Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4231/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız quraşdırılmış suölçən cihazın aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeraltı su obyektləri, yeraltı suların axıdılmasına görə haqq ödənilməsi, suölçən sayğacın quraşdırılması) Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Y asamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə məxsus olmuş, MMC ləğv edildikdən sonra, qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Qeyd olunan qeyri-yaşayış sahəsinin ərazisində qrunt sularının çıxması ilə əlaqədar Cavabdeh1 ASC tərəfindən 24 may 2*17-ci il tarixdə ərazidə CSS markalı 17*24944 saylı suölçən cihazı quraşdırmış, həmin tarixdə ərazi (əmlak) "xxxx" MMC-yə məxsus olduğundan sayğac da hüquqi şəxsin adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən id dia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda, yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə əsassız olaraq quraşdırılmış, "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış bütün borcun silinməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, bir müddət iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ərazisindən yeraltı sızıntı suları çıxmaqda davam etmiş, həmin sızıntı sularının kanalizasiyaya axıdılmasına görə Cavabdeh1 ASC tərəfindən onun məsuliyyət daşımadığı, istifadə etmədiyi yeraltı sızıntı sularının kanalizasiyaya axıdılması üçün birləşmə nöqtəsinə suölçən cihaz qoyulmuş və aylıq 2**-3** manat ondan haqq alınmışdır. Eyni zamanda istehlak etdiyi suya görə də ayrıca suölçən cihazı quraşdırılmış və həmin cihazın göstəricilərinə uyğun olaraq haqq ödəmişdir. Dəfələrlə Cavabdeh1 ASC-yə və Cavabdeh3nə müraciətlər etsə də, sızıntının mənbəyini tapmaqda və qarşısının alınmasında heç bir tədbir görülməmişdir. Son vaxtlarda, yeraltı sızıntı sularının miqdarı kəskin artmağa başlamışdır. Belə ki, 2*21-ci ilin may ayından etibarən sızıntı sularının kanalizasiyaya axıdılması üçün ödəniləcək haqq aylıq 5***-6*** manat olaraq hesablanaraq iddiaçıya təqdim edilmişdir. Bunu ödəmədiyi üçün iddiaçıya verilən su, boru xətti kəsilməklə şəbəkədən ayrılmışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2*2*-ci il tarixli 2(**4)349/2*2* nö mrəli qətnaməsi (hakim A.S.Məmmədov) ilə iddia təmin edilərək, Cavabdeh1 Acıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda, yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə quraşdırılmış, "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış bütün borcun silinməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 ASC-nin ləğv olunmuş "xxxx" MMC-yə məxsus olmuş, hazırda isə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən axan yeraltı sızıntı sularının mənbəyini müəyyən etmədən sayğac quraşdıraraq istehlak etmədiyi suya görə sərfiyyat hesablaması v ə iddiaçıdan tələb etməsi qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir.
7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 6*.1-ci maddəsinə, Mülki Məcəllənin 4.1-ci maddəsinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3, 3*, 61.1-ci maddələrinə, 12-ci maddənin “b” bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 26-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2*2*-ci il tarixli 2(**4)-349/2*2* nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2*21-ci il tarixli, 2(1*3)-3873/2*21 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və V.Ə.İbayevdən ibarət tərkibdə) Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2*2*-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, rayon məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
11. Cavabdeh1 ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2*21-ci il tarixli, 2(1*3)-3873/2*21 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 dekabr 2*21-ci il tarixli, 2(1*2)-73*4/2*21 nömrəli qərarı ilə (hakim S.F.Hacıyevin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.Abbasovdan və İ.Ə.Şəfiyevdən ibarət tərkibdə) Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2*21-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
13. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının "xxxx" MMC- nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin hüquqi şəxsin borcunun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən belə bir iddianın tam və ya qismən təmin olunması üçün iddiaçının tərəfi olmadığı hüquq münasibəti üzrə belə bir tələbi verməklə bağlı subyektiv hüquqa malik olduğu müəyyən edilməlidir. Cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 ASC tərəfindən "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırılmasının İddiaçı qanunla qorunan hansı hüquqlarının pozulması ilə nəticələndiyi iş üzrə məhkəmə qətnamələri və iş materialları ilə müəyyən edilmir.
14. Daha sonra kassasiya kollegiyası hesab et mişdir ki, məhkəmələr "xxxx" MMCyə məxsus suölçən cihazın (sayğacın) aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihaz üzrə hesablanmış bütün borcun silinməli olması qənaətinə gələrkən qeyri-yaşayış sahəsinin ərazisindən axan yeraltı sızıntı sularının mənbəyini müəyyən etmədən Cavabdeh1 ASC-nin sayğac quraşdıraraq iddiaçının istehlak etmədiyi suya görə sərfiyyat hesablaması halına istinad etsə də, iş üçün əhəmiyyət kəsb edən həmin halın mövcudluğu araşdırılmamış, həmin halın qanunvericiliyin tələblərinə və hansı normalarına zidd olmasına istinad edilməmiş, məhkəmə qətnamələri əsaslandırılmamış, apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə qiymət verilməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *7 aprel 2*22-ci il tarixli, 2(1*3)-237*/2*22 nömrəli qətnaməsi ilə (hakim E.S.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və V.N.Sadıqovdan ibarət tərkibdə) Cavabdeh1 ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2*2*-ci il tarixli, 2(**4)-349/2*2* nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq İddiaçı Cavabdeh1 ASC-yə və Cavabdeh2 ASC-yə qarşı “əsassız quraşdırılmış suölçən cihazın aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış borcun silinməsi” tələblərinin qismən təmin edilməsi, Cavabdeh1 ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanda yeraltı sızıntı sularının kanalizasiyaya axıdılmasına görə quraşdırılmış, "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldı ğı ünvandan aktlaşdırılaraq götürülməsi vəzifəsi Cavabdeh1 ASC-nin üzərinə qoyulması və həmin suölçən cihaz üzrə 2*19-cu ilin may ayından sonrakı dövrdə hesablanmış 33*63,39 manat borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi tərəflərin nümayəndələrinin izahatları və təqdim edilən hesab-fakturaları ilə müəyyən etmişdir ki, sözügedən sayğacın quraşdırıldığı tarixdən etibarən "xxxx" MMC, onun ləğvindən sonra isə İddiaçı qrunt suyu kimi qiymətləndirilən suyun kanalizasiya şəbəkəsinə axıdılmasına görə sayğacın göstəriciləri əsasında hər ay təxminən 2**-3** manat ödəniş həyata keçirmiş, 2*19-cu ilin may ayında yerin altından axıb gələn suyun həcmi artmış, kanalizasiyaya axıdılan suyun dəyəri may ayı üçün 1932 manat, iyun ayı üçün 3733,9* manat, iyul ayı üçün 439*,68 manat, avqust ayı üçün 4552,54 manat, sentyabr ayı üçün 3377,12 manat, oktyabr ayı üçün 5*35,59 manat, noyabr ayı üçün 5698,31 manat, dekabr ayı üçün 1164,41 manat təşkil etmiş, 2*2*ci ilin yanvar ayından etibarən sızıntının miqdarı azalaraq həmin ilin yanvar ayı üçün sayğac 111,*2 manat, fevral ayı üçün 8,47 manat, mart ayı üçün *,** manat hesablamış, 2*2*-ci ilin iyun ayına qədər sayğacın mart ayında olan göstəricisi (35*57) dəyişməz qalmış, iyun ayında 7,63 manat, avqust ayında 6,78 manat həcmində sızıntı su qeydə alınmış, bu tarixdən sonra sayğac su sızıntısı hesablamamışdır.
17. Birinci instansiya məhkəməsi *5 dekabr 2*19-cu il tarixli qərardadla Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsini n ərazisində yerin təkindən yeraltı su sızıntılarının çıxmasının mümkün olub-olmadığının və su sızıntısının mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza təyin etmiş, əraziyə *9 iyun 2*2*-ci il tarixdə baxış keçirən ekspert ərazidə yer səviyyəsindən 1* metrə yaxın dərinlikdə yeraltı suların yığılması və kənarlaşdırılması üçün quyu qazıldığını və quyunun üzərində müvafiq boru xəttinə suölçən cihaz quraşdırıldığını müəyyən etsə də, quyunun daxilində, eləcə də ərazinin hər hansı hissəsində faktiki olaraq yeraltı sızıntı suların çıxmasının müşahidə edilmədiyini vurğulamışdır. İddiaçının nümayəndəsinin cavabdeh təşkilat tərəfindən mübahisələndirilməyən izahatlarından aydın olur ki, məhkəmənin ekspertiza təyin etməsindən sonra Cavabdeh1 ASC-nin əməkdaşları müəyyən çalışmalar həyata keçirib sızıntının qarşısını almağa çalışsalar da, buna nail olmamış və suyun mənbəyini müəyyən edə bilməmiş, suyun temperaturu noyabr ayında 37 dərəcəyə yüksəlmiş, ekspert əraziyə gəlməmişdən bir neçə gün əvvəl qonşuluqda yerləşən “Respublika” xəstəxanasının qazanxanasında Cavabdeh2 ASC təmir işləri aparmış, bundan sonra sızıntı su kəsilmişdir.
18. Cavabdeh1 ASC tərəfindən *8 iyul 2*19-cu, *8 oktyabr 2*19-cu və 19 noyabr 2*19-cu il tarixlərdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən çıxan suyun laborator analizləri aparılmış, analizlərin nəticəsinə görə həmin suyun Yasamal rayonuna verilən içməli su ilə eyni tərkibli, suyun tərkibində xlor belə olduğu müəyyənləşdirilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi işin şərh olunan hallarını ağlabatan mühakimə əsasında qiymətləndirərək hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ərazisindən çıxan su əslində qrunt suları olmamış və Cavabdeh1 ASC-nin həmin suyun mənbəyini müəyyən etmədən əraziyə sayğac quraşdıraraq istehlak edilməyən suya görə sərfiyyat hesablaması qanunvericiliyin müddəalarına uyğun olmamışdır.
20. İddiaçının, "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin hüquqi şəxsə hesablanan borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması məsələsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC 31 avqust 2*18-ci il tarixdə ləğv edilərək “Kommersiya hüquqi şəxslərinin dövlət reyestr indən” çıxarılmış, qeyri-yaşayış və torpaq sahəsi *1 oktyabr 2*18-ci il tarixdə tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyatdan keçmiş, "xxxx" MMC-nin ləğv olunmasına baxmayaraq müvafiq sayğacın göstəriciləri əsasında hesablanan məbləğlər hesab-fakturalarda MMC-nin adına yazılmış və onun təsisçisi olmuş İddiaçı tələb edilmiş, 2*19-cu ilin may ayına qədər də sonuncu tərəfindən ödənilmişdir. İddiaçı 16 oktyabr 2*19-cu il tarixdə Cavabdeh1 ASC-yə (X2 İdarəsinə) ərizə ünvanlayaraq həmin sayğacın "xxxx" MMC-nin adından çıxarılıb özünün adına qeydiyyata alınmasını xahiş etmiş, lakin onun bu müraciətinə cavab verilməmişdir. İddiaçının nümayəndəsinin bildirməsinə görə, həmin müraciətin müsbət həll olunmamasının səbəbi "xxxx" MMC-yə hesablanmış borcun məhz İddiaçı tələb edilməsi olmuş, Cav abdeh1 ASC-nin əməkdaşları bu borcun ödənilməsindən sonra sayğacın onun adına keçiriləcəyini şifahi olaraq söyləmişlər. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 ASC Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 81K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin su təchizatını mübahisəsi gedən sayğacın hesabladığı borcun ödənilməməsi səbəbi ilə dayandırmış, məhkəmənin iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı qərardadı əsasında bu məhdudiyyət aradan qaldırılmışdır. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan əmlakın yerləşdiyi ərazidə ləğv olunaraq öhdəliklərinə xitam verilmiş hüquqi şəxsin adına rəsmiləşdirilmiş sayğac və həmin sayğac əsasında artıq mövcud olmayan hüquqi şəxsə hesablanmış borc var – hansı ki, sözügedən borc məbləği məhz İddiaçı tələb edilməkdə, ödəməd iyi üçün istehlakçı olaraq hüquqları xələl görməkdədir. Buna görə də, iddiaçı "xxxx" MMC-nin adına olan suölçən cihazın quraşdırıldığı ünvandan aktlaşdırılaraq götürülməsi və həmin suölçən cihazı üzrə hesablanmış borcun silinməsi tələbini irəli sürmək üçün subyektiv hüquq sahibi olmuşdur.
21. Daha sonra apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı “hesablanmış borcun silinməsi” tələbi üzrə subyektiv hüququ yalnız əmlakın mülkiyyətçisi olduğu tarixdən sonrakı dövrə şamil edilə bilər və həm də nəzərə alınmalıdır ki, o, yalnız 2*19-cu ilin may ayından sonrakı dövrə hesablanmış borcun silinməsini tələb etməkdədir. İş materiallarında olan hesab-fakturalardan və Cavabdeh1 ASC-nin təsdiq etdiyi üzləşmə aktından görünür ki, "xxxx" MMC-nin adına olan suölçən cihazın 2*19-cu ilin may ayına qədər hesabladığı borc məbləği tam şəkildə ödənilmiş, 2*19-cu ilin may ayından 2*2*-ci ilin avqust ayına qədər suölçən cihazın göstəriciləri əsasında 33*63,39 manat borc hesablanmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 44.1, 52, 59.1-ci, Su Məcəlləsinin 4, 5, 7, 12, 4*-cı, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 5, 17-ci, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 5.3, 12, 3*, 61-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddələri, “X1 təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2*14-cu il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
23. Cavabdeh1 ASC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n *7 aprel 2*22-ci il tarixli, 2(1*3)-237*/2*22 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2*14-cu il tarixli qərarı ilə təsdiq olunmuş X1 9.1, 9.2-ci bəndləri, Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələri pozulmuşdur. Belə ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” bağlanan müqavilənin 2.1.5-ci bəndinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Cavabdeh1 ASC-nin Cavabdeh3 əməkdaşları tərəfindən obyektin su təchizatı və su sayğacı qovşağının vəziyyətinə baxış keçirilərkən abonentin 2 (iki) girişli su xəttinin və d=5* mm-lik olan qrunt xəttinin mövcud olduğu müəyyən edilmişdir. Bu barədə *1 may 2*17-ci il tarixli inventarizasiya aktı tərtib edilmişdir. Bundan sonra iddiaçının obyektinə 24 may 2*17-ci il tarixində CSS markalı d=5* mm-lik qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə suölçən cihazı quraşdırılmış və həmin sayğacın göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən ödənişlər edilmişdir. Məhkəmədə iş üzrə araşdırma aparılan zaman tərəflərin iştirakı ilə obyektə baxış keçirilmiş və qrunt sularının axıdılmasına görə obyektin zirzəmisində quyu qazıldığı, nasos vasitəsilə quyudan həmin qrunt sularının kanalizasiya şəbəkəsinə ötürülməsi müəyyən olunmuşdur. Göründüyü kimi tərəflər arasında m ünasibətlər müqavilə və qaydaların tələblərinə uyğun müəyyən edilmişdir. Digər tərəfdən işin faktiki halı və təqdim edilmiş sübutlar təsdiq edir ki, hazırda İddiaçı mülkiyyətində olan obyektin ərazisindən qrunt sularının kanalizasiya şəbəkəsinə axıdılmasına görə cəmiyyətin əməkdaşları tərəfindən 24 may 2*17-ci il tarixində sayğac quraşdırılmışdır. Sözügedən obyektin məqsədli təyinatından əmlak növündən asılı olmayaraq yeraltı sızıntı sularının kanalizasiya şəbəkəsinə axıdılması, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin sayğacın obyektin içərisində yerləşdirilməsini nəzərə alsaq, aydın olur ki, iddiaçı nın nümayəndələri də sayğacın quraşdırılmasında iştirak etmiş və heç bir formada etiraz etməmişdir. Bu faktlara görə hesab edilir ki, qrunt su xəttinin üzərinə quraşdırılmış sayğacın çıxarılması əsassızdır. Əgər həmin sayğac çıxarılarsa iddiaçı tərəfindən axıdılmış qrunt suyunun miqdarını müəyyən etmək mümkün olmayacaqdır. Bu da öz növbəsində cəmiyyətin göstərdiyi xidmətlərdən dəyəri ödənilmədən istifadə edilməsi ilə nəticələnəcəkdir.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 1*.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırki kassasiya baxışın ın hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin cavabdehin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçü n cavabdeh deyildir. 30. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. 31. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun: 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2*14-cu il tarixli qərarı təsdiq olunmuş X1: 1.2.5-ci bəndinə əsasən tullantı suları – istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qa lıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. 1.2.7-ci bəndinə əsasən kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantıları təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir. 5.1.8-ci bəndinə əsasən istehlakçı STKM-in balansında olan STTSAS-da baş vermiş qəzaların, nasazlıqların aradan qaldırılmasını tələb etmək hüququna malikdir. 7.25-ci bəndinə əsasən kanalizasiya şəbəkəsinə axıdılan istehsalat tullantı sularının uçotu müəssisənin su təsərrüfatı pasportunun və (və ya) suölçən cihazının göstəricisinə əsasən hesablanır. Suölçən cihaz və ya su təsərrüfatı pasportu olmadıqda, axıdılan tullantı suyunun həcmi verilən içmə li suyun həcmi ilə bərabər götürülür. 9.1-ci bəndinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM tərəfindən təmin olunmalıdır. 9.2-ci bəndinə əsasən şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan ba şqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 1*6.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdı r. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 42*-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 42*-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
36. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iddiaçı ilə cavabdeh arasında qrunt sularının axıdılması ilə bağlı hər hansı müqavilə işin faktiki hallarını araşdıran məhkəmələrin müzakirə predmeti olmamışdır. Əksinə hazırki mübahisə üzrə müəyyən olunan hallardan biri ondan ibarətdir ki, kanalizasiya sisteminə suyun axıdılmasını ölçən cihaz "xxxx" MMC-nin adına quraşdırılmış, həmin MMC ləğv edilsə də, ödənişlər cavabdehdən tələb olunmuş və sonuncunun istehlakçı kimi hüquqları cavabdeh tərəfindən pozulmuşdur.
37. Cavabdeh təşkilat tərəfindən qrunt sularının axıdılmasına görə iddiaçının məsuliyyət daşımasına dair hər hansı sübutu işin hallarını araşdıran məhkəmələrə təqdim etmədiyindən, X1 9.1, 9.2-ci bəndlərinin pozulmasına dair kassasiya şikayətinin dəlili də əsassız hesab olunmalıdır.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *7 aprel 2*22-ci il tarixli, 2(1*3)237*/2*22 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.