Məhkəmə qərarları › İş №2(102)-4231/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4231/2021

20.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4231/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X11 və Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4231/2021 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhatənamənin etibarsız hesab edilməsi, vərəsəlik hüquqları, bununla bağlı mülkiyyət hüquqlarının tanınması, tələbin hüquqi əsasının olmaması) Bakı şəhəri, 20 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi i lə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, X11 və Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2026/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları, birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar iddia ərizəsi ilə cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 və X1 ölümündən sonra Bakı şəhəri Yasamal ray onu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilinə dair Bakı şəhəri 53 saylı Notariat ofısində Cavabdeh2 adına açılmış vərəsəlik hüququ haqqında şəhatənamənin etibarsız hesab edilməsi və iddiaçıların həmin mənzilə vərəsəlik hüquqları, bununla bağlı mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

2. İddiaçılar iki dəfə iddia tələbini artırıb, sonuncu tələblərində X5 da cavabdeh olmaqla Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilinə dair Cavabdeh2 adına verilmiş vəsiyyətnamənin, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilə dair atalarının da vərəsə olduğundan iddiaçıların hər birinin 1/2 pay üzrə vərəsəlik və mülkiyyət hüqunlarının tanınması, Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 19 saylı mənzilinə dair X3 adına vərəsəlik şəhadətnaməsi və daşınmaz əmlakın dövlət reyestrində verilmiş çıxarışın qismən etibarsız hesab edilərək ləğv edilməsi və həmin mənzilə dair iddiaçıların hər birinin 1/4 pay üzrə vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədəqətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia tələbi belə əsaslandırlıd ki, iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, 11 saylı evin 3 saylı mənzilində qeydiyyatdadırlar. İddiaçıların 10.07.2019-cu il tarixdə vəfat etmiş ataları X12 ilə anaları X6 birgə nikahlarından doğulublar. 20.10.2005-ci il tarixində valideynlərinin nikahına xitam verilmişdir.

4. İddiaçıları atası, X9 ilə nikaha girmiş və birgə nikahdan onları övladı olmamışdır. 5. iddiaçıların atası və X9 eyni gündə, 10 iyul 2019-cu il tarixində Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilində vəfat etmişlər.

6. İ.Zülalov küçəsi 17 saylı evin 19 saylı mənzilində iddiaçıların atası, həmin ünvanın 20 saylı mənzilində isə X9 pasport qeydiyyatında olmuşlar. 19 saylı mənzildə atalarının qohumları yaşayırdılar.

7. İddiaçı1 işi ilə əlaqədar xaricdən qayıtdıqdan bir müddət sonra ona tanışları vasitəsi ilə atasının və E.T.Məmmədovanın müəmmalı vəziyyətdə yaşadıqları mənzildə vəfat etdikləri bildirilmişdir. İddiaçı dərhal bu hadisə barəsində polis bölməsinə zəng etmişdir. 27.12.2019-cu il tarixdə Yasamal Rayon Prokurorluğuna ölüm hadisəsinin səbəblərini və həmin iş ilə bağlı cinayət işinin başlanıb-başlanmaması barə də hər hansı bir məlumatın verilməsinə dair sorğu göndərilmişdir. 15.01.2020-ci il tarixli cavab məktubunda X2 və X1 üzərində zorakılıq əlamətləri olmayan çürümüş meyitlərinin yaşadıqları ünvanda aşkar olunması barədə məlumat verilmişdir. Hər ikisinin daxili üzv hissələrində hər hansı bir zəhərləyici maddə və ya narkotik maddələr aşkar edilmədiyi də bildirilmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rayon prokurorluğunun müstəntiqi tərəfındən 19.08.2019-cu il tarixli qərarla rədd edilmişdir. 27.12.2019-cu il tarixində Bakı şəhəri 53 saylı Notariat ofısinə X9 və X7 dair vərəsəlik hüquqlarının tanınması, vərəsəlik işinin açılıb-açılmaması və əgər açılıbsa vərəsəlik dairəsinə onların da sənədlərinin əlavə olunmasına dair müraciət olunmuş, 08.01.2020-ci il tarixində X1 adına v ərəsəlik açılmasına dair məlumat verilmişdir.

8. İddiaçılar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsinə, eyni zamanda Bakı şəhər 53 saylı Notariat ofısinə (irsi transmissiya) vərəsələr dairəsinə salınmaqla bağlı ərizə ilə müraciət etmişlər. 04.03.2020-ci il tarixli məktubda bildirirlmişdir ki, vərəsəlik işi araşdırılarkən X1 vərəsəsinin artıq müəyyən olunduğu məlum olmuşdur. Məlum olmuşdur ki, vərəsəlik şəhadətnaməsi artıq Cavabdeh2 adına rəsmiləşmişdir. Bununla bağlı 18.03.2020-ci il tarixində vəkil sorğusu ilə 53 saylı Notariat ofısinə X1 miras qalmış əmlakına vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas olan sənədlərin verilməsinə dair göstəriş verilməsini xahiş etsələr də, sorğu cavabsız qalmışdır.Qanun üzrə birinci növbəli vərəsələr olduqları, Cavab deh2 isə vərəsələr dairəsinə heç bir aidiyyəti olmadığı halda mirasın sonuncunun adına rəsmiləşdirilməsi qanunsuzdur. Eyni zamanda, miras əmlak kütləsi olan bu mənzilin mövcud olmasından təsadüfən xəbər tutmuş və bundan sonra araşdırmalara başlamışlar.

9. Bundan başqa, Bakı şəhəri, İ.Zülalov küçəsi 17 saylı evin 20 saylı mənzili iddiaçıların ata tərəfdən babaları Cavabdeh2 adına da olmuş və onun ölümündən sonra mərhum Məmmədov Aydın vərəsə olduğu halda, bütün ev X3 adına rəsmiləşdirilmişdir. Bu səbəbdən həmin vərəsəlik şəhadətnaməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən ləğv olunmalıdır.

10. Həmin ünvaında yerləşən 19 saylı mənzil vəsiyyətnamə əsasında X8 adına keçmişdir. Həmin vəsiyyətnamənin mövcudluğuna dair məlumatları hələ ki, yoxdur. Lakin hər bir halda vəsiyyət üzrə vərəsəlikdə məcburi pay kimi evin 1/3 hissəsi qanun üzrə birinci növbəli vərəsələrə çatır.

11. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1151.1, 1159.1.1-ci maddələrinə istinad etmişlər.

12. Cavabdeh, eyni zamanda, diəgr Cavabdeh2 qanuni nümayəndəsi X11 iddiaya etiraz edib. Etirazın dəlilləri: - Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 19 saylı mənzili onun, 20 saylı mənzili isə oğlunun mülkiyyətindədir. Həmin mənzillər heç bir vaxt iddiaçıların atası, onun isə qardaşı olmuş X7 məxsus olmamışdır.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3105/2020 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Fərid Əyyubov)

14. Birinci instansiya məhkəməsi iş materiallarındakı sənədlərə, o cümlədən vərəsəliklə bağlı notariat işlərinə əsasən müəyyən etmişdir ki, İddiaçı1 xx.xx.1991-ci ildə, İddiaçı2 xx.xx.1993-cü ildə anadan olmuşlar, onların atası X12, anası X10r. X12 ilə X9 arasında nikah 23.10.1976-cı il tarixdə bağlanmışdır. X12 və X9 10.07.2019-cu il tarixdə vəfat etmişlər. Oktyabr (indiki Yasamal) rayon XDS-nin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında 24.11.1986-cı il tarixli, 21/15 saylı qərarına əsasən kirayəçi X4 ölümü ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov (keçmiş Salaxana) küçəsi, 17 saylı evin 20 saylı mənzilin kirayə müqaviləsi qızı X9 ilə bağlanmışdır. Yasamal Rayon İcra hakimiyyəti başçısının kirayə müqaviləsinin dəyişdirilməsi haqqında 04.1997-ciil tarixli, 482 saylı sərəncamına əsasən kirayəçi Cavabdeh2 Şamil oğlunun ölümü ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, İ.Z ülalov küçəsi, 17 saylı evin 19 saylı mənzilin kirayə müqaviləsi oğlu X11 ilə bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 19 saylı mənzili X3 adına tam mülkiyyət hüququ əsasında 03.05.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

15. Müəyyən edilmişdir ki, 19.07.2019-cu il tarixdə 1955-ci il təvəllüdlü X2 və arvadı 1942-ci il təvəllüdlü X1 üzərilərində zorakılıq əlamətləri olmayan çürümüş meyitləri yaşadıqları ünvan 1 ünvanında aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Yasamal rayon şöbəsinin 08.08.2019- cu il tarixli 97 və 98 nömrəli ölmüş şəxslərin məhkəmə-tibbi ekspertiza rəylərinə əsasən, A.Məmmədovun və E.Məmmədovanın meyitləri kəskin çür üməyə məruz qalmışlar. Meyitlərin müayinəsi zamanı çürümə dəyişikləri fonunda hər hansı bir xəsarət aşkar olunmamışdır. A.Cavabdeh2 və E.T.Məmmədovanın meyitləri kəskin çürümə dəyişikliyinə məruz qaldıqlarından onların ölümünün səbəbini müəyyənləşdirmək mümkün olmamışdır. Ölümün baş vermə müddəti meyitlərin meyitxanada müayinəsindən 8-10 gün əvvələ uyğun gəlir. A.Cavabdeh2 və E.T.Məmmədovanın daxili üzv hissələrində hər hansı bir zəhərləyici maddə və ya narkotik maddələr aşkar edilməmişdir.

16. Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzili X1 adına tam mülkiyyət hüququ əsasında 07.11.2013-cü il tarixdə qeydiyyata alınmışdır. 06.10.2015-ci il tarixli vəsiyyətnamə ilə X9 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilini qaynı oğlu Cavabdeh2 vəsiyyət etmişdir. Cavabdeh2 (yetkinlik yaşına çatmadığına görə əvəzindən qanuni nümayəndəsi X11) ərizə ilə Bakı şəhəri 53 saylı Notariat ofisinə müraciət edərək X1 10.07.2020-ci il tarixdə vəfat etdiyini, miras əmlakın Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilindən ibarət olduğunu göstərmiş və həmin əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. 11.01.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 10.07.2019-cu il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh2dur və o, miras əmlakdan birlikdə 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 43.4 kv.m olan daşınmaz əmlakdan ibarətdir. Bakı şə həri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzili Cavabdeh2 adına tam mülkiyyət hüququ əsasında 23.01.2020-ci il tarixdə qeydiyyata alınmışdır

17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən belə qənaətə gəlib ki, mirasqoyan X9 ilə X2 eyni gündə ölüblər, onların dəqiq ölüm anının müəyyən etmək mümkün deyil, buna görə də iddiaçılar İddiaçı1 və İddiaçı2 irsi transmissiya hüquqları yaranmayıb. Həmçinin, mərhum X2 X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 19 saylı mənzilinə dair hüquqları yoxdur və iddia rədd edilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin Mülki Məcəlləsinin 1133.1, 1166, 1193-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçılar apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər.

20. Apellyaisya şikayəti, işin faktiki hallarına istinad edilməklə, iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2026/2021 nömrəli, 13 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-3105/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şeyda Məhərrəmova (sədr lik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov)

22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, qeyd edib ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslandığı üçün qətnamə əsaslı və qanunidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçılar İddiaçı1 və İddiaçı2 (Vəkil2) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişlər.

24. Kassasiya şikayətinin dəlilləri də iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb.: b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edəni n uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəllə sinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər.

2. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Mad də 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiy mət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçü n o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən, a pellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

30. İddia tələbi vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlıdır. İddiaçılar Yasamal rayonu, İ.Zülalov (keçmiş Salaxana) küçəsi, 17 saylı evin 20 saylı mənzilinə dair vərəsəlik hü quqlarını irsi trasmissiya qaydasında, 19 saylı mənzilinə dair vərəsəlik hüquqlarını isə həmin mənzilin babalarının mülkiyyətində olması və atalarının da həmin mənzilə mülkiyyət hüququnun olması ilə əsaslandırmışlar.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilən halından isə görünür ki, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzili X1 mülkiyyətində olmuş, həmin mənzili E.Məmmədova 06.10.2015-ci il tarixli vəsiyyətnamə ilə Cavabdeh2 vəsiyyət etmişdir. Həmin mənzilə dair iddiaçıların atasının vərəsəlik hüququ, o cümlədən də iddiaçıların irsi transmissiya hüququ yaranmamışdır, çünki miras qoyan E.Məmmədova ilə iddiaçıların atası eyni gündə vəfat etmiş və onların ölüm anı müəyyən edilməmişdir.

32. Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 19 saylı mənzili isə kirayə müqaviləsi əsasında iddiaçıların babası Cavabdeh2 Şamil oğluna məxsus olmuş, sonuncunun ölümü ilə əlaqədar həmin mənzilə dair kirayə müqaviləsi 1997-ci ildə X11 ilə (iddiaçıların əmisi ilə) bağlanmış və 03.05.2016-cı il tarixdə sonuncunun adına qeydiyyata alınmışdır.

33. Göründüyü kimi, iddiaçıların atası Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 20 saylı mənzilin mülkiyyətçisi olmuş E.Məmmədova ilə eyni gündə öldüklərindən onun mirası qəbul etməsi müəyyən edilmədiyindən, iddiaçıların da irsi transmissiya qaydasında mirası qəbul etmələri istisna edilmişdir. Həmçinin Bakı şəhəri, Yasamal rayonu, İ.Zülalov küçəsi, 17 saylı evin 19 saylı mənzilin iddiaçıların atasına məxsus olmaması müəyyən edildiyindən onların həmin mənzilə vərəsəlik hüquqları da tanınmamışdır.

34. Bu baxı mdan, işin müəyyən edilmiş hallarına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normaları və hüququn tətbiqi haqqında Konstitusiya Məhkəməsinin qərarında əks edilən hüquqi mövqe baxımından iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbi ilə bağlı məhkəmələrin dəyərləndirməsini əsaslı və qanuni sayır.

36. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıların kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2026/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar