Məhkəmə qərarları › İş №2(102)-4242/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4242/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4242/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli 2(107)-163/2019 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.N.Sadıqov, iş № 2(025)-51/2018) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh8 və Cavabdeh2 Xudadat oğlundan müştərək qaydada cəmi 4.089,93 ABŞ dollarının icra olunduğu günə olan məzənnəyə uyğun olaraq manatla tutulub QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) bankın apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ rayon məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 20 dekabr 2011-ci il tarixdə bankla Cavabdeh1 arasında 120 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə kredit xətti müqaviləsi bağlanmış və h əmin tarixli kredit razılaşmasına əsasən bank tərəfindən ona 36 ay müddətinə 24.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 26 mart 2015-ci il və 26 may 2016-cı il tarixlərdə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi bankla Cavabdeh8, Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Kredit təminatı kimi həmçinin Cavabdeh3 məxsus Qəbələ şəhərində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və bankın ipoteka hüququ 23 dekabr 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin iyul ayında bank borcluya, zaminlərə, ipoteka qoyana və onun ailə üzvlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclunun kredit razılaşmasına əsasən üzə rinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi səbəbindən yaranmış borclara görə ondan və zaminlərdən cəmi 5825,83 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək Cavabdeh3 məxsus fərdi yaşayış evinin kreditin təminatı kimi ipoteka ilə yüklü edilməklə, həmin hüququn dövlət qeydiyyatına alınmasını, lakin məhkəmənin qanunsuz olaraq tutmanın ipoteka predmetinə yönəldilməsindən imtina etməsini əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmi şdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qanuniliyi yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinin rədd olunmasına dair hissədə mübahisələndirilmiş, qalan hissədə qətnamə nə iddiaçı nə də cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, qətnamənin qanuniliyi yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan s onra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianı rədd edərkən ipoteka müqaviləsinin kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədi ilə bağlanmasını və həmin vaxt gələcəkdə veriləcək kreditin konkret məbləğinin məlum olmamasını, orada verilməsi planlaşdırılan kreditin məbləğinin, müddətinin və faiz dərəcəsinin göstərilməməsini, həmçinin Mülki Məcəllənin 307.5-ci maddəsinin tələblərinə uyğun olara q kredit öhdəliyinin hissə-hissə icra edilməli olduğu halda, ipoteka müqaviləsində müvafiq ödənişlərin, müddətlərin və ya dövriliyin, onların məbləğlərinin və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlərin müəyyən olunmamasını əsas göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə Cavabdeh1 verilmiş kreditin məbləği, müddəti, faiz dərəcəsi və öhdəliyinin icrası qaydası kredit razılaşması ilə müəyyən olunduğundan, həmin razılaşma bağlanmaqla ipoteka müqaviləsində də müvafiq əlavə və dəyişiklik edilməli və ipoteka müqaviləsinin əlavə dövlət qeydiyyatı aparılmalı idi. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mərhum Cavabdeh3 tərəfindən ödəniş cədvəlində “ödəniş planı ilə tanış oldum, razıyam” qeydinin aparılması ipoteka müqaviləsinə müvafiq dəyişikliyin edilməsi kimi qiymətlən dirilə bilməz, çünki öhdəliyin mahiyyəti dəyişdikdə ipoteka müqaviləsinə də əlavə və dəyişiklik edilməklə ipoteka müqaviləsinin əlavə qeydiyyatı aparılmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin”, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli qərarında şərh edilmiş hüququ mövqeyə əsaslanmışdır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, qətnamə mübahisələndirilən hissədə maddi hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayəti təm in oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 31 yanvar 2019-cu il tarixli qətnaməsi kredit borcunun tutulmasının ipoteka predmetinə yönəldilməsi tələbinin rədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar