Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4249/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı ilkin, Cavabdeh2 qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, əqdə əsaslanan iddia, subyektə görə yalan əqd, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi b arədə ilkin, Cavabdeh2 ipoteka müqaviləsinin ləğvi barədə qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-414/2022 nömrəli mülki iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh2 (bundan sonra – borcalan) arasında bağlanmış 24 fevral 2014-cü il tarixli, №039/F-14 saylı kredit müqaviləsinə əsasən, borcalana illik 7% faiz dərəcəsi ilə 60 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır.
2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Bankla borcalan, habelə Cavabdeh1 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) arasında 20 fevral 2015-ci il tarixli, müvafiq olaraq №039/F-14-02 və №039/F-14-03 saylı ipoteka müqavilələri bağlanmışdır.
3. İpoteka müqavilələrinə əsasən, borcalana məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 74 nömrəli binada yerləşən 86 nömrəli mənzil; Cavabdeh1 məxsus Abşeron rayonu, Goradil kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən, 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi torpaq sahəsi, həyətyanı tikililərlə birlikdə; Cavabdeh3 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.836 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi torpaq sahəsi, həyətyanı tikililərlə birlikdə (bazar dəyəri müvafiq olaraq 72.000, 144.000 və 310.000 manat müəyyən edilməklə, bundan sonra – ipoteka predmetləri ) ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Bank borcalana və digər cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalandan 36,878.39 manat əsas, 1,148.12 manat faiz, 6,106.87 manat cərimə olmaqla, cəmi 44,133.38 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun iddiaçının xeyrinə tutulması, borcun ipoteka predmetlərinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunmuş məbləğ hesabına borcun ödənilməsi, əmlaklar satıldıqdan sonra qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi və boşaldılaraq Banka təhvil v erilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bank iddia tələbini onunla əsaslandırmışdır ki, borcun ödənilməsi ilə əlaqədar borcalana dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır.
6. Borcalan qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın cərimə borcunun tələb olunması və onunla bağlanmış ipoteka müqaviləsi üzrə tələb hissəsində rədd olunmasını, onunla Bank arasında bağlanmış №039/F-14-02 saylı ipoteka müqaviləsinin ləğv olunmaqla xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Borcalan qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, idd ia tələbinin cərimənin 6106,87 manat hesablanması hissəsi ilə razı deyil, iddia ərizəsində cərimə məbləğinin hesablanma qaydası, hansı dövrdən və hansı məbləğdən hesablanması müəyyən olunmur. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla cavabdehlər arasında bağlanmış ipoteka müqavilələrinə əsasən ümumilikdə 522.000 (72.000+144.000+310.000) manat məbləğində 3 daşınmaz əmlak yüklü edilmişdir. İddiaçının 44.133,38 manat borcun 522.000 manat məbləğində olan 3 daşınmaz əmlaka yönəldilməsi və açıq hərracda satılması, həmin əmlakların satışından əldə edilən məbləğ hesabına borcun ödənilməsi tələbi qərəzli və qeyri-obyektivdir. Bankla onun arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə görə, 24 ay güzəşt dövrü verilmiş; 2.4-cü bəndinə görə - ona verilmiş kreditin və ona hesablanacaq f aizlərin vaxtında qaytarılması (öhdəliyin icrası) X3 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 039/F-14-01 saylı sonrakı ipoteka müqaviləsi ilə təmin edilir. Kreditin götürülməsinin səbəbi X3 ilə Cavabdeh1 birgə iş (kommersiya) fəaliyyətindən irəli gəlmişdir. Yəni, onlara məxsus Ağsu rayonunda yerləşən və Cavabdeh1 mülkiyyətində olan, fərdi yaşayış evi kimi sənədləşdirilsə də, ferma kimi fəaliyyət göstərən sahədə malqara alınması və saxlanması üçün kredit götürülməsinə zərurət yaranmışdır. Həmin dövrdə X3 dövlət qulluğunda işlədiyindən krediti öz adına götürə bilmədiyi üçün, kredit müqaviləsini onun adına rəsmləşdirilməsini xahiş etmişdir. Həm də, özünün mülkiyyətində olan evin kreditin təminatı olaraq sənədləşdirilməsinə razılıq vermişdir. Çünki, alınacaq kredit şəxsən özünün sahibkarlıq fəa liyyətinə sərf olunacaqdır. Zeynalov Asiflə uzun müddət dost münasibətlərində olduğundan, eləcə də onun tabeçiliyində işlədiyinə görə ona inanıb, həmin kredit müqaviləsini öz adına rəsmiləşdirmişdir. Sonradan, həmin şəxsə təcili pul lazım olduğu üçün ipotekanın obyekti olan evi satmaq qərarına gəlmiş və qeyd olunan ipoteka müqaviləsinin ləğvi üçün, Abşeron rayonu ərazisində yerləşən oğlu Ziyanın adına olan və eləcə də iş birliyində olduğu Cavabdeh1 adına olan evləri ipoteka ilə yüklü etməyi xahiş etmişdir. Lakin Bank əməkdaşları bildirmişlər ki, əlavə olaraq Bakı şəhərində yerləşən daşınmaz əmlaka dair ipoteka müqaviləsi imzalanmasa, Zeynalov Asifin adına olan evə dair ipoteka müqaviləsi ləğv edilməyəcək. Ona görə də, öz mənzilinin də ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. Digər t ərəfdən, götürülmüş kredit məbləğinin vaxtlıvaxtında ödənilməsini nəzərə alaraq və Zeynalov Asifi uzun müddət müsbət və sözünə dürüst şəxs kimi tanıdığına görə heç bir qeyd-şərt qoymadan onun təklifi ilə razılaşmışdır. Son bir neçə ayda isə onunla əlaqələri itmiş, sonuncu daimi yaşamaq üçün xaricə köçdüyü, krediti və ona hesablanmış faizləri ödəmədiyi üçün, Bank tərəfindən ona və əmlakları ipoteka ilə yüklü edilmiş sözügedən şəxslərə qarşı məhkəmədə iddia qaldırılmışdır.
8. İş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ipoteka predmetlərinin qiymətləndirilməsinə dair 12 fevral 2021-ci il tarixli rəydə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən mənzilin bazar dəyəri 68.000 manat, likvid qiyməti isə 58.000 manat, Abşeron rayonu, Goradil kəndində xüsusi mülki yyətdə olan 0.08 ha torpaq sahəsinin bazar dəyəri 70.000 manat, likvid qiyməti isə 55.000 manat, ünvan 1 ünvanında yerləşən 0.836 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə bazar dəyəri 120.000 manat, likvid qiyməti isə 90.000 manat göstərilmişdir.
9. İşə baxılarkən borcalanın vəsatəti təmin edilərək, iş üzrə Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin bağlanmasına əsas olmuş qovluğun (dosyenin) Bankdan götürülməsi barədə qərardad qəbul edilmişdir. 10. 19.02.2020-ci il tarixli məhkəmə iclasında Bankın nümayəndəsi tələb olunan sənədlər, o cümlədən kreditin verilməsi ilə əlaqədar Bankın kredit mütəxəssisinin hazırladığı “Kredit komitəsi üçün memorandum”un təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur.
11. Bakı Şəhəri Nizami Rayon Məh kəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-120/21 nömrəli iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) ilkin iddia qismən təmin edilərək, borcalandan Bankın xeyrinə 36.878,39 manat əsas borc, 1.148,12 manat faiz borcu, 600 manat cərimə borcu olmaqla, cəmi 38.626,51 manat kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, borcalana məxsus mənzilin ilkin satış qiymətinin 72.000 manat, Cavabdeh1 məxsus daşınmaz əmlakın ilkin satış qiymətinin 144.000, Cavabdeh3 məxsus əmlakın ilkin satış qiymətinin isə 310.000 manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetlərinin boşaldılaraq Banka təhvil verilməsi qət edilmiş, ilk iddia qalan hissədə, e ləcə də qarşılıqlı iddia tələbi təmin olunmamışdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, krediti və faizləri ödəməmiş, ona görə də, iddiaçıya dəymiş ziyanı ödəməyə borcludur. İpoteka saxlayan Bankın tələbləri həmin kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməli, bununla belə, ipoteka predmetlərinin hərracda ilkin satış qiyməti qiymətləndiricinin rəyinə əsasən deyil, ipoteka müqavilələrində göstərilmiş qiymətlərə uyğun müəyyən olunmalıdır.
13. Məhkəmə kredit razılaşması üzrə cərimə (dəbbə pulu) borcunu tənasübsüz surətdə yüksək hesab etmiş və belə qənaətə gəlmişdir ki, həmin məbləğ azaldılmalıdır.
14. İddia tələbinin cavabdehlərin mənzildən istifadə h üququnun itirilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, Bank mənzilin mülkiyyətçisi kimi qeydə alınmamışdır, belə tələb irəli sürməsi üçün əsaslar yoxdur. Ona görə iddia həmin hissələrdə təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı əsassız hesab edərək, bununla bağlı qeyd etmişdir ki, borcalan ipoteka müqaviləsinin ləğv olunmasını xahiş etsə də, Bankın müqaviləni əhəmiyyətli dərəcədə pozması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 279, 295, 296.1, 442, 448.1, 739.1, 739.2, 741-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan so nra – MPM) 14.2, 88-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 33, 34.1.1, 47.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Borcalan apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, kreditin götürülmə səbəbi kommersiya fəaliyyətindən irəli gəlmişdir. Qüvvədə olan normativ hüquqi aktların tələbinə əsasən heyvandarlığın inkişafına görə, o cümlədən, güzəştli kreditin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı tələb olunur. Həmin razılığın və kreditin verilməsi üçün əsaslı biznes planı tərtib olunmalı, göstəriləcək fəaliyyətdən əldə olunacaq gəlir hesabına kreditin verilməsi hesabatı təsdiq olunmalı və fəaliyyət göstərəcək yer olmalıdır. Kreditin verilməsi üçün adıçəkilən sənədlər Bankda iş qovluğunda saxlanıldığı üçün həmin sənədlər məhkəmə tərəfindən tələb olunub iş materiallarına əlavə edilsə də, məhkəmə həmin sənədləri dəyərləndirməmişdir. Asif Zeynalov dövlət qulluqçusu olduğu üçün kredit əsas cavabdehin adına götürülmüşdür. Məhz güzəştli şərtlərlə kredit həmin şəxsə verilmiş və o da, mülkiyyətində olan 1.280.000 manat dəyərində evini ipotekaya qoymuşdur. Asif Zeynalov onun işlədiyi idarənin rəisi olmuşdur.
18. Cavabdeh1 də apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini on unla əsaslandırmışdır ki, faiz borcu yüksək hesablanmış və ona məxsus əmlakın dəyəri çox aşağı qiymətə qiymətləndirilmişdir. Cavabdeh faiz borcunun və ona məxsus əmlakın qiymətləndirilməsini və araşdırılmasını xahiş etmişdir.
19. İşin apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə üzrə “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” Xidməti tərəfindən təqdim edilmiş 29 dekabr 2021ci il tarixli hesabatda Cavabdeh1 məxsus Abşeron rayonu, Goradil kəndində yerləşən fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 300.000 manat göstərilmişdir.
20. İddiaçı tərəf məhkəmə iclasında Cavabdeh1 məxsus əmlakın qiymətləndirmə hesabatında müəyyən edilmiş məbləğdə qiymətləndirilməsi ilə razı olduğunu bildirmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan son ra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-414/2021 nömrəli iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) borcalanın apellyasiya şikayəti rədd, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi sonuncuya məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 144.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, həmin ipoteka predmetinin ilkin satış qiyməti 300.000 manat müəyyən edilmiş, qətnamənin qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ipoteka müqaviləsində və məhkəmə baxışı zamanı əldə olunmuş qiym ətləndirici rəyindəki qiymət arasında ziddiyyətləri nəzərə alaraq və obyektivliyi təmin etmək məqsədilə apellyasiya baxışı zamanı yenidən keçirilmiş, ekspertiza rəyində əmlakın likvid dəyərinin 300.000 manat olduğu müəyyən edilmiş və iddiaçı tərəf məhkəmə iclasında qiymətləndirici şirkətin hesabatı ilə razı olduqlarını, həmin rəyin onları qane etdiyini və təkrar qiymətləndirmə keçirilməsinə ehtiyac olmadığını bildirmişdir. Ona görə də, qətnamə Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməli və həmin ipoteka predmetinin ilkin satış qiyməti 300.000 manat müəyyən edilməlidir.
23. Məhkəmə Cavabdeh1 apellyasiya şikayətinin digər dəlillərini, həmçinin borcalanın apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, h əmin dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından rədd olunmalıdır.
24. Məhkəmə borcalanın apellyasiya şikayətinin kreditin faktiki olaraq onun tərəfindən deyil, iş yerində rəhbəri olmuş Asif Zeynalov tərəfindən kommersiya məqsədləri üçün götürülməsi, kredit və ipoteka müqavilələrini Asif Zeynalovun xahişinə əsasən imzalaması (bağlaması), digər ipoteka predmetlərinin borcun ödənilməsi üçün kifayət qədər yetərli olması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə görə göstərilən dəlillər ipoteka müqaviləsinin ləğvi üçün əsas deyildir. Bu dəlillərə birinci instansiya məhkəməsində qarşılıqlı iddia tələbinin əsasları kimi də istinad olunmuş və məhkəmə haqlı olaraq onları əsassız saymış və qarşılıqlı iddianı rədd etmişdir. Qarşılıqlı iddianın mə zmunundan da göründüyü kimi, borcalan ipoteka müqaviləsini başqasının mənafeyi üçün bağladığını bildirsə də, müqaviləni könüllü surətdə bağladığını və hər hansı təzyiq, təsir olmadan şəxsən imzaladığını etiraf etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin olunmamış, ilk iddianın təmin olunmuş hissəsində ləğv edilərək həmin hissələrdə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Şikayət onunla əsaslandırılmışdır ki, borcalanın əmlak hüquqlarının müdafiəsi məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmiş, məhkəmə ona qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirərək, işi hərtərəfli, tam və ədalətli araşdırmam ış, iş üçün əhəmiyyətli olan faktlar və tərəflərin hüquq münasibətləri ümumiyyətlə dəyərləndirilməmiş, nəticədə, məhkəmə icraatı həqiqəti müəyyən etməməklə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Kreditin verilməsinə əsas olmuş qərarın (eləcə də bütün sənədlərin) təsdiq olunmuş surətlərinin təqdim olunmasına dair vəsatət verilsə də və həmin vəsatət hər iki instansiya məhkəmələri tərəfindən təmin olunsa da, istər Bank tərəfindən, istərsə də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tələb olunan sənədlər hal-hazıradək məhkəməyə təqdim olunmamışdır. Bununla da müqavilə tərəfləri arasında faktiki yaranmış bütün hallar, müqaviləyə qədərki münasibətlər və sonrakı hərəkətlər məhkəmələr tərəfindən nəzərə alınmamış və tərəflərin irad ə ifadəsi ağlabatan mühakimə əsasında müəyyənləşdirilməmişdir. 27. xx.xx.2014-cü il tarixli, Q39/F-14 saylı kredit müqaviləsinin 2.4-cü bəndində göstərilən şərtə görə, hazırda tələb olunan 38.525,51 manat borc X1 mülkiyyətində olmuş, 1.280.000 manat dəyərində qiymətləndirilmiş yaşayış evi hesabına təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsində xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Bankın nümayəndəsinə verilmiş suala cavab olaraq sonuncu məhkəməyə bildirmişdir ki, xx.xx.2014-cü il tarixli, 039/F-14 saylı kredit müqaviləsinin 2.4-cü bəndi ləğvi olunmamışdır və ipoteka ilə yüklü olunmuş əmlaklar sırasında borcalana məxsus əmlak ən ucuz əmlak olsa belə, Bankın marağındadır ki, həmin əmlak hərracdan satılsın. Halhazırda isə, xx.xx.2014-cü İİ tarixli, 039/F-14 saylı kre dit müqaviləsinin 2.4-cü bəndi və xx.xx.2014-cü il tarixli Q39\F-14-01 saylı ipoteka müqaviləsi ləğv olunmadığı halda, borcun faktiki olaraq kreditdən faydalanan X1 əmlakı hesabına deyil, məhz borcalanın əmlakı hesabına ödənilməsinin israrlı şəkildə tələb olunması bir daha sübut edir ki, bir qrup şəxslər əlbir olaraq, borcalana qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirirlər, onun əmlakını ələ keçirmək niyyətindədirlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etirazda iddiaçı cavabdehin dəlillərinin əsassız olduğunu qeyd edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qar şısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb ol mur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
35. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarı...subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.... Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən ə qdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
38. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıc a icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadı Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndi rmədir. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), mə hkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olubolmamasını da müəyyən etmiş olur. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur (bənd 27-30). 39. “İpoteka haqqında” Qanun 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. b u Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 14.2. Məhkəmə yalnız tə rəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
44. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
46. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsd iq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
47. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbə r tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassa siya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı iş üzrə kassasiya şikayətinin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Baxılan iş üzrə Bankın ilkin iddia tələbi kredit borcunun tutulması və tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsindən ibarətdir.
57. Kredit müqaviləsi üzrə borcalan, həmçinin ipoteka qoyanlardan biri olan Cavabdeh2 qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın cərimə borcunun tələb olunması və onunla bağlanmış ipoteka müqaviləsi üzrə tələb hissəsində rədd olunmasını, onunla Bank arasında bağlanmış i poteka müqaviləsinin ləğv olunmaqla xitam verilməsini xahiş etmişdir.
58. Qarşılıqlı iddianı təqdim edən şəxsin onu necə adlandırmasından asılı olmayaraq həmin ərizə məzmun baxımından həm Cavabdeh2 ilkin iddiaya yazılı etirazı, həm də qarşılıqlı iddia ərizəsi olmuşdur.
59. Sonuncu digər hallarla yanaşı ərizəsini (etirazını), həmçinin onunla əsaslandırmışdır ki, kreditin götürülməsi səbəbi X3 ilə Cavabdeh1 birgə iş (kommersiya) fəaliyyətindən irəli gəlmişdir. Həmin dövrdə X3 dövlət qulluğunda işlədiyindən krediti öz adına götürə bilmədiyi üçün, kredit müqaviləsini onun adına rəsmləşdirilməsini xahiş etmişdir. Həm də, özünün mülkiyyətində olan evin kreditin təminatı olaraq sənədləşdirilməsinə razılıq vermişdir. Zeynalov Asiflə uzun müddət dost münasibətlərində olduğuna, eləcə də onun tabeçil iyində işlədiyinə görə ona inanıb, həmin kredit müqaviləsini öz adına rəsmiləşdirmişdir.
60. Göründüyü kimi etirazın dəlilləri əslində Bankla aralarında bağlanmış müqavilənin formal olaraq onun adına sənədləşdirildiyi, kreditin işdə iştirak etməyə cəlb edilməmiş X2 verilməsi olmuşdur.
61. Bu baxımdan həm etirazın dəlillərinə əsasən, həm də iddia əqdə əsaslandığı üçün işə baxan məhkəmə xidməti vəzifəsinə görə tərəflər arasında etibarlı kredit müqaviləsinin bağlanıb-bağlanmadığını yoxlamalı olmuşdur.
62. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 337.3-cü maddəsinə əs asən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.
63. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmi n halı nəzərə almalıdır.
64. Baxılan iş üzrə Cavabdeh2 qarşılıqlı iddia ərizəsindəki (etirazındakı) dəlilinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
65. İstinad olunan maddənin rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir...
66. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəfl ər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
67. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.
68. İstinad olunan Qərarın nəticə hissəsində qeyd edilmişdir ki, Mülki Məcəllənin 340.2ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı his səsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.
69. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh etirazlarını əsaslandıran sübut kimi kredit dosyesinin tələb olunması barədə vəsatət vermiş, onun vəsatəti təmin edilmiş və kredit dosyesində olan sənədlərin Bank tərəfindən təsdiq olunmuş surətləri alınaraq iş materiallarına əlavə edilmişdir.
70. Bank tərəfindən qərardadın icrası qaydasında məhkəməyə təqdim edilmiş sənədlərdən biri də kredit müqaviləsinin bağlanması ilə əlaqədar kredit mütəxəssisinin Kredit komitəsi üçün hazırladığı memorandum olmuşdur. Həmin memorandumda kredit sifarişçisi kimi Cavabdeh2 göstərilsə də, faktiki borcalanın X3 olduğu, sonuncunun dövlət qulluqçusu olduğu üçün krediti Cavabdeh2 adına götürdüyü, X1 X4 İdarəsind ə rəis vəzifəsində işlədiyi və aylıq əmək haqqının 525 manat olduğu qeyd edilmişdir.
71. Birinci instansiya məhkəməsi öz qərardadı ilə tələb olunaraq iş materiallarına əlavə edilmiş həmin sənədi işdə iştirak edən şəxslərlə birlikdə tədqiq etmədən və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından qiymətləndirmədən ilkin iddianın qismən təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir.
72. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
73. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
74. Lakin işə baxmış birinci instansiya məhkəməsi MP M-in istinad olunan maddələrindən irəli gələn vəzifələrə riayət etməmiş, sübut qismində təqdim edilmiş və işə əlavə olunmuş sənədlərə ümumiyyətlə qiymət verməmişdir.
75. Məhkəmə qarşılıqlı iddianın rədd olunmasını belə əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı Bankın müqaviləni əhəmiyyətli dərəcədə pozması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
76. Halbuki qarşılıqlı iddia ərizəsində Cavabdeh2 onunla Bank arasında bağlanmış №039/F-14-02 saylı ipoteka müqaviləsinin ləğv olunmaqla xitam verilməsini xahiş etmişdir. Həmin tələbin qarşılıqlı iddianın dəlilləri ilə müqayisəli dəyərləndirilməsi əsasında sonuncunun müqavilənin ləğv olunmasını, yoxsa ipotekaya xitam verilməsini tələb etdiyini birmənalı müəyyən etmək mümkün deyil.
77. İşə baxan məhkəmə tərəfindən bununla bağlı iş də iştirak edən şəxslərlə müzakirə aparıldığı görünmür. Halbuki MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.
78. Nəzərə alınmalıdır ki, baxılan iş üzrə ipoteka predmetlərinə tutma yönəldilməsi tələbi ipoteka saxlayanın tələb hüququnun təminatı olduğundan həmin tələblərin qanuni həlli kredit borcunun tutulması barədə əsas tələbə düzgün hüquqi qiymət verilməsindən sonra mümkündür.
79. Cavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayətində iddiaya etirazın (qarşılıq lı iddianın) dəlillərinə istinad etmiş, həmçinin qeyd etmişdir ki, kreditin verilməsi üçün Bankda iş qovluğunda saxlanılan sənədlər məhkəmə tərəfindən tələb olunub iş materiallarına əlavə edilsə də, məhkəmə həmin sənədləri dəyərləndirməmişdir.
80. İşə baxmış apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh1 tərəfindən isə faiz borcu və ona məxsus ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində mübahisələndirildiyindən yalnız həmin hissələrdə yoxlanılır.
81. Bununla bağlı nəzərə alınmalıdır ki, MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
82. Baxılan iş üzrə Cavabdeh2 tərəfindən verilmiş və qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olmuşdur. Belə ki, apellyasiya şikayəti vermiş şəxsin dəlilləri tərəflər arasında etibarlı kredit müqaviləsinin bağlanıb-bağlanmadığının yoxlanılmasını tələb etmişdir. Bu baxımdan qətnamənin qismən yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti MPM-in 372.6-cı maddəsinin tələbinə uyğun olmamışdır.
83. Həmçinin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsi ilə tam razılaşaraq yoxladığı hissədə qətnaməni dəyişdirilmədən saxlamaqla eyni maddi və prosessual hüququ normalarının tələblərini pozmuşdur.
84. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə aidiyyətinin pozulması ilə bağlı dəlillərini əsassız hesab edir.
85. Belə ki, MPM-in 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
86. Hazırkı işin birinci instansiya məhkəməsinin icraatına qəbul edildiyi 19 noyabr 2019cu il tarixdə MPM-in 25.1-ci maddəsi nəzərdə tuturdu ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdə n əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.
87. Baxılan işdə cavabdehlərdən ən azı biri fiziki şəxs olmaqla fərdi sahibkar statusu olmadığından mübahisəyə dair hazırkı iddia həmin vaxt qüvvədə olan məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq ümumi məhkəmədə qaldırılmışdır.
88. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi öz icraatına aidiyyət qaydalarına riayət etməklə qəbul etmişdir. Sonradan prosessual qanunvericiliyin dəyişməsi ilə əlaqədar mübahisənin yeni məhkəmə aidiyyətinin müəyyən edilməsi isə məhkəmə tərəfindən işin aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə göndərilməsinə əsas ola bilməzdi.
89. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə yeni məhkəmə aktı qəbul olunmalıdır.
90. Həmçinin vəzifəli şəxslərin hərəkətlərində cinayət əlamətlərinin olması barədə Cavabdeh2 dəlillərinə qiymət verilməsi işin müəyyən olunmuş hallarından asılı olduğu üçün həmin dəlillərə apellyasiya instansiyas ı məhkəməsi tərəfindən işə yenidən baxılmasının nəticəsinə əsasən mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq qiymət verilə bilər.
91. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-414/2022 nömrəli mülki iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.