Məhkəmə qərarları › İş №2(102)-4236/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4236/2020

20.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4236/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsindən Cavabdeh1 xx qızının kasasiya şikayətinə əsasən işə kasasiya qaydasında baxılarkən, onun kasasiya şikayətindən imtina barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xxxxxsaylı qətnaməsi ilə (sədrlik edən, hakim A.M.Behbudova) İddia çı ASC Cavabdeh1 və digərlərinə qarşı “mənzilin boşaldılması və ondan istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiası təmin edilib. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxxx saylı qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kasasiya şikayəti verib. İşə kasasiya qaydasında baxılarkən 16 iyun 2020-ci il tarixdə Cavabdeh1 ərizə ilə kasasiya instansiyası məhkəməsinə müraciət edərək, hazırda İddiaçı ASC ilə müvafiq razılığa gəldiyini göstərib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülk i Kollegiyasının 06 mart 2020-ci il tarixli qətnaməsindən verdiyi kasasiya şikayətindən imtina etdiyini və bu səbəbdən də kasasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 410.1-ci maddəsinə əsasən, kasasiya şikayəti vermiş şəxs kasasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kasasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kasasiya şikayətindən imtinanı qəbul edirsə, kasasiya instansiyasında icraata xitam verilir. Kasasiya instansiyası məhkəməsi Cavabdeh1 apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsindən verdiyi kasasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, onun iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxxx saylı qətnaməsindən verdiyi kasasiya şikayətindən kasasiya instansiyası məhkəməsində qərar çıxarılanadək imtina etdiyindən, həmçinin onun kasasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığından və kasasiya şikayətindən imtina etməsi onun hüququ sayıldığından, eyni zamanda işdə, onun kasasiya şikayətindən imtina etməsini istisna edən heç bir mötəbər yazılı sübut olmadığından, onun kasasiya şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilməli, kasasiya şikayətindən imtinası qəbul edilməklə, ona münasibətdə kasasiya instansiyasında icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410.3-cü maddəsində göstərilir ki, kasasiya instansiyasında icraata xitam verilməsi barədə kasasiya məhkəməsi qərar çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 xx qızının iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xxxx saylı qətnaməsindən verdiyi kasasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, onun kasasiya şikayətindən imtinası qəbul edilsin və kasasiya instansiyasında icraata ona münasibətdə xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar