Məhkəmə qərarları › İş №2(102)-4249/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4249/2023

20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4249/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4249/2023 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X8 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-699/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnam əsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Qutqaşın (hazırda Qəbələ) rayon “Fioletov” adına sovxozun 5 nömrəli təsərrüfat briqadasının ərazisində 4,35 hektar torpaq sahəsində yerləşən fındıq topaları ailə podratı ilə “Rüstəmova” soyadlı şəxsə baxılması üçün verilmiş, bu barədə sonuncu və sovxoz direktorluğu arasında xx.xx.1988-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin müddəti 10 il müəyyən edilmişdir.

2. Sözügedən podrat müqaviləsinin 1. bəndində qeyd olunur ki, ailə podratçısı Rüstəmova iş vaxtından sonra ailəsi ilə birlikdə 5 nömrəli təsərrüfat briqadasının ərazisində yerləşən cavan fındıq bağında becərmə işləri aparıb, mal-qaradan mühafizə edərək məhsul olduqda yığıb sovxoza təhvil vermək üçün 4,35 hektar cavan, bar verməyən fındıq bağını öhdəsinə götürür. Təhkim edilmiş sahədə faktiki olaraq 470 ədəd fındıq topası sayıldı. 3. “Torpağa mülkiyyət hüququna dair” JN-0634 saylı kod 40614018 olan dövlət Aktına əsasən, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarı əsasında X1 və onun digər ailə üzvlərinin mülkiyyətinə 1,23 hektar torpaq sahəsi verilmişdir. Dövlət Aktının 634 B cizgisində (planşetində) yerləşən 0,72 hektar torpaq sahəsindəki fındıq topaları, şabalıd, qoz və alma ağacları ilə bağlı tərəflər arasında hazırda mübahisə mövcuddur.

4. Qəbələ Rayon Məhkəməsinin 2(025)-723/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarix li qətnaməsinə əsasən, iddiaçı X1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, JN-634 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən X1 digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634B cizgisində göstərilmiş 0,72 ha hissəsindən cavabdeh İddiaçı çıxarılması, həmin torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsindən cavabdeh tərəfindən kollu çəpərlə hasarlanmış çəpərin sökülməsi və onun tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair iddia ərizəsi ilə Qəbə lə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 0,72 ha torpaq sahəsinin kənarının hasarlanmasına, əkib-becərdiyi meyvə ağaclarına sərf etdiyi 14.150 manat pulun, ödədiyi dövlət rüsumunun, eləcə də Qəbələ Rayon Məhkəməsinin 2(025)-723/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsinin icrası ilə birlikdə qarşılıqlı şəkildə icra olunmaqla alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayonu Mıxlıqovaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin kənd keçmış “Fioletov” adına sovxozun ərazisi olmuşdur. Onun və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsi ilə bağlı sovxozla aralarında podrat müqaviləsi olmuş və həmin müqavilənin şərtlərinə uyğun olara q hər il oradan məhsul yığıb sovxoza təhvil vermişlər. Axırıncı dəfə sovxozla aralarında olan podrat müqaviləsi 11 dekabr 1988-ci il tarixdə 10 il müddətinə bağlanmışdır. Bununla demək istəyir ki, podrat müqaviləsi 11 dekabr 1998-ci il tarixə kimi qüvvədə olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən ailənin qanuni istifadəsində olan 0,72 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Aqrar İslahat Komissiyasının bu qərarı 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 10-cu maddəsində qeyd edilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Mübahisə predmeti olan torpaq sahəsi torpaq islahatı aparılan zaman onun qanuni istifadəsində olmuşdur. Ona görə də, Aqrar İslahat Komissiyasının qərarı torpaq islahatı haqqında qanunun tələblərinə zidd olaraq verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağçaların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçı lıq təsərrüfatının idarəçiliyindəki bağçaların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Əsasnamə ilə bir daha təsdiq olunur ki, JN-634 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh verilmiş torpaq sahəsi qanunun tələbinə zidd olaraq verilmişdir. İşə əlavə etdiyi podrat müqaviləsinin surəti ilə təsdiq olunur ki, mübahisəli torpaq sahəsi onun qanuni istifadəsində olmuşdur və o və ailə üzvləri qeyd edilən podrat müqaviləsində göstərilən 4,35 ha torpaq sahəsinin hasarlanması, bağın becərilməsi, ağaclara qulluq edilməsi işlərinin hamısını etmişdir. Lakin aqrar islahatı aparıldıqdan sonra onun əlində yalnız 0,72 torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinin kənarının hasarlanması və bütün aqrotexniki işlərin görülməsi üçün əziyyət çəkmiş və pul xərcləmişdi r. Onun zəhmət çəkib becərdiyi meyvə ağacları əkdiyi 0,72 ha torpaq sahəsi cavabdehin mülkiyyətinə verildiyinə görə cavabdehlə razılığa gəlmişdir ki, ona məxsus “Tala” adlanan ərazidə olan 0,50 ha torpaq sahəsini cavabdeh əkib becərsin. Əkib-becərdiyi meyvə ağacları tamamilə yaxşı bar verməyə başladıqdan sonra cavabdeh torpağın boşaldılmasına dair məhkəmədə iddia qaldırmış və onun iddiası Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Artıq 2021-ci ildə, 24 ildən sonra cavabdeh görəndə ki, zəhmət çəkib becərdiyi bağda olan meyvə ağacları yaxşı bar verir, torpağın geri alınmasına dair məhkəmədə iddia qaldırmışdır. Daha doğrusu meyvə ağacları tam bara düşənə qədər dözümlülük göstərmiş və 2021-ci ildə məhkəmədə iddia qaldırmışdır. O, 0,72 ha torpaq sahəsind ə 110 ədəd fındıq topası, 4 ədəd şabalıd, 3 ədəd qoz, 2 ədəd alma ağacı əkibbecərmişdir. Həmin meyvə ağaclarının əkilib becərilməsinə sərf etdiyi əməyi, çəkilən xərclərin qiymətləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin X10 İnkişaf Mərkəzinə müraciət etmişdir. Mərkəzin xx.xx.2022-ci il tarixli, MİHQ/1.2.47-2.2022-24 saylı məktubu (rəyi) ilə cavab verilmişdir ki, bağın kənarının hasarlanmasına, çəpərin vurulmasına və görülmüş işlərə 620 manat, 70 ədəd fındıq topası hər bir topa 130 manat hesabı ilə 9.100 manat, 30 fındıq topasının hər bir topası üçün 100 manat hesabı ilə 3.000 manat, 10 fındıq topası üçün hər topanın qiyməti 80 manat hesabı ilə 800 manat, 4 ədəd şabalıd ağacı üçün hər bir ağacın qiyməti 90 manat ilə 360 manat, 3 ədəd qoz ağacı üçün hər ağacın qiyməti 70 manat hesabi il ə 210 manat, 2 ədəd alma ağacı üçün hər bir ağaca görə 30 manat hesabı ilə 60 manat qiymətləndirilmişdir. Bütün çəkilən xərclərin cəmi dəyəri 14.150 manat təşkil etmişdir ki, həmin pulu cavabdehdən tələb edir.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 28.660 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 0,72 ha torpaq sahəsindən 25 il istifadəyə ailə üzvləri ilə birlikdə ciddi şəkildə maneələr törətməklə əldə edə biləcəyi hər il 1932 manat gəlirdən məhrum etməklə son 16 ildə vurduğu ziyanı tələb edir. Qəbələ rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 25 saylı qərarı ilə 6 nəfər ailə üzvlərinə 0,72 ha kənd təsərrüfatı məhsullarının istehsal ı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 6 nəfər ailə üzvlərinin adına JN-634 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ilə adlarına rəsmiləşdirilmişdir. Dövlət aktını aldıqdan sonra bu barədə cavabdehə də bildirmişdir. Həmin sənəd əsasında ondan torpaqdan istifadəsinin dayandırılmasını tələb və xahiş etmişdir. Ancaq nəticəsi olmamışdır. Əksinə ona hədələr edərək ərazinin ona məxsus olduğunu bildirmişdir. Sonrakı mərhələdə dəfələrlə tələb etməyinə baxmayaraq torpaq sahəsini boşaltmamış, əksinə həmin torpaqdan istifadəyə maneələr yaradan hərəkətlərinin davam etdirmişdir. Məcbur olaraq müxtəlif orqanlara müraciətlər etmişdir. Müraciətlərinə cavab olaraq həmin orqanlar məhkəməyə müraciət hüququnun olduğunu nəzərinə çatdırmışdır. Bu hüquqdan istifadə edərək cavabdeh tə rəfindən 0,72 ha torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-723/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Kassasiya şikayəti hüququndan istifadə etməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrasını yubandırmaq məqsədi ilə cavabdeh Şəki İnzibati Məhkəməsinə JN-634 saylı Dövlət aktının ləğv olunması və 0,72 ha torpaq sahəsinin adına qeydə alınması və hüquqmüəyyən edici sənədin - çıxarışın verilməsi üçün DƏDRX Publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi idarəsinə həvalə edilməsi tələbi ilə müraciət etmişdir. Bu səbəbdən də icra sənədi üzrə icraat xx.xx.2022-ci il tarixli qərarla dayandırılmışdır. Lakin onun iddiası icraata qəbul edilməmiş və qətnamənin icrasının dayandırılması istiqamətində cəhdi boşa çıxmışdır. Cavabdehin iddiasında qeyd etdiyi 110 ədəd fındıq topası kolxoz dövründə əkilmişdir. Əraziyə qulluq da kolxozçular tərəfindən göstərilimiş və onlara bu işə görə əmək haqqı ödənilmişdir. Qarşılıqlı iddia vermək üçün X9 Mərkəzinə müraciət etmişdir. Mərkəzin xx.xx.2022-ci il tarixli rəyində göstərilir ki, 110 ədəd fındıq topasının məhsuldarlığı orta hesabla 15-17 kq təşkil edir. 4 ədəd şabalıd ağacına hər birinə orta hesabla 10 kq, 3 ədəd qoz ağacına 6 kq, 2 ədəd alma ağacına isə 3 kq məhsuldarlıq müəyyən edilir. 110 ədəd fındıq topasının nəzəri məhsuldarlığı 110 x 16 kq = 1760 kq, 1 kq qərzəkli fındığın yığılmasına 30- 40 qəpik vəsait xərclənməklə, 1760 kq x 0,35 qəpik = 616 manat, qərzəkli fındıq məhsulunun təmiz fındığa çevrilməsi üçün hər tona 40 kq təmiz fındıq məhsulunun qiymətində vəsait ödənilir. 1760 kq x 40 = 70,4 kq x 3 manat = 212 manat təşkil edir. Beləliklə, 110 ədəd fındıq topasından alınan təmiz fındığın dəyəri 792 kq x 3 manat = 2376 manat, həmin məhsulun gəlirindən xərclərin çıxılması - 2376 manat - 616 manat = 212 manat = 1548 manat təşkil edir. 4 ədəd şabalıd ağacı, hər ağaca 10 kq məhsuldarlıqla – 4 x 10 = 40 kq, məhsulun pulla dəyəri – 40 kq x 6 manat = 240 manat, 3 ədəd qoz ağacı – 3 x 8= 24 kq, pulla dəyəri 24 kq x 5 manat = 120 manat, 2 ədəd alma ağacı- 2 x 8 kq = 16 kq pulla dəyəri – 16 x1.5 = 24 manat təşkil edir. Rə yə görə fındıq topalarının gəliri 1548 manat, şabalıd ağaclarının 240 manat, qoz ağacından 120 manat və alma ağacından 24 manat vəsait əldə olunur. İl ərzində 0.72 ha torpaq sahəsində əkilmiş meyvə ağaclarından xərclər çıxıldıqdan sonra 1932 manat qazanc əldə edilir. Cavabdeh 16 il ərzində mülkiyyət hüquqlarını pozmuşdur. Nəticədə hər il 1932 manat olmaqla cavabdeh ona 28.600 manat ziyan vurmuşdur.

9. İddaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil1 müraciəti əsasında Kənd Təsərrüfatı Nazirliyinin Qəbələ X3 ünvanladığı xx.xx.2022-ci il tarixli, MİHQ/1.2.472.2022-24 saylı məktubda qeyd edilmişdir ki, bağın kənarının hasarlanmasına, çəpərin vurulmasına və görülmüş işlərə görə təxminən 620 manat vəsait xərclənmiş olar. 0,72 hektar torpaq sahəsində 110 ədəd fındıq topası, 4 ədəd ş abalıd, 3 ədəd qoz və 2 ədəd alma ağacı vardır. Hazırkı dövrdə 1 hektar fındıq bağının qiyməti 25 - 27 min arasında dəyişir. 1 hektar fındıq bağında əkin sxemi 8 x 8 intervalında əkilmişsə onda həmin bağda 165 fındıq topası olduğu nəzərə alınar. Bağın bazar qiymətinə uyğun olaraq 15 - 20 illik məhsuldar fındıq bağında olan 1 topanın dəyərini müəyyən etmək üçün 25 min manatın 1 hektar sahədə olan topaların sayına bölünsə, onda 25.000: 156 ədəd = 160 manat alınar. 70 ədəd fındıq topası hər bir topa 130 manat hesabı ilə 9.100 manat, 30 fındıq topasının hər bir topası üçün 100 manat hesabı ilə 3.000 manat, 10 fındıq topası üçün hər topanın qiyməti 80 manat hesabı ilə 800 manat, 4 ədəd şabalıd ağacı üçün hər bir ağacın qiyməti 90 manat ilə 360 manat, 3 ədəd qoz ağacı üçün hər ağacın qiyməti 70 manat hesabı ilə 210 manat, 2 ədəd alma ağacı üçün hər bir ağaca görə 30 manat hesabı ilə 60 manat qiymətləndirilmək olar. Bütün çəkilən xərclərin cəmi dəyəri 14.150 manat ola bilər.

10. Cavabeh (qarşılıqlı iddia üzrə iddaçı) X1 vəkili Vəkil2 müraciəti əsasında Kənd Təsərrüfatı Nazirliyinin Qəbələ X3 ünvanladığı xx.xx.2022-ci il tarixliŞ 72 saylı məktubda qeyd edilmişdir ki, 110 ədəd fındıq topasının nəzəri məhsuldarlığını orta hesabla 15-17 kq müəyyən etmək olar. 4 ədəd şabalıd ağacına hər birinə orta hesabla 10 kq, 3 ədəd qoz ağacına 6 kq, 2 ədəd alnma ağacına isə 3 kq məhsuldarlıq müəyyən etmk mümkündür.110 ədəd fındıq topasının nəzəri məhsuldarlığı 110 x 16 kq = 1.760 kq, 1 kq qərzəkli fındığın yığılmasına 30 - 40 qəpik vəsait xərclənməklə, 1.760 kq x 0,35 qəpik = 616 manat, qərzəkli fındıq məhsulunun təmiz fındığa çevrilməsi üçün hər tona 40 kq təmiz fındıq məhsulunun qiymətində vəsait ödənildiyini, 1.760 kq x 40 = 70, 4 kq x 3 manat = 212 manat olduğunu müəyyən etmək olar. Beləliklə, 110 ədəd fındıq topasından alınan təmiz fındığın dəyəri 792 kq x 3 manat = 2.376 manat, məhsulun gəlirindən xərclərin çıxılması – 2.376 manat - 616 manat = 212 manat = 1.548 manat müəyyən edilə bilər. 4 ədəd şabalıd ağacı, hər ağaca 10 kq məhsuldarlıqla – 4 x10 = 40 kq, məhsulun pulla dəyəri- 40 kq x 6 manat = 240 manat, 3 ədəd qoz ağacı- 3 x 8 = 24 kq, pulla dəyəri 24 kq x 5 manat = 120 manat, 2 ədəd alma ağacı- 2 x 8 kq = 16 kq pulla dəyəri- 16 x 1.5 = 24 manat müəyyən edilə bilər. Fındıq topalarının gəliri olaraq 1.548 manat, şabalıd ağaclarının 240 manat, qoz ağacından 120 manat və alma ağacından 24 manat vəsait əldə olunur. 0,72 ha torpaq sahəsində əkilmiş meyvə ağaclarından xərclər çıxıldıqdan sonra alınmış vəsait 1.932 manat ola bilər.

11. Qəbələ Rayon Məhkəməsinin 2(025)-83/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisələndirilən 0,72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində əkilən fındıq topaları və digər ağaclar Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində aqrar islahatdan əvvəl, Qutqaşın (hazırda Qəbələ) rayon “Fioletov” adına sovxozun 5 nömrəli təsərrüfat briqadasının ərazisində əkilib becərilmiş fındıq topaları və meyvə ağaclarıdır. Bundan da savayı, fınd ıq topalarının və ağacların yerləşdiyi 0,72 ha torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarı əsasında Cavabdeh və onun digər ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları JN-0634 saylı kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir. Bundan sonra tərəflər mübahisələndirilən Dövlət Aktının 634 B planşetində yerləşən 0,72 hektar torpaq sahəsi ilə bağlı razılığa gələ bilmədiklərindən Cavabdeh olaraq İddiaçı qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-723/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilə bilməz. Tərəflər arasında mübahisələndirilən 0,72 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsində əkilən fındıq topaları və digər ağaclara görə Cavabdeh İddiaçı aldığı gəlir olaraq 28.660 manat pulun alınaraq ona verilməsini tələb etsə də, əvvəllər torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması barədə ona qarşı məhkəmədə iddia qaldırdığı halda, özünün dediyi kimi əmlaka görə pozulmuş hüquqların gəlirlə bağlı hissəsini bu barədə məlumatlı olsa da mübahisələndirməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi gə ldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 156.1, 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-723/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsində aşağıdakı məzmunda cümlə yazılmışdır: “Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh İddiaçı həm məhkəmə iclasında verdiyi ifadəsində, həm də məhkəmə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsində fındıq, şabalıd və alma ağaclarından ibarət bağ salmışdır və həmin bağın salınması üçün çəkdiyi xərci tələb etmişdir. Cavabdehə izah edilməlidir ki, gələcəkdə iddiaçının mülkiyyətində, faktiki isə onun istifadəsində olmuş fındıq, şabalıd və alma ağaclarının dəyəri və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır”. Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 2(025)-723/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsində ona əldən çıxmış fayda ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh isə həmin qətnaməni qeyd olunan hissədə mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Lakin məhkəmə Qəbələ Rayon Məhkəməsinin 2(025)723/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsinin prediyusallığını nəzərə almamışdır. Eyni zamanda Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məzmunundan göründüyü kimi Mülki Məcəllənin 157.7-ci maddəsində vicdanlı sahibin ayrılması mümkün olmayan əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərinin əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi hüququna malik olması müəyyən edilmişdir. Yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olması isə zəruri hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Deməli yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olmasına eht iyac (zərurət) yoxdur. İddiaçı kimi o, Cavabdeh mülkiyyətində olan, lakin onun sahibliyində və istifadəsində olan mübahisəli torpaq sahəsinə çəkdiyi xərcin ödənilməsini tələb edir. Göründüyü kimi məhkəmə qətnamədə sözügedən maddələrə istinad etməli olsa da, həmin maddələrə istinad etməmişdir.

16. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, iddiaçının istinad etdiyi podrat müqaviləsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Müqavilə üzrə podratçı “Rüstəmova” adlı şəxs olmuşdur. Bundan əlavə müqavilə şərtlərinə görə ərazidə görülən işə görə əmək haqqı verilib. Bundan əlavə müqavilə 1998-ci ildə qüvvəsini itirib. Mübahisələndirilən torpaq sahəsi 1997-ci ildə onun və ailə üzvlərinin mülkiyyətinə verilib.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-699/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Cavadova (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı torpaq sahəsində mövcud olan fındıq ağaclarının onun tərəfindən əkildiyini sübuta yetirə bilməmişdir. Əksinə iddiaçı tərəfin özünün məhkəməyə təqdim etdiyi xx.xx.1988-ci il tarixli podrat müqaviləsinin məzmunundan görünür ki, müqavilə bağlandığı vaxt həmin sahədə fındıq topaları artıq mövcud olmuşdur.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilərinə münasibət bildirərək qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı iddia edir ki, mübahisələndirlən torpaq sahəsi qanunsuz olaraq cavabdehin mülkiyyətinə verilmişdir. İşin mübahisəsiz hallarından biri odur ki, mübahisəli torpaq sahəsi 1997-ci ildə respublikada keçirilən torpaq islahatları zamanı Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş və ilkin iddia üzrə iddiaçı bundan məlumatlı olmuşdur. Həmin tarixdən sonra mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edilməsinə dair tərəflər arasında şifahi və ya yazılı formada hər hansı razılaşmanın olması, yəni ilkin iddia üzrə iddiaçının mübahisəli torpaq sahəsinə vicdanlı sahiblik etməsi iş materialları ilə öz təsdiqini tapmır. Nəzərə alınsa ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür onda müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə sübuta yetməyən tələbi təmin etməməkdə haqlı olmuşdur.

20. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayətində göstərir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-723/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsində gələcəkdə onun istifadəsində olmuş fındıq, şabalıd və alma ağaclarının dəyəri və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmiş, Cavanşir Mİrzəyev həmin qətnaməni yuxarı instansiya məhkəmələrində mübahisələndirməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, sözügedən məhkəmə qətnaməsi o halda hazırki iş üzrə preyudisial xarakter daşımış olardı ki, iddiaçının istinad etdiyi hal (meyvə ağaclarının onun tərəfi ndən əkilməsi) işin halı kimi müəyyən edilmiş olsun. Lakin həm məhkəmə qətnaməsindən, həm də apellyasiya şikayətinin özündən göründüyü kimi, məhkəmə yalnız İddiaçı verdiyi şifahi və yazılı məlumatları qətnamədə əks etdirmiş, həmin fakt işin halı kimi müəyyən edilməmişdir. Bu baxımdan apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassızdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllən in 135.10. 157.7, 1094-cü, Torpaq Məcəlləsinin 84-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi torpaq islahatı aparılan zaman onun və ailəsinin qanuni istifadəsində olmuşdur. Aqrar i slahat komissiyasının qərarı torpaq islahatı haqqında qanunun tələblərinə zidd olaraq verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağçaların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağçaların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Əsasnamə ilə bir daha təsdiq olun ur ki, JN-634 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh verilmiş torpaq sahəsi qanunun tələbinə zidd olaraq verilmişdir. İşə əlavə etdiyi podrat müqaviləsinin surəti ilə təsdiq olunur ki, mübahisəli torpaq sahəsi onun və ailəsinin qanuni istifadəsində olmuş, o, və ailə üzvləri qeyd edilən podrat müqaviləsində göstərilən 4,35 ha torpaq sahəsinin hasarlanması, bağın becərilməsi, ağaclara qulluq edilməsi işlərinin hamısını etmişdir. Lakin aqrar islahatı aparıldıqdan sonra onun əlində yalnız 0,72 torpaq sahəsi qalmışdır. Həmin torpaq sahəsinin kənarının hasarlanması və bütün aqrotexniki işlərin görülməsi üçün əziyyət çəkmiş və pul xərcləmişdir. Zəhmət çəkib becərdiyi meyvə ağacları əkdiyi 0,72 ha torpaq sahəsi cavabdehin mülkiyyətinə verildiyinə görə cavabdehlə razılığa gə lmişədir ki, ona məxsus “Tala” adlanan ərazidə olan 0,50 ha torpaq sahəsini cavabdeh əkib becərsin. Əkib-becərdiyi meyvə ağacları tamamilə yaxşı bar verməyə başladıqdan sonra cavabdeh torpağın boşaldılmasına dair məhkəmədə iddia qaldırmış və onun iddiası Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Artıq 2021-ci ildə, 24 ildən sonra cavabdeh görəndə ki, zəhmət çəkib becərdiyi bağda olan meyvə ağacları yaxşı bar verir, torpağın geri alınmasına dair məhkəmədə iddia qaldırmışdır. Daha doğrusu meyvə ağacları tam bara düşənə qədər dözümlülük göstərmiş və 2021-ci ildə məhkəmədə iddia qaldırmışdır. O, 0,72 ha torpaq sahəsində 110 ədəd fındıq topası, 4 ədəd şabalıd, 3 ədəd qoz, 2 ədəd alma ağacı əkib becərmişdir. Həmin meyvə ağaclarının əkilib becərilməsinə sərf etdiyi əməyi, çəkilən xərclərin qiymətləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin X10 İnkişaf Mərkəzinə müraciət etmişdir. Mərkəzin xx.xx.2022-ci il tarixli, MİHQ/1.2.47- 2.2022-24 saylı məktubu (rəyi) ilə cavab verilmişdir ki, bağın kənarının hasarlanmasına, çəpərin vurulmasına və görülmüş işlərə 620 manat, 70 ədəd fındıq topası hər bir topa 130 manat hesabı ilə 9.100 manat, 30 fındıq topasının hər bir topası üçün 100 manat hesabı ilə 3.000 manat, 10 fındıq topası üçün hər topanın qiyməti 80 manat hesabı ilə 800 manat, 4 ədəd şabalıd ağacı üçün hər bir ağacın qiyməti 90 manat ilə 360 manat, 3 ədəd qoz ağacı üçün hər ağacın qiyməti 70 manat hesabi ilə 210 manat, 2 ədəd alma ağacı üçün hər bir ağaca görə 30 manat hesabı ilə 60 manat qiymətləndirilmişdir. Bütün çəkilən xərclərin cəm i dəyəri 14.150 manat təşkil etmişdir ki, həmin pulu cavabdehdən tələb edirəm. Hesab edirəm ki, birinci instansiya və apellyasiya məhkəmələri mülki iş üzrə obyektiv araşdırma aparmamış və nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışlar. Belə ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin “Apellyasiya instansiyası məhkəməsinin mövqeyi” hissəsində qeyd olunur ki, İddiaçı apellyasiya şikayətində göstərir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-723/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsində gələcəkdə onun istifadəsində olmuş fındıq, şabalıd və alma ağaclarının dəyəri və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmiş, Cavanşir Mİrzəyev həmin qətnaməni yuxarı instansiya məhkəmələrində mübahisələndirməmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, sözügedən məhkəmə qətnaməsi o halda hazırki iş üzrə preyudisial xarakter daşımış olardı ki, iddiaçının istinad etdiyi hal (meyvə ağaclarının onun tərəfindən əkilməsi) işin halı kimi müəyyən edilmiş olsun. Lakin həm məhkəmə qətnaməsindən, həm də apellyasiya şikayətinin özündən göründüyü kimi, məhkəmə yalnız İddiaçı verdiyi şifahi və yazılı məlumatları qətnamədə əks etdirmiş, həmin fakt işin halı kimi müəyyən edilməmişdir. Bu baxımdan Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayətinin müzakirə olunan dəlili əsassızdır. Lakin apellyasiya məhkəməsi mübahisəli torpaq sahəsində iddia ərizəsində qeyd olunan meyvə ağaclarının neçə illik meyvə ağacları olmasını ekspertiza təyin edərək müəyyənləşdirməmiş, həqiqətən meyvə ağaclarının onun və ya vaxtilə sovxoz tərfindən əkildiyi araşdırılmamış, məhkəmədə sübut növü kimi məhkəməyə dəvət etdiyi şahidlər dindirilməmişdir. Ona görə də məhkəmələr qeyd etdiyi faktiki halları nəzərə almamış mülki işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayətiə qarşı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən yazılı etiraz verilərək, kassasiya şikayətinin dəlillərinin əsassız olması qeyd edilməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zə dələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

27. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

28. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.

29. Maddə

84. Torpaq m ülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

33. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfind ən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kass asiya şikayətində birinci iş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya instansiyası məhkəməsinin aktının ləğv edilməsini ilk iddianın təmin edilməsini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya məhkəməsi mübahisələndirilən hissədə qismən yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.

45. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində aqrar islahatı aparılandan əvəllər, kolxoz və sovxozların mövcud olduğu dövrdə Qutqaşın (hazırda Qəbələ) rayon “Fioletov” adına sovxozun 5 nömrəli təsərrüfat briqadasının ərazisində olan cavan fındıq bağının ailə podratı ilə becərənlərlə (ilkin iddia üzrə İddiaçı valideynləri) sovxoz direktorluğu arasında xx.xx.1988-ci il tarixdə bağlanmış müqavilə əsasında 4,35 hektar torpaq sahəsində yerləşən fındıq topaları ailə podratı ilə “Rüstəmova” soyadlı şəxsə baxılması üçün verilmişdir. Müqavilə 10 il müddətinə bağlanılmışdır. Lakin sonradan ərazidə aqrar islahatları aparılmış, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 25 saylı qərarı əsasında X2 və onu n digər ailə üzvlərinin mülkiyyətinə 1,23 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüquqları JN-0634 saylı kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir. Bundan sonra Dövlət Aktının 634 B planşetində yerləşən və tərəflər arasında mübahisələndirilən 0,72 hektar torpaq sahəsi ilə bağlı razılığa gələ bilmədiklərindən X4 cavabdeh olaraq İddiaçı qarşı “torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması, çəkilmiş çəpərin sökülməsi və zəbt olunmuş ərazinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)723/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və JN-634 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövl ət aktına əsasən X2 digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə verilmiş 1,23 ha torpaq sahəsinin 634 B cizgisində göstərilmiş 0,72 ha hissəsindən cavabdeh İddiaçı çıxarılması, həmin torpaq sahəsinin qərb tərəfi yolla sərhəd olan hissəsindən cavabdeh tərəfindən kollu çəpərlə hasarlanmış çəpərin sökülməsi və onun tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi hazırki kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etm işdir. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 18-21-ci paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.

49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

51. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

52. İşi n faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-699/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar