Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4252/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi ilə, İddiaçı Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin onun öz hesabına sökülərək aparılması, həmin tikilinin yerində olan 4 təkərli vaqonun bərpa edilərək yerinə qoyulması və torpaq sahəsinin ona qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Süleymanov) İddiaçı Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin onun öz hesabına sökülərək aparılması, həmin tikilinin yerində olan 4 təkərli vaqonun bərpa edilərək yerinə qoyulması və torpaq sahəsinin ona qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Quliyev, hakimlər M.Əsədli və A.Mahmudov) Şəki Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı İsa oğlunun Cavabdeh qarşı Şəki Rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli 5 saylı qə rarı ilə Şəki rayonu Baş Göynük ərazisində İddiaçı İsa oğlu üçün verilmiş 16,46 kv metr ölçüdə torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin cavabdehin öz hesabına sökülərək aparılması, torpaq sahəsinin iddiaçıya qaytarılması tələbi təmin edilmiş, X1 tərəfindən İddiaçına aid 16,46 kv metr torpaq sahəsində özbaşına tikilmiş tikilinin Cavabdeh hesabına sökülərək həmin ərazidən aparılması, 16,46 kv metr torpaq sahəsinin İddiaçına qaytarılması, İddiaçı tərəfindən ödənmiş 20 manat dövlət rüsumunun 10 manatının özünə aid edilməsi, Cavabdeh 10 manat pulun alınaraq İddiaçına verilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instan siyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Şəki Rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarı ilə Şəki rayonu Baş Göynük kəndi ərazisində onun mülkiyyətinə verilmiş 16,46 kvm torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin onun öz hesabına sökülərək aparılması, həmin tikilinin yerində olan 4 təkərli vaqonun bərpa edilərək yerinə qoyulması və torpaq sahəsinin ona qaytarılması tələbinə dair iddia vermişdir. İşin mübahisə edilməyən hallarına görə tərəflər yaxın qohumlardırlar. Belə ki, iddiaçı cavabdehin atasıdır. İddiaçının mülkiyyətində Şəki rayonunun Baş Göynük kəndi ərazisində 16,46 torpaq sahəsi vardır. Həmçinin işin mübahisə edilməyən hallarına görə iddiaçının mülkiyyətində olan 16,46 kv m torpaq sahəsindən başqa tərəflərin birgə mülkiyyətində həmin ərazidə (Şəki rayonunun Baş Göynük kəndi) başqa torpaq sahələri vardır. İddiaçı bildirir ki, cavabdeh mülkiyyətində olan 16,46 kvm torpaq sahəsində onun razılığı olmadan özbaşına tikili olan yaşayış evi inşa etmişdir. Nəticədə mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Cavabdeh bildirir ki, inşa etdiyi tikili iddiaçının iddia etdiyi 16,46 kv m torpaq sahəsində inşa edilməmi.dir. Bundan başqa həmin ev onun və ailəsinin yeganə yaşayış yeyeridir. Ona gorə də iddia rədd edilməlidir. Mübahisəli tikilinin yerləşdiyi ərazi barədə məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. Lakin həmin tikilinin məhz 16,46 kv m torpaq sahəsində yerləşib-yerləşməməsi barədə məsələyə mütəxəssis rəyində münasibət bildirilməmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanu ni və əsaslı deyildir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mahiyyətindən göründüyü kimi iddiaçı mülkiyyətində olan 16.46 kv m torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunusuz tikilinin sökülməsini tələb edir. Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında Torpaqların Özbaşına Tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) Torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökül məsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onları n hesabına həyata keçirilir. Maddənin dispozitiv şərtlərindən göründüyü kimi iddia qaldıran şəxs torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin sahədə inşa edilmiş tikili mövcud olmalı və tikili mülkiyyətçinin iradəsinə zidd olaraq qanunsuz inşa edilməlidir. İşin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı Şəki rayonunun Baş Göynük kəndi ərazisində yerləşən 16,46 kv m torpaq sahəsinin mülkiyyətçisidir. Lakin işin halları ilə iddiaçının sökülməsini tələb etdiyi tikilinin məhz ona məxsus 16,46 kv m torpaq sahəsində inşa edilib- edilmədi yi barədə işə baxan məhkəmələr tərəfindən araşdırma aparılmamış və nəticədə qeyd edilən hala, yəni 111-ci maddənin dispozitiv şərtlərinə tam hüquqi qiymət verilməmişdir. Göstərilən hallar isə onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4252/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4252/2019
28.06.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver