(104 )-2104/2024 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və X4 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə hüququ əsasında onun istifadəsində olan torpaq sahəsində ona məxsus arpa əkininin cavabdehlər tərəfindən xırda buynuzlu mal-qaralarının otarılması nəticəsində vurduqları maddi ziyana görə cavabdehlərdən müştərək qaydada 9579 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
2. Samux Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(058)-549/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Tərifə Kərimova)
3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2023-cü il tarixli, 2(104)-2104/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Samux Rayon Məhkəməsinin 2(058)-549/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməsi, 9000 manat məbləğində pulun və iddiaçı tərərfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 116 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və X1 birgə qaydada alınaraq İdd iaçı verilməsi, iddianın qalan hissədə əsassız olduğundan rədd olunması qət edilmişdir. (hakimlər: Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev)
5. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə, eləcədə kassasiya şikayəti vermişlər.
6. Müddətin bərpası barədə ərizəyə görə cavabdehlərin qətnamədən vaxtında kassasiya şikayəti verə bilməmələrinin səbəbi onların savadsız olmaları, qanunu, kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmaqla vəkil orderinin əlavə edilməli olmasını bilməmələri olmuşdur.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 oktyabr 2024-cü il tarixli, 2(104)-2104/2023 nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 31 oktyabr 2023-cü il tarixli, 2(104)-2104/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. (Hakimlər: X5 (sədrlik edən və məruzəçi), X2 və X3).
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(104)-2104/2023 nömrəli qətnaməsinin surəti cavabdehlər Cavabdeh1 yaşadığı ünvana 13 noyabr 2023-cü il tarixli müşaiyətedici məktubla göndərilmiş və sonuncuların atası “Qafil” 22 noyabr 2023-cü il tarixdə imza edərək həmin sənədi qəbul etmişdir. Eləcə də cavabdehlərdən Cavabdeh2 22 fevral 2024cü il tarixdə məhkəmə qəbzinə imza edərək, sözügedən qətnamənin surətini almışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Samux rayon İcra və Probasiya şöbəsinin 01 fevral 2024-cü il tarixli qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(104)-2104/2023 nömrəli icra sənədi üzrə icraata başlanmış və borculara 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi bildirilmişdir. Buna baxmayaraq, qətnamədən Cavabdeh1 10 ay, digər Cavabdeh2 isə 7 ay sonra kassasiya şikayəti, eləcədə kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə vermişlər. Cavabdehlər prosessual müddətin üzürlü səbəblərdən ötürülməsini qeyd etsələr də, müddətin üzrlü səbəbdən ötürülməsini ərizədə əsaslandırmamışlar.
9. Belə ki, cavabdehlər ərizədə yalnız maddi imkanlarının olmamasını və sava dsız olduqlarını göstərmişlər. Halbu ki, yuxarıdada qeyd olunduğu kimi məhkəmə buraxılmış müddəti yalnız buraxılmanının səbəblərini üzrlü hesab etdikdə bərpa edir. Ona görədə buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. MPM 133-cü maddəsini tətbiq edərkən üzrlü səbəblər dedikdə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzrlü səbəblər sırasında məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi aid e dilə bilər.
10. Apellyasiya məhkəməsi qərardadını Mülki-Prosessual Məcəlləsinin 128, 129, 130, 133.1, 402.2.3, 405.0.1, 408.1.4 və 408.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil Nümayəndə) birgə kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2024cü il tarixli, 2(104)-2104/2023 nömrəli qərаrdаdını ləğv еdərək, ötürülmüş prоsеssuаl müddətin üzürlü hеsаb еdilməsi bаrədə ərizənin təmin еdilməsinə dаir yеni qərаrdаd çıхаrılmasını xahiş etmişlər.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərаrdаdındа göstərmişdir ki, məhkəmə qətnаməsi qаnuni qüvvəyə mindikdən sоnrа cаvаbdеh tərəfindən kаssаsiyа şiкаy əti vеrilmiş və müddətin bərpаsınа dаir ərizəsində müddəti üzürlü səbəbdən ötürməsi bаrədə ərizədə göstərilən dəlilləri təsdiş edən sübutlar əlаvə еtməmişdir. İddiаçılаr оnlаrın mаddi imkаnlаrının оlmаması və sаvаdsız оlmаlаrı bаrədə dəlil gətirdiyindən həmin dəlillərə görə hər hаnsı bir dəlilin məhkəməyə təqdim еdilməsinə zərurət yохdur. Müddətin ötürülməsi ilə bağlı hallar müddətin bərpası ərizəsində göstərilmişidir. Gəncə Аpеllyаsiyа Məhkəməsinin 31 оktyаbr 2023-cü il tаriхli qətnаməsi a Mülki Prоsеssuаl Məcəlləsinin 9-cu mаddəsinin tələblərinin pоzulmаsı ilə çıхаrıldığındаn qаnunа müvаfiq hеsаb еdilə bilməz. Məhkəmə ərizədə оlаn dəlilləri düzgün qiymətləndirməyərək qеyd оunаn dəlillərlə bаğlı hеç bir аrаşdırmа аpаrmаmışdır.
9. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9, 130 133-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə
128. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən s onrakı gündən başlanır.
12. Maddə
129. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə
13. Maddə
130. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilmə mişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
16. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
12. Baxılan işdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2024-cü il tarixli 2(104)-2104/2023 nömrəli qətnaməsinin surəti Cavabdeh1 yaşadığı ünvanda onunla birgə yaşayan atası Qafil 22 noyabr 2023-cü il tarixdə qəbul etmişdir. Cavabdeh2 isə 22 fevral 2024-cü il tarixdə şəxsən təqdim edilmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdehlər qətnamədən kassasiya şikayəti verməmişlir. (Cavabdeh1 10 ay, Cavabdeh2 7 ay). Onların müddətin bərpası barədə ərizədə və kassasiya şikayətində göstərdlikləri dəlillər isə prosessual müddətin üzrlü səbəblərdən ötürülməsini dəlalət edən əsaslar hesab oluna bilməz. Apellyasiya məhkəməsi haqlı olaraq həmin dəlilləri prosessual müddətin üzrlü səbəblərdən ötürülməsi və müddətin bərpası üçün kifayət hesab etməmişdir.
13. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdiri lmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2104/2024 nömrəli iş üzrə 7 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.