Məhkəmə qərarları › İş №2(102)-4245/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4245/2020

12.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4245/2020 12.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X1, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılması və onun Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivi, Koroğlu küçəsində yer ləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, 2(012)-4082/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Abbasov (sərlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) xx xxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia tələbinin təmin edilməməsi qət dilmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verm işdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili x kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasə n, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının gəlinidir. O, x xxxxxx 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Nikahdan 2 qız, 1 oğlan övladı dünyaya gəlmişdir. Yoldaşı ağır xəsdə olduğu üçün müalicəsi məqsədilə evi satmaq məcburiyyətində qalmışdır. Yoldaşı xəstəlikdən 2000-ci ildə dünyasını dəyişmişdir. Daha sonra ailəsi ilə bir yerdə Binəqədi rayonunda kirayə yaşamağa başlamışlar. Oğlu x xxxxxxxx 2003-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Gəlini on ların kirayə yaşadıqları evə gəlin gəlmişdir. 2009-cu ilə kimi o, gəlini, oğlu və iki övladı ilə bir yerdə kirayə yaşamışdır. 2009-cu ildə Hökməli qəsəbəsi, Nübar yaşayış massivində 6 sot torpaq sahəsi alaraq 3 otaqlı ev tikdirmişdir. Oğlu xx xxxxxxxx 2017-ci ildə qan təzyiqindən dünyasını dəyişmişdir. Daha sonra 2019-cu ilin iyul ayının əvvəllərində cavabdeh olan gəlini Cavabdeh kəndə gedəndə ona təhlükəsizlik baxımından, “yaşlı adamsan, get qızıngildə qal” demişdir. Bir ay sonra cavabdeh kənddən qayıtmış və o gündən sonra onu evə buraxmamış və bu günə kimi o, evə gedə bilmir, qalmağa heç bir yeri yoxdur, hər dəfə bir qohumunun evində qalmağa məcbur olmuşdur. Bütün əşyaları sözügedən evdədir. Evin tikilməsi üçün bütün xərci o çəkmişdir. Evə hasar çəkilməsinə, evin təmirinə, 3 qapının dəyi şdirilməsinə 650 (altı yüz əlli) manat, qazın təmirinə 120 ( yüz iyirmi) manat xərci çıxmışdır. Həmçinin banka olan borclarının ödənilməsinə 2000 (iki min) manat məbləğində pul vermişdir. Bütün bunlara baxmayaraq o, ömrünün son çağlarında min bir əziyyətlə qurduğu evdə yaşaya bilmir. Həmin evdə 10 il yaşamış və sözügedən evin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Ev qanunsuz tikilidir. Belə ki, evin üzərindəki torpaq sahəsini rəhmətlik oğlu etibarnamə ilə almışdır və torpaq hələ də keçmiş mülkiyyətçinin adındadır. Evə dair yalnız bağçılıq kitabçası vardır. Evin cavabdehin qardaşları tərəfindən tikildiyi doğrudur, lakin evdəki hər şeyi o, özü almış və bütün əşyaları həmin evdədir. Cavabdeh iki aydır ki, onu döyərək evdən qovmuşdur.İddiaçı iddia tələbinin əsası kimi Mülki Məcəllənin 27.1, 158, 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etmişdir. Cavabdehin isə iddiaya münasibəti ondan ibarətdir ki, iddiaçının oğlu Sultan Əliyevlə 2003-cü ildə nikaha girmişdir. Nikaha girdiyi gündən 2009-cu ilə kimi həyat yoldaşı ilə birgə Binəqədi qəsəbəsində kirayədə yaşamışlar. Bu müddətdə iddiaçı da qızı ilə yaşamasına baxmayaraq, aradabir onlarların yanında qalmışdır. 2009-cu ildə həyat yoldaşı ilə birgə topladıqları pula torpaq sahəsi almışlar. Torpağın sənədi olmadığı üçün torpağı etibarnamə ilə almışlar. Torpağı alandan sonra ev tikməyə pulları olmadığı üçün evin tikintisini 2010-cu ilə kimi təxirə salmışlar. 2010-cu ilin yay aylarından qardaşlarının köməkliyi ilə 1 otaqlı ev tikib, ilin sonunda da oraya köçmüşlər. İddiaçı tikinti getdiyi müddət ərzində qızının evində yaşayıb. 2010-cu ilin payız aylarından ailəsilə birgə evdə yaşamağa başlayıb. İddiaçı da daim oğlunun yanına qonaq gəlib, bir müddət onlarda yaşayıb. Məhkəmə isə Hökməli qəsəbəsi İnzibati Ərazi üzrə Nümayəndəliyinin arayışına əsasən iddiaçının bu evdə guya 2009-cu ildən yaşamasını göstərib. Halbuki 2010-cu ilin yay aylarında tikintisinə başlanmış evdə iddiaçının 2009-cu ildən yaşaması mümkün deyildi. Özü ailə üzvləri ilə 2010-cu ildən evdə yaşasa da, zəruri olduqda nümayəndəlikdən heç bir arayış ala bilmədiyi halda, nümayəndəlik iddiaçının 2009-cu ildən evdə yaşaması barədə arayış verib. Bu arayış hansı sənəd əsasında, nəyə görə verilib məlum deyil. Evin tikilməsinə iddiaçı heç bir vəsait sərf etməyib. Evi qardaşlarının köməyilə özü və əri tikib. İddiaçının bir neçə evi o lub, onların hamısını satıb, indi də gəlib onun evinə köçmək istəyir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2560 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Hökməli qəsəbəsi, Nübar y/m-da yerləşən evdə 2009-cu ildən qeydiyyatsız yaşayır. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mübahisəli evdə 2009-cu ilin yay aylarından yaşamasını bildirsə də, bu barədə mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə mübahisəli evdə yaşayışın 2010-cu ildən olmasını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərə findən verilmiş 2560 №-li, xx.xx.2019-cu il tarixli arayışda İddiaçı 2009-cu ildən mübahisəli evdə yaşaması qeyd edilsə də, iddiaçının 2009-cu ilin hansı ayından yaşaması qeyd edilməyib. İş materiallarında bununla bağlı başqa sübut da yoxdur. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi bu halı sübut etməli idi. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Tərəflər arasında hüquq münasibətləri 2010-cu ildə yarandığı üçün, bu münasibətlərə xx xxxxxxx 2009-cu ildən tətbiq edilən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi istisna olunur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçı ilə Cavabdeh ailə münasibətlərində olması istisna edilir. İddiaçının oğlu S.Əliyev cavabeh Cavabdeh ilə nikahda olmuş, S.Əliyev xx xxxxxxxx 2017-ci ildə vəfat etmiş və onun vəfatına qədər də iddiaçının cavabdehlə birgə mübahisəli evdə daimi yaşaması halı barədə işdə sübut yoxdur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, iddiaçının köçmək istədiyi ev hazırda Cavabdeh sahibliyindədir. Bu fakt məhkəmə kollegiyasına təqim edilən “Qazın alqı-satqısı barədə” Müqavilənin surəti, Hökməli Bələdiyyəsinin “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” 31071xxxxxxx Saylı Şəhadətnaməsi ilə də təsdiq edilir. Bundan başqa, iddiaçı özü də həm birinci, həm də apelyasiya məhkəməsində mübahisəli evin cavabdehin qardaşlarının maddi köməkliyi ilə tikilməsini təsdiq etməklə, həmin evin ona adi olmamasını dolayısı ilə etiraf etmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı hazırda yaşayış sahəsinin sahibi olan Cavabdeh ailə üzvləri sırasına da xil deyildir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və hüquqi vəziyyətinə görə özbaşına tikili sayıldığı üçün xüsusi mülkiyyətdə olan əşya hesab edilmir. Bu baxımdan hazırkı mübahisəyə Mənzil Məcəlləsinin mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrinə dair 30-cu maddəsinin tətbiq edilməsi əsaslı deyil. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2560 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Hökməli qəsəbəsi, Nübar y/m-da yerləşən evdə 2009 -cu ildən qeydiyyatsız yaşayır. Kollegiya nəzərə alır ki, mübahisəli ev iddiaçının oğlu ilə nikaha girəndən əvvəl cavabdehə məxsus olmayıb, məhz onların birgə nikahı dövründə inşa edilmişdir. Belə olan halda iddiaçının və oğlunun da bu tikilinin ərsəyə gəlmədə hansısa formada iştirakları istisna deyil. Cavabdehin özü də etiraf etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi ərinin adına alınmaqla, onu məhz ev tikmək məqsədilə əldə etmişlər. Nə qədər ki, torpaq sahəsi və ev iddiaçı və oğlunun iştirakı ilə məhz birgə nikah dövründə əldə edilib, iddiaçı da on ildən artıqdır ki, həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin tikiliyə münasibətdə iqtisadi marağı formalaşmışdır. Hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər. Həm qüvvədən düşmüş, həm də hazırkı Mənzil Məcəlləsinin anoloji (xüsusi mülkiyyət hüququ ilə qeydə alınmamış yaşayış sahəsindən istifadəni tənzimləyən) normaları buna imkan verir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstə rilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Mənzil Məcəlləsinin 68.1-ci və 68.2-ci maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar nəzərə alınmadığı və hüquq normaları düzgün tətbiq edilmədiyi üçün qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndəril məlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya bax ışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar