Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4248/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-616/2022 nömrəli iş üzrə 13 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 21 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi, yaşayış sahəsindən çıxarılma və həmin sahəyə köçürülmə və Cavabdeh İddiaçı qarşı qarajüstü sahənin tikilməsinə sərf olunmuş vəsaitdə payların müəyyən edilməsi və fərdi yaşayış sahəsinə dair reyestr çıxarışının ləğv edilməsi tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-266/2020 nömrəli, 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) İddiaçı iddiası rədd, Cavabdeh iddiası qismən təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-616/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya qismən təmin edilərək, birinci insta nsiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh iddiasının qismən təmin olunması hissəsində ləğv olunmuş, Cavabdeh iddiası rədd olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (Vəkil3) həmin qətnamədən kassasiya şikayəti vermiş və şikayət 01 iyul 2022ci il tarixli qərardadla icraata qəbul edilmişdir. Sonradan Cavabdeh da qətnamədən apellyasiya instansiya məhkəməsi vasitəsilə kassasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi tərəfindən 11 avqust 2022-ci il tarixli məktubla şikayət baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş ape llyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də kassasiya baxışından çıxarılmalıdır. MPM-ə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (maddə 406.1). Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır (maddə 409). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və MPM-in 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)616/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 01 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-4248/2022 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-616/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin MPM-in 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4248/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-4248/2022
21.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver