Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4247/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X16ə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: əmrin ləğvi, işə bərpa, əmək müqaviləsinin müddətinin uzadılması, tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X16ə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-1022/2023 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 01 aprel 2021-ci il tarixli, 189-K nömrəli əmrinə əsasən "Neftçala Rayon Mərkəzi Xəstəxanası" X16 Konsultativ poliklinika şöbəsinin tibb bacısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, yəni çalışmanın son yaş həddinə çatdığına görə onunla bağlanmış 196 nömrəli əmək müqaviləsinə 01 aprel 2021-ci il tarixdən xitam verilmiş, İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surətinin Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq son iş günündə verilməsi əmr edilmişdir.
2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildiriş indən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumata əsasən “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 01 aprel 2021-ci il tarixli, 188 nömrəli əmri ilə İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin əsası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1- ci maddəsi olmuşdur (Sistemə daxil edilmə tarixi: xx.xx.2021, bildirişin imzalandığı tarix: xx.xx.2021). “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 direktoru X10 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2021-ci il tarixli, xxxxxxx0001X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.
3. İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Neftçal a Rayon Mərkəzi Xəstəxanası” X16 Tibbi Ərazi Bölmələrini X11 Hüquqi X9 idarə olunması şöbəsi İnsan Resursları Departamentinin baş mütəxəssisi Babək Tağızadəyə ünvanlanmış 19 yanvar 2022-ci il tarixli 46 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1975-ci il tarixdən Neftçala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində çalışmış İddiaçı ilə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 3 ay müddətinə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə elektron informasiya sisteminə göndərilmiş 196 nömrəli əmək müqaviləsi bildirişinin məlumatlarında texniki səhv nəticəsində xx.xx.2021-ci il tarix qeyd edilməklə yanaşı xitamın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəllə sinin 73-cü maddəsinin 1-ci hissəsi qeyd edilmişdir. Bununla əlaqədar olaraq, qeyd edilən texniki səhvə düzəliş edilməsi məqsədilə səlahiyyət verilməsi üçün xx.xx.2021-ci il tarixli 591 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 müraciət olunmuşdur. Lakin bu günə kimi səlahiyyət verilmədiyi üçün sistemdə düzəliş edilməmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 20 mart 2019-cu il tarixli, 40-K nömrəli əmri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasının Konsultativ poliklinika şöbəsinin tibb bacısı İddiaçı çalışma müddətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq 20 mart 2019-cu il tarixdən 12 ay müddətinə uzadılması və əmək müqaviləsinə müvafiq dəyişikliklər qeyd edilmişdir. 5. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 06 may 2020-ci il tarixli, 133 nömrəli əmri ilə “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 Konsultativ poliklinika şöbəsinin tibb bacısı İddiaçı çalışma müddətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10.1-2-ci maddəsinə uyğun olaraq 20 mart 2020-ci il tarixdən 20 iyun 2020-ci il tarixə qədər (3 ay) müddətinə uzadılmışdır. 6. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 22 iyun 2020-ci il tarixli, 310 nömrəli əmri ilə “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 Konsultativ poliklinika şöbəsinin tibb bacısı İddiaçı çalışma müddətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq 20 iyun 2020-ci il tarixdən 20 sentyabr 2020-ci il tarixə qədər (3 ay) müddətinə uzadılmışdır.
7. İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 17 dekabr 2020-ci il tarixli, 304-K nömrəli əmri ilə “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 Konsultativ poliklinika şöbəsinin tibb bacısı İddiaçı çalışma müddətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə uyğun olaraq 21 dekabr 2020-ci il tarixdən 3 ay müddətinə uzadılması və əmək müqaviləsinə müvafiq dəyişiklikləri qeyd edilmişdir.
8. X7 İttifaqı Azərbaycan Respublikası Komitəsinin 03 sentyabr 2021-ci il tarixli 107/2 nömrəli məktubunda xəstəxana rəhbərliyi tərəfindən bildirilmişdir ki, İddiaçı ilə çalışma müddətinin uzadılması üçün bağlanmış son müqavilənin müddəti bitdikdən sonra ona xitam verilmiş və yeni müqavilə bağlanılmasına zəruri ehtiyac olmamışdır. Həmçinin bildirilmişdir ki, İ ddiaçı son haqq-hesab pulu düzgün hesablanıb ödənilmiş və həmkarlar ittifaqı şurası tərəfindən İddiaçı müraciətinə baxılaraq bank hesabına 100 (bir yüz) manat maddi yardım köçürülmüşdür.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Salyan Regional Ərazi Şöbəsinin 12 noyabr 2021-ci il tarixli **********8 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Salyan regional ərazi şöbəsinə "Neftçala Rayon Mərkəzi Xəstəxanası" X18 əmək hüquqlarının pozulması ilə bağlı etdiyi müraciətə baxılmış, müraciətdə İddiaçı işəgötürən tərəfindən qanunsuz olaraq vaxtından əvvəl əmək müqaviləsinin ləğv edildiyini, 2021-ci ilin yanvar ayında əmək məzuniyyətində olduğu zaman haqqı ödənilmədən, rəsmiləşdirilmədən işə cəlb olunduğunu bildirmiş və hüquqlarının bərpa olunmasına, habelə əmək məzuniyyətindən geri çağırılaraq işlədiyi günlər üçün xəstəxana tərəfindən müvafiq haqqın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı yazılı izahatı, habelə xəstəxanadan təqdim edilən sənədlər əsasında müəyyən edilmişdir ki, xx.xx.1975-ci il tarixdən xəstəxanada tibb bacısı işləmiş və xx.xx.2019-cu ildə 65 yaşı tamam olmuş, əvvəlcə bir il, sonra da 4 dəfə (hər dəfə 3 aylıq müddətə) olmaqla, cəmi 2 il müddətinə, yəni İddiaçı 67 yaşı tamam olanadək çalışma müddəti uzadılmışdır. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi ləğv edilərkən kağız üzərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi ça lışmanın yaş həddinə çatdıqda) bəndinə əsasən əmr verilsə də, əmək müqavilənizə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin məlumatlarında texniki səhvə yol verilərək xitamın əsası kimi həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsi (müddətli əmək müqaviləsinin müddətinin bitməsi) qeyd edilmişdir. Bu nöqsanın aradan qaldırılması üçün “Əmək müqaviləsi bildirişi" alt sistemində müvafiq düzəlişlərin edilməsi məqsədilə X12 Xidmətinin müvafiq şöbəsinə müraciət etmək hüququnun olduğu xəstəxana rəhbərliyinin nəzərinə çatdırılmışdır. Digər tərəfdən, İddiaçı əmək məzuniyyətində olarkən 2021-ci ilin yanvar ayında heç bir əmrlə rəsmiləşdirilmədən işə cəlb olunmuşdur. İşə başladığı gündən etibarən ona əmək haqqı hesablanmamış və işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istira hət günləri (əvəz gün) verilməmiş və yaxud işə başladığı gündən etibarən əmək haqqı hesablanmamış, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutularaq sonradan yenidən məzuniyyət pulu hesablanmaqla əmək məzuniyyəti verilməmişdir (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137-ci maddəsinin 3-cü hissəsi). Xəstəxana rəhbərliyi tərəfindən əmək məzuniyyəti dövründə İddiaçı işə cəlb edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuşdur. Həmin qanun pozuntusuna görə xəstəxananın direktoru X5 barəsində inzibati xətalar haqqında iş üzrə icraat başlanılmış, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4- cü maddəsinə əsasən təqsirli bilinərək barəsində 03 noyabr 2021-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əmək məzuniyyəti dövründə İddiaçı hesablanmış əmək haqqının ödənilməsi üçün müəssisə rəhbərliyi ilə əlaqə saxlaması tövsiyə edilmişdir. İddiaçı qəbul edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur.
10. Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 27 dekabr 2021-ci il tarixli 676 nömrəli məktubuna və hesablama-ödəniş cədvəlinə əsasən “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X18 çalışmış İddiaçı 2021-ci ilin yanvar ayında əmək məzuniyyətində olmasına baxmayaraq işə çıxaraq əmək funksiyalarını icra etdiyi üçün ona əmək məzuniyyəti dövründə işlədiyi günlər üçün əmək haqqını hesablanıb ödənilməsi təmin edilmiş və yanvar ayı üzrə İddiaçı 362,41 manat əmək haqqı ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə akt ları a)Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X16 (bundan sonra “cavabdeh” və ya “Mərkəzi Xəstəxana”) direktorunun onunla bağlanmış 196 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə 189-K nömrəli, 01 aprel 2021-ci il tarixli əmrinin ləğv edilməsi, onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə başa çatması nəzərə alınaraq müqavilə müddətinin həmin tarixədək uzadılmaqla, onun X2 poliklinika şöbəsinin tibb bacısı vəzifəsinə işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-1975-ci illər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Məktəbinin mamalıq ixtisası üzrə tam kursu bitirmişdir. Lakin ixtisası üzrə iş olmadığı üçün ilk əmək fəaliyyətinə 1975-ci il tarixdən Neftçala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı kimi başlamış, 06 sentyabr 1982-ci il tarixdən 11 noyabr 1982-ci il tarixədək olan dövrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.Əlizadə adına orta tibb və əczaçılıq təhsili işçiləri ixtisaslaşma (təkmilləşdirmə) EKQ üzrə tibb bacısı ixtisası üzrə orta tibb (əczaçılıq) təhsili işçiləri təkmilləşdirmə məktəbinin kurslarında olmuşdur. Bu barədə iddiaçıya 11 noyabr 1982-ci il tarixdə 1582 nömrəli vəsiqə verilmişdir.
13. İşlədiyi dövrdə rəhbərlik tərəfindən iddiaçıya heç bir irad və tənbeh bildirlməmişdir. Yaxşı işlədiyi üçün dörd dəfə fəxri fərmanla təltif olunmuşdur.
14. İddiaçının 20 mart 2019- cu il tarixdə 65 yaşı tamam olmasına baxmayaraq, işdə qalmaq üçün sertifikasiyadan keçmiş və bundan sonra əvvəlcə bir il, sonra da dörd dəfə (hər dəfə üç aylıq müddətə) olmaqla, cəmi iki il müddətinə müdiriyyətlə onun arasında əmək müqaviləsi bağlanmışdır. Axrıncı üç aylıq müqavilənin müddəti 20 iyun 2021-ci il tarixdə başa çatdığı halda, eyni zamanda iddiaçının ixtisası üzrə xəstəxanada başqa mütəxəssis olmadığı və ona kəskin ehtiyac olduğu halda cavabdeh müqavilə müddəti başa çatmamış və yaşını bəhanə edərək 01 aprel 2021-ci il tarixdə, 189-K nömrəli əmrlə iddiaçı ilə bağlanmış 196 nömrəli əmək müqaviləsinə xitam vermişdir.
15. Dəfələrlə müraciət etməsinə baxmayaraq, indiyədək həmin əmək müqaviləsinin surəti iddiaçıya verilməmişdir. Cavabdeh iddiaçını işdən azad etdikdən sonra halhazırad ək müxtəlif orqanlara – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Salyan Ərazi Şöbəsinə, TƏBİB-ə müraciət etsə də, iddiaçının şikayətinə baxılmamışdır. Sonuncu dəfə isə 16 dekabr 2021-ci il tarixdə Mediasiyaya müraciət etmiş olsa da, cavabdeh təşkilatın direktoru X1 gəlmədiyi üçün bu barədə ona ilkin mediasiya prosesində iştirak edilməməsi barədə 22 dekabr 2021-ci il tarixdə arayış verilmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası üçün iddiaçı məhkəməyə müraciət etmişdir.
16. Cavabdeh iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - X2 poliklinika şöbəsinin tibb bacısı olan iddiaçı uzun müddət xəstəxanada tibb bacısı işləmiş, 20 mart 2019-cu il tarixdə 65 yaşı tamam olmasına baxmayaraq, işdə qalmaq üçün sertifikasiyadan keçmiş və bund an sonra əvvəlcə bir il, sonra da dörd dəfə (hər dəfə üç aylıq müddətə) olmaqla, cəmi iki il müddətinə xəstəxana ilə onun arasında əmək müqaviləsi bağlanılmışdır. Axrıncı üç aylıq müqavilənin müddəti başa çatdığı üçün 01 aprel 2021-ci il tarixdə 189-K nömrəli əmrlə iddiaçı ilə bağlanmış 196 nömrəli əmək müqaviləsinə xitam verilmiş, ona qanunla nəzərdə tutulmuş qaydada son haqq hesab ödənilmişdir. İddiaçıya son müqavilənin üç ay müddətinə bağlanıldığı göstərmişdir; - iddiaçı müxtəlif orqanlara müraciətlər edərək müqaviləsinin müddətinin 01 iyun 2021-ci il tarixdə bitməsi və qanunsuz işdən çıxarılmasını bildirmişdir. Lakin iddiaçının dedikləri öz təsdiqini tapmamışdır. İddiaçı ilə sonuncu dəfə 21 dekabr 2020-ci il tarixdə 3 ay müddətinə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Az ərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. 01 aprel 2021-ci il tarixdə elektron informasiya sisteminə göndərilmiş 196 nömrəli əmək müqaviləsi bildirişinin məlumatlarında texniki səhv nəticəsində 07 iyun 2021-ci il tarixi qeyd edilməklə yanaşı, xitamın əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi qeyd edilmişdir. Bununla əlaqədar olaraq qeyd edilən texniki səhvə düzəliş edilməsi məqsədilə səlahiyyət verilməsi üçün 11 noyabr 2021-ci il tarixli 591 nömrəli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 müraciət olunmuşdur.
17. Neftçala Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(053)-124/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Əli T ağıyev)
18. Birinci instansiya məhkəməsi işin faktiki hallarına istinad etməklə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı əmək müqaviləsinin uzadılmasını tələb etsə də, təqdim olunmuş sənədlərə əsasən iddiaçı 65 yaşına çatmış, lakin onunla bir dəfə bir illik, dörd dəfə üç ay müddətinə olmaqla yeni müqavilələr bağlanmışdır, 01 aprel 2021-ci il tarixdə sonuncu müqavilənin müddəti bitdiyindən, həmçinin iddiaçı çalışmanın son yaşına çatdığından onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buna görə də iddianın təmin olunması üçün əsas yoxdur.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 10-1.1-10-1.3cü maddələri, 70-ci maddəsinin “e” bəndi, 73-ci maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Axırıncı əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitməli olsa da, habelə xəstəxanada eyni sahə üzrə iddiaçıdan başqa hazırlıqlı mütəxəssisin olmaması və iddiaçıya bir işçi kimi ciddi ehtiyac olduğu halda cavabdeh müqavilə müddətinin başa çatmasını gözləmədən 01 aprel 2021-ci il tarixdə 189-K nömrəli əmrlə iddi açı ilə bağlanmış 196 nömrəli əmək müqaviləsinə xitam vermişdir və dəfələrlə müraciət etsə də, həmin müqavilənin surəti işəgötürən tərəfindən ona təqdim edilməmişdir. 20 mart 2019-cu il tarixdə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə, yəni 65 yaşa çatmasına baxmayaraq, iddiaçı əmək fəaliyyətini davam etdirmək məqsədilə sertifikasiyadan keçmiş və bundan sonra öncə bir il, daha sonra ardıcıl olaraq dörd dəfə, hər dəfə üç aylıq müddətə, ümumi iki illik əmək müqaviləsi bağlanılmışdır. Axırıncı üç aylıq müqavilənin müddəti 20 iyun 2021-ci il tarixdə başa çatdığı halda, eyni zamanda onun ixtisası üzrə xəstəxanada başqa mütəxəssis olmadığı və ona kəskin ehtiyac olduğu halda, cavabdeh tərəfindən müqavilə müddəti başa çatmamış və yaşını bəhanə edərək 01 aprel 2021-c i il tarixdə 189-K nömrəli əmrlə onunla bağlanılmış 196 nömrəli əmək müqaviləsinə xitam verilmişdir.
22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2234/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Zeynal Zeynalov (sədrlik edən, məruzəçi), Tofiq Heydərov, Tale Kərimov)
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, apellyasiya şikayətinin axırıncı əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitməli olsa da, habelə xəstəxanada eyni sahə üzrə iddiaçıdan başqa hazırlıqlı mütəxəssisin olmaması və iddiaçıya bir işçi kimi ciddi ehtiyac olduğu halda cavabdehin müq avilə müddətinin başa çatmasını gözləmədən 01 aprel 2021-ci il tarixdə 189-K nömrəli əmrlə iddiaçı ilə bağlanmış 196 nömrəli əmək müqaviləsinə xitam verməsi və dəfələrlə müraciət etsə də, həmin müqavilənin surətinin işəgötürən tərəfindən ona təqdim edilməməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, X8 Ərazi Bölmələrini X11 Hüquqi X9 idarə olunması şöbəsinin İnsan Resursları Departamentinin baş mütəxəssisi Babək Tağızadəyə ünvanlanmış 19 yanvar 2022-ci il tarixli 46 nömrəli məktubuna əsasən xx.xx.1975-ci il tarixdən Mərkəzi Xəstəxanada tibb bacısı işləmiş iddiaçı ilə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 3 ay müddətinə bağlanmış, əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir.
24. İddiaçının onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə başa çatması nəzərə alınaraq müqavilə müddətinin həmin tarixədək uzadılmalı olduğu halda, buna əməl edilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi göstəmişdir ki, iddiaçının 20 mart 2019-cu il tarixdə 65 yaşı tamam olduğu üçün işəgötürənin hüququndan istifadə edərək xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanuni və əsaslı olnuşdur, buna görə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə başa çatması nəzərə alınaraq müqavilə müddətinin həmin tarixədək uzadılmalı olduğu halda buna əməl edilməməsi barədə iddiaçının dəlilləri əsassızdır.
25. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, Azərbay can Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Salyan Regional Ərazi Şöbəsinin 12 noyabr 2021-ci il tarixli **********8 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Salyan regional ərazi şöbəsinə Mərkəzi Xəstəxanada əmək hüquqlarının pozulması ilə bağlı etdiyi müraciətə baxılmış, müraciətdə iddiaçı əmək müqaviləsinin işəgötürən tərəfindən qanunsuz olaraq vaxtından əvvəl ləğv edildiyini, 2021-ci ilin yanvar ayında əmək məzuniyyətində olduğu zaman haqqı ödənilmədən, rəsmiləşdirilmədən işə cəlb olunduğunu bildirmiş və hüquqlarının bərpa olunmasına, habelə əmək məzuniyyətindən geri çağırılaraq işlədiyi günlər üçün xəstəxana tərəfindən müvafiq haqqın ödənilməsin ə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının yazılı izahatı, habelə xəstəxanadan təqdim edilən sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xəstəxanada tibb bacısı işləmiş və xx.xx.2019-cu ildə 65 yaşı tamam olmuş, əvvəlcə bir il, sonra da 4 dəfə (hər dəfə 3 aylıq müddətə) olmaqla, cəmi 2 il müddətinə, iddiaçının 67 yaşı tamam olanadək çalışma müddəti uzadılmışdır. xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi ləğv edilərkən kağız üzərində Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) bəndinə əsasən əmr verilsə də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin məlumatlarında texniki səhvə yol verilərək xitamın əsası kimi həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsi (müddətli əmək müqaviləsinin müddətinin bitməsi) qeyd edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
26. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1248/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
28. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - işin mübahisəsiz hallarına əsasən iddiaçı 12 sentyabr 1975-ci il tarixdən Neftçala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı çalışmış, 20 mart 2019-cu il tarixdə pensiya yaşına çatmış, 20 mart 2019- cu il tarixli əmrlə onun çalışma müddəti daha bir il, sonradan müvafiq əmrlərlə hər dəfə 3 ay, sonuncu dəfə isə 17 dekabr 2020-ciil tarixli 304-K nömrəli əmrlə xx.xx.2020-ci il tarixdən daha 3 ay müddətinə artırılmışdır; - iddiaçı ilə bağlanmış sonuncu müqavilə müddətli əmək müqaviləsi olmaqla, müqavilənin 3 aylıq müddəti 2021-ci ilin 20, 21, 22, 23 və 24 mart tarixləri qeyri iş günləri olması nəzərə alınmaqla 25 mart 2021-ci il tarixdə başa çatır. İşəgötürənin direktorunun 01 aprel 2021-ci il tarixli əmri ilə iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi kimi çalışmanın yaş həddinə çatması ilə xitam verilmişdir; - birinci instansiya məhkəməsi işəgötürənin iddiaçı ilə olan əmək müqaviləsin ə xitam verilməsi barədə əmrini həm onun çalışmanın yaş həddinə çatması, həm də müddətli əmək müqaviləsinin müddətini başa çatması ilə bağlı olduğunu, apellyasiya instansiyası məhkəməsi isə iddiaçının çalışmanın yaş həddinə çatması ilə bağlı olduğunu göstərmiş, hər iki məhkəmə əmrin Əmək Məcəlləsinin tələblərinə uyğun olması qənaətinə gəlmişdir; - işəgötürənin əmrində iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsi göstərildiyindən həmin əmrin müddətli əmək müqaviləsinə xitam verilməsi barədə olması istisna edilir; - iddiaçının çalışmasının yaş həddi 20 mart 2019-cu il tarixdə başa çatması, həmin tarixdə onunla olan müddətsiz əmək müqaviləsinə xitam verilməsi, sonradan bir neçə dəfə müddətli əmək müqavilələri bağlanması isə əsas verir ki, iddiaçı ilə 17 dekabr 2020-ci il tarixdə bağlanmış müqavilə müddətli əmək müqaviləsi olmuşdur. Bu müqaviləyə Əmək Məcəlləsi 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilə bilərdi; - işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; - xx.xx.2021-ci il tarixdə elektron informasiya sisteminə göndərilmiş 196 nömrəli əmək müqaviləsi bildir işinin məlumatlarında xitamın əsası kimi Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi qeyd olunması kağız üzərində yazılmaqla verilmiş əmrin qeydiyyatına aid məsələdir, bu hal kağız üzərində yazılmış əmrin məzmununu dəyişmir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Təkrar apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının əmək müqaviləsi bildirişi ilə bağlı elektron sosial arayış xəstəxananın kadrlar şöbəsinin əməkdaşı tərəfindən sistemə səhv işlənilmişdir. İddiaçı ilə sonuncu əmək müqaviləsinin müddəti 20 mart 2021-ci il tarixində başa çatmış, onun əmək müqaviləsinə 01 aprel 2021-ci il tarixində xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini elektron sistemə səhv işləmiş kadrlar şöbəsi nin əməkdaşı barəsində müvafiq tədbirlər görülmüşdür. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrdə isə xəstəxananın hüquqşünası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə yanlış olaraq istinad etmiş, bununla bağlı, TƏBİB tərəfindən ona irad bildirilmişdir. Əslində isə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilməli idi. Elektron sistemə əmək müqaviləsi bildirişi yüklənilərkən də düzgün olaraq həmin normaya istinad edilmişdir.
30. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1022/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Pərviz Əhmədov)
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli sonuncu əmək müqaviləsi müddətli olmuş, 3 ay müddətinə bağlanılmışdır. Həmin əmək müqaviləsinin müddəti bitdikdən sonra 1 həftə ərzində cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanmışdır. Əmrdə Əmək Məcəlləsinin səhv normasına istinad edilməsi isə mübahisənin faktiki hallarının dəyişməsinə səbəb olan hal kimi çıxış edə bilməz. İddiaçının özü də etiraf etmişdir ki, onun əmək müqaviləsi sonuncu dəfə xx.xx.2020-ci il tarixində 3 ay müddətinə uzadılmış, bundan sonra hər hansı əmək müqaviləsi bağlanmamışdır.
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə həmçinin o da nəzərə alınmalıdır ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişi və elektron sosial arayış kağız üzərində yazılmaqla verilmiş əmrin qeydiyyatı ilə əlaqədardır. Həmin əmək müqaviləsi bildirişi və sosial arayış iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixində verilmiş əmrin qeydiyyatı ilə əlaqədar olduğundan hüquqi cəhətdən ondan üstün hesab edilə bilməz və belə olan halda həmin bildiriş və sosial arayışda tarixin xx.xx.2021-ci il olaraq göstərilməsi əmrin ləğv edilməsinə və iddiaçının işə bərpa edilməsinə əsas verə bilməz.
33. İddiaçının apellyasiya baxışında xx.xx.2019-cu il tarixində sertifikasiyadan keçdiyinə görə sertifikasiya müddətinin sonuna qədər onunla əmək müqaviləsinin müddətinin uzadılmalı olması barədə irəli sürdyü dəlilə münasibətdə apellyasiya instansiyası mə hkəməsi göstərmişdir ki, Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci hissəsindən də göründüyü kimi, sertifikasiya Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilir. Lakin bu hal əmək müqaviləsinin müddəti başa çatmış işçinin yenidən onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmasını tələb etməsi üçün əsas kimi çıxış edə bilməz.
34. Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulm uş qaydada sertifikasiyaya cəlb edilirlər.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 8-ci maddəsinin 4-cü hissəsi, 10-1.1, 10-1.2-ci maddələri, 67-1-ci maddəsinin 1-ci hissəsi, 70ci maddəsinin “e” bəndi, 76-cı maddəsinin 1-ci hissəsin ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (vəkil Nümayəndə1) kass asiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə cavabdeh tərəfindən məhkəməyə həmin arayışın texniki səhv olduğunu və sonuncu iş gününün sistemə yerləşdirmə tarixi kiminin olduğunu qeyd etdiyini nəzərə almış, lakin iddiaçının təqdim etdiyi sübutları isə nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində “işdə olan” 196 saylı əmək müqaviləsinə (kontrakt) sübut qismində istinad etmişdir. Ancaq həmin müqaviləyə nəzər salanda görünür ki, həmin müqavilə iddiaçının xx.xx.2019-cu ildə qüvvədən düşmüş xx.xx.2006-cı il tari xli müddətsiz əmək müqaviləsi idi. Qətnamədə iddiaçının həmin 196 saylı müqaviləni dəfələrlə işəgötürəndən tələb etməyi və buna baxmayaraq onun iddiaçıya verilməməsi göstərilmişdir. Fərdi əmək mübahisəsinin əsasında 196 saylı müddətli əmək müqaviləsi olsa da, məhkəmə qanunla işə aidiyyəti olmayan sübut əsasında işə baxmış və sübutların aidliyi tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 8, 4-cü hissə. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Maddə 10-1.2. Elm, mədəniyyət, sə hiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Maddə 70, “e” bəndi. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 73, 1-ci hissə. müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqav iləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ma ddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mate riallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3135-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və pr osessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
47. Belə ki, iddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.
48. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
49. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmamışdır.
50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər işin faktiki halları ilə bağlı olub iddianın məhz təmin edilməsinə yönələn dəlillər kimi iş mahiyyəti üzrə və sübutlar əsasında baxan məhkəmələr tərəfindən qəbul edilməyib. Buna görə də həmin dəlillərə bir daha qiymət verməyə zərurət yoxdur.
51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1022/2023 saylı, 28 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlans