Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4261/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 xxx qızı və Cavabdeh2 xxx oğluna qarşı “əşyaları ilə birlikdə fərdi yaşayış evindən çıxarılmaları” tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 xxx qızının və Cavabdeh2 xxx oğlunun cavabdeh İddiaçı qarşı “maneələrin aradan qaldırılması və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(107)500/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,8 kv.metr olan fərdi yaşayış evi və həmin evə aid 0,10 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ 14 noyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh1 xxx qızı və Cavabdeh2 xxx oğlu qeyd olunan evdə yaşayırlar. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 xxx qızı və Cavabdeh2 xxx oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 14 noyabr 2017-ci il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qeyd olunan fərdi yaşayış evi və həmin evə aid torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Lakin hazırda həmin evdə cavabdehlər yaşayırlar. İddiaçı cavabdehlərə dəfələrlə müraciət edərək özünə məxsus olan evdən çıxmalarını, evi boşaltmalarını onlardan tələb etmiş, cavabdehlər isə evdən çıxmaq istəməmişlər. Bu da iddiaçının Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçılar Cavabdeh1 xxx qızı və Cavabdeh2 xxx oğlu cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə edilməsinə İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə dair İddiaçı adına verilmiş 14 noyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xxx qızı və oğlu Cavabdeh2 xxx oğlu 20 ildən artıqdır ki, mübahisələndirilən evdə yaşayırlar. Əvvəllər həmin evə İddiaçı heç bir hüququ olmamışdır. Sonralar isə iddiaçı həmin evi öz mülkiyyətinə keçirtmişdir. Oğuz Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(054)-356/2020 nömrəli qətnaməsi ilə (hakim K.Ş.Süleymanov) İddiaçı iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 xxx qızının və Cavabdeh2 xxx oğlunun ünvan 1 ünvanında yerləşən, 14 noyabr 2017-ci il tarixli, ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən özlərinə məxsus olan əşyaları ilə birlikdə çıxarılmaları, Cavabdeh1 xxx qızının və Cavabdeh2 xxx oğlunun İddiaçı qarşı “maneələrin aradan qaldırılma sı və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 152.1, 152.5, 157.2ci maddələrinə istinad edərək müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə aid həyətyanı torpaq sahəsi 2017-ci ildə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmış və sonuncunun mülkiyyətində olmasına baxmayaraq, cavabdehlərin həmin əmlaklardan istifadə etmələri iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehlərin həmin evə iddiaçının razılığı ilə və ya belə razılıq olmadan yerləşdirilmələrindən asılı olmayaraq, onlar hazırki vəziyyətdə həmin evdən iddiaçının iradəsi ziddinə istifadə edirlər. Cavabdehlər mübahisə predmetinə aid olan evə iddiaçının razılığı ilə köçmüş olsalar da, hazırki vəziyyətdə iddiaçı cavabdehlərin həmin evdən istifadə etmələrinə narazıdır. Mübahisə predmetinə aid olan ev və həmin evə aid həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, tərəflər arasında fərdi yaşayış evindən sahəsindən istifadə edilməsinə dair qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilmiş kirayə müqaviləsi və ya digər hər hansı yazılı razılaşma mövcud deyildir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan evdən bundan sonra da istifadə etmələri, iddiaçıya məxsus evdən çıxarılmamaları üçün hər hansı qanuni əsas məhkəmə tərəf indən də müəyyən edilməmişdir. Cavabdehlərin qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmetinə aid olan yaşayış sahəsi, həmin yaşayış sahəsinə aid həyətyanı torpaq sahəsi ilə birlikdə hazırda tam şəkildə iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər isə həmin yaşayış sahəsinə münasibətdə hər hansı subyektiv hüquqlara malik deyillər. Belə olan halda, cavabdehlərin mübahisə predmetinə aid olan fərdi yaşayış evindən istifadə edilməsinə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə dair iddiaçının adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. b) Apellyasiya instansiyası məhkəməs ində icraat İlk iddia üzrə cavabdehlər (qarışlıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 xxx qızı və Cavabdeh2 xxx oğlu apellyasiya şikayəti verərək, Oğuz Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(054)-356/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(107)-500/2021 nömrəli qətnaməsi ilə (hakim E.Ş.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər M.M.Hüseynovdan və G.Q.Abbasovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(054)-356/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, cavabdehlər iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən onun iradəsi ziddinə qanunsuz olaraq istifadə etdiklərinə görə cavabdehlərin özlərinə məxsus olan əşyaları ilə birlikdə ünvan 2 ünvanında yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaları nəticəsinə gələrkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərini əsassızdır, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdehlər (qarışlıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 xxx qızı və Cavabdeh2 xxx oğlu kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(107)-500/2021 nömrəli qətnaməsinin ləğv edilərək, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarını araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxma yaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümləd ən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahibl ik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübu tlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qan unla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı mübahisələndirilən əmlakın qanu ni mülkiyyətçisi olduğundan və cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyət hüququnu pozduğundan, sonuncunun hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ olmuş və işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən əsaslı olaraq iddia təmin edilmişdir. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına və sübutların düzgün qiymətləndirməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrind ən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 xxx qızı və Cavabdeh2 xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(107)-500/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4261/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4261/2021
20.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver