Məhkəmə qərarları › İş №2(102)-4243/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4243/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4243/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlunun sədrliyi və məruzəsi ilə, Əsgərov Qürbət Ağa oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1, vəkili *** iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 25 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Qədimov Cavid Əbdürrəhman oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 15000 manat borcun və 30 manat dövlət rüsumun un alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(075)-1108/2018 nömrəli qətnаməsi ilə (hakim Elçin Mehdiyev) iddiа qismən təmin edilmiş, Cavabdeh cəmi 7852 manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 15 manatının onun özünə aid edilməsi, 15 manat dövlət rüsumunun isə Cavabdeh tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 2(107)-1654/2018saylı qətnaməsi ilə (hakimlər Ə.Məcidov sədrlik edən, məruzəçi, V.Qasımov və M.Əsədli) iş üzrə Şəki Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli, 2(075)-1108/2018 nömrəli qətnaməsi dəyişdirilmədən s аxlаnılması, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Qədimov Cavid Əbdürrəhman oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, o iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərini pozmamışdır və onlar arasnda olan razılaşma bu günə qədər qüvvədədir. Ona görə də məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Qətnamə işin hallarına uyğun olmadığından apellyasiya məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 və vəkili Yəhyazadə Elşən Rüfət oğlu kassasiya şikayətinin dəlillərin i müdafiə edərək şikayətin təmin edilməsini apellyasiya məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh tərəf tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün həmin məhkə məyə göndərilsin göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normaların düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işi n müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindn müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında artezan quyusunun qazılması, oradan suyun çıxarılmasının təmin edilməsi ilə əlaqədar şifahi qaydada podrat müqaviləsi bağlanmış və həmin müqavilə əsasında iddiaçı cavbadehə əvvəlcədən 7852 manat pul vermişdir. Lakin, Cavabdeh öz öhdəliklərini tam şəkildə yerinə yetirməmiş və İddiaçı işlərin görülməsi üçün 7852 manat pulu almasına, razıla şdırılmış işin müəyyən hissəsini icra etməsinə baxmayaraq sifarişin başa çatdırılmasını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, cavabdeh iddiaya etirazında İddiaçı aldığı 7.852 manat pulun müqabilində 120 metr dərinliyində artezan quyusunu qazdığını bildirsə də, razılaşdırılmış işin başa çatdırılmaması onun özünün izahatı ilə təsdiq edilmişdir. Lakin qanunvericiliyin tələbinə görə podratda muzdun hissə-hissə ödənişinin nəzərdə tutulduğu hallarda sifarişçinin podratçının muzdunu işin yerinə yetirilməsindən sonra ödəməsi qeyd edildiyindən Cavabdeh ötən müddət ərzində razılaşdırılmış işi başa çatdırmalı olmuşdur. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında iddiaçı tərəfindən əlavə pul vəsaitinin ödənişi həyata keçi rildikdən sonra işləri davam etdirəcəyini bildirmişdir. Beləliklə də cavabdeh tərəfindən işin qalan hissəsinin icrasından imtina edilmişdir. Həmçinin cavabdeh iddiaçının ona ödədiyi 7852 manat pul müqabilində işin müəyyən hissəsini icra etsə də iş başa çatmadığından, iddiaçının cavabdehlə razılıq əldə edərkən nail olunmasına cəhd etdiyi suyun çıxarılması təmin edilməmişdir. Bu baxımdan iddiaçı cavabdehlə razılıq əldə edərkən nail olunmasına çalışdığı nəticəni cavabdehin öz öhdəliyini icra etməməsi səbəbindən əldə edə bilməmişdir. Beləliklə də İddiaçı Cavabdeh sonrakı hərəkətsizliyi ilə əlaqədar sərf etdiyi 7852 manat məbləğində maddi ziyan dəymişdir. Lakin iddiaçı cavabdehdən 15000 manat pulun ödənilməsini tələb etsə də 7852 manatdan əlavə cavabdeh tərəfindən ona digər ziyanın vurulmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək Cavabdeh cəmi 7852 manat alınaraq İddiaçı verilməli, əsaslı olmadığından iddia tələbinin 7148 manatına dair hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun 15 manatı onun özünə aid edilməli, 15 manat dövlət rüsumu isə Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Cavabdehin apellyasiya şikayətində göstərilənlərlə bağlı qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qan uni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrin maddi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinadetmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırıl mış muzd ödəməyi öhdəsinə götürür. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqlatərəflər inqarşılıqlımünasibətləriniəksetdirmədiyiüçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İstinad edilən maddi hüquq normasından göründüyü kimi, podrat müqaviləsinin icrası ilə bağlı yaranmış mübahisənin həlli üçün ilk növbədə tərəflərin müqaviulə üzrə üzərinə götürdükləri öhdəliklərə qiymət verilməlidir. Yəni hazırki halda, cavabdehin öhdəliyinin məhz hansısa dərinlikdə artizian quyusunun qazılmasından, yoxsa dərinliyindən asılı olmayaraq iddiaçı tərəfi məhz su ilə təmin etməkdən ibarət olması aydınlaşdırılmalı idi. Digər tərəfdən, mübahisənin həlli zamanı smetadan kənaraçıxma nın olması məsələsi də ödənilən muzdla bağlı mübahisənin həlli zamanı aydınlaşdırılmalı hallardandır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 754.1-ci maddəsinə əsasən əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir; 754.2-ci maddəsinə əsasən müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. Eyni zamanda tərəflər arasında bağlanmış podrat müqaviləsini ləğv etmədən ödənilən pulun geri qa ytarılması tələbinin mümkünlüyünə də, məhz Mülki Məcəllənin 759-760-cı maddələrinin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə s ifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.[424] Göründüyü kimi, apellyasiya instansiyası məhkəməs i mübahisənin həlli zamanı maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, istinad edilən müddəaların tələblərinə uyğun olaraq aydınlaşdırılmalı məsələləri həll etmədən iş üzrə nəticəyə gəlməklə səhvə yol vermişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq m ünasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar