Məhkəmə qərarları › İş №2(102)-4242/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4242/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4242/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı1, iddiaçıların vəkili X27, cavabdehin vəkili X18 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 Mirzəbəy oğlu, İddiaçı1 və cavabdeh X29 Diaqnostika Mərkəzi tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(059)-361/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X30 Diaqnostika Mərkəzindən İddiaçı1 xeyrinə maddi ziyana görə 5000 (beş min) manat, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi olaraq 500 (beş yüz) manat olmaqla, cəmi 5500 (beş min beş yüz) manat məbləğində pul tutulması, cavabdeh X30 Diaqnostika Mərkəzindən iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə mənəvi ziyana görə 10000 (on min) manat məbləğində pul tutulması, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı1 aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Bəylər Ələkbərov) Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), G.Tağızadə və L.Məmmədova, 2(105)752/2 020 saylı mülki iş) hazırki iş üzrə Siyəzən rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(059)-361/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Siyəzən X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 100000 manat, cəmi 110 000 manat pulun cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar əlavə cavabdehin cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, XXX də, işə cavabdeh qismində cəlb edilməsinə razılıq vermiş, həmçinin, maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 100000 manat, cəmi 110000 manat pulun cavabdehlərdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar sonradan təl əbinin həcminin artırılması barədə ərizə verərək, maddi zərərə görə 10500 manat, mənəvi zərərə görə 100000 manat, cəmi 110500 manat pulun cavabdehlərdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır: X4 İddiaçı1 arvadı, İddiaçı2 qızı olmuş və İddiaçı1 sonuncu ilə 2014-cü ildə evlənmiş, bu nikahdan xx xxxx 2015-ci ildə onların bir oğul övladları doğulmuşdur. 2017-ci ilin oktyabr ayında XXnın ikinci uşağa hamilə olması onlara məlum olmuşdur. XXin ikinci hamiləliyini bildikləri vaxtdan hamiləliyin sonuna qədər XX Siyəzən RMDM-nin həkim mama-ginekoloqu XXX yanına müayinəyə gedərək, onun nəzarətində olmuşdur. Hamiləlik dövründə XXX həkim müayinəsinə hər dəfə İddiaçı1 anası X16 ilə birlikdə getmiş və buna görə də anası X XXin hamiləli k dövründəki bütün müayinə və müalicə proseslərində iştirak etmişdir. Bildiyinə görə XXX bütün analizlərdən, tibbi yoxlamalardan, müayinələrdən keçmiş və mərhumda hər hansı bir xəstəlik olmamışdır. Həkim müayinələrinə əsasən onlara hamiləliyin normal qaydada inkişaf etməsi və hər hansı bir problem olmaması bildirilmişdir. Bundan başqa, XXXnın ilk doğuşu da, qeysəriyyə əməliyyatı ilə olmuşdur. Ona görə də həkimin onlara deməsinə görə ikinci doğuş da xx xxxx 2018-ci il tarixdə qeysəriyyə əməliyyatı ilə həyata keçirilməli idi. İddiaçı1 işi ilə əlaqədar 15 gün işdə, növbəti 15 gün evdə istirahətdə olur. O, sonuncu dəfə işə getmək üçün xx xxxx 2018-ci il tarixdə evdən çıxdığından xx xxxx 2018-ci il tarixdə yoldaşının əməliyyatı zamanı Siyəzən rayonunda olmamışdır. Sonuncudan əvvəlki USM zamanı həkim X38 növbəti USM-in xx xxxx 2018-ci il tarixdə keçiriləcəyi ilə bağlı məlumat vermişdir. X20 eşitdiyinə görə xx xxxx 2018-ci il tarixdə XXX USM-dən keçmiş və həmin müayinə zamanı bətndə olan uşağın ürək döyüntülərinin azalması müəyyən olunmuşdur. X41 USM nəticələrinə baxaraq, uşağın vəziyyətinin təhlükəli olmasını və təcili olaraq əməliyyata daxil olaraq uşağın götürülməsi barədə məlumat vermiş, bundan sonra, XXX əməliyyata götürülmüşdür. Əməliyyatdan sonra İddiaçı1 anasına XXXin əməliyyatının uğurla keçməsi və əməliyyatdan sonra ayılması barədə məlumat vermişdir. İddiaçı1 həmin gün o, Bakı şəhərində, Xəzər dənizinin Günəşli yatağında işdə olmuş, istirahət vaxtı təxminən saat 16 radələrində bacısı Əfsanə ona zəng edərək, qızının olması münasibətilə təbrik etmiş və hər şeyin qaydasında olması barədə məlumat vermişdir. Bundan təxminən 1 saat, 1 saat yarım sonra İddiaçı1 tanımadığı nömrədən zəng gəlmiş və ona arvadı XXXin vəziyyətinin pisləşməsi, vəziyyətinin ağırlaşması və təcili xəstəxanaya gəlməsi barədə xəbərdarlıq edildikdən sonra o, bacısı Əfsanəyə zəng edib bu barədə məlumat vermiş, bir qədər sonra da sonuncudan arvadının ölümü barədə xəbər almışdır. Həmçinin, əməliyyatdan qabaq təxminən 3-4 saat müddətində XXX əməliyyat olunması üçün növbə gözləmişdir. Həmin vaxt iddiaçı Qasımovun anasının adından Quba PM-nə getməkdən imtina barədə ərizə yazılmasına baxmayaraq, anası X24 Quba PM-nə aparılması barədə təklif olunmamışdır. Lakin anası Kəmalə Qasımovanın deməsinə görə həmin vaxt ona bu barədə məlumat verilməmiş və bu barədə o, heç bir sənədə imza etməmişdir. Həkim səh lənkarlığı, XXXin ağrıkəsicilərə qarşı allergiyasının olması, tibb işçilərinin məsuliyyətsizliyi və həmin gün əməliyyatların çox olmasına görə nəzarətsizlik XXXin ölümünə səbəb olmuşdur. Məhz bununla əlaqədar Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Siyəzən RMDM-nin Reanimasiya şöbəsində tibb-bacısı işləmiş X34 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məlumhadisə ilə əlaqədar mərhum üçün dəfn və yas mərasimləri təşkil edilmiş, bunun üçün ümumilikdə 10000 manat pul sərf etmişlər. Belə ki, təkcə qəbirüstü abidənin qoyulmasına 5000 manat pul sərf edilmiş, qalan 5000 manat isə digər işlər üçün xərclənmişdir. Bundan ə lavə, hazırkı tələblə məhkəməyə müraciət etmək üçün hüquqi yardıma görə 500 manat vəsait ödənilmişdir. XXXin ölməsi nəticəsində İddiaçı1 iki azyaşlı uşağı anasız qalmış, hazırda heç kim onun əvəzinə uşaqlarına ana, ya da valideynlərinə övlad ola bilməz. Bu isə ailədə hamının hədsiz mənəvi iztirab, sarsıntı keçirməsinə səbəb olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 Suraət oğlunun kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdehdən tutulmalı olan məbləğ işin hallarına uyğun deyil. X21 həkim səhlənkarlığı nəticəsində ölməsi iki yaşlı uşağı anasız qoymuşdur. Mərhumənin dəfn mərasiminə 10.000 manatdan artıq pul xərcləmişlər. Bu barəd ə sübutları məhkəməyə təqdim etsələr də məhkəmə bu hallara düzgün qimət verməmişdir. Hadisə nəticəsində çəkmiş olduqları mənəvi ziyanın məbləği qat-qat artıqdır. Ona görə apelyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Siyəzən Regional X12 kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçıların tələb etdiyi pul vəfat edənə münasibətdə kimdən tutulmalı və hansı əsasa uyğun hesablanmalı idi. Məhkəmə iddiaçıların hüquqi varis olması, məhz pulun kimə ödənilməli olmasını müəyyən etməmiş, ziyanın hansı səbəbdən həmin iş üzrə təqsirli bilinmiş şəxsdən tutulmamasını istisna edən halları əsaslan dırmamışdır. Həmin işdə məhkum edilmiş şəxs heç bir həkimin və cavabdeh təşkilatın xəbəri və göstərişi olmadan xəstəyə müdaxilə etmişdir. Ona görə vurulmuş zərər onun özündən tutulmalıdır. Təksirkar şəxs X34 cavabdehin təlimatı üzrə hərəkət etməmişdir. Həmin şəxs X22 Mərkəzinin heç bir səlahiyyətli şəxsinin və ya həkiminin xəbəri və razılığı olmadan xəstəyə müdaxilə etmişdir. Ona görə də apelyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasındaİddiaçı1 və iddiaçıların vəkili X27 iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişlə r. Məhkəmə kollegiyasının iclasındacavabdehin vəkili X28 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişr. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti i lə bağlı məhkəmənin mövqeyi: X3 həkim səhvi nəticəsində vəfat etməsi işin mübahisəsiz halıdır. Beləki, Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 1(059)-09/2019 saylı hökmünün surətindən görünür ki, X34 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il müddətə dövlət, kommersiya və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 1 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə göstərilmişdir ki, X34 xx xxxx 2018-ci il tarixdə işlədiyi Cavabdeh Reanimasiya şöbəsinin Reanimasiya zalında növbətçi tibb bacısı qismində növbədə olan zaman həmin gün Siyəzən RMDM-nin cərrahiyyə şöbəsinin əməliyyat otağında saat 15:00-da qeysəriyyə əməliyyatı olunmuş və ağrıkəsi cilərə, daha dəqiq "analgin” və "baralgin” adlı dərman vasitələrinə qarşı allergik reaksiyası olan Siyəzən şəhər sakini, xx xxxx 1993-cü il təvəllüdlü X5 16:22-də Reanimasiya zalına daxil olduqdan 46 dəqiqə sonra təyinat vərəqəsində qeyd olunan dərman vasitələrinə zidd olaraq, eyni zamanda XXXnın adına Siyəzən RMDM-də açılmış ******* nömrəli doğum tarixində xəstənin ağrıkəsicilərə qarşı allergiyasının olması barədə qeydlərin olmasına, baş tibb bacısı vəzifəsini icra edən X15 və həkim anestezioloq-reanimatoloq X10 əvvəlcədən xəbərdarlıq etmələrinə baxmayaraq, habelə, həmin dərman vasitəsinin təyinat vərəqəsində qeyd olunub-olunmamasını yoxlamalı olduğu halda, diqqətsizlik edərək həmin gün saat 17:08-də analgin-dimedrol preparatı qarışığını inyeksiya yolu ilə XXXnın venadaxilinə yeritməsi nə ticəsində inkişaf etmiş anafilaktik şok səbəbindən ehtiyatsızlıqdan sonuncunun ölməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən X30 Diaqnostika Mərkəzi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin tabeliyinə verildiyi üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” iş üzrə cavabdeh qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2019-cu il tarixli, xx/xx7996 nömrəli məktubundan görünür ki, X30 Diaqnostika Mərkəzi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçməsə də, qeyd olunan dövlət tibb müəssisəsi məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Siyəzən Regional X12 xx xxx 2006-cı il tarixdə təsdiq edilmiş əsasnaməsinin surətindən görünür ki, Mərkəz respu blikanın şimal zonasının, o cümlədən Siyəzən, Dəvəçi, Xızı, Quba, Qusar və Xaçmaz rayonlarının əhalisini ixtisaslaşdırılmış tibbi yardımla təmin edən müalicə-proflaktika müəssisəsidir. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli, 248 nömrəli əmrinin surətindən görünür ki, əmək vəzifələrini kobud şəkildə pozduğu üçün anesteziologiya və reanimasiya şöbəsinin tibb bacısı X43 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh hazırkı iş üzrə cavabdeh qismində cəlb edilməsi əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçılara vurulmuş maddi zərərin məbləği ilə bağlı qiymətləndirmə aparmışdır. Beləki, iş materiallarında olan X17 (VÖEN **********) tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş DGO se riyalı, 093652 saylı qaimə-fakturadan görünür ki, İddiaçı1 mərhum X8 qəbir üstü abidəsininin (qara qranit daşı) düzəlməsini həmin şəxsə sifariş etmiş və bu sifarişin düzəlməsinə görə 5000 (beş min) manat pul ödəmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X11 qəbirüstü abidəsi var və abidənin üzərində " X19 xx.xx.1993-xx.xx.2018Sevənlərindən xatirə" sözləri yazılıb. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli, 285023 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı1 hüquqi yardımın göstərilməsi məqsədilə Abşeron rayon vəkil bürosunun hesabına 500 manat ödəniş etmişdir. Məhkəmələr X23 xx xxxx 2018-ci il tarixdə işlədiyi Cavabdeh Reanimasiya şöbəsinin Reanimasiya zalında növbətçi tibb bacısı qismində növbədə olan zaman saat 17:08-də analgin-dimedrol prepara tı qarışığını inyeksiya yolu ilə XXXnın venadaxilinə yeritməsinin sonuncunun ölməsinə səbəb olmasını, Siyəzən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə X34 Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini, Cavabdeh anesteziologiya və reanimasiya şöbəsinin tibb bacısı Rəna Bağırovanın ehtiyatsızlıqdan törətmiş olduğu cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin həyatdan məhrum olmasının məhkəmə hökmü ilə təsdiq edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi, İddiaçı1 mərhum XXXnın qəbir üstü abidəsinin (qara qranit daşı) düzəlməsini fiziki şəxs Eldar Şəfəqqətova sifariş etməsini, sifarişə görə 5000 (beş min) manat pul ödəməsini, İddiaçı1 xx xxxxxxxx 2019-cu il tarixdə hüquqi yardımın göstərilməsi məqsədilə Abşeron rayon v əkil bürosunun hesabına 500 manat ödəniş etməsini müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 21, 1096, 1097, 1117, 1127, Mülki Prosessual Məcəllənin 82.4-cü maddələri ilə əsaslandırmışlar. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisənin həlli ilə bağlı tətbiq etdiyi qanunvericilik normalarını işin hallarına uyğun hesab edir və eyni zamanda tutulan maddi zianın məbləği ilə razılaşır. Çünki iddiaçı tərəf maddi ziyanın daha artıq olması ilə bağlı sübutlar təqdim etmədiyi üçün məhkəmələr iddianı həmin məbləğdə təmin etmişlər. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti üzrə qeyd edir ki, X23 Cavabdeh işçisi olması, onun təqsiri üzündən, yəni analgin-dimedrol preparatı qarışığını inyeksiya yolu ilə X7 v enadaxilinə yeritməsi, bu səbəbdən də sonuncun ölməsi, X23 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini işin mübaisə edilməyən halıdır. Bu hal Siyəzən rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə təsdiq edilir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə də məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin 1099.1 və 1099.2-ci maddələrinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ö dəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Qanunvericilik hüquqi şəxsin öz işçisinin və tibb müəssisəsinin vurduğu zərərin ödənilməsini müəyyən etmiş və analoji iddia larda sübutetmə vəzifəsini zərərvuranın üzərinə qoymuşdur. Hazırki işdə də zərərin Cavabdeh işçisi olmuş Xnın təqsiri üzündən baş verməsi iş materiallarında olan hökmlə təsdiq edilir. Buna görə də Cavabdeh öz işçisinin vurduğu zərərə görə deliktdən irəli gələn öhdəliyi vardır. Bu baxımdan cavabdehlərin zərərin əvəzinin ödənilməsi öhdəliyinin Siyəzən rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə məhkum edilmiş X23 üzərinə qoyulmalı olması barədə dəlilləri əsassızdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cinayət-Prosessual Məcəllənin 181.2.3-cü maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, qanunvercilik cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə vurulmuş maddi ziyanın ödənilməsini nəzərdə tutmuşdur. Belə olan halda, Cavabdeh qanunverciliyin tələbi baxımından vurduğu zərərin əvəzini tam ödəməlidir. Eyni zamanda məhkəmə kollegiyası ziyanı tələb etməli olan şəxslərin dairəsinin aydınlaşdırılmaması ilə bağlı cavabdehin kassasiya şikayətinin dəliləri ilə razılaşmır. Əvvəla, iddiaçılardan biri mərhumun əri, digəri isə onun atasıdır. İstər mərhumun dəfn mərasimlərinin keçirilməsində və istərsə də öununla bağlı digər xərclərdə onların birgə iştirakı istisna deyil. Eyni zamanda mərhumun vəfat etməsi ilə onların hər birinin mənəvi zərər çəkməsi və ona görə tələbkar qismində iştirak etmələri mübahisə mövzusu ola bilməz. Məhkəmə kollegiyası iddiaçıların xeyrinə tutulan mənəvi ziyanın məbləği ilə bağlı razılaşmır və hesab edir ki, həmin məbləğ mərhumun vəfatı ilə bağlı iddiaçılara vurulan mənəvi ziyanla tənasüb təşkil etmir. Cinayət-Prosessual Məcəllənin 181.2.4-cü maddəsinə görə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Cavabdeh işçisi olmuş Xnın təqsiri üzündən iddiaçıların birinin qızı, digərinin isə həyat yoldaşı olan XXXnın ölməsi faktı özü-özlüyündə həmin şəxslərin mənəvi satsıntıya məruz qalmasını təsdiq edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təh lükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarında da mənəvi zərərin miqdarının meyarı kimi mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı nəzərə alnmalıdır. Hazırki işdə iddiaçıla rın birinin qızı, digərinin isə həyat yoldaşı olan XXX gənc yaşlarında idi, heç bir xəstəlikdən əziyyət çəkmirdi, ailə ikinci uşağın dünyaya gəlməsi sevinci yaşayarkən iki uşaq anası həkim səhvi nəticəsində qəflətən vəfat etmişdir. Bu faciə nəticəsində iki körpə uşaq anasından məhrum olmuş, uşaqlar İddiaçı1 himayəsində qalmışdır. Baş vermiş ölüm hadisəsi uşaqların həyatına, yaşayış tərzinə, onların qayğısız uşaqlığına təsir göstərəcək, onların ömür boyu böyük mənəvi sarsıntı, iztirab keçirmələrini şərtləndirəcək. Belə faciənin mənəvi əzabı böyükdür. Hər iki iddiaçının bu hadisədən təsirlənməsi, sarsılması, mənəvi istirab keçirməsi şübhəsizdir. Məhkəmənin mənəvi zərərin miqdarını 10.000 manat müəyyən etməsi işin hallarına uyğun deyil. Məhkəmə kollegiyası həmin məbləği daha 10.000 manat ar tırmaqla mənəvi ziyanın 20.000 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Kollegianın mövqeyinə görə vurulmuş mənəvi ziyanla bağlı yuxarıda şərh olunanlar həmin məbləğin daha ağlabatan və ədalətli olması qənaətinə gəlməyə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisəni həll edərkən tələbin qanuni əsası kimi maddi hüquq normalarını düzgün tapsa da mənəvi ziyanın məbləğini müəyyənləşdirməkdə səhvə yol vermişdir. Ona görə iddiaçıların kassasiya şikayəti qismən təmin olunmalı, mənəvi ziyanın məbləği hissəsində qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 417.1.2. maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edə bilər. Nəticə: Cavabdeh Siyəzən Regional X1 2 kassasiya şikayəti təmin edilməməli, iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mənəvi ziyan hissəsində dəyişdirilməli, həmin məbləğ 20.000 AZN müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mənəvi ziyan hissəsində dəyişdirilsin. Həmin məbləğ 20.000 (iyirmi min) AZN müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən s axlanılsın. Cavabdeh Siyəzən Regional X12 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar