Məhkəmə qərarları › İş №2(102)-4262/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4262/2023

21.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4262/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: müddətli əmək müqaviləsi bağlandığı hallar, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, işə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4615/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli 264 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********3 saylı, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsində gös tərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra cavabdeh və ya ixtisarla DSMF) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin **********3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya təşkilatında ödənilmiş 50 manat pulu n cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildən 2022-ci ilə qədər DSMF-nin müxtəlif strukturlarında fərqli vəzifələrdə işləmiş, 18 il dövlət qulluqçusu olmuşdur. Son olaraq xx.xx.2020-ci il tarixli müvafiq əmrlə həmin tarixdən etibarən DSMFnin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baş mütəxəssis vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmişdir. xx.xx.2022ci il tarixli əmrlə onunla 3 ay müddətinə bağlanılmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam vermişlər. Həmin əmr qanuni deyildir və işçinin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. 20 ildən çoxdur mövcud sistemdə işləyir, bu sahədə kifayə t qədər təcrübəsi vardır. Həmçinin iddiaçı 2022-ci ildə keçirilmiş imtahandan da kifayət qədər bal toplayaraq vəzifəyə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsində göstərilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hazırkı vəziyyətdə işçi ilə 3 aylıq ardıcıl müqavilələr bağlanılması işəgötürənin öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə etdiyini sübut edir. Cavabdeh bunu Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi ilə əsaslandırsa da, bu özlüyündə cəfəngiyyatdır. Çünki hə min idarədə mindən çox işçi vardır və hər kəslə ardıcıl olaraq 3 aylıq müqavilələr imzalanır. İşçilər buna məcbur edilir və işçi ilə işəgötürən arasında olan müqavilə bərabərliyi prinsipi pozulur. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr 12 may 2022-ci il tarixdə verilsə də, ona son haqq hesab 30 may 2022-ci il tarixdə, yəni 18 gün sonra ödənilmişdir. Bu da ona əsas verir ki, son haqq hesabın gecikdirilmiş 18 faizi qədərində məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir.

5. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyib göstərmişdir ki, iddia tamamilə əsassızdır. İddiaçı 2 il ərzinə 3 aylıq müddətə bağlanmış əmək müqaviləsi ilə fəaliyyət göstərib, öz imzası ilə müqaviləni təsdiq edib. Lakin heç bir zaman bu hala qarşı etiraz etməyib. Sadəcə hazırda işə bərpa olunmaq üç ün bundan istifadə edir. Müqavilə bağlamağa iradə ifadəsi olmadığını bildirsə də, onun iradə ifadəsi olmuş, müqaviləyə etiraz etməmişdir. Müqavilələrin 3 aylıq müddətə bağlanmasının səbəbi odur ki, qanun və ya etik davranış qaydaları pozuntusu edən işçilərin əmək müqaviləsinə tez xitam verilsin. Müddətli müqavilə ilə bağlı Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi mövcuddur və sözügedən müqavilənin bağlanmasında qanunsuz heç bir hala rast gəlinmir. Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi ilə əlaqədar Ali Məhkəmənin bir sıra qərarları mövcuddur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4040/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov) iddia tələbi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, DSMF xx.xx.2022-ci il tarixli, **********3 nömrəli əmrlə iddiaçını müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad etmiş və əmək müqaviləsinə xitam verilmişdir. Müddətin uzadılması üçün müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli, müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir

8. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 11, 45, 47, 68, 73-cü maddələrinə, Mülki Prosessual Məcəllənın 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instans iyası məhkəməsindəki birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qətnamənin əsaslandırma hissəsində sadəcə bir cümlə ilə işəgötürənin müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etdiyini bildirməklə, iş üzrə məhkəmə iclaslarında və iddia ərizəsində göstərilmiş hallara toxunmadan və fikir bildirmədən qətnamə qəbul etmişdir. Əmək müqaviləsi daimi xarakter daşıdığı halda xx.xx.2020-ci il tarixdən etibarən 3 ay müddətinə bağlanılmış və sonradan hər 3 aydan bir eyni müddətə uzadılmışdır. Həmin əmr qanuni deyildir. Birinci instansiya məhkəməsi işçi ilə niyə daimi deyil, 3 aylıq müqavilə imzalanması məsələsi ilə ma raqlanmamış, iş üzrə formal qətnamə qəbul etmişdir. İşin halları ilə də sübut olunur ki, 18 il dövlət qulluqçusu olmuş və cavabdeh qurumda 20 ildən çox stajı olan bir şəxs öz sərbəst iradəsi əsasında 3 aylıq əmək müqaviləsi imzalamazdı. Buradan da görünür ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndində göstərilmiş tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanması işçilərə diktə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. Onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. DSMFnin nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bu barədə nazirin razılığı alınmalıdır. Cavabdeh orqan belə bir razılığa dair sən əd təqdim edə bilməmişdir. Onların təqdim etdiyi sənəddə nazir tərəfindən sadəcə “baxılsın” vizası qoyulmuş və sənəd elektron imza ilə təsdiq edilməmişdir. Bu isə həmin sənədin qanuni olmadığına dəlalət edir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)- 762/2023 nömrəli qətnaməsi ilə (hakimlər - Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini qiymətləndirərək qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinin daimi xarakter daşıdığı halda xx.xx.2020-ci il tarixdən etibarən 3 ay müddətinə bağlanılması və sonradan hər 3 aydan bir eyni müddətə uzadılmasının qanuns uz olması ilə əsaslandırmaq üçün irəli sürdüyü dəlil əsassızdır. Çünki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir.

13. Məhkəmə kollegiyası hesab edib ki, xx.xx.2020-ci il tarixli Əmək müqaviləsi Azərb aycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən 3 ay müddətinə bağlanmış işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmiş və ona görə də, cavabdeh haqlı olaraq onunla bağlanmış əmək müqaviləsini əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilməklə ləğv etmişdir. Bu səbəbdən də iddiaçının qeyd edilən apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab edilmir.

14. Məhkəmə kollegiyası apelyatorun cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanmasının işçilərə diqtə olunması və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinməsi barədə dəlilini də əsassız hesab edib. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçı apelyasiya şikayətində əmək müqaviləsinin məhz bu şərtlərlə imzalanmasının ona diqt ə olunmasını və imzalamasa onun işdən azad olunacağı barədə hədə-qorxu gəlinməsini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 11, 45, 47, 68, 73 və 83-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə işə baxarkən Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin təfsirində səhvə yol vermişd ir. Hazırkı vəziyyətdə işin daimi xarakterə malik olduğu heç bir şübhə doğurmadığı halda, Əmək Məcəlləsinin 47-ci maddəsi düzgün tətbiq edilməmişdir. İşin halları ilə də sübut olunur ki, 18 il dövlət qulluqçusu olmuş və cavabdeh qurumda 20 ildən çox stajı olan bir şəxs öz sərbəst iradəsi əsasında 3 aylıq əmək müqaviləsi imzalamazdı. Bunu demək olar ki, heç bir tam fəaliyyət qabiliyyətli şəxs könüllü olaraq etməz. Buradan da görünür ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndində göstərilmiş tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. İddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmir və bu hal əvvəldən işəgötürənə bəlli olub. İddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-cimaddəsində göstərilən hallar olma yıb. Bütün bunlara baxmayaraq işəgötürən, son 20 il müddət ərzində onunla əmək münasibətində olan iddiaçı ilə 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlayıb və sonradan isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam verib. Apellyasiya instansiya məhkəməsi iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etdiyini göstərsə də, bununla da razılaşmaq olmaz. Belə ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, n əzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Məhkəmə qətnamə qəbul edərkən öz mövqeyini sübut edə bilməmişdir. Belə ki, iddia ərizəsində işçinin 20 ildən çox mövcud sistemdə işləməsini, 18 ildən artıqdır ki, dövlət qulluqçusu olduğunu, bu sahədə kifayət qədər təcrübəsi olduğunu, həmçinin onun 2022-ci ildə keçirilmiş attestasiya imtahanından da kifayət qədər bal toplayaraq vəzifəyə uyğun hesab edildiyin i bildirsə də, məhkəmə buna əhəmiyyət verməmiş və cavabdehdən öz mövqeyini əsaslandırmağını tələb etməmişdir. İddiaçı Azərbaycan Respublikasında fərdi uçot sisteminin yaradılmasında öncüllərdən və ilk nəticə göstərən şəxslərdən biri olmuşdur. O, fərdi uçot sahəsində DSMF tərəfindən fərdi mükafatlara layiq görülmüşdür. Hal hazırda respublikada təyin edilən və ödənilən pensiyaların məbləği məhz həmin sistemə əsasən müəyyən olunur. O, attestasiya imtahanında da iştirak etmiş və kifayət qədər yuxarı olan 112 bal toplamışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsininn Mülki Kollegiyasının 12 may 2023-cü il tarixli, 2(102)-1857/2023 nömrəli qərarı ilə (hakimlər: Ə.M.Xıdırov (məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayevdən ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli 2(103)-762/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

19. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, işdən göründüyü kimi iddiaçı 18 il dövlət qulluqçusu olduğunu və cavabdeh qurumda 20 ildən çox stajı olduğunu bildirmişdir. Eləcə də məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehlə iddiaçı arasında 06 avqust 2020-ci il tarixində Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən 3 ay müddətinə əmək müqaviləsi bağlanaraq, iddiaçı Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamenti, Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinə baş mü təxəssis vəzifəsinə işə qəbul edilmişdir.

20. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

21. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.

22. İddiaçı bildirir ki, əvvəllər cavabdeh orqanda 18 il dövlət qulluqçusu olub, hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən mübahisə olunmur. Belə olan halda, cavabdeh təşkilatın iddia çı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsi bağlaması işdən görünmür, apellyasiya məhkəməsi də buna hər hansı aydınlıq gətirməmişdir.

23. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

24. Ona görə də ƏM-nin 47-ci maddəsinin f) bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (o cümlədən, müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) ƏM-nin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətə layiq bütün halları nəzərə alınmalıdır.

25. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır.

26. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

27. Hazırkı işdə isə apellyasiya məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki ha lları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin DSMFnin nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bu barədə nazirin razılığının alınmalı olduğu, cavabdeh orqanın belə bir razılığa dair sənəd təqdim edə bilmədiyi barədə dəlilinə hüquqi qiymət verməmişdir.

29. Məhkəmə gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsinin 40, 45, 47, 68, 73 və 83-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 80, 88, 217, 308, 407 və 416-cı maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4615/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.H əsənov və S.X.Bəhrəmzadə) iddiaçının apelyasiya şikayəti təmin edilərək Yasamal Rayon Məhkəməsinin iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbinin təmin edilməsi, DSMF-nin **********3 saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının DSMF publik hüquqi şəxsi ilə bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi, mediasiya təşkilatında iştirakla əlaqədar ödənilmiş 50 manat rüsumun cavabdeh təşkilatdan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağ lanmalı olması hallarını müəyyən etmişdir.

32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

33. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

34. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir.

35. Bundan başqa, kollegiya iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur.

36. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası k imi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər.

37. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən müddətsiz olması mübahisə olunmur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür.

38. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi.

39. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır.

40. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

41. Kollegiyanın qənaətinə görə, eyni strukturda iş stajına (20 ildən çox) malik kifayət qədər ixtisaslı işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıq la işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.

42. Kollegiya qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

43. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi ilə əsaslandırmasını əsaslı saymır.

44. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin işə götürənin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq İddiaçı ilə araları nda bağlanmış əmək müqaviləsinə xitam verməsi qanuni və əsaslı olmasına dair nəticəsi düzgün olmamışdır.

45. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmədiyindən iddia tələbləri təmin edilməlidir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Fondun nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bu barədə nazirin razılığı alınmalı olması, cavabdeh orqan belə bir razılığa dair sənəd təqdim edə bilməməsi və onların təqdim etdiyi sənəddə nazir tərəfindən sadəcə “baxılsın” vizası qoyulmaqla sənədin elektron imza ilə təsdiq edilməməsinə dair dəlilinə qiymət verərək qeyd edib ki, apellyatorun istinad etdiyi sənəddə nazirin elektron imza ilə təsdiqi müəyyən edilmişdir (səh.58-arxa hissəsi). Lakin buna baxmayaraq məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin mövcud işlər üzrə məhkəmə təcrübəsinə əsaslanaraq və yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hes ab edib ki, hazırki işin faktiki halları baxımından hər bir halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi.

47. Məhkəmə gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsinin 3.5, 45.1, 45.4, 45.5, 47, 73.1, 83.1, 300.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

49. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsi yanlış təfsir edilmiş, həmin norma işin hallarına düzgün tətbiq edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsindən də məlum olur ki, həmin Məcəllənin 47-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək münasibətlərinin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanır. Hazırki iddia tələbi üzrə iş üzrə icraat materiallarına əlavə edilmiş əmək müqaviləsindən və əmək müqaviləsinə əlavə və dəyişikliklərdən məlum olur ki, işçi tərəfindən həm əmək müqaviləsi, həm də əmək müqaviləsinə əlavə və dəyişikliklər imzalanmış və o, müddətli əmək müqaviləsinin bağlanılmasına əvvəlcədən razılığını ifadə etmiş, bu halın mübahisələndirilməsi üçün kifayət qədər müddəti olmasına baxmayaraq, əmək müqaviləsinə xitam verildikdən sonra, yəni təxminən 2 ildən sonra həmin halı mübahisələndirmək qərarına gəlmişdir. Müddətli müqavilə bağlanarkən cavabdehin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı olduğu halda, tərəflərin qarşı lıqlı razılığı əsasında əmək müqaviləsinin müəyyən müddətə bağlamaq hüququ da olmalıdır. Mübahisə predmeti olan müqavilə də məhz tərəflərin qarşılıqlı razılığı əsasında müddətli bağlanılmışdır. Eyni zamanda, Məcəllənin 47-ci maddəsinin f) bəndini nəzərə almadan əmək münasibətlərinin daimi xarakterə malik olduğunu iddia edərək müqavilənin müddətsiz bağlanılmasını tələb etmək Məcəllənin 47-ci maddəsinin f) bəndinin deklarativ xarakter daşımasına səbəb olur. Hazırki işin faktiki hallarından və iş üzrə icraat materiallarından məlum olur ki, işəgötürən qanunvericiliklə ona verilmiş hüquqdan istifadə etmiş və əmək müqaviləsinin digər tərəfi olan işçi ilə əmək münasibətlərini davam etdirmək istəməmiş, işçinin tutduğu vəzifədən azad edilməsinə dair xx.xx.2022-ci il tarixli əmr vermişdir. Nəzərə almaq lazımdır ki, əmək müqavilələri sərbəst bağlanır, həmçinin, hüquq bərabərliyinin təmin olunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biri hesab olunur. Hazırki halda məhkəmənin işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin qanunsuz sayılması, işəgötürənin üzərinə əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməli olduğu kimi öhdəliyin qoyulması tərəflərin hüquq bərabərliyi prinsipi ilə ziddiyyət təşkil edir, işəgötürənin hüquqlarının məhdudlaşdırılmasına, əmək müqaviləsinin sərbəst bağlanılmalı olmasına baxmayaraq, bu münasibətlərin zəruri tərəflərindən biri olan işəgötürənə münasibətdə məcburi olaraq müqavilənin müddətsiz bağlanılmasına səbəb olur. Məhkəmə icraatı zamanı cavabdeh orqan tərəfindən təqdim edilmiş sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmamış, mə hkəmə tərəfindən qəbul edilmiş qətnamədə işin faktiki halları ilə yanaşı, cavabdeh tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində apellyasiya şikayətinin formal mülahizələrə əsaslandığını və birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni olduğunu qeyd etsə də, nəticə hissəsində apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini qət etmişdir. Göründüyü kimi, qətnamənin nəticə hissəsi onun təsviri və əsaslandırıcı hissələri ilə uyğunluq təşkil etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azə rbaycan Respublikasının Konstitusiyası

51. Maddə

35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.... İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

52. Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

53. Maddə

40. Maddə İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

54. Maddə

45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

55. Maddə

47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvə qqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə e dilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda;[67] d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək mü qaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

56. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

57. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallard a bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

58. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir;

62. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tə tbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

64. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdehin arasında əvvəllər müddətsiz əmək müqaviləsi bağlandığı halda, xx.xx.2020-ci il tarixdə işəgötürənin təşəbbüsü ilə onunla müddətli əmək müqaviləsi bağlanmış, yenidən əvvəllər işlədiyi eyni, daimi xarakterə malik olması əvvəlcədən bəlli olan işə qəbul olunmuş, müqavilə müddəti 3 ay müəyyən edilmişdir. Tərəflər 3 aylıq müddət qurtardıqda əmək münasibətlərini davam etdirmiş, buna görə də Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq müqavilə müddəti eyni müddətlərə uzadılmış, işəgötürən xx.xx.2022-ci il tarixdə əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam vermişdir.

70. İddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvini tələb edir və digər dəlillərlə yanaşı, onunla əvvəlcədən müddətsiz müqavilə olduğu halda müddətli müqavilənin bağlanmasını qanunsuz sayır.

71. İlk növbədə qeyd olunmalıdır ki, müddətli əmək müqaviləsi üzrə müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələrin həlli zamanı, araşdırmanın başlanğıc nöqtəsi, müddətin qurtarmasının müəyyən edilməsidir.

72. Bu baxımdan, i ddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

73. Baxılan işdə də apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı sonuncu müqavilə bağlanandan əvvəl müəssisədə 5 ildən artıq müddətdə müddətsiz əmək müqaviləsi əsasında işləmiş, onun işi daimi xarakterli olmuş, lakin sonradan onunla müddətli əmək müqaviləsi bağlanmışdır.

74. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarak terə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnanı Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar təşkil edir.

75. Baxılan işdə iddiaçı ilə bağlanmış müqavilə müddətsiz olmuş, gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olmuşdur və onunla müddətli əmək müqaviləsi bağlanması üçün 47-ci maddənin a)-ə) bəndlərində göstərilən əsaslar olmamışdır.

76. Apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu əsaslar üzrə yoxlamış və qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması mübahisə edilmir. Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqavi ləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi.

77. Həmçinin əmək müqaviləsinin başqa əsaslar üzrə dəyişdirilməsini zəruri edən sübutlar da təqdim olunmamışdır.

78. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın f) bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olduğunu bildirir.

79. Lakin iddiaçı müddətli müqavilə bağlanarkən təsirə məruz qaldığını bildirmişdir və apelyasiya instansiyası məhkəməsi iddiaçının dəlili əsasında işin hallarını təhlil edərək bildirmişdir ki, «qarşılı qlı razılıq» qanunun tələbinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıqaydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşç inin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

80. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir.

81. Məhkəmə kollegiyası iddiaçı ilə işəgötürən arasında müddət göstərilmədən əmək müqaviləsi mövcud olduğu halda, onunla yeni müddət göstərilməklə bağlanmış əmək müqaviləsini iddiaçının razılığı ilə bağlanmış müqavilə kimi qəbul olunmasını ağlabatan saymır.

82. İddiaçının cavabdeh təşkilatda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda iddiaçı ilə sonradan müddətli əmək müqaviləsi bağlanmasının qanunvericiliyin tələblərinə zidd olması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunan pozuntuya yol verilməsi iddianın təmin olunması üçün yetərli olduğundan digər məsələlərlə bağlı əlavə dəyərləndirmə aparılmasına zərurət yoxdur.

83. Kassatorun «Apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində apellyasiya şikayətinin formal mülahizələrə əsaslandığını və birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni olduğunu qeyd etsə də, nəticə hissəsində apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini qət etmişdir» dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu halın texniki xarakterli qüsur olduğu açıq-aydındır, qanuni və əsaslandırılmış qətnamənin ləğvinə əsas vermir.

84. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

85. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassa siya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

86. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4615/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar