Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4259/2020 27.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(107)-316/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Usaməddin Osmanov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilinə köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Mirbahəddin Hüseynov sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Mübariz Hüseynov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixdə 4807 invertar nömrə ilə verilmiş Qeydiyyat vəsiqəsinə əsasən Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzili Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(051)-241/2010 saylı qətnaməsinə əsasən İddiaçı həmin mənzildən istifadə hüququ tanınmış və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(107)-472/2010 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli 1(107)-146/2016 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-in 32.3,29,326.2 və 32.3,177.3.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(011)-249/2018 saylı qəra rı ilə iddiaçının Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(107)-79/2017 nömrəli qərarı ilə təyin olunmuş cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gününü çəkmək üçün X3 Müəssisəsinə keçirilməsi qərara alınmışdır. İddiaçı 6 saylı MTCM-də xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək cəza müddətini çəkmiş və xx.xx.2019-cu il tarixində cəza müddəti bitdiyinə görə 6 saylı MTCM-dən azad edilmişdir. Cavabdeh iddiaçının sözügedən mənzildən qeydiyyatdan çıxarılmasına dair tələbi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə rədd edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(107)-88/2017 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmə dən saxlanılmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı İddiaçı iddiа hazırki iddia tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən onun Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilindən istifadə hüququ tanınmış və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2010cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda sözügedən mənzilə köçüb yaşaya bilmir, buna cavabdeh mane olur. Belə ki, cavabdeh atalarından qalan əmlaka sahib olmaq üçün 2016-cı ilin aprel ayında ona şər-böhtan ataraq onu həbs etdirmiş və o, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kol legiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəzanın çəkilməmiş qalan 1 il 7 ay 8 gününü çəkmək üçün X3 Müəssisəsinə köçürülmüşdür. Hazırda oğlu Hüseyn və onun ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır, maddi çətinliklər çəkir, İİ-ci qrup əlildir, kirayə pulunu aldığı pensiya ilə ödəyir, bu da onun normal dolanışığına imkan vermir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclаsındаCavabdeh оğlu iddianı qəbul etməyərək göstərmişdir ki, Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilinin mülkiyyətçisidir. İddiaçı onun razılığı və xəbəri olmadan sözügedən mənzilə saxta sənədlərlə qeydiyyata götürülmüşdür. İddiaçı qeydiyyatda olduğu mənzilə sahib olmaq üçün dəfələrlə ona şər-böhtan ataraq onun barəsində Mingəçevir ŞPŞ-nə şikayət etmişdir. Bundan başqa, iddiaçı 6 (altı) nəfər şəxslə onun x1 yerləşən evindən oğurluq edərək ona külli miqdarda maddi ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və daha sonra cəzanın çəkilməmiş qalan 1 il 7 ay 8 gününü çəkmək üçün X3 Müəssisəsinə köçürülmüşdür. İddiaçı ona qarşı etdiyi cinayət əməlinə görə qeydiyyatda olduğu mənzilə gəlməmiş, həmin mənzildə yaşamağa ehtiyacı olmadığı üçün könüllü olaraq Abşeron rayonu Ceyranbatan qəsə bəsində oğluna məxsus mənzildə oğlunun ailəsi ilə birlikdə yaşayır. İddiaçının yaşayış sahəsinə ehtiyacı artıq köçüb yaşadığı yerdə təmin olunduğuna görə o, yaşayış sahəsinə olan ehtiyaclarını onun mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir və onun ailə üzvü hesab edilmədiyindən ona məxsus mənziləköçürülməsi barədə tələbi əsassızdır. Ona görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh kasasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şi kayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiаçı İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olm adan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməmə lidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzili Cavabdeh mülkiyyətindədir. Sözügedən mənzildə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(051)-241/2010 saylı qətnaməsi ilə iddiaçının istifadə hüququ tanınmış, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(107)-472/2010 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmışdır. Cavabdeh məhkəmə iclasında iddiaçının onun Ağdaş rayonu Aşağı Qəsil kəndində yerləşən evindən oğurluq etməsinə və Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli 1(107)-146/2016 saylı qərarına əsasən məhkum olunmasına istinad edərək, cavabdehin uzun müddət sözügedən mənzildə yaşamadığını və artıq Abşeron rayonu Ceyranbatan qəsəbəsində oğluna məxsus mənzildə oğlunun ailəsi ilə birlikdə yaşadığını, iddiaçının yaşayış sahəsinə ehtiyacı artıq köçüb yaşadığı yerdə təmin olunduğuna görə sonuncunun yaşayış sahəsinə olan ehtiyaclarını onun mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmadığını və onun ailə üzvü hesab edilmədiyi üçün iddiaçının onun mənzilinə köçürülməsini istəmədiyini bildirmişdir. Yuxarıda göstərilən səbəbdən Cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı mənzilindən qeydiyyatdan çıxarılmasını tələb etmiş, lakin Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə onun iddia tələbi təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(107)-88/2017 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mü lki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tə rəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1. və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə istifadə obyekti mənzil olduğu üçün, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir, lakin iddiaçının istifadə hüququ tanındığı mənzildə yaşaya bilməməsi onun özündən asılı olmayan səbəblərdən, yəni onun Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli 1(107)-146/2016 nömrəli qərarı ilə 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və azadlığa çıxdıqdan sonra cavabdehin buna mane olması ilə yaranmışdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilir ki, icarədar və ya onun ailə üzvlərindən ibarət hər hansı birinin məhkum olunması həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Apelyasiya instansiya sı məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh apelyasiya şikayətində iddia etdiyi əsaslarla İddiaçı həmin mənzildən istifadə hüququna xitam verilməsi məsələsini ayrıca mübahisələndirə bilər. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məh kəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kasasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(107)-316/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4259/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4259/2020
27.07.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver