Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4242/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4242/2022 Açar sözlər: kredit borcunun ipotekaya yönəldilməsi, ipotekanın ilkin satış qiyməti Bakı şəhəri, 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-200/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 18 aylıq güzəştlə, 36 ay müddətinə, illik 6 faizlə 14.500 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı ola raq bankla Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Goranboy şəhəri, V.Bayramov küçəsi 48-də yerləşən fərdi yaşayış evi 0.080 ha torpaq sahəsi ilə birlikdə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(83)-736/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə lisenziyaları ləğv olunmuş və müflis elan olunmuş "xxxx" ASC-yə təyin olunmuş ləğvedici “X1 Company” MMC-nin fəaliyyətinə xitam verilmiş və qeyd edilən banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək Cavabdeh 14.486,08 manat əsas borc, 1507,85 manat məbləğində faiz borcu, 423,36 manat cərimə borcu, kredit müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1067,14 manat, ümumilikdə isə 17.484,43 manat vəsaitin, 31 manat dövlət rüsumunun, 31 manat DƏDRX rüsumunun LPO Gəncəbank” ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Goranboy şəhəri, V.Bayramov küçəsi 48-də yerləşən fərdi yaşayış evinə və 0.080 ha torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlak satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu öz üzərinə götürdüyü kredit ö hdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2019-cu il tarixinə Banka 14486.08 manat məbləğində əsas borc, 1507.85 manat məbləğində faiz borcu, 423.36 manat cərimə üzrə borc, kredit müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 1067.14 manat, ümumilikdə isə 17484.43 manat məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında **********392 saylı xx.xx.2018-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş ********** sayla xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda, Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.
6. Məhkəmə qərardadına əsasən "xxxx" MMC tərəfindən aparılmış fərdi yaşayış evinin qiymətləndirilməsinə dair 0726/20/GB saylı, xx.xx.2020-ci il tarixli hesabatında cavabdehin mülkiyyətində olan Goranboy rayonu, V.Bayramov küçəsi 48-də yerləşən fərdi yaşayış evinin 0.08 ha torpaq sahəsi ilə birlikdə bazar qiymətinin 45.000 manat olduğu müəyyən edilmişdir.
7. Goranboy Rayon Məhkəməsinin (hakim: S.İ.Mayılov) 17 sentyabr 2020-ci il tarixli, 2(045)-26/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 14486.08 manat əsas borc, 1507.85 manat faiz borcu, -200 manat cərimə borcu, kredit müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 1067.14 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi üçün dövlət rüsumu və xidmət haqqı üzrə 30.8 manat olmaqla, ümumilikdə 17.322,27 manat LPO "xxxx" АSC-nin xeyrinə tutulması, tutma ipoteka predmeti olan tam hissə ilə Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0.08 ha torpaq sahəsinə yönəldilərək 45.000 manat ilkin satış qiyməti ilə açıq hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 0.08 ha tor paq sahəsi ilə birgə satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlak 1 (bir) ay ərzində boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 14486.08 manat, müqavilə müddəti üçün hesablanmış faiz üzrə 1507.85 manat, cərimə üzrə 423.36 manat, kredit müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu üzrə 1067.14 manat, ümumilikdə isə 17484.43 manat kredit borcu yaranmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, ona ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmiş və bu bildiriş iddiaçının ərizəsi əsasında ipotekan ın dövlət qeydiyyatı orqanında qeydə alınmışdır.
9. Məhkəmə iddianın ipoteka predmetinin ilkin satış qiyməti üzrə onu qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər ipoteka müqaviləsində ipoteka predmetinin dəyərini 45.000 manat olaraq müəyyən etsələr də, ilkin satış qiymətində razılaşmamışlar və bu qiymət müqavilədə öz əksini tapmamışdır.
10. Məhkəmə qeyd edilənlərə əsasən və "xxxx" MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, onun əmlakın dəyəri barədəki hesabatı ilə razılaşır və ipoteka predmetinin ilkin satış qiymətinin hesabata uyğun olaraq 45.000 manat məbləğində müəyyən edilməsini ədalətli saymışdır.
11. Həmçinin məhkəmə 423,36 manat cəriməni tənasübsüz surətdə yüksək sayaraq, onun 200 manat müəyyən edilməsini iddiaçının bütün mənafelərinə uyğun hesab etmiş dir.
12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 60, 449, 385, 442, 448, 465-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 4, 33, 34, 59-cu maddələrinə, “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, kredit və ipoteka müqavilələri 2014-cü il tarixdə bağlanmış və ipoteka müqaviləsində əmlakların dəyəri o döv r üçün nəzərə alınmışdır. Qeyd olunan tarixdən sonra baş vermiş devalvasiyalar əmlak bazarına da öz təsirini göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsinə dair qərardad qəbul edilməsi zəruri olduğu halda məhkəmə bunu etməmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş məbləğ bazar dəyərini əks etdirir.
15. Həmçinin cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləği şişirdilmiş, ipoteka predmetinin ilkin satış qiyməti real bazar qiymətini əks etdirmir. Borcun tutulması onun əmlakına yönəldiləcəyi təqdirdə o, və ailəsi evsiz qalacaqdır. Bundan əlavə kredit borcunda ona heç bir güzəşt tətbiq edilməmişdir.
17. Apellyasiya instansiyasında icraat zamanı alınmış "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 514/GB/21 saylı qiymətləndirmə hesabatından görünür ki, cavabdehə məxsus Goranboy şəhəri, V.Bayramov küçəsi 48-də yerləşən fərdi yaşayış evinin likvid dəyəri 120.000 manat müəyyən edilmişdir.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-200/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev(sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq Goranboy Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(045)-26/2020 saylı qətnaməsi qismənipoteka predmeti olan, tam hissə ilə Cavabdeh məxsus ünvan 2 ünvanında yerl əşən fərdi yaşayış evinin və 0.08 ha torpaq sahəsinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək ipoteka predmetinin ilkin satış qiyməti likvid dəyəri ilə 120.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cavabdehdən tutulmalı olan borcun məbləğinə dair hissədə nəticəsi ilə razılaşmış, ipoteka predmetinin qiymətinə dair hissədə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti kimi likvid dəyəri göstərilməlidir. Əmlakın likvid dəyəri "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 514/GB/21 saylı qiymətləndirmə hesabatı ilə müəyyən olunmuşdur.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf apellyasiya şikayətinin dəlillərini əsaslandırmamış, cavabdeh tərəf isə apellyasiya şikayətinin dəlillərini qismən, ipoteka predmetinin qiymətinin müəyyən edilməsi hissəsində əsaslandıra bilmişdir. Hər iki apellyasiya şikayətinin digər dəlilləri barədə tərəflər məhkəmə kollegiyasına mötəbər sübutlar təqdim etməmişlər.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 399, 385, 203, 269, 317, 319, 442, 443 və 739-cu maddələri, “İpoteka haqqında” Qanunun 33, 36, 39 və 59-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına istinadla əsaslandırmışd ır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib şikayətin mübahisələndirilən hissədə yenidən baxılması üçün təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini bazar qiymətləri ilə müqayisədə həddən artıq yuxarı qiymətləndirmişdir. Məhkəmə həmçinin ipoteka predmeti olan fərdi yaşayış evinin kənddə yerləşdiyini də nəzərə almamışdır. Kənd şəraitində yerləşən əmlaklar daha çox təbii aşınmaya məruz qalır və yararlılıq müddəti daha qısa olur. Bu da onların daha tez qiymətinin aşağı düşməsinə səbə b olur. Ən əsası kənd şəraitində əmlakın satılması və ona olan tələbat çox aşağıdır. Bu əmlaklara olan istehlakçı tələbatı araşdırılmalıdır. Həmçinin sözügedən qətnamədə ipoteka predmeti olmuş əmlakların ilkin satış qiymətinin real dəyərini əks etdirmədiyi üçün icra mərhələsində ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmlakın Bankın mülkiyyətinə götürüldüyü təqdirdə iş üzrə cavabdehə əsassız fərq ödəməsinə gətirib çıxaran amildir. Bu isə Bankın kreditorları qarşısındakı öhdəliklərinin çox gec icra edilməsinə və kreditor hüquqlarının pozulmasına zəmin yaradır. Həmçinin iki qiymətləndirmə rəyi arasında kəskin fərq olduğundan yenidən ekspertizanın keçirilməsi zəruridir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətin ə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
25. Maddə 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
26. Maddə 39.3.3 Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2 Məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
31. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsat əti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya bax ışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən yalnız ipotekanın satış qiyməti hissəsində mübahisələndirildiyindən qətnamə həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası iddiaç ının kassasiya şikayəti üzrə mübahisələndirilən ipotekanın satış qiyməti hissəsi üzrə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə bu hissədə ləğv edilməlidir.
38. İşdən görünür ki, iş üzrə ipoteka müqaviləsində əmlakın qiyməti 45000 manat müəyyən edilmiş, birinci instansiya məhkəməsində "xxxx" MMC-dən alınmış rəydə daşınmaz əmlakın bazar dəyəri 45000 manat, apellyasiya instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-dən alınmış rəydə isə əmlakın bazar dəyəri 130.000 manat, likvid dəyəri isə 120.000 manat müəyyən edilmişdir.
39. İşdən görünür iş, ipoteka predmeti olan əmlak Goranboy şəhərində 0,08 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 58,7 kv.m yaşayış, 77,2 kv.m yardımşı sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evidir. "xxxx" MMC-nin rəyində evin daxilinə baxış keçirilmədən (fotoşəkillər küçədən çəkilib) 45000 manat qiymət qoyulmuş, "xxxx" MMC tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli qiymətləndirmə rəyində isə bu əmlakın likvid dəyərinin 120000 manat müəyyən edilməsinə əsas verən hər hansı müstəsna xüsusiyyət qeyd edilməmişdir, həmçinin ekspert rəyində yalnız əmlakın texniki göstəricilərini göstərməklə kifayətlənmiş, analoji ərazidə oxşar evlərin qiyməti barəsində hər hansı araşdırma aparmadan və gəldiyi nəticəni əsaslandırmadan rəy vermişdir.
40. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkd ir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
41. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.
42. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
43. Tərəflər aras ında bağlanmış ipoteka müqaviləsində əmlakın dəyəri 45.000 manat kimi razılaşdırılmışdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
45. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
46. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
47. Kollegiya işdə bir-biri arasında kəskin fərq olan 2 qiymətləndirmə rəyinin olduğunu, həm birinci, həm də ikinci rəyin tam əsaslandırılmamasını nəzərə alaraq hesab edir ki, ikinci rəy əsasında apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetinin qiymətinin120.000 manat müəyyən edilməsi barədə gəldiyi nəticə qanuni sayıla bilməz. 48. “ İpoteka haqqında” Qanunun yuxarıda qeyd edilən maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi göstərilmişdir. Buna görə də ipoteka predmetinin ilkin satış qiyməti likvid qiyməti ilə müəyyən edilməlidir.
49. Əmlakın qiymətinin likvid dəyərinə gəldikdə isə, qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxudinvestisiyaproseslərindəaktivlərinbazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsinin ipotekanın satış qiymətinin müəyyən edilməsi hissəsində gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla mübahisəni obyektiv həll etmək üçün ipoteka predmetinin yenidən, tərəflərin iştirakının təmin edilməklə təkrar qiymətləndirilməsinin həyata keçirilməsinin zəruriliyi müzakirə edilməlidir.
51. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-200/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsiqismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin. İşə həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.