Məhkəmə qərarları › İş №2(102)-4256/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4256/2020

01.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4256/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, maraqlı şəxsin vəkili X4 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(037)-369/2019 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) ərizə təmin edilmiş, Ərizə çi 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2223/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakimlər Ə.Məcidov, M.Əsədli və İ.Quliyev) maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tаrixli, 2(037)-369/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, Ərizəçi 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin de kabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsi faktının müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8047/2019 saylı qərarı ilə (sədrlik edən hakimlər E.Vəliyeva, Q.Əsgərov və S.Hacıyev) Ərizəçi Hüseyn oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2223/2019 saylı qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən, məruzəçi), M.Hüseynov və G.Abb asov, 2(107)746/2020 saylı mülki iş) hazırkı iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(037)-369/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Apelyasiya məhkəməsi iş üzrə ifadə verən şahidlərin ərizəçi ilə eyni ərazid ə doğulması və qeydiyyata olmasını təsdiqləyən şəxsiyyət vəsiqəsini əsas gətirərək həmin şəxslərin ərizəçi ilə birgə işləməsi barədə səhv və əsassız qənaətə gəlmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Ərizəçi Hüseyn oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Maraqlı şəxsin vəkili X6 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş və İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ona xx xxxxxxxx 2005-ci il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İsmayıllı rayon İHB-nın Soltankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 71 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayonun Soltankənd kəndində qeydi yyatda olmaqla həmin kənddə yaşayır. Ərizəçiyə məxsus H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, ərizəçi xx xxxxxx 1975-ci il tarixdən xx xxxxxx 1977-ci il tarixədək keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. X1 məxsus İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxx 2008-ci il tarixdə verilmiş AZE XXX nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx xxxxxx 1951-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur və İsmayıllı rayonun Soltankənd kəndində qeydiyyatdadır. X2 məxsus İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxx 2010-cı il tarixdə verilmiş AZE XXX nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx xxxxxx 1956-cı il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur və İsma yıllı rayonun Soltankənd kəndində qeydiyyatdadır. X3 məxsus İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxx 2005-ci il tarixdə verilmiş AZE XXX nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx xxxxxxx 1939-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur və İsmayıllı rayonun Soltankənd kəndində qeydiyyatdadır. X1 məxsus APM ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kolxozunda işləmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ərizəçi 1955-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, orta məktəbi bitirdikdən sonra 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək Ermənistan Respublikasının Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” k olxozunda çoban işləmişdir. 1975-ci ilin noyabr ayında hərbi xidmətə getmiş, 1977-ci ilin dekabr ayında hərbi xidmətdən qayıtdıqdan sonra 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək “Qoşabulaq” kolxozunda çoban işləmişdir. Məlum hadisələrlə bağlı məcburi köçkün düşərək İsmayıllı rayonun Soltankənd kəndində məskunlaşmış, hazırda da orada yaşayır. Ərizəçinin 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsinə dair əmək kitabçası yoxdur. Onun həmin illərdə Vardenis rayon “Qoşabulaq” kolxozunda işləməsi faktının müəyyən edilməsi yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ərizəçi ərizəsində bu faktın tanınma sının ona yaşa görə pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Hazırkı iş üzrə ərizəçinin əmək fəaliyyətinə dair sənədləri üzürlü səbəbdən yəni milli münaqişə ilə bağlı Ermənistan Respublikasını tərk etmək məcburiyyətində qaldığına görə təqdim edə bilməməsi və həmin sənədləri başqa qaydada almağın mümkün olmaması aşkardır və bu fakt yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hə min Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsininbəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 08 saylı qərarının 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla,ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 104.1-cü maddəsinə əsasən şah id ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Göründüyü kimi, şahid ifadələri sübutların bir növüdür və ərizəçinin tələbini təsdiq etmək üçün şahid ifadələri də sübut hesab olunur və digər sübut növlərinin şahid ifadəsindən üstünlüyü qanunvericiliklə müəyyən edilməmişdir. Mülki Prossesual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Ərizəçinin hüquqi faktı n təsdiqi üçün gətirdiyi sübutların həqiqiliyi şübhə doğurmadığına görə məhkəmələr onlardan çıxış edərək ərizəni təmin etməkdə haqlı olmuşlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs Xnin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar