Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4239/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh3 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) AzərbaycanRespublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-88/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşi n halları: Şəki rayonunun Qoxmuq kəndində, Qarabulaq sahəsində yerləşən yeməkxana 05 aprel 2005-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası isə 15 may 2003-cü il tarixdə X1 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 03 dekabr 2017-ci il tarixdə X3 vəfat etmişdir. Mərhumun digər vərəsələri mirasdan Cavabdeh3 xeyrinə imtina etdikləri üçün 30 mart 2018-ci il tarixdə Şəki rayon 2 saylı notariat kontorunun notariusu tərəfindən sonuncunun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin iyul ayında İddiaçı iddia əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək N küçəsində yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi və orada təmir-tikinti işlərinin görülməsi üçün X2 57.000 manat məbləğində, Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki yeməkxananın özəlləşdirilməsi üçün isə X2 8000 manat məbləğində pul verməsini və həmin əmlakın əsl həqiqətdə ona məxsus olmasını, lakin X1 vəfatından sonra onun vərəsələrinin həmin əmlakları ondan gizli başqasına satmaq niyyətində olmalarını əsas göstərməklə Cavabdeh3 qeyri-yaşayış sahəsinə görə ödədiyi 57.000 manatın, yeməkxanaya görə ödədiyi 8000 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-9/2020 saylı, 25 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim: C.F.İmanov) iddia qismən təmin edilərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı təmir-tikinti işlərinə çəkilmiş cəmi 25.039,95 manat məbləğində xərcin Cavabdeh3 alınaraq İddiaçı verilməsi, id dianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin qismən təmin edilməsinə dair hissədə ləğv edilib iddianın 10.470,07 manat həcmində təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən olunmadan qətnamə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-88/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), V.İ.Məliko v və İ.H.Şükürov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı təmir-tikinti işlərinə çəkilmiş xərcə görə cəmi 42.400 manatın tutularaq iddiaçıya verilməsi qət edilmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh3 qətnamədən kassasiya şikayəti verərək iddiaçının iddia ərizəsində qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə və orada təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərci tələb etdiyi h alda, apellyasiya instansiyası məhkəməsinin iddia tələbindən kənara çıxaraq obyektin bazar qiymətinin ondan tutulması barədə qətnamə qəbul etməklə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbini pozmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(107)-88/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kasssiya kollegiyasının iclasında iddiaçı və və kili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Ka ssasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyriyaşayış sahəsinin özəlləşdirilməsinə və orada aparılan təmir-tikinti işlərinə görə Natiq Səmədova 57.000 manat məbləğində pul verməsini əsas göstərməklə həmin məbləğin N.Səmədovun mirası qəbul etmiş vərəsəsi kimi onun oğlu Cavabdeh3 tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Lakin işə baxan apellyasiya ins tansiyası məhkəməsi İddiaçı cavabdehdən əsl həqiqətdə obyektin hazırkı real bazar dəyərini tələb etməsinə dair iddia qaldırdığı barədə nəticəyə gələrək cavabdehdən məhz obyektin bazar dəyəri kimi 42.400 manatın tutulması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İşdən görünür ki, İddiaçı qanunla müəyyən olunmuş qaydada iddianın əsasını və predmetini dəyişməmiş və məhkəməyə bu barədə ərizə təqdim etməmişdir. Belə olduqda, kollegiya hesab edir ki, İddiaçı iddia tələbini dəyişməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni olmamışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçıla mərhum N.Səmədovun mübahisəli obyektlə bağlı hansı münasibətdə olmaları (icarə, borc və s.) dəqiqləşdirilməmiş və məhz həmin münasibətləri tənzimləyən maddi hüquq normasının tələbləri baxımından mübahisənin həlli imkanı müzakirə olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin əsassız varlanması barədə nəticəyə gəlib mübahisəni Azərbaycan Respublikası Mülki Mücəlləsinin 1091-ci maddəsinin qüvvəsini tətbiq etməklə həll edərkən gəldiyi nəticəni də tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Mücəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.) Əsassız varlanma yalnız o zaman baş verir k i, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.(1091.2.) İşdən göründüyü kimi, mübahisəli əmlak cavabdehin atası Natiq Səmədovun qanuni istifadəsində olmaqla onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və cavabdehin mülkiyyətinə vərəsəlik qaydasında keçmişdir. Göstərilən vəziyyətdə cavabdehin hüquqi əsas olmadan başqa şəxsin hesabına varlanması baş verməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kollegiya hesab edir ki, qətnamə tərəflərin qarşılıqlı münasibətinə və q anunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı sayıla bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-88/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4239/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4239/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver