Məhkəmə qərarları › İş №2(102)-4250/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4250/2023

21.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4250/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil üzərində mülkiyyət hüququnun üçüncü şəxslərin istifadə hüququ ilə yüklülüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən ailə üzvləri ilə birlikdə çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3179/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 89A saylı evin 4 saylı mənzili İddiaçı anası X2 mülkiyyətində olmuşdur. Tahirə Əsədli xx.xx.2020-ci ildə vəfat etmiş və notariat ofisinin verdiyi xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzilə İddiaçı payı müəyyən edilmiş, həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra cavabdehlər) qar şı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X4 prospekti ev 89A, mənzil 4 ünvanda yerləşən mənzildən cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı movgeyini belə əsaslandırmişdır ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil ona xx.xx.2020-cıl tarixdə vəfat etmiş anası X1 miras qalmışdır. 2000-ci illərin əvvəlində anası müvəqqəti yaşamaları üçün mənzili qohumları olan cavabdehlərə vermişdir. Əvvəllər digər yaşayış yeri olduğu üçün cavabdehləri narahat etmirdi, indi özünün mənzilə ehtiyacı olduğundan cavabdehlərdən ona məxsus mənzildən çıxmalarını tələb etmiş, lakin onlar çıxmaqdan imtina etmişlər. Bu da onun mülkiyyət hüququnu məhdudlaşdırmışdı r.

4. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyib göstərmişdir ki, mübahisəli ev onun anasının vəsaiti hesabına alınmışdır. Belə ki, atası və anasının münasibəti pis oldugundan anası öz adına ev almaq istəmişdir. Bunun səbəbi gələcəkdə birgə nikah dövründə alınmış əmlakın bölgüsü olmuşdur. Bütün qohumlar bilir ki, evi onun anası alıb. Evdə pasport qeydiyyatları yoxdur. Sonradan anası mənzili öz adına keçirmək istəsə də, buna iddiaçının anası razı olmamışdır. Hazırda da həmin evdə yaşamağa davam edirlər. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir.

5. Cavabdeh1 da iddianı qəbul etməmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli, 2(005)-848/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim G.Əsədova) iddia tələbi təmin edilərək, cavabdehlərin və onların ailə üzvlərinin iddiaçıya məxsus mübahisəli mənzildən çıxarılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin hər hansı hüquqi əsas, o cümlədən, iddiaçının razılığı olmadan mübahisəli yaşayış sahəsindən istifadə etməsi iddiaçının öz mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı, cavabdehlər yaşayış sahəsindən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişlər.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, mübahisəli mənzil Cavabdeh2oviçin anasının vəsaiti hesabına alınmışdır. Atası və anasının münasibəti pis oldugundan anası öz adına ev almaq istəməmiş, bunun səbəbi gələcəkdə birgə nikah dövründə alınmış əmlakın bölgüsünü n qarşısını almaq olmuşdur. Bütün qohumlar bilir ki, evi onun anası alıb. Evdə pasport qeydiyyatları yoxdur. Sonradan anası mənzili öz adına keçirmək istəsə də, buna iddiaçının anası razı olmamışdır. Hazırda da həmin evdə yaşamağa davam edirlər. Hesab edirlər ki, mübahisəli mənzil Mehmanın anası tərəfindən alındığından həmin mənzildə yaşamaq hüquqları vardır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən onların həmin mənzildə uzun müddət yaşadıqları, onların həmin mənzilə istifadə hüquqları tam araşdırılmamışdır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4000/2022 nömrəli, 7 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdehlər apellyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmişlər və apellyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişlər.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsinə, 29, 43, 60-cı maddələrinə, Mülki Məcəllənin 6.1, 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdeh2 (Vəkil2) ka ssasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4000/2022 nömrəli, 7 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) xx.xx.2023-ci il tarixli, 2(102)-483/2023 saylı qərarı ilə, Cavabdeh2 kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4000/2022 nömrəli, 7 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə iddiaçının özünün bildirdiklərinə və işin mübahisə olunmayan hallarına g örə mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi olmuş iddiaçının anası 2000-ci illərin əvvəllərində mənzili müvəqqəti yaşamaları üçün qohumları olan cavabdehlərə vermişdir və mübahisə yarananadək cavabdehlər həmin mənzildə yaşamışlar. Göründüyü kimi cavabdehlərin mənzildən istifadə ilə bağlı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayınadək yarandığı üçün MPM-in 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən həmin münasibətlər qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin işə baxmış məhkəmələr MPM-in 88-ci maddəsinə əsasən işin müəyyən edilmiş hallarına tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qüvvədən düşmüş Mənzil Məcəlləsinin tətbiq edilməli ol an mənzildən istifadə hüququnun yaranması və həmin hüququn itirilməsi ilə bağlı normalarını mübahisəyə tətbiq etməmişlər.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edib ki, iddiaçının yeni Mülki Məcəllənin qüvvədə olduğu xx.xx.2021-ci il tarixdə mübahisəli mənzilə vərəsəlik qaydasında mülkiyyət hüququ əldə etməsi əvvəlki mülkiyyətçinin sağ olduğu dövrdə yaranmış istifadə hüquqlarının avtomatik xitamı üçün əsas deyil. Çünki Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Göründüyü kimi qanunverici əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olduğu hallarda mü lkiyyət hüququnun başqa şəxsə keçməsini əşyaya olan digər əmlak hüquqlarının xitamı əsası kimi müəyyən edir.

18. Məhkəmə kollegiyası qətnamənin ləğvinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ və İİ hissələrinə, 43-cü maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 152.1,152.5,157.1, 157.4, 158.3-ci maddələrinə, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60,87, 123.-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respu blikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2,77.1, 88-ci maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Sabit Bəhrəmzadə /sədrlik edən və məruzəçi/, Xumar Mərdanova və Elnur Həsənov) xx.xx.2023-ci il tarixli, 2(103)-3179/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayət təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-848/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçının cavabdehlərə qarşı “mənzildən məcburi çıxarılması” tələbinə dair iddiası təmin edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi kassasiya inatansiyası məhkəməsinin qərarında qeyd edilənləri də nəzərə almaqla birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamış, qətnaməni qanuni və əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edib ki, hazırkı işdə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış olsa da, hazırda bu hüquqa qüvvədə olan Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yalnız kompensasiya verilməklə xitam verilməsi mümkündür. Belə ki, hazırki iş üzrə iddiaçı cavabdehlərin hə min mənzilə istifadə hüquqlarının mövcudluğuna münasibətdə vicdanlı olmamamış, yəni onların hüquqlarının mövcud olmağını bilmiş, anasının mülkiyyətində olan vaxtlarda da yalnız cavabdehlərin həmin mənzildə yaşamaqla vərəsəlik qaydasında mənzili əldə edərkən də yüklü halda qəbul etmişdir.

21. Təkrar apellyasiya icraatı zamanı kollegiya Konstitusiya Məhkəməsinin məlum mövqeyinə uyğun olaraq iddiaçı tərəfə kompensasiya verilməsini təklif etmiş, iddiaçı isə cavabdehlərin mənzilə dair hər hansı hüququnun olmadığını qeyd edərək kompensasiya verilməsinə razı olmadığını bildirmişdir.

22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.4, 158.3-ci maddələrinə, 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60,87, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələblərinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

24. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 158.3-cü maddə ilə əsaslandırmış olsa da, bu maddənin iş üzrə hüquqi əhəmiyyəti mövcud deyildir. Çünki Mülki Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Burada digər əmlak hüquqları dedikdə, mülkiyyət hüququndan başqa girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar nəzərdə tutulur. Bu əmlak hüquqları içərisində mülkiyyət hüququ olmayan cavabdehlərin əmlakdan istifadə hüququ əsas götürülməklə hüquqi tövsif verilsə də, həmin tərəflərin əmlakdan istifadə hüququ rəsmi təsdiqini tapmadığından mövcud olmamışdır. Mülki işdən göründüyü üzrə cavabdeh tərəfin mənzildən istifadə etmək üçün rəsmiləşdirilmiş sənədi mövcud olmadığından, mülkiyyətdən istifadə hüququ rəsmən yaranmamışdır. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu normadan göründüyü kimi nəzərdə tutulan istifadə hüququ ailə üzvlərinə şamil olunur. Qüvvədən düşmüş Mənzil Məcəlləsi nəzərdə tutulan ailə üzvlərinin dairəsini konkret şəkildə açaraq 53-cü maddədə qeyd etmişdir. Lakin həmin mənzildə yaşayan cavabdehlərin heç biri qüvvədən düşmüş məcəllə ilə nəzərdə tutulmuş formada ailə üzvü kateqoriyasına aid olmamışlar. Normanın məzmununda əksini tapan icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparması halı ümumiyyətlə mövcud olmamışdır. Hal-hazırki vəziyyətdə mövcud qətnamə nəinki yeni qanunvericilik, eyni zamanda qüvvədən düşmüş qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil edir. Cavabdehlərin iş üzrə tələblərini əsaslandıracaq istinadları və mənzilə istifadə hüququnu təsdiq edəcək qanunla müəyyənləşən maddi sübutları iş materiallarında yoxdur. İş üzrə gəlinən nəticə qanunsuz və natamamdır. Apellyasiya instansiya məhkəməsi MPMnin 420-ci maddəsi ilə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olmasına istinad edərək kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş)

30. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən i rəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb olunmur. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bəra bər surətdə istifadə hüququ əldə edirlər.

32. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

33. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

34. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstə rilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarı 35. 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllə nin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarı

36. Bir sıra digər hüquqlar kimi Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ da mütləq deyil və qanunla məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublika sında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Bununla yanaşı mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

37. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməs i mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı

38. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzi mlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sistemini n əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

43. Maddə 217. 3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində ir əli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya insta nsiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz hallarına görə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 89A saylı evin 4 saylı mənzili İddiaçı anası X2 mülkiyyətində olmuşdur. Cavabdehlər 200-ci ilin əvvəllərindən mənzilin mülkiyyətçisin in razılığı ilə həmin mənzilə köçmüşdür. Tahirə Əsədli xx.xx.2020-ci ildə vəfat etmiş və notariat ofisinin verdiyi xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzilə İddiaçı payı müəyyən edilmiş, həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

52. İddiaçı mənzilə mülkiyyət hüququndan çıxış edərək, cavabdehlərin mənzildən çıxarılmasını tələb edir.

53. Bu halda iddia tələbi Mülki Məcəllənin 152.5-ci və keçmiş Mənzil Məcəlləsinin 54 və 123cü maddələrinin işığında təhlil olunmalıdır. İddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə etməsinə yol verməmək ixtiyarı vardır. Lakin mülkiyy ətçinin bu hüququ, mülkiyyətçi üçün qanunla və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə mümkündür.

54. Bu baxımdan cavabdehlərin mənzilə hüquqlarının müqavilə və ya qanuna əsasən yaranıb yaranmadığı araşdırılmalıdır. Yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).

55. Bunun üçün cavavdehlərin yaşayış sahəsindən istifadə üzrə münasibətlərinin yaranma zamanı qüvvədə olan qanunvericilik normaları nəzərdən keçirilməlidir. Cavabdehlərin mənzilə köçdükləri zaman (2000-ci ilin əvvəllərində) qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları baxımından cavabdehlərin mənzildən istifadə hüququ yaranmışdır.

56. Mənzil iddiaçının mülkiyyətinə keçərkən də cavabdehlərin oradan istifadə hüququ qalmışdı. Başqa sözlə həmin vaxt mənzil cavabdehlərin istifadə hüququ ilə yüklü olmuşdu. Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun iddiaçıya keçməsi, həmin əmlakdan cavabdehlərin artıq yaranmış olan istifadə hüquqlarının xitamına səbəb olmur.

57. Göründüyü kimi işin halları onu deməyə əsas verir ki, iddiaçının Mülki Məcəllənin 152.5ci maddəsində təsbit olunmuş hüquqlarına istinad etməklə cavabdehlərin mənzildən çıxarılması barədə tələbin təmin edilməsi üçün əsaslar yoxdur.

58. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasını n Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

59. Baxılan işdə iddianın təmin olunması üçün Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən olunmuş dispozisiya şərtləri yoxdur. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normaların dispozisiya şərtləri əsasında araşdıraraq qeyd etmişdir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilməsi mümkündür.

60. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşır.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

62. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşki l etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3179/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar