Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4246/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4246/2022 Açar sözlər: müqavilədən əmələ gələn öhdəliyin icrası Bakı şəhəri 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı "öhdəliyin icrası və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3519/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2022-ci i l tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarı ilə Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş 11 avqust 2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu Qərarın icrası ilə əlaqədar Nərimanov rayon İcra H akimiyyəti ilə "xxxx" MTK arasnda xx.xx.2017-ci il tarixili müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Baku City" MTK-ya ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirilməsi həvalə edilmişdir.
2. Bu məqsədlə “Baku City" MTK ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Baku City" MTK İddiaçı məxsus olan arakəsmələri və divaraltı sahələr həmçinin artırılmış açıq balkonla birlikdə faktiki sahəsi 60 kv.m mənzilin əvəzinə, güzəşli şərtlərlə binanın E blokunun, 9-cu mərtəbəsində, 2 saylı 3 otaqlı 117 kv. metrdən ibarət olan təmirsiz mənzili sonuncuya verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə bu müqaviləyə əsasən ona m əxsus olan mənzili söküntü üçün “Baku City" MTK-ya təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
3. Eyni zamanda qeyd edilən müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh MTK İddiaçı yaşayış üçün təhlükəli olan mövcud binalardakı mənzildən köçürülməsi üçün nəqliyyat və fəhlə ilə təmin etməyi, həmçinin, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 400 (dörd yüz manat) məbləğində kirayə haqqı ödəməyi, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili İddiaçı təmirsiz təhvil verməyi öhdəsinə götürmüşdür.
4. Bundan başqa müqavilədə qeyd edilmişdir ki, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlə rini 24 ay müddətindən tez başa çatdırdıqda müqavilə şərtlərinə əsasən mənzili İddiaçı təmirsiz təhvil verdiyi andan müqavilədə nəzərdə tutulmuş kirayə haqqı dayandırılır.
5. Cavabdeh MTK tərəfindən İddiaçı 10 sentyabr 2020-ci il tarixli məktubuna eyni tarixli cavab məktubunda bildirilmişdir ki, bağlanmış əvəzləşmə müqaviləsinə əsasən təhvil verdiyiniz mənzil, arakəsmə və divaraltı sahələrlə alındığından, Cavabdeh MTK eyni şərtlərlə divaraltı sahələrlə 117 m2 sahənin verilməsini öhdəsinə götürmüşdür və buna uyğun mənzil ayrılmışdır. Mənzilin təmiri üçün hal hazırda hər bir şərait yaradılmışdır. Bina və binanın girişi mühafizə edilir və sakinlərin təhlükəsiz rahat gediş gəlişi təmin olunur. Binada liftin quraşdınlma işləri aparılır və sakinlərin, təmir işləri başa çatdıqdan sonra oktyabr 20 20-ci il tarixindən liftin sakinlərin ixtiyarına buraxılması nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, Sizin mənzilinizə uyğun digər sakinlərə 77 m2 təmirli mənzillər verilmişdir. Siz təmirsiz mənzil və təmirə görə anıq sahə götürdüyünüz üçün sizə 01 avqust 2020-ci il tarixindən mənzilinizin təhvil alınması ilə əlaqədar, məktubla müraciət olunmuş və təmir üçün şərait yaradılması bildirilmişdir. Məlumat üçün bildirilir ki, kompleksin A bloku yaşayışa tam hazır vəziyyətdədir, lifti işləyir, sentyabr ayının axırlarında təbii qazın verilməsi planlaşdırılır. Sizə A blokundan 77 kv.m. təmirli mənzil təklif edirik.” İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən ona 117 kv.m mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 6 ay ərzində tərəflərindən ödənilmiş 2400 manat kirayə haqqının cavabdehdən alınaraq ona verilməsi, tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi, müqavilə tələblərinə əsasən ona ödənilməli olan 400 manat kirayə haqqının mənzildən istifadənin mümkün olana qədər ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən evi sökülüb yeni ev tikilənə qədər ailəsilə birlikdə qalmağı üçün aylıq 400 manat məbləğində kirayə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin müddə ti 24 ay idi. Müqavilənin tələblərinə əsasən tikinti müqavilədə nəzərdə tutulmuş müddətdən əvvəl başa çatarsa, kirayə haqlarının ödənilməsi dayandırılacaqdır. Müqavilənin tələblərinə əsasən tikinti başa çatdıqdan sonra mənzillər onlara təmirsiz təhvil veriləcəkdi və onlar binanı təmir etməyə başlayacaqdılar. 2020-ci ilin iyul ayında Cavabdeh MTK tərəfindən onlara məktub ünvanlanmışdır. Məktubda onun aldığı mənzilin təmirə başlamaq üçün hazır olduğu və bu səbəbdən xx.xx.2020-ci il tarixdən ona ödənilən 400 manat kirayə haqlarının dayandırılacağı bildirilmişdir. Lakin ona verilən mənzilə baxış keçirmək və təmir işlərini aparmaq məqsədi ilə binaya yaxınlaşdıqda tikintinin əslində başa çatmadığının şahidi olmuşdur. Binada lift quraşdırılmayıb. Yaşayış binasının fəsadı tam təmir edilməyib. Bina nın girişi bitmədiyi və hələ də tikinti davam etdiyi üçün fərqli bir yerdən binaya daxil olaraq mənzili təmir etmək tələb olunur. Binada hal-hazırda yaşamaq heç bir şəkildə mümkün deyil. Baku CityMTK ilə aralarında bağlanan müqaviləyə əsasən mənzili təmirə yalnız tikinti başa çatdıqdan sonra başlamalıdılar. “Baku City" MTK binanın istismara icazə verilməsinə dair heç bir sənəd təqdim etmədən tikintinin başa çatdığı qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməlidir. Tikinti Obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifa dənin mümkünlüyünün təsdiq edilməsidir. Cavabdeh MTK-nın yaşayış binasını təhvil vermədən orada yaşamalarını və mənzildə təmir işləri aparmalarını tələb etməsi əsassızdır. Çünki, qeyd edilən binadan təyinatı üzrə istifadə edilməsi mümkün deyil. Bundan başqa cavabdeh ona yeni tikilmiş binada 117 kv.m əvəzinə 105 kv.m sahə göstərərək həmin mənzili təmir etməsini və orada yaşamasını istəyir. Cavabdeh MTK ilə aralarında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən yeni tikilmiş binanın E blokunun, 9-cu mərtəbəsində, 2 saylı 3 otaqlı 117 kv.m-dən ibarət mənzil verməli idi. Bununla bağlı müqavilə bağlanarkən cavabdeh ona iddia ərizəsinə əlavə etdiyi şəkillərə uyğun mənzil təqdim edəcəyini bildirsə də, indi bundan imtina edir və daha kiçik bir mənzil təqdim edir. Cavabdehin öhdəliyi yerinə yetir məməsi səbəbi ilə artıq 6 aydır ona ev kirayəsi haqqı ödənilmir. Nəticə etibari ilə artıq 2000 manatdan artıq zərər dəymişdir. Cavabdehə xx.xx.2020-ci il tarixdə ünvanladığı məktub cavabsız qalmışdır. Ona görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 8.xx.xx.2021-ci il tarixli, 10/3710 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus olan tikilmiş binanın E blokunun, 9-cu mərtəbəsində yerləşən mənzilin faktiki sahəsinin 105.4 kv.m, həmin mənzilin tikinti sahəsinin 116.9 kv.m (105.4+11.5) təşkil etdiyi müəyyən edilmişdir. cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus mənzilin yerləşdiyi yeni tikilmiş binanın tikintisinin tam başa çatdığı müəyyən edilmişdir. 9.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bunda n sonra – birinci instansiya məhkəməsi) 23 dekabr 2021-ci il tarixli, 2(005)-2316/2021 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Kəmalə Əmirxanova) iddia təmin edilməmiş, aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz) manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. 10.Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ekspert rəyin əsasən iddiaçıya cavabdeh tərəfindən verilmiş mənzilin faktiki sahəsi 105.4 kv.m-dir, lakin tikinti sahəsi 116.9 kv.m təşkil edir. Tərəflər arasında bağlanmış müqavilədə cavabdehə veriləcək 117 kv.m sahəsənin faktiki sahə olması qeyd edilməmiş, həmçinin iddiaçı tərəf cavabdehə öz mənzilini təhvil verən zaman mənzildə olan arakəsmələri və divaraltı sa hələr, həmçinin artırılmış açıq balkon nəzərə almaqla təhvil vermişdir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab etmişdir ki, faktiki sahəsi tikinti sahəsindən daha az olması cavabdeh ilə iddiaçı arasında bağlanmış müqavilə şərtlərinin cavabdeh tərəfindən pozuntusu kimi qiymətləndirilə bilməz. 11.Müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmamış və şərait dəyişməmişdir. Fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtl ərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyi şdirilməsi yolverilməzdir. 12.Bundan başqa iddianın 6 ay ərzində iddiaçı tərəfindən ödənilmiş 2400 manat kirayə haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hissədə məhkəmə qeyd etmişdir ki, mülki işin materiallarında olan həm cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan, həm də məhkəmə-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, iddiaçıya təhvil verilən mənzilin yerləşdiyi yeni tikilmiş binanın tikintisinin tam başa çatdırıldığı müəyyən edilmişdir. Odur ki, məhkəmə 2400 manat kirayə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbini də əsassız hesab etmiş və rədd edilməsi qənaətinə gəlmişdir. 13.Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 389.1, 390.1, 372.1, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komit əsi Kollegiyasının xx.xx.2012-ci il tarixli Qərarının 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.8, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3, 59.4, 59.5, Mülki Prossesual Məcəllənin 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 14.İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış müqavilədə şərtlər konkret göstərilmişdir. Müqavilənin məzmunundan görünür ki, cavabdeh iddiaçıya arakəsmələr nəzərə alınmadan 117 kvm sahəsi olan mənzil təhvil verməli idi. Çünki, müqavilədə iddiaçıya münasibətdə arakəsmələrlə bağlı müddəa olsa da, cavabdehin verəcəyi mən zilə münasibətdə bu müddəa öz əksini tapmamışdır. Məhkəmə müqavilə şərtlərinin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsinin yolverilməz olduğunu vurğulasa da, nədənsə cavabdehə münasibətdə müqavilənin şərtlərini geniş şəkildə şərh etmiş və iddiaçının tələbini rədd etmişdir. Bu maddəyə baxdıqda görünür ki, hətta müqavilədə mənzilin sahəsinin hansı şərtlərlə hesablanacağına dair müddəa olmasaydı belə qanunvericilik iddiaçının tələbinin yanındaydı. Məhkəmə ekspertiza rəyində göstərilən faktiki sahəni əsas kimi qəbul etmişdir. Belə ki, işdə olan ekspertiza rəyindən görünür ki, mənzilin ara divarlarla sahəsi 116,5 kv.metr, ara divarları hesablanmadan isə 105 kv.metr təşkil edir. O zaman TŞM-in 59.3 maddənin tələbləri tətbiq edilsəydi iddia təmin edilməli idi. Nərimanov Rayon Məhkəməsi iş üzrə təyin edilmiş ekspertiza rəyinin incələnməsi üçün vaxt vermədən dərhal qərar qəbul etmişdir. Belə ki, ədalətli qərarın qəbul edilməsi üçün məhkəmə qısa müddətə təxirə salınıb nümayəndənin iştirakı təmin edilə bilərdi. Məhkəmə isə bunu nəzərə almamışdır. 16.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3519/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova-sədrlik edən və məruzəçi, E.Həsənov və V.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2316/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən dəyişdirilmədən saxlanılmışdır. 17.Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiyası mə hkəməsi ekspertiza rəyinin alınması zamanı sualların qoyuluşunda, habelə işin hallarına qiymət verərkən müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsini düzgün müəyyən etmiş, habelə həmin dövrdə yaşayış sahəsinin müqavilə üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşaq, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə almışdır. 18.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə müqavilənin predmeti cavabdehin tikdiyi çoxmənzilli binada 9-cu mərtəbədə yerləşən 2 saylı, 3 otaqlı 117 kv.mdən ibarət olan mənzilin inşa edilib iddiaçıya təhvil verilməsidir. Hə min mənzil ara divarları inşa edilməklə iddiaçıya təhvil verilməlidir. Mənzilin, o cümlədən ara divarlarının, bu divarların alt hissəsini təşkil edən sahəni inşa etmədən iddiaçıya təhvil verilməsi mümkün deyildir. Yəni iddiaçıya təhvil verilməli olan mənzil, həmin mənzilin ara divarlarının alt hissəsi də daxil olmaqla inşa edilərək təhvil verilməlidir. Şəhərsalma və tikinti Məcəlləsinin tələblərinə əsasən mənzilin ara divarlarının altı mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınmasa da, cavabdeh mənzilin inşa edilib təhvil verilməsi ilə əlaqədar gördüyü bütün işlərin dəyəri və həcmi mənzilin ümumi sahəsinə hesablanmalıdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh ünvan 1 ünvanında yeni tikiləcək binanın E blokunun, 9-cu mərtəbəsində 2 saylı, 3 otaqlı 117 k v.mdən ibarət olan təmirsiz mənzili iddiaçıya təhvil vermək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh bu öhdəliyi yerinə yetirdiyindən müqavilə şərtinə zidd hər hansı bir hərəkətə yol verməmişdir. 19.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mənzillərin əvəzləşdirilməsi barədə müqavilədə nəzərdə tutulmuş MTK tərəfindən veriləcək yeni mənzilin sahəsinin həcminə arakəsmələrin və divaraltı sahələrin hesablanmaması qeyd edilməmişdir. Müqavilənin kontekstindən də bəllidir ki, cavabdeh iddiaçının mənzilini söküb əvəzində yeni mənzil verir və bu zaman iddiaçının mənzilinin sahəsinin həcminə arakəsmələr və divaraltı sahələr də daxil edilir. Belə olan halda da, həmin şərtlə əvəzləşdirilən, yəni veriləcək yeni mənzilin də sahəsi hesablanarkən arakəsmələr və divaraltı sahələrin də nəzərə alınmalı dır. 20.Məhkəmə iddia tələblərinin digər hissələri ilə bağlı isə qeyd edir ki, “6 ay ərzində tərəflərindən ödənilmiş 2400 manat kirayə haqqının cavabdehdən alınaraq ona verilməsi, tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi, müqavilə tələblərinə əsasən ona ödənilməli olan 400 manat kirayə haqqının mənzildən istifadənin mümkün olana qədər ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbləri əsas tələblə, yəni müqavilə öhdəliklərinin icra edilməsi barədə tələblə bağlılıq təşkil etdiyindən və əsas iddia tələbi rədd edildiyindən, qalan iddia tələbləri də təmin edilə bilməz. Bu hissədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 21.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci in stansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. 22.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1, 59, 59.2, 59.3-cü, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 23.İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməs i və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 24.Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə bağlandığı zaman iddiaçıya şifahi olaraq bildirilmişdir ki, ona veriləcək olan mənzilin faktiki sahəsi 117 kv.m təşkil edəcəkdir. Halbuki, cavabdeh tərəf iddia edir ki, faktiki sözü müqavilədə qeyd edilməyibsə, demək iddiaçıya veriləcək mənzilin divaraltı sahələrlə birlikdə sahəsi 117 kv.m olacaqdir. Əgər müqavilədə faktiki sözü qeyd ediləməmişdirsə, qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. TŞM-in 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İddiaçı ilə cavabdeh arasında olan müqavilədə, veriləcək mənzilin ümumi sahəsinin divaraltı sahələrlə birlikdə 117 kv.m təşkil edəcəyi qeyd edilməmişdir. Məhkəmənin müqavilədə qeyd edilməyən şərtlərə sübut kimi istinad edib qanunsuz qərar çıxarmışdır. 25.Tərəflər arasında bağlanmış müqavilənin 2.4.2-ci bəndində qeyd edilmişdir ki, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 400 azn manat məbləğində kirayə pulu 1 dəfə olmaqla, hər ayın 1-də mülkiyyətçiyə ödənilir. Cavabdeh tərəf müqavilə öhdəliklərini yerinə yetirməmiş, bu isə məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, Məhkəmə qətnaməsini əsaslandırarkən, cavabdeh şirkət tərəfindən iddiaçıya ünvanlanmış məktuba istinad etmişdir. Məktubda iddiaçıya veriləcək ümumi sahəsi 117 kv.m olan mənzilin əvəzinə A blokundan 77 kv.m təmirli mənzilin verilməsi təklif olunmuşdur. Bazar qiymətləri baxımından aydındır ki, 117 kv.m təmirsiz mənzillə, 77 kv.m mənzilin bazar qiymətləri eyni deyildir. Həmçinin məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehə mənzili təhvil verən zaman təhvil verdiyi mənzil, arakəsmə və divaraltı sahələrlə verilmişdir. Faktiki sahə sahəsinə görə tikinti sahəsindən balacadır. Əgər məhkəmə dediyi kimi iddiaçı tərəfindən mənzil verilsəydə müqavilədə 60 kv.m əvəzinə 69 kv. m yazılardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə 27.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredito run) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 29.Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 30.Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 31.Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 32.Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 33.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 34.Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 35.Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 36.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil ol an öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 37.Maddə 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. 38.Maddə 662.2. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 39.Maddə 662.3. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Mülki Prosessual Məcəllə 40.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 41.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 43.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 44.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 45.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 46.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 47.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 48.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 49.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 50.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 51.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, iddanın müqavilə üzrə 117 kv.m mənzilin təhvil verilməsi hissəsində rədd edilməsi hissəsi üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları dü zgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 52.Tərəflər arasında dəyişdirmə(əvəzləşdirmə) müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. Həmin müqavilə şərtlərinə əsasən cavabdeh iddiaçının mənzilini arakəsmələri və divaraltı sahələr, həmçinin artırılmış açıq balkonla birlikdə faktiki sahəsi 60 kv.m kimi qəbul edərək, əvəzinə, güzəşli şərtlərlə binanın E blokunun, 9-cu mərtəbəsində, 2 saylı 3 otaqlı 117 kv. metrdən ibarət olan təmirsiz mənzili sonuncuya verməyi öhdəsinə götürmüşdür. İşdə olan ekspert rəyi ilə mənzilin arakəsmələri və divaraltı sahələr ilə birlikdə sahəsinin 116,9 kv.m olduğu müəyyən edilmişdir. 53.Kassasiya şikayətində iddiaçı ona verilməli olan mənzilin ölçüsünün qarşısında arakəsmələri və divaraltı sahələr ilə birlikdə şərtinin göstərilmədiyinə istinad etsə də, müqavilənin 1.1-ci bəndinin məzmunundan bəllidir ki, cavabdeh iddiaçının mənzilini söküb əvəzində yeni mənzil verir və bu zaman iddiaçının mənzilinin sahəsinə arakəsmələr və divaraltı sahələr də daxil edilməklə, 60 kv. m əvəzinə ondan iki dəfə artıq sahəsi olan mənzil verir. Bu isə həm mənzilin təmirsiz vəziyyətdə verilməsi, həm də sahənin alınan mənzillə eyni qaydada, arakəsmələr və divaraltı sahələri də nəzərə alınması nəticəsində razılaşdırılıb. Əks təqdirdə mövcud i şgüzar təcrübəyə əsasən sökülən mənzilin əvəzində onun sahəsindən 20% artıq sahəsi olan təmirli mənzil verilməli idi. 54.Göründüyü kimi, tərəflər arasında azad surətdə müqavilə bağlanaraq, iddiaçının sökülmüş mənzilinin əvəzində yeni tikilən binada ona veriləcək olan mənzilin konkret sahəsi müqavilə ilə razılaşdırılmışdır. 55.Məhkəmə kollegiyası Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri baxımından tərəflər arasındakı müqavilə şərtlərini təfsir edərək hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın bu hissəsi üzrə gəlinən nəticə düzgündür və onun ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də, kassasiya şikayəti bu hissədə təmin edilməməli, qətnamə mənzilin sahəsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. 56.Məhkəmə kollegiyası iddianın “6 ay ərzində tərəflərindən ödənilmi ş 2400 manat kirayə haqqının cavabdehdən alınaraq ona verilməsi, müqavilə tələblərinə əsasən ona ödənilməli olan 400 manat kirayə haqqının mənzildən istifadənin mümkün olana qədər ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinin rədd edilməsi hissəsi ilə bağlı isə hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməli və iş yeni baxışa göndərilməlidir. 57.Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ilə müraciət edən zaman 6 ay əvvəl kirayə haqqı ödənilməsinin dayandırıldığını, mənzilin təhvil verilməsi və təmiri üçün hazır olmadığını göstərmişdir. 58.Həmin tələbləri rədd edərkən birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktuba, həm də məhkəmə-tikinti-texniki ekspertizasının rəyinə əsasən iddiaçıya təh vil verilən mənzilin yerləşdiyi yeni tikilmiş binanın tikintisinin tam başa çatdırıldığına istinad etmiş, apellyasiya məhkəməsi isə bu tələblərin əsas tələblə, yəni müqavilə öhdəliklərinin icra edilməsi barədə tələblə bağlılıq təşkil etdiyinə və əsas iddia tələbi rədd edildiyindən, qalan iddia tələblərinin də təmin edilə bilməməsinə istinad etmişdir. 59.Halbuki bu tələblər bir-birindən asılı olmayan tələblərdir. Müqavilədə tikinti müddətində kirayə pulunun ödənilməsi və onun dayandırılması şərtləri ayrıca təsbit edilmiş, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 24 ay müddətindən tez başa çatdıqda müqavilə şərtlərinə əsasən mənzil İddiaçı təmirsiz təhvil verdiyi andan müqavilədə nəzərdə tutulmuş kirayə haqqının dayandırılması şərtləşdirilmişdir. 60.Cavabdeh MTK-n ın 10 sentyabr 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, 01 avqust 2020-ci il tarixindən iddiaçıya mənzilin təhvil alınması təklif edilsə də, həmin dövrdə binada lift olmamışdır, təmir işləri başa çatdıqdan sonra oktyabr 2020-ci il tarixindən liftin sakinlərin ixtiyarına buraxılacağı göstərilmişdir. Binanın tikintisinin tam başa çatdığını müəyyən edən məhkəmə ekspertizasının rəyi isə xx.xx.2021-ci il tarixdə tərtib edilmişdir. Buna görə də həmin sübutlara istinad edilərək mənzilin xx.xx.2020-ci il tarixdə təmirə hazır olması qənaətinə gəlmək mümkün deyildir. 61.Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya kirayə haqqının ödənilməsinin hansı vaxtdan dayandırıldığı, həmin vaxt binanın tikinti işlərinin başa çatıbçatmadığını, lift quraşdırılmadığı halda, binanın 9-cu mərtəbəsində yerləşən mənzildə təmir işlərinin aparılması üçün təhlükəsiz şəraitin mövcud olub-olmaması araşdırılmadan məhkəmələrin kirayə pulu tələbi hissəsində iddianı rədd etməsi barədə qənaəti əsassız olmuşdur. 62.Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 63.Hüquqi müəyyənlik prinsipi digər təl əblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 64.Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 65.Məhkəmə kollegiyası bu hissədə kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müqavilədə mənzilin təmirsiz verilməsi nəzərdə tutulduğundan, kirayə pulu mənzilin iddiaçı tərəfindən yaşayış üçün istifadəsi mümkün olan vaxtadək deyil, mənzildə təmir işlərinin aparılmasının mümkün olduğu dövrə qədər ödənilməli olması nəzərə alınmalıdır. 66.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, 6 ay ərzində ödənilməmiş 2400 manat kirayə haqqının ödəniləsi, müqavilə tələblərinə əsasən ödənilməli olan 400 mana t kirayə haqqının mənzildən istifadənin mümkün olana qədər ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, həmin hissədə iş yeni baxışa göndərilməli, qətnamə iddianın müqavilə üzrə 117 kv.m mənzilin təhvil verilməsi tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 67.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3519/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsi qismən, 6 ay ərzində ödənilməmiş 2400 manat kirayə haqqının ödəniləsi, müqavilə tələblərinə əsasən ödənilməli olan 400 manat kirayə haqqının mənzildən istifadənin mümkün olana qədər ona ödənilm əsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə iddianın müqavilə üzrə 117 kv.m mənzilin təhvil verilməsi tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.