Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4261/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2-nin vəkili Kərimov Anar Əbdüləli oğlunun və nümayəndəsi x3nun iştirakı ilə, iddiaçı x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(006)2220/2018 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) iddiaçı x1nun cavabdeh x2 qarşı cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona dəymiş 3000 manat maddi və mənəvi ziyanın, işsiz qaldığı müddət ərzində 1500 manat əmək haqqı olmaqla cəmi 4500 manat ziyanın cavabdehdən tutularaq ona ödənilməsi, itirilmiş əmək haqqı məbləğinin 05.12.2017-ci il tarixdən hesablanması, əvvəlki iş yerinə və tutduğu vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2018-cu il tarixli 2(103)-8100/2018 saylı qətnaməsi ilə (hakimlər: A.Hüseynov, X.Cəmilova və İ.Xəlilov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(006)-2220/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2018-cu il tarixli 2(103)-8100/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təm in edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona dəymiş 3000 manat maddi və mənəvi ziyanın, işsiz qaldığı müddət ərzində 1500 manat əmək haqqı olmaqla cəmi 4500 manat ziyanın cavabdehdən tutularaq ona ödənilməsi, itirilmiş əmək haqqının məbləğinin 05.12.2017-ci il tarixdən hesablanması, əvvəlki iş yerinə və tutduğu vəzifəsinə bərpa edilməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 16.06.2004-cü ildən 05.12.2017-ci ilədək Bankda çalışıb. 03.05.2005-ci ildən Bankın Ağstafa şöbəsinə müdir təyin olunub. Tabeliyinə az sayda işçi verilib. 19.10.2017-ci il tarixdə Bankda iş yükü hədsiz çox olub. Kassada isə cəm i bir nəfər işçi olub. Həmin gün olan əməliyyatda təsisçi tərəfindən 2.900.000 manat pul təsis etdiyi müəssisəyə verilib və eyni zamanda başqa bir təsisçidən borc müqaviləsinin nəticəsi olaraq onun hesabına 2.900.000 manat pul vəsaiti daxil olub. Şöbədə işçilərin sayı az olduğundan, vəsaitin qəbul edilərək sayılması və yenidən sayılaraq geri qaytarılması çox vaxt apardığından, bu hal müştərilərin etirazlarına səbəb olacağından, pul xırda nominallı əskinazlarla olduğundan həmin vəsait maşında saxlanılmaya qəbul olunub və aktlaşdırılıb. Rəhbərlik aktı qəbul etməkdən imtina edib və onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edib. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassa siya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2018-cu il tarixli 2(103)-8100/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2-nin vəkili Kərimov Anar Əbdüləli oğlu və nümayəndəsi x3 kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin vəkilini və nümayəndəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, 19.10.2017-ci il tarixdə Bankın Ağstafa şöbəsinin müştərisinin cari hesabına 2.900.000 manat məbləğində vəsaitin mədaxil edilməsi faktiki olaraq müştəri tərəfindən həmin məbləğdə nağd pul təqdim edilmədən həyata keçirilmiş, mədaxil qəbzindəki məbləğin 2.914.500 manat olmasına baxmayaraq faktiki qəbul edilən məbləğ 14500 manat olmuşdur. Bununla bağlı Bankın Daxili Audit Departamenti tərəfindən Bankın Ağstafa şöbəsinin kassa əməliyyatlarının monitorinqi keçirilmiş, 19.10.2017-ci il tarixdə müştərilər tərəfindən həyata keçirilmiş mədaxil-məxaric əməliyyatlarının “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydaları”na riayət edilmədən həyata keçirildiyi müəyyən edilmişdir. İddiaçının izahatı alınmış, o, izahatında qeyd edilənləri təsdiq edərək həmin vəsaitin müştərinin avtomobilində sayıldığını, pulun avtomobildə saxlanılaraq avtomobilin açarının müştəridən alınaraq özlərində saxladıqlarını, əməliyyatlar başa çatdıqdan sonra açarın müştəriyə qaytarıldığını bildirmiş, əməliyyatın bu formada həyata keçirilməsini şöbədə pul sayımının çox vaxt aparacağı və digər müştərilərin əməliyyatlarında gecikmə yaranacağı ilə izah etmişdir. İddiaçı tərəfindən əmək funksiyası kobud şəkildə pozulmuş, bununla əlaqədar iddia çının izahatı alınmış, Bankın Həmkarlar İttifaqı Komitəsinin razılığı ilə, Bankın 05.12.2017-ci il tarixli, 765k nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 05.12.2017-ci il tarixdən xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına Əmək Məcəlləsinin 68-ci maddəsinin 1 və 2-ci hissələrini, 70-ci maddəsinin “ç” bəndini, 76-ci maddəsini, 80-ci maddəsinin 1-ci hissəsini, 83-cü maddəsini, 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndini, 187-ci maddəsinin 1-ci hissəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qa nunvericiliyinin tələblərinə əməl edildiyindən iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 6.4.3, 7.7-ci bəndlərinin tələblərini pozmuş, audit yoxlamasının nəticəsi ilə razılaşmış, onu bu və ya digər qaydada mübahisələndirməmişdir. İddiaçının rəhbərlik etdiyi filialda nağd pul vəsaiti filiala (xəzinəyə) daxil edilmədən 2.900.000 manat həcmində əməliyyat aparılması aşkar şəkildə əmək fəaliyyəti zamanı yol verilmiş, Ban kın qanuni mənafeyinə ciddi xələl gətirən kobud səhvdir (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi). İddiaçının həmkarlar ittifaqı komitəsinin iclası barədə məlumatlandırılmaması özüözlüyündə əmrin qanunsuz hesab edilərək ləğv olunması üçün əsas deyil. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilm
Məhkəmə qərarları › İş №2(102)-4261/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4261/2019
20.06.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver