Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4250/2020 23.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 2000 manat kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) xx xxxxxx 2019-cu il tarixl i, xnömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Hüseynov (sərlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) xx xxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işin yenidən baxilması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının p ozuntusuna yol vermişdir. Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən et mişdir. İş materiallarına əlavə edilmiş Asan-Bərdə tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1979-cu il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmaqla, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Yevlax şəhər 2 saylı Mənzil Təmir İstismar sahəsi tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş 282 saylı arayışından məlum olur ki, Ağayev X1 şəhəri, Pişəvəri küçəsi bina 3B mənzil 1-də yaşayır. İş materiallarına əlavə edilmiş Yevlax RPŞ-si tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZE seriyalı xsaylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxx 1987-ci il tarixdə Yevlax şəhərində anadan olmaqla, xqeydiyyatdadır. İddiaçı Ca vabdeh ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Ailə münasibətləri baş tutmadığından nikahları pozulmuşdur. Məhkəmə qərarları ilə cavabdehin iddiaçının mülkiyyətində olan Yevlax şəhəri, Pişəvəri küçəsi bina 3B mənzil 1də yerləşən mənzildə istifadə hüququ tanınmış və onun iki uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. İddiaçı cavabdehə 2000 manat kompensasiya verilməklə cavabdehin həmin mənzildən istidadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 8000 manat kompensasiya verilməklə həmin evdən çıxarılmasına razı olduğunu bildirmiş, əks təqdirdə iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinə dair birinci istansiya məhkəməsinin qətnaməsini qü vvəsində saxlayarkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 2000 manat kompensasiya ilə cavabdehin mənzilə köçürülmə hüququna xitam verilməsini tələb etsə də, 2000 manat kompensasiya hazırkı bazar qiymətinə uyğun deyil. Cavabdehin köçrülməsinə xitam verilməsi təyin edilən kompensasiya hazırkı bazar qiymətinə uyğun olmalıdır. Həmçinin cavabdehə təklif edilən 2000 manat məbləği həmin cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Həm də nəzərə alınmalıdır ki, iddiaçı 2000 manat kompensasiyanın yalnız bir nəfər üçün təklif edir. Cavabdehin himayəsində iki azyaşlı uşağın olmasını nəzərə almır. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahis əli evə köçürülməsinə xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır. Kompensasiyanın məbləği müəyyən edilərkən cavabdehin mənafeyi ilə yanaşı iddiaçının da mənafeyi, mənzildən istifadə hüququna xitam verildikdən sonrakı vəziyyəti, başqa yerdə yaşayış sahəsinə malik olmaması, kompensasiya aldıqdan sonra yaşayış sahəsi ilıə təmin olunmaq imkanı nəzərə alınmalıdır. Ona görə də qanunvericilik bazar qiyməti ilə müvafiq kompensasiyanın verilməsi tələbini qoymuşdur ki, müəyyən edilən kompensasiya istifadə hüququna mütənasib olsun, kompensasiya alanın hüquqi vəziyyətini ağırlaşdırmasın. İddiaçı tərəfindən təklif edilən 2000 manat kompensasiya hazırkı bazar iqtisadiyyatında olan tələb və təklifə uyğun deyildir. Ona görə də iddianın təmin edilərək cavabdehə həmin məbləğdə kompensasi ya verilməklə yaşadığı mənzildən məhrum edilməsi ədalətsiz olardı. Belə ki, iddiaçı tərəfindən apelyasiya şikayətində təklif olunan 2000 manat kompensasiya mülkiyyətçinin hesabına istifadəçilərə, yəni cavabdehə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməsi üçün kifayət deyildir və təklif edilən məbləğ evdən istifadə hüquqlarına xitam verilməsinin əvəzində adekvat məbləğ sayıla bilməz. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini müəyyən etməli idilər. Bu xüsusatla bağlı, Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, komp ensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyət ə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddia bu qaydaya riayət edilməklə həll olunmadığı üçün apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4250/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4250/2020
23.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver