Məhkəmə qərarları › İş №2(102)-4263/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4263/2022

03.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4263/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4263/22 Açar sözlər: kreditin tutulması və tələbin ipoteka predmetinə yönədilməsi Bakı şəhəri, 03 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı “kreditin tutulması və tələbin ipoteka predmetinə yönədilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 2(103)-378/2021 nömrəli mülki iş üzrə 28 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2015-ci il tarixli, 358/E nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, “Amrahbank“ASC Cavabdeh1 36 ay müddətinə illik 22 faiz olmaqla 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. xx.xx.2015-ci il tarixli, 358/eg nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilini 90.000 manat qiymətləndirilməklə İddiaçı qarşısında ipoteka ilə yüklü etmişdir və bu yüklülük dövlət qe ydiyyatına alınmışdır. 3. 01.11.2016-cı il tarixli, ABHD-320/16 pretenziya məktubuna əsasən Cavabdeh1 bank qarşısında öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı-nə ünvanlanmış xx.xx.2016-ci il tarixli, **********06 saylı məktubuna əsasən ipotekaya tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdır. 4. xx.xx.2016-cı il tarixli maliyyə arayışına əsasən, həmin günə Cavabdeh1 əsas kredit borcuna görə 38219 ABŞ dolları əsas borcu, 10543 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu vardır. 5. 19.12.2019-cu il tarixli arayışa əsasən, Cavabdeh1 əsas kredit borcuna görə 21048 ABŞ doll arı əsas borcu, 3406 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli №358/E saylıkredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 38.219 ABŞ dolları əsas borcu, 10.543 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla cəmi 49762 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Amrahbank” ASC-nin xeyrinə ödənilməsi, tutmanın İddiaçı ilə Cavabdeh2 ilə 05 iyun 2015-ci il tarixli № 358/eg saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Nəri manov rayonu, Azadlıq prospekti, ev 146a, mənzil 46; Yeni qaydalarla: AZİ 106, ünvan 2 ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2206 nömrəli reyestr kitabının 205177 nömrəli vərəqində qeydiyyata alınmış, 47.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzilə yönəldilərək açıq hərracdan satılmasına və borcun ödənilməsinə yönəldilməsinə, mənzildə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 Sərdərovnanın həmin mənzildən istifadə hüquqlarına xitam verilməsinə və ən geci 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsində iddiaçı yuxarıda qeyd edilən faktiki hallara əsaslanmaqla göstərmişdir ki, cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəlikl ər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6763 saylı 18 iyul 2017-ci il tarixli ekspert rəyinə əsasən "Borcalan” Cavabdeh1 tərəfindən İddiaçı-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2016-cı il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka ödənilməli olan borcu 38219,34 ABŞ dolları əsas, 8291,48 ABŞ dolları faiz, ümumilikdə 46.510,82 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 9. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiyməti 110.000 manat məbləğində təşkil edir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5755 saylı 26 fevral 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış və ödəniş qəbzinin məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 05 iyun 2015-ci il tarixli 358/E saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 54.095.41 manat və ya 31.802.12 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi müəyyən olunur. Cavabdeh1 tərəfindən İddiaçı-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2018-ci il tarixə banka ödənilməli olan borcu 21061,60 ABŞ dolları əsas, 1827,68 ABŞ dolları faiz, ümumilikdə 22889,28 ABŞ dolları məbləğində müəyyən edilir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli № 358/E saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 16536,38 ABŞ dolları əsas borc və 200 ABŞ dolları məbləğində cərimə, cəmi 16736,38 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun İddiaçı-yə ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilin satıldıqdan 1 ay sonra boşaldılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 195 manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

12. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunu hesablayarkən mülki işin araşdırılması zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini nəzərdən keçirərək müəyyən etmişdir ki, Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixdə banka 31802,12 ABŞ dolları məbləğində ödəniş etmişdir. Həmin ödənişin 17157,74 ABŞ dolları əsas borca, 14644,38 ABŞ dolları faiz borcuna çıxılmış, əsas borc üzrə 21061,20 ABŞ dolları, faiz borcu üzrə 1827,68 ABŞ dolları qalıq borc müəyyən edilmişdir.

13. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6763 saylı 18 iyul 2017-ci il tarixli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh1 8291,48 ABŞ dolları məbləğində faiz borcu vardır.

14. Məhkəmə hesab etmişdir ki, xx.xx.2017-ci il tarixdə banka edilmiş 31802,12 ABŞ dolları məbləğində ödənişin faiz borcuna 14644,38 ABŞ dolları yox, 8291,48 ABŞ dolları ödənilə bilərdi. Tərəflər arasında olan borc münasibətləri üzrə borcun məbləği ilə bağlı məhkəmə ümumilikdə belə nəticəyə gəlir ki, 14644,38 ABŞ dolları məbləğdən hesablanmış faiz borcları 8291,48 ABŞ dolları və 1827,68 ABŞ dolları çıxılmalı, qalan məbləğ isə əsas borcdan, yəni 21.061,60 ABŞ dolları məbləğindən çıxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 İddiaçı Açıq Səh mdar Cəmiyyətinə əsas borcu 16536,38 ABŞ dolları təşkil edir, və həmin məbləğ də ondan iddiaçının xeyrinə tutulmalıdır.

15. Məhkəmə iddianın əsas borca hesablanmış 16536,38 ABŞ dolları cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə 8. qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 200 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddiası qismən təmin olunaraq Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 16536,38 ABŞ əsas borc, 200 ABŞ dolları məbləğində cərimə, cəmi 16736,38 ABŞ dolları məbləğində borc tutulmalıdır.

17. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələblərinin bu hissəsi əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir.

18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269, 279, 390.1, 390.5, 427.3, 442, 445, 448, 467, 739, “İpoteka haqqında” Qanunun 59-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun “Cavabdeh1 16536,38 ABŞ dolları əsas borc və 200 ABŞ dolları məbləğində cərimə, cəmi 16736,38 ABŞ dolları məbləğində borcun 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə Cavabdeh1 21048 ABŞ dolları əsas, 3406 ABŞ dolları fa iz borcu və 200 ABŞ dolları cərimə borcu olmaqla, 24654 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi özü hesablama apararaq tələbin əsas borc hissəsini qanunsuz olaraq azaltmış, faiz borcu hissəsini isə tamamilə qanunsuz olaraq silmişdir. Halbuki iş materiallarında xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixli mühasibatlıq ekspertilarının rəyləri mövcuddur.

21. Apellyasiya məhkəməsi tərəfindən təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/3385 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabd eh1 ilə İddiaçı-yə xx.xx.2016-cı il tarixə olan borcu cəmi 39.644,08 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 38 219,34 ABŞ dolları, faiz borcu üzrə 1 424,73 ABŞ dolları. Rəydə, həmçinin, qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış (c.i.v. 249) və ödəniş qəbzindən (c.i.v. 144) göründüyü kimi Cavabdeh1 tərəfindən İddiaçı-yə xx.xx.2017-ci il tarixdə 31.802,12 ABŞ dolları (54.095,41 manat) məbləğində ödəniş aparılmışdır. Həmin məbləğin 1.424,73 ABŞ dolları hesablanmış faiz, 30.377,39 ABŞ dolları isə 38.219,34 ABŞ dolları məbləğində olan əsas borcundan silinir. Beləliklə, hazırki ekspertiza tədqiqatı ilə, iş materiallarında olan kredit müqaviləsinin şərtləri, ödəniş qəbzi və hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmı ş xx.xx.2015-ci il tarixli, 358/E saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 7841,95 ABŞ dolları, faiz borcu üzrə 0 ABŞ dolları.

22. Həmin ekspert rəyində qərarda qoyulan sual üzrə müqavilə müddətinin sonuna deyil, borclar xx.xx.2016-cı il tarixədək hesablandığından apellyasiya məhkəməsi yenidən təkrar məhkəmə mühasibatlıq ekspetizası təyin etmiş və bu dəfə alınmış 09 iyun 2021-ci il tarixli, 9/2760 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 xx.xx.2018-ci il tarixə (kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna) əsas borcu 21061,60 ABŞ dolları, faiz borcu 3539,52 ABŞ dolları təşkil edir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəm əsi) 28 iyul 2021-ci il tarixli, 2(103)-378/2021 nömrəli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı “kreditin tutulması və tələbin ipoteka predmetinə yönədilməsi” tələbinə dair iddiası təmin olunması, Cavabdeh1 21 048 ABŞ dolları əsas borc, 3406 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə, cəmi 24 654 ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı A çıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borc İddiaçı-nə ödənilməsi, mənzilin ilkin satış (likvid) qiyməti 110.000 (yüz on min) manat müəyyən edilməsi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 146a nömrəli evin, 46 nömrəli mənzili satıldıqdan 1 ay sonra boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

24. Məhkəmə iddiaçı bankın apellyasiya şikayətində Cavabdeh1 21048 ABŞ dolları əsas, 3406 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu olmaqla, 24654 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq idd iaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyini və xx.xx.2021-ci il tarixli ekspert rəyini əsas götürərək hesab etmişdir ki, Cavabdeh1 iddiaçı bankın xeyrinə 21048 ABŞ dolları əsas, 3406 ABŞ dolları faiz borcu və 200 ABŞ dolları cərimə borcu tutulmalıdır. Belə ki, ekspert rəyi ilə borc məbləğlərin daha çox olması müəyyən edilsə də, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

25. Kollegiya, birinci instansiya məhkəməsinin tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasının müəyyən edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni hesab edərək qeyd etmişdir ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəlik lərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə isə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməli və bu qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməlidir.

26. Kollegiya həmçinin, birinci instansiya məhkəməsinin “mənzil satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması” qənaətini qanuni hesab etmişdir.

27. Bununla belə kollegiya, iddia tələbini “cavabdehlərin ipoteka predmetinə istifadə hüquqlarına xitam verilməsi” hissələrində əsaslı hesab etmir; belə ki, yüklü e dilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldilidiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur.

28. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 311, 317, 319, 385, 442, 448.1,, “İpoteka haqqında” Qanunun 39, 59, MPM-nin 206.1, 384.0.2-ci maddələrinə is tinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı Ləğv prossesində olan İddiaçıASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, qətnamənin ipotekanın ilkin satış qiyməti hissəsində dəyişdirib, həmin əmlakın likvid dəyər məbləğində müəyyən edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud məhkəmə təcrübəsi baxımından ipotekanın ilkin satış dəyəri real bazar dəyəri deyil, müqavilə tərəflərinin ilkin razılaşması nəzərə alınmaqla, onun likvid dəyəri əsas götürülməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz verərək göstərmişlər ki, iddiaçı bi rinci inatsniya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərəkən qətnaməni borc məbləği hissəsində mübahisələndirmiş, ipotekanın ilkin satış qiyməti hissəsindən şikayət verməmiş və onunla razılaşmışdır. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Lakin apellyasiya məhkəməsinin qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 narazı qalaraq kassasiya şikayəti versələr də, onların kassasiya şikayəti geri qaytarılmışdır. Hesab edirlər ki, qətnamə borc hissəsində maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə həmin hissədə ləğv olunmalı və iş yeni baxışa göndərilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları

32. İddiaçının vəkili Vəkil3 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

33. Cavabdeh1 və vəkili Ayət Rüstəmov qarşı tərəfin kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

34. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər.

35. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

31. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

36. Maddə 39.3.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmuşdur. Qanunun mənasına görə, məh kəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxı lması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikay ətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən yalnız ipotekanın satış qiyməti hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsi nin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, qətnamənin yoxlanılan hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin ipotekanın ilkin satış qiymətinin 110000 manat müəyyən edilməsi hissəsi ilə razılaşır və qeyd edir ki, əmlakın qiyməti birinci instansiya məhkəməsi ndə işə baxılarkən müvafiq ekspert tərəfindən qiymətləndirlmiş, ipoteka predmetinin dəyərinin 110.000 manat olduğu müəyyən edilmiş, ipoteka müqaviləsində isə ipotekanın dəyəri 90.000 manat göstərilmişdir.

48. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində qətnaməni yalnız borcun məbləği hissəsindən mübahisələndirmiş, apellyasiya məhkəməsində borc məbləğinin müəyyən edilməsi üçün təkrar mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət vermiş, məhkəmə kollegiyası iddiaçının səlahiyyətli nümayəndəsi Z.Alıyevadan əmlakın qiyməti ilə bağlı mövqeyini soruşduqda isə, sonuncu əmlakın qiymətini mübahisələndirmədiklərini və likvid qiymətin 110.000 manat olduğunu qəbul etdiyini bildirmişdir.( iş v. 286, xx.xx.20212-ci il tarixli məhkəmə iclas protokolu) 4

9. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin iddiaçı Bank tərəfindən mübahisələndirilmədiyini nəzərə alan apellyasiya məhkəməsi “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən müəyyən edilmiş 110.000 manatı mənzilin ilkin satış(likvid) qiyməti kimi müəyyən etmiş və bu zaman iddiaçının hər hansı hüququnu pozmamışdır.

50. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinə etirazının borcun məbləği hissəsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehlər tərəfindən bu hissədən verilən kassasiya şikayətləri prossesual normaların tələblərinə uyğun olmadığına görə geri qaytarıldığından və kassasiya baxışının predmetini yalnız ipotekanın ilkin satış qiyməti ilə bağlı hissə təşkil etdiyindən həmin dəlillər araşdırlmır.

51. Bu səbəbdən, iddiaç ının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cumaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçıASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-378/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən ipotekanın satış qiyməti hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar