Məhkəmə qərarları › İş №2(102)-4241/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4241/2022

10.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4241/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4241/22 (Açar sözlər: ipoteka müqaviləsinin ləğvi) Bakı şəhəri, 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaqubo viçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsinə qarşı “ipoteka müqavilələrinə əlavə sazişlərin qismən ləğv edilməsi, əmlakın 1/2 hissəsinin yüklülükdən azad edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1768/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" ASC ilə X2 arasında xx.xx.2015-ci il tarixdə MZ/BP0546/10/15 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin təminatı olaraq MZ/BP0359/10/13 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş müxtəlif tarixli əlavə sazişlər imzalanmışdır. İpoteka müqaviləsi və həmin müqaviləyə əsasən bağlanmış müxtəlif tarixli əlavə sazişlərə görə X2 və İddiaçı ümumi birgə mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən mənzil, Qəbələ rayonu, Hacallı kəndində yerləşən qeyri-yaşayış binası (yanacaq doldurma məntəqəsi) və Qəbələ şəhəri, İ.B.Qutqaşınlı ünvanında yerləşən 59.76 kv.m tikintialtı sahədən ibarət olan qeyri-yaşayış binası (mağaza) qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi "xxxx" ASCnin xeyrinə yüklü edilmişdir.

2. Kredit müqaviləsi üzrə borclu üzərinə götürdüyü öhdə likləri icra etmədiyindən, bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, nəticədə kredit müqaviləsinin təminatı kimi MZ/BP-0359/10/13 saylı, xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi və həmin müqaviləyə edilmiş müxtəlif tarixli əlavə sazişlərə əsasən ipoteka ilə yüklü edilmiş əmlakların açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ ilə X1 kreditor "xxxx" ASC-yə olan borcun ödənilməsi qət edilmişdir.

1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı yuxarıda qeyd edilən cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələrinə əlavə sazişlərin qismən – daşınmaz əmlakların İddiaçı məxsus hissələrinin ipoteka ilə yüklü edilməsi hissələrində ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 27 nömrəli binada yerləşən X1 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 91,9 kv.m yaşayış. 35.1 kv.m yardımçı sahədən ibarət 10 nömrəli mənzilin, Qəbələ rayonu Hacallı kəndi ərazisində 0,15 ha torpaq sahəsində yerləşən X1 və İddiaçı ümumi birgə mülkiyyətlərindəki 10 girişli 196.8 kv.m ümumi, 196.8 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının, Qəbələ şəhəri İ.B.Qutqaşınlı küçəsində 0.02 ha torpaq sahəsində yerləşən X1 və İddiaçı ümumi birgə mülkiyyətindəki 2 mərtəbəli 105.2 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının İddiaçı mülkiyyətində olan hissələrinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, kredit müqavilə sindən irəli gələn öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş daşınmaz əmlakların ümumi birgə mülkiyyət olması Qəbələ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qətnaməsi ilə də müəyyən olunmuşdur. Əmlakların ümumi birgə mülkiyyətində olması banka məlum olsa da, bank təkcə Mehdi Heydərovla ipoteka müqaviləsi imzalamaqla əmlakları bütünlüklə ipoteka ilə yüklü etmişdir. Halbuki, bank ipoteka qoyan kimi həm də onu cəlb etməli idi.

5. Bank qanunun tələblərini pozaraq iddiaçı ilə ipoteka müqaviləsi bağlamadan, həmin müqaviləni dövlət qeydiyyatına almadan iddiaçının mülkiyyətində olan əmlakları ipoteka ilə yüklü etmişdir. Buna görə də ipoteka müqavilələrinə əlavə sazişlər qismən daşınmaz əmlakların iddiaçıya məxsus hissələrinin ipoteka ilə yüklü edilməsi hissələrində lə ğv edilməli, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların iddiaçının mülkiyyətində olan hissələri yüklülükdən azad edilməlidir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 8.1 və 8.2-ci maddələrinə istinad etmişdir. Cavabdeh “Para“ BOKtun nümayəndəsi iddiaya etiraz edərək, əmlakların ipotekaya qoyulmasına iddiaçının yazılı razılığının olmasını göstərmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-46/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Cəmilə Musayeva)

9. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına istinadən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmamaqdadı r. Belə ki, iddiaçı, mübahisə predmeti olan ipoteka müqaviləsi və müqaviləyə əlavə edilmiş sazişlər bağlanarkən, yəni ona birgə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlak bankın xeyrinə yüklü edilərkən, razılığının alınmadığına istinad etsə də, işdə olan sənədlərə əsasən razılıq ərizələrinin mövcudluğu, həmçinin "xxxx" ASCnin X2 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə baxılan zaman onun cavabdeh qismində cəlb edildiyi və bu işə baxılarkən məhkəməyə sözügedən halları iddiaya etiraz olaraq bildirmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməklə öz hüquqlarından sui-istifadə etmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nətic əni Mülki Məcəllənin 269, 270, 385.1, 421.2, 422.1, 425, 442, 560.1 və 560.2-ci maddələri ilə əsaslandırmışdır.

7. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti vermiş və iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən mübahisələndirilən ipoteka müqaviləsinin bağlanmasına onun razılığının alınmamasını nəzərə almamış, eləcə də bu faktın aydınlaşdırılması məqsədilə xətşünaslıq ekspertizası təyin etməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1768/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-46/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov)

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qətnamədən narazı qalan iddiaçının apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən mübahisələndirilən ipoteka müqaviləsinin və əlavə razılaşmaların bağlanmasına onun razılığının olmadığının nəzərə alınmaması, eləcə də bu faktın aydınlaşdırılması məqsədilə xətşünaslıq ekspertizası təyin edilməməsi barədə olsa da, bu dəlillər həm də iddia tələbində irəli sürüldüyündən birinci instansiya məhkəməsində işə baxılarkən həmin dəlillər üzrə ətraflı araşdırma aparılmış və onlara uyğun gələn maddi hüquq normal arı tətbiq olunmaqla müfəssəl hüquqi qiymət verilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi də öz npvbəsində vurğulayıb ki, bundan əvvəl Bankın iddiası üzrə baxılan işdə İddiaçı cavabdeh qismində işdə iştirak etməyə cəlb olunmuş və ipoteka müqaviləsinin və ona əlavə razılaşmaların qanuniliyi ilə bağlı öz fikirilərini bildirmək imkanına malik olmuşdur. Hazırkı işdə mübahisələndirilən ipoteka müqaviləsinin və əlavə razılaşmaların qanuniliyi həmin işdə yoxlanılmış və hər hansı pozuntu müəyyən edilmədiyindən tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə qətnamə çıxarılmışdır. İddiaçı işdə iştirak edən şəxs kimi həmin işdə ipoteka müqaviləsini mübahisələndirmək üçün kifayət qədər geniş imkanlara malik olmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 82.3-cü maddəsinin tələbinə, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında əks edilən hüquqi mövqeyə əsasən hesab etmişdir ki, istinad olunan məhkəmə aktları ilə ipoteka müqaviləsinin və ona əlavə razılaşmaların qanuniliyinə faktiki olaraq hüquqi qiymət verilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçı apellyasiya şikayətində mübahisələndirdiyi əqdlərin ləğvi üçün əsas kimi ipoteka müqaviləsi və ona əlavələrin onun razılığı olmadan bağlandığını göstərsə də, iddia ərizəsində bu cür əsas kimi ½ hissənin mülkiyyətçisi kimi onunla ayrıca i poteka müqaviləsinin bağlanmadığını qeyd etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının bu dəlilinə münasibətdə mövqeyi belə olub ki, əvvəla, hazırkı işdə mübahisələndirilən ipoteka müqaviləsi və əlavə razılaşmalar bağlanarkən ½ hissənin mülkiyyətçisi kimi iddiaçının qanunla müəyyən olunmuş qaydada razılığı alınmışdır. Digər tərəfdən, qanunun mənasına görə belə bir razılığın olmaması (alınmaması) müqavilənin ləğvi yox, onun etibarsızlığı üçün əsas ola bilər. Həmçinin bu zaman iddiaçı ilə ayrıca ipoteka müqaviləsinə bağlanmasına ehtiyac yoxdur və bu, qanunvericilkdə nəzərdə tutulmamışdır.

18. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq iş üzrə ekspertiza təyin olunmasına da lüzum görməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kas sasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iş materiallarında razılıq ərizəsinin əsli olmadığı halda, məhkəmələr müvafiq ekspertizanı keçirmədən qətnamə qəbul etmişlər. Halbuki, iddiaçı tərəfindən elə bir ərizə yazılmayıb. Bank, notarius və mülki işin sənədləri arasında elə bir sənədin əsli yoxdur. Ona görə də, ekspertizanı xahiş etmişdir. Mübahisə predmetini təşkil edən daşınmaz əmlaklar ipotekaya qoyulan zaman Ailə Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə sübutları ta m araşdırmamış, işdə olan sübutları düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyl i dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yan lış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“ape llyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

23. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

27. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

28. İddia tələbi ipoteka müqaviləsinə əlavə sazişlərin qismən ləğv edilməsi barədədir və iddiaçı tələbinin əsası kimi birgə mülkiyyətdə olan əmlaklara dair həmin müqavilələr bağlanarkən razılığının alınmamasına istinad edib.

29. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi bu hallar təkzib edilmiş, iddiaçının belə razılıq ərizəsi verməsi və əmlaklara tələb yönəldilməsi il ə bağlı məhkəmə araşdırmasına cəlb edildiyi halda, iddiaçının həmin iş üzrə bu məzmunda etiraz verməməsi, mübahisələndirələn əqdlərin qanuniliyinə həmin iş üzrə hüquqi qiymət verilməsi müəyyən edilmişdir.

30. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsasən gəlinən nəticəni qanuni və əsaslı sayır və apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 13-18-ci bəndlərində əks edilən dəyərləndriməsi ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını işdəki sübutları prosessual qanunvericiliyin tələbinə uyğun qiymətləndirməklə müəyyən etmiş, iddia tələbi, apellyasiya şikayəti üzrə iddiaçının bütün dəlillərinə qiymət vermişdir.

31. Məhkəmə kollegiyası razılıq ərizəsi üzrə məhkəmələrin müvafiq ekspertiza keçirməməsi barədə də lili ilə bağlı qeyd edir ki, bu dəlil apellyasiya şikayətində də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlili qəbul etməməsini işin digər halları ilə yanaşı əsassız saymışdır və kollegiya bununla razılaşır. Bundan əlavə, işdən görünür ki, məhkəmələr iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni təkcə razılıq ərizəsinin olmaması ilə deyil, həm də hazırda mübahisələndirlən əqdlər üzrə əvvəlki məhkəmə araşdırmalarında iddiaçının işə cəlb edilməsi, onun həmin vaxt qeyd edilən müqavilələrə hər hansı etirazının olmaması, müqavilələrin qanuniliyinə digər mülki işdə qiymət verilməsinə istinadla əsaslandırıblar.

32. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni tətb iq edilən edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.

33. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1768/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar