Məhkəmə qərarları › İş №2(102)-4236/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4236/2022

17.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4236/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı, X3 və X4 cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi Cavabdeh1, Zaqatala rayon Polis Şöbəsinin polis mayoru Cavabdeh2 və Cavabdeh3 Soltanməcid oğluna qarşı “əşyaların evə yerləşdirilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022- ci il tarixli, 2(107)526/2022 nömrəli qətnaməsindən Cavabdeh3 Soltanməcid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsi Cavabdeh3 Soltanməcid oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Həmin torpaq sahəsinin üzərində olan inşa olunmuş fərdi yaşayış evi İddiaçı və onun övladları X3 və X4 istifadəsində olmuşdur.

3. Zaqatala Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər İddiaçı və X1 iddiaçı Cavabdeh3 Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha kənd t əsərrüfatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları qət edilmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi cavabdehlər İddiaçı və X2 iddiaçı Cavabdeh3 Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi cavabdehlər İddiaçı və X2 Zaqatala rayonu, Göyəm kəndində yerləşən torpaq sahəsinin üzərində olan tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh3 Soltanməcid oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Zaqatala rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 22 aprel 2021-ci il tarixli akta əsasən Şəki Apellyasiya Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli icra sənədinin icrası qaydasında Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən tikilidə borclular İddiaçı və X5 məxsus əmlak boşaldılmış, borclular torpaq sahəsindən çıxarılmış və torpaq sahəsi tələbkara təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı, X6 və X7 cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Soltanməcid oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Cavabdeh1 və polis mayoru İlqar Xəlilov tərəfindən qanunsuz olaraq evdən çıxarılmış ev əşyalarının evə yerləşdirilməsi və iddiaçıların Zaqatala rayonu, Göyəm kəndində Cavabdeh3 Soltanməcid oğlunun mülkiyyətində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən iddiaçılara məxsus bir mərtəbəli, kürsülü, 4 otaq, mətbəx və hamamdan ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. İddia onunla əsaslandırılmışdır ki, 22 aprel 2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavabdeh1, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşı Cavabdeh2 iddiaçıları qanunsuz olaraq, zor tətbiq edərək evdən çıxarmış, ev əşyalarını is ə oğurlayıb aparmışlar. İddiaçıların başqa yerdə yaşamağa yerləri yoxdur, bütün paltarı və bütün ev əşyalarının harada olduğunu bilmirlər. İcra məmurunun qanunsuz hərəkəti ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinə müraciət etmiş və Şəki Apellyasiya Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarı ilə icra məmurunun onun evindən çıxarılmasına dair hərəkəti qanunsuz hesab edilərək, sonuncunun qərarı ləğv edilmiş və məhkəmənin icra sənədi icra hərəkətləri davam etdirilməsi üçün göndərilmişdir. Lakin icra məmuru həmin iş üzrə yeni bir icra hərəkəti həyata keçirməmiş, evindən oğurladığı əşyalarını qaytarmamışdır.

11. Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(033)-935/2021 nömrəli qətnaməsi ilə (hakim V.N.Məmmədov) iddia qismən təmin olunmuş, İddiaçı azyaşlı uşaqları – X6 və X7 il ə birlikdə Zaqatala rayonunun Göyəm kəndində 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən bir mərtəbəli kürsülü, 4 otaqlı, mətbəx və hamamdan ibarət fərdi yaşayış evinə köçürülməsi və ona məxsus ev əşyalarının həmin evə yerləşdirilməsi, iddia tələbinin cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi Cavabdeh1, Zaqatala rayon Polis Şöbəsinin polis mayoru Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir

12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27.1, 27.2, 152.1, 152.5-ci, “Uşaq Hüquqları haqqında” Qanunun 1 və 20-ci, “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, Zaqatala rayonu, Göyəm kəndində yerləşən Cavabdeh3 mülkiyyətində olan 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsindəki mübahisəli tikili orada daimi yaşamış iddiaçının, mənafeyi üstün tutmalı və daha yaxşı təmin edilməli olan uşaqlarının yaşayış yeri sayıldığından, eləcə də əmlaka başqa şəxsin sahibliyinə yol verməmək yalnız mülkiyyətçinin hüququ olduğundan, cavabdeh Arif Yüzbaşıyevin isə mübahisəli evə dair mülkiyyətçi hüquqları olmadığından, onun başqa yaşayış sahəsi olmayan iddiaçının mübahisəli evdə yaşamasına maneə olması qanunsuz olmuşdur. Odur ki, iddiaçı azyaşlı uşaqları ilə birgə həmin tikiliyə köçürülməli, eləcə də onun mülkiyyətindəki əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, b u hüququnun təmin edilməsi qaydasında iddiaçıya məxsus əşyaları mübahisəli tikiliyə yerləşdirilməli, iddia tələbi həmin hissələrdə, eləcə də mübahisəli tikilinin yerləşdiyi 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsinin mülkiyyətçisi olan və iddiaçının mübahisəli evdə yaşamasına maneə olan Cavabdeh3 münasibətdə təmin edilməlidir.

13. Məhkəmə həmçinin hesab etmişdir ki, digər cavabdehlər hazırkı iddiaya cavab verməli olmayan şəxs olduqlarından iddia tələbi onlara münasibətdə təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh3 Soltanməcid oğlu apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(033)-935/2021 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddianın həmin hissədə də rədd edilməs i barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(107)-526/2022 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və A.A.Mahmudovdan ibarət tərkibdə) Cavabdeh3 Soltanməcid oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)-935/2021 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

17. Cavabdeh3 Soltanməcid oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(107)-526/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152 və 157-ci, Mülki Prosessual məcəllənin 14.1, 76, 88 və 217-ci maddələri pozulmuş, qətnamədə əsassız olaraq Mülki Məcəllənin 27.1, 27.2, 152.1, 152.5, “Uşaq hüquqları haqqında” Qanunun 1-ci və “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddələrinə istinad olunmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi faktiki olaraq Cavabdeh3 Soltanməcid oğlunun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozmuş, onun öz torpaq sahəsindən istifadə hüququnu mümkünsüz etmişdir. Cavabdeh3 Soltanməcid oğlunun İddiaçı qarşısında nə mülki, nə də ailə hüquq münasibətlərindən irəli gələn öhdəlikləri yoxdur. Belə ki, məhkəmələr dövrə müvafiq olaraq keçmiş Mənzil Məcəlləsinin 123-cü, Mülki Məcəllənin 228-ci və hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından işə baxmalı idi. Lakin, məhkəmələr maddi hüquq normasını düzgün tətbiq etməməklə cavabdehin hüquqlarını kobud şəkildə pozmuşdur. Apellyasiya instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, m addi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansi yası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, iddiaçı apellyasiya şikayəti verməmişdir. Apellyasiya məhkəməsi işə yalnız Cavabdeh3 Soltanməcid oğlunun şikayəti əsasında iddianın təmin olunmuş hissəsində baxmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyasının 4 3-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarl a əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 26. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəmə sinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını səlahiyyətləri çərçivəsində müəyyən etmiş və həmin hallara uyğun olaraq maddi hüquq normalarını tətbiq etmişdir.

29. Cavabdeh kassasiya şikayətində onun mülkiyyət hüququnun pozulmasını iddia etsə də, mübahisələndirilən tikiliyə onun hər hansı hüququnun olmaması, iddiaçının isə azyaşlı övladları ilə həmin evə əmlak və əşya hüq uqlarının olması preyudisial əhəmiyyətə malik qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Həmin qətnamə ilə İddiaçı mübahisəli tikilidən çıxarılmasına dair Cavabdeh3 Soltanməcid oğlunun iddiası təmin olunmamışdır. Odur ki, sonuncunun hazırki işdə iddiaçının həmin evə köçməsinə mane olması qanunsuzdur və onun bununla bağlı hər hansı dəlili əsaslı hesab oluna bilməz.

30. Məhkəmə kollegiyası izah edir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

31. Odur ki, a pellyasiya instansiyası məhkəməsi iddiaçının yaşayış sahəsindən istifadə hüququnu bərpa etməklə, düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 Soltanməcid oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(107)-526/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar