Məhkəmə qərarları › İş №2(102)-425/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-425/2021

27.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-425/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: X4 Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddia tələbi: evdən çıxarılma Açar sözlər: istifadə hüququna xitam verilməsi, kompensasiya məbləği Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, X1, nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, vəkili X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassa siya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Masallı rayonu, Şərəfə kəndində yerləşən 0,28 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X3 mülkiyyətindədir. X4 2018-ci ildə həmin evə dair istifadə hüquqları olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 3.000 manat kompensasiya ödənilməklə, onların istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmış, yekun məhkəmə aktı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxx 2019-cu il tarixdə X4 hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 4500 manat kompensasiya verilməklə ona məxsus fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını x ahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış qiymətləndirmə rəyi ilə müəyyən edilmişdir ki, Masallı rayonu, Şərəfə kəndində yerləşən 0,28 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 32.000 manat təşkil edir, eyni zamanda həmin fərdi yaşayış evinin yerləşdiyi ərazidə yerləşən, şəraiti və digər texniki göstəriciləri baxımından bu fərdi yaşayış evinə uyğun olan evlərin orta aylıq kirayə haqqı 120 manat təşkil edir. Masallı Rayon Məhkəməsinin 2(050)-65/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Səlimov) iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 həmin qətnamədən verdiyi apellyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalar ının tələblərinin pozulması, işin hallarına düzgün hüquqi qiymət verilməməsi ilə əsaslandırmışdır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1704/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.B.Kərimov, Z.B.Babayev, N.F.Mirzəyev) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun əsaslandırılmamışdır. Belə ki, həmin Qərarda göstərilmişdir ki, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Həmçinin, iddiaçının mülkiyyətçi olaraq kompensasiya verməklə cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi onun mülkiyyətçi olaraq hüquqlarının müdafiəsini özündə ehtiva etsə də, cavabdehlərə ayrı-ayrılıqda yaşayış sahəsinin istifadəçisi olaraq kompensasiya təklif edilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və və kili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddia tələbinin əsasını iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin mənzilə istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi təşkil edir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifad ə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış s ahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Deməli, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə hazırki iddia üzrə kompensasiyanın məbləği məhkəmə tərəfindən müəyyən edilməklə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığının olub-olmaması nəzərə alınmaqla iddianın təmin və ya rədd edilməsi barədə qə tnamə qəbul edilə bilər. Apellyasiya məhkəməsi yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi əsaslarını müəyyən edən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini pozaraq birinci instansiya məhkəməsi tərəfindən qət edilən kompensasiya məbləği ilə razılaşmadığı halda, işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası mülki işin faktiki halları barədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmayaraq qeyd e dir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar