Məhkəmə qərarları › İş №2(102)-4263/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4263/2023

28.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4263/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4263/2023 (Açar sözlər: intizam tənbehi haqqında əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X8 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “intizam tənbehi haqqında əmrin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4464/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsindən ca vabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2015-ci il tarixli 11/924 nömrəli əmri ilə İddiaçı Bakı şəhəri 286 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə işləyir. 2. xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən F-466 nömrəli əmr ilə Bakı şəhəri 286 nömrəli tam orta məktəbin direktoru İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət verilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4678/2018 nömrəli, 01 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən B akı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən verilmiş 13 oktyabr 2017-ci il tarixli 175 saylı əmrdə İddiaçı və X1 xəbərdarlıqla şiddətli töhmət verilməsi hissəsinin ləğv edilməsi qət olunmuşdur.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3305/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin qismən ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx. xx.2022-ci il tarixli F-466 nömrəli intizam tənbehi barədə əmrinin ona aid hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, intizam tənbehi barədə əmrin ona aid olan hissəsi qanunsuzdur və ləğv edilməlidir. Əmrin ona aid olan hissəsi həm də qərəzlidir. Belə ki, 2017-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən veilmiş “sonuncu xəbərdarlıqla şiddətli töhmət” haqqında əmrin ona aid olan hissəsi Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə ləğv edilmişdir. Sonuncu əmr ondan qisas almaq məqsədilə verilmişdir. Aşağıda qeyd edilən faktlara əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli əmri ona aid hissədə ləğv edilməlidir. Həm Nazirliyin Kollegiyasını n qəbul etdiyi Qaydalarda, həm Nazirin, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrində “özəl ümumi təhsil müəssisələrinin birinci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölmələrinə yerdəyişmə” qadağan edilməmişdir. Heç bir səlahiyyətli şəxs tərəfindən imzalanmamış, heç bir hüquqi əsası olmayan məlumat xarakterli, “xahiş edirik” sözləri ilə bitən mətn əsasında Nazirin əmri ilə təyin edilmiş məktəb direktoruna intizam tənbehi olaraq “töhmət” verilməsi onun tərəfindən qəbul edilə bilməz. Hətta nəzərə alınsa ki, məktub internet vasitəsilə göndərildikdən cəmi 9 dəqiqə sonra ilkin təsdiq düyməsi vurulub, Təhsil İdarəsinin əməkdaşı Azər müəllim valideynə onun övladına bu məktubun təsirinin olmamasını bildirib, onda bu əmrin nə qədər qanunsuz olduğu daha aydın görünür. 20 19-cu ilin avqust ayından Təhsil Nazirinin əmri ilə şagirdlərin məktəb üzrə yerdəyişməsi “şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” vasitəsilə həyata keçirilir. xx.xx.2022ci il tarixdən bağlı olan sistem xx.xx.2022-ci il tarixdə açıldı və valideynlər övladlarını sistemdə qeydiyyatdan keçirməyə başladılar. Təxminən 40 gün bağlı olan yerdəyişmə sistemi açıldıqdan təxminən 1 saat keçdikdən sonra – saat 11:53-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəbə internet vasitəsilə imzasız, məlumat xarakterli, “xahiş edirik” sözləri ilə bitən, mətn göndərildi. Məktubun 3-cü bəndində göstərilirdi ki, “özəl məktəblərin birinci sinif rus bölməsindən yerdəyişmə üçün yerləşdirilən sorğulardan imtina edilməlidir”. Bu mətn birbaşa olaraq Nazirliyin Kollegiyasının 06 noyabr 2014-cü il tarixli, 1/3 nömrəli qərarına, Təhsil nazirinin yuxarıda qeyd edilmiş əmrinə, idarə müdirinin özünün əmrinin tələblərinə ziddir, heç bir səlahiyyətli şəxs tərəfindən imzalanmayıb, hüquqi qüvvəsi yoxdur. Təxminən saat 13:00 radələrində katibə həmin mətni çapa verərək, ona təqdim etmişdir. Saat 12:02-də, yəni göndərilən məlumatdan onun xəbəri olmadan – saat 11:53-dən 9 dəqiqə sonra tərəfindən həmin şagirdə ilkin təsdiq vurulmuşdur. Həmin məktubla tanış olduqdan sonra o, valideyni dəvət etmiş (valideyn məktəbdə dərnək müəllimi vəzifəsində çalışır), ona sənədləri gətirəcəyi təqdirdə İdarənin məlumat xarakterli, “xahiş edirik” sözü ilə bitən məktubuna əsasən, şagirdin yerdəyişməsini təsdiq edə bilməyəcəyini demişdir. Həmin şagirdin valideynləri Təhsil İdarəsinə gedərək orada Azər müəllim a dlı şəxslə görüşdüklərini deyərək həmin şəxsin sözlərini ona çatdırmışlar. İdarədən valideynlərə bildirilib ki, “təsdiqdən bir neçə dəqiqə sonra qərar verilibsə, sizin təsdiqiniz keçərlidir”. Yalnız bundan sonra, xx.xx.2022-ci il tarixdə o, Nazirliyin Kollegiyasının Qərarı ilə qüvvədə olan Qaydalara əsasən sənədləri qəbul edib, şagirdin yerdəyişməsini təsdiq etmişdir. xx.xx.2022-ci il tarixdə Təhsil İdarəsinin əməkdaşı Günel Kərimova zəng edərək bu şagird barədə soruşmuş, ona hərtərəfli, dolğun məlumat verilmişdir. O, bildirmişdir ki, internetlə göndərdiyi formanı doldurub İdarəyə təqdim etsin. Həmin forma məlumat olaraq doldurulmuş və İdarəyə təqdim edilmişdir. F-466 nömrəli əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bir sıra tələbləri kobud surətdə, qərəzli şəkildə pozulduğ una görə, həmin əmrin ona aid olan hissəsi ləğv edilməlidir. Məktəb direktoru Elm və Təhsil Nazirinin əmri ilə təyin edildiyinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin ona intizam tənbehi vermək hüququ yoxdur. Əgər Əmək Məcəlləsinin 188-ci maddəsinin 2-ci bəndi ilə bağlı əmr varsa, F-466 nömrəli əmrin əsas kimi göstərilən hissəsində həmin əmrin nömrəsi və tarixi qeyd edilməli idi, lakin göstərilməyib. Deməli, əmr həm də əsassızdır. İşəgötürən tərəfindən ondan yazılı izahat tələb edilməyib. Əmrdə göstərilmiş səbəb 17-xx.xx.2022-ci il tarixlərdə icra olunub, xx.xx.2022-ci il tarixdə İdarəyə yazılı məlumat verilib, əmr isə 1 ay keçəndən sonra – xx.xx.2022-ci il tarixdə imzalanıb. Qanuna müvafiq olaraq onun tərəfindən Mediasiya təşkilatına müraciət edilsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli, F-466 nömrəli əmrlə AR Əmək Məcəlləsinin bir neçə bəndinin kobud surətdə pozulması, əmrin Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarına zidd olması, onun tərəfindən heç bir qanun, qayda və ya əmrin pozulmaması, həm də əvvəllər Təhsil İdarəsinin qanunsuz verilmiş əmri onun tərəfindən məhkəmə qaydasında ləğv edildiyinə görə açıq-aşkar qərəzli olması, ondan qisas almaq məqsədilə verildiyi nəzərə alınmalıdır.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X5 iddianı qəbul etməyib, izahatında qeyd etmişdir ki, iddiaçı ilə yanaşı digər direktora töhmət verilmiş, qalan ikisinə münasibətdə isə intizam tənbehi barədə əmr verilmişdir. İddiaçının haqqında danışdığ ı Azər Hüseynov informasiya şöbəsinin məsləhətçisidir. Əmr verilməsinə əsas olmuş məsələ xx.xx.2022-ci ildə sorğunun təsdiq edilməsi deyil, xx.xx.2022-ci ildə artıq məktubdan məlumatlı olmasına baxmayaraq, şagirdin sənədlərinin iddiaçı tərəfindən qəbul edilməsi olmuşdur. Cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında şahid X6 ifadəsində bildirmişdir ki, X2 onun oğludur. Uşağının iddiaçının direktor olduğu məktəbə yerdəyişməsi üçün xx.xx.2022ci il tarixdə sorğu yaradılmış və məktəb tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı onları çağırıb bildirmişdir ki, elektron təsdiqdən sonra məlum olmuşdur ki, direktorlar sənədləri qəbul etməməlidirlər, ona görə də sənədləri qəbul edə bilməyəcək. Bundan sonra yoldaşı ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə gedərək Azər Hüseynovla görüşmüş və Azər müəllim onlara belə bir qərardan xəbəri olmadığını, qərarın məktəbin təsdiqindən sonra verildiyini və bunun həmin şagirdə aidiyyəti olmadığını bildirmişdir. Bu məlumatı iddiaçıya çatdıraraq prosesin yekunlaşdırılmasına nail olmuşlar.

9. Birinci instansiya məhkəməsinin iclasında şahid X7 ifadəsində bildirmişdir ki, o, Süleymanzadə Əliabbasın atasıdır. Uşağının iddiaçının direktor olduğu məktəbə yerdəyişməsi üçün xx.xx.2022-ci il tarixdə sorğu yaradılmış və məktəb tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı onları çağırıb bildirmişdir ki, elektron təsdiqdən sonra məlum olmuşdur ki, direktorlar sənədləri qəbul etməməlidirlər, ona görə də sənədləri qəbul edə bilməyəcək. Bu xəbəri aldıqdan sonra yoldaşı ilə birl ikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə gedərək Azər Hüseynovla görüşmüş və Azər müəllim onlara belə bir qərardan xəbəri olmadığını, məktəbin təsdiqinin qərardan əvvəl olduğunu, buna görə də qərarın onların uşaqlarına aidiyyəti olmadığını bildirmişdir. Onlar bu məlumatı iddiaçıya çatdıraraq prosesin yekunlaşdırılmasına nail olmuşlar.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1532/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi təmin edilmiş, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli F-466 nömrəli “intizam tənbehi barədə” əmrinin İddiaçı aid hissəsinin ləğv edilməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi mübahisələndirilən əmrin əsaslandırılmasına qiymət verməzdən əvvəl onun tərtib edilməsi zamanı yol verilmiş pozunt uları diqqətə çatdıraraq hesab etmişdir ki, hazırki mübahisənin yaranmasına əsas olmuş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Günel Kərimova tərəfindən hər hansı vəzifəli şəxs tərəfindən imzalanmadan və hansı normativ akta əsaslandığı qeyd edilmədən tərtib edilmiş, “xahiş edirik” sözləri ilə bitən “məlumat” adlandırılmış elektron məktubun məktəb direktoru üçün məcburi əhəmiyyətə malik olan göstəriş xarakteri daşıması mübahisəlidir. Çünki Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli, 6/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamənin 15.2 və 15.6-cı bəndinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tabeliyindəki təhsil müəssisələrinin inkişafı baxımından zərurət yarandığı hallarda normativ sənədlərin, təli mati məktubların layihələrini hazırlamaq və baxılması üçün Nazirliyə təqdim etmək, səlahiyyəti daxilində idarənin aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər vermək, hüquqi aktları təsdiq etmək (imzalamaq), onların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək səlahiyyəti vardır. Yəni, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçisi Günel Kərimovanın, habelə sektor müdirlərinin belə bir səlahiyyəti yoxdur, bu səlahiyyət Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə məxsusdur. Məktubda qeyd edilən məsələ üçün vaxt verilməməsi də (məsələn, saat 15:00-dan (sabahdan və s.) başlayaraq) diqqətəlayiq haldır. Çünki direktorların həmin məktubla tanış ola bilmək imkanını nəzərə alaraq, ən azı bir neçə saat da olsa onlara möhlət ve rilməməsi istər-istəməz iddiaçı tərəfi daha da haqlı edir. Aydın məsələdir ki, məktəb direktorunun yeganə işi gələn elektron məktubları nəzarətdə saxlayıb, onları dərhal icra etmək və ya cavablandırmaq deyildir.

12. Bundan başqa, iddiaçı barəsində intizam tənbehi tətbiq edilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin bir neçə imperativ norması pozulmuşdur. Belə ki, məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə izahat forması iddiaçıya göndərilərək doldurulması xahiş edilmiş, iddiaçı həmin izahatı məlumat formasına salaraq şəxsən cavabdeh idarəyə təqdim etmişdir. İddiaçıdan pozuntu ilə əlaqədar izahatın xx.xx.2022-ci il tarixdə tələb edilməsinə baxmayaraq, onun barəsində intizam tənbehi pozuntunun aşkar olunduğu gündən 1 aydan artıq müddət keçdikdən sonra – xx.xx.2022-ci il tarixdə tətbiq edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmuşdur. Ümumiyyətlə, izahatla bağlı məsələ məhkəmə tərəfindən mübahisəli hesab edilir. Ona görə ki, iddiaçıdan təlimat məktubu olmasına baxmayaraq, sorğudan niyə imtina etməməsi barədə (xx.xx.2022-ci il tarixdə) açıqlama verməsi tələb olunmuş və o, bu barədə izahat yazmışdır. xx.xx.2022-ci il tarixdə artıq təsdiq edilmiş sorğu ilə əlaqədar sənədlərin direktor tərəfindən qəbul edilməsi ilə bağlı izahat tələb edilməmiş, həmin məsələ ümumiyyətlə araşdırılmamış, şahidlər və iddiaçının adını çəkdiyi Azər adlı şəxsdən bu barədə izahat alınmasına dair sənədlər təqdim edilməmişdir. Cavabdeh tərəf də Azər adlı şəxsin İdarənin işçisi olması faktını danmır. Eyni zamanda, əsas məsələnin sorğudan imtina edib-etməmək deyil, direktor tərəfindən artıq təlimat məktubu ilə tanış olduqdan 2 gün sonra sənədlərin qəbulundan imtina etməmək olduğunu bildirir. Lakin qeyd edildiyi kimi, məsələ bu olduğu halda, bununla bağlı iddiaçıdan heç bir izahat tələb edilməmiş, adı keçən digər işçilər araşdırma prosesinə cəlb edilməmiş və iddiaçı barəsində birtərəfli əmr verilərək, intizam tənbeh tədbiri tətbiq edilmişdir. Məsələnin xx.xx.2022-ci ildə sənədlərin qəbul edilməsi olduğu halda belə, iddiaçı tərəfin gətirdiyi dəlillər və şahidlərin ifadələri ilə müəyyən edilir ki, iddiaçı barəsində intizam tənbehi əsaslı tətbiq edilməmişdir.

13. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının işəgötürəni Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyidir. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan Respub likasının Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 126 nömrəli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminin nomenklaturasına qismən dəyişiklik edilməsi barədə” əmrinin 3-cü bəndinə əsaslanaraq ümumtəhsil müəssisələrinin direktorlarına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna olmaqla digər intizam tənbehlərinin tətbiqi edilməsinə səlahiyyətinin olduğunu qeyd etsə də, həmin əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 188.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edərkən həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlah iyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. Lakin qeyd olunan əmrdə həmin səlahiyyətlərin yerli təhsili idarəetmə orqanlarına həvalə edilərkən hansı səbələrə görə bu səlahiyyətlərin onlara həvalə edilməsi müvafiq qaydada əsaslandırılmamışdır.

14. Məhkəmə hesab etmişdir ki, Əmək Məcəlləsinin 188.3-cü maddəsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, F466 nömrəli “intizam tənbehi barədə” əmr puçdur (əhəmiyyətsizdir). Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 188-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2022ci il tarixli, F-466 nömrəli “intizam tənbehi barədə” əmrdə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamənin” 15.5-ci bəndini rəhbər tutulduğu qeyd edilsə də, Əsasnamənin həmin bəndində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinə məhz məktəb direktorlarına münasibətdə intizam tənbeh tədbirləri tətbiq edə bilməsi hüququ müəyyən edilməmişdir. Deməli, Əmək Məcəlləsinin 188-ci maddəsinin pozulması mübahisəsizdir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya töhmət verilərkən onun şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və törətdiyi xətanın xarakteri müqayisəli şəkildə nəzərə alınmamış, bundan əlavə, eyni pozuntunu törədən digər 2 direktora da eyni tənbehin tətbiq edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da, Əmək Məcəlləsinin 12 və 186-cı maddələrinin pozulması halı baş vermiş dir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 2.2, 11.1, 12, 186.1, 186.2, 186.3, 187.1, 188.1, 188.2, 188.3, 190-cı və Mülki Prosessual Məcəllənın 14.2, 77.1, 88-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat:

17. Qətnamədən cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, “özəl ümumi təhsil müəssisələrinin birinci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölmələrinə yerdəyişmə”nin qadağan edilməsi ilə bağlı ona göndərilmiş məlumat heç bir səlahiyyətli şəxs tərəfindən imzalanmamış, heç bir hüquqi əsası olmayan məlumat xarakterli, “xahiş edirik” sözləri ilə bitən mətndir və onun əsasında məktəb direktoruna intizam tənbehi olaraq “töhmət” verilməsi iddiaçı tərəfindən qəbul edilə bilməz. Lakin “Bakı Şəhəri üzrə Təhsil İdarəsi” haqqında Əsasnamənin 15.6-cı bəndinə əsasən qeyd edilmişdir ki, İdarənin müdiri səlahiyyəti daxilində İdarənin aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir. Göründüyü kimi ümumi təhsil müəssisələri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olduğundan İdarə müdiri tərəfindən göndərilmiş göstərişlər icra edilməli idi. İkinci növbədə bildirilir ki, özəl ümumi təhsil müəssisələrinin birinci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölmələrinə yerdəyişmə ilə bağlı həyata keçirilən tədbirlər operativliyin təmin edilməsi baxımından İdarəyə tabe təhsil müəssisələrinə dərhal elektron qaydada göndərilmişdir və direktorların özəl məktəblərin birinci sinif rus bölməsindən yerdəyişmə üçün yerləşdirilən sorğulardan imtina etməli olduqları qeyd edilmişdir. Bu halda operativliyin təmin edilməməsi ümumi təhsil müəssisələrinin direktorlarının həmin məsələ ilə bağlı məlumatlı olmamasına və buna görə də daha çox şagirdin yerdəyişmə ilə bağlı qaydaların pozulması ilə dövlət ümumi təhsil müəssisələrinə qəbuluna səbəb ola bilərdi. Həmçinin, “şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” xx.xx.2022-ci il tarixində açılmış və açıldıqdan dəqiqələr sonra bu barədə göstəriş verilmiş və icra olunması üçün aidiyyəti üzrə ümumi təhsil müəssisələrinə göndərilmişdir. İddiaçı isə xx.xx.2022-ci il tarixində şagird yerdəyişməsi ilə bağlı ilkin təsdiqi qəbul etmiş, həmçinin yerdəyişmə üçün yerləşdirilən sorğulardan imtina etməli olduğunu bildiyi halda xx.xx.2022-ci il tarixində şagirdin yekun yerdəyişməsini təsdiq etmişdir. Göründüyü kimi, əmr verilməsinə əsas olmuş məsələ iddiaçı tərəfindən qeyd edildiyi kimi, sorğunun xx.xx.2022-ci il tarixində təsdiqi deyil, onun xx.xx.2022-ci ildə artıq icra olunmalı məsələ ilə məlumatlı olduğu halda, şagirdin sənədlərini qəbul etməsi və bunun nəticəsində şagird üçün “sy.edu.az” elektron sistemində “şagird qəbul olundu” statusu ya ranması, həmçininin uşağın məlumatlarının ÜTİS-ə inteqrasiya olunması faktıdır. Eyni zamanda, həmin uşaq şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilmiş müsahibədə uğur qazanmamış, bu səbəbdən sistemdə onun üçün yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirmək mümkün olmuşdur. Beləliklə, iddiaçı tərəfindən “şagird yerdəyişməsi alt sistemi”ndə işin təşkili ilə bağlı nəzərdə tutulmuş tələblər kobud surətdə pozulmuşdur.

19. İddiaçı məhkəmədə çıxışı zamanı onun izahatının alınmadığını bildirsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının müvafiq qaydada izahatı alınmış və bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçı barəsində əmək qanunvericiliyinin tələblərinə uyğun intizam tənbehi verilmi şdir. Həmçinin iddiaçıdan alınmış izahatda yaranmış vəziyyətlə bağlı həmin dövrdə “outlook” mail ünvanının işləmədiyi üçün təlimatla gec tanış olduğu bildirilmişdir. Odur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş əmr tam qanuni olmaqla və Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla, habelə kifayət qədər əsasların olması səbəbilə verilmişdir. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, F-466 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi tələbi tamamilə əsassızdır. Qətnamədə qeyd edilmişdir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, F-466 nömrəli “intizam tənbehi barədə” əmrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsihaqqında Əsasnamənin” 15.5-ci bəndinin rəhbər tutulduğu qeyd edilsə də, Əsasnamənin həmin bə ndində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin məhz məktəb direktorlarına münasibətdə intizam tənbeh tədbirləri tətbiq edə bilməsi hüququ müəyyən edilməmişdir. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2008-ci il tarixli, 1019 nömrəli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə” əmrinə edilmiş xx.xx.2011-ci il tarixli dəyişikliyə əsasən ümumi təhsil məktəblərinin, məktəbdənkənar müəssisələrin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna olmaqla digər intizam tənbehlərinin tətbiqi məsələsi yerli təhsili idarəetmə orqanlarına həvalə edilmişdir. Odur ki, məhkəmənin iddiaçının mülahizələrinə əsasən “i ntizam tənbehi barədə” əmri Əmək Məcəlləsinin 188-ci maddəsinin və əmək qanunvericiliyinin imperativ normalarının pozulması kimi qiymətləndirməsi ciddi hüquq pozuntusu olmaqla qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmadan və həmin hallar ciddi araşdırılmadan qəbul edildiyini göstərir. Həmin maddənin tələbinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Lakin iş materiallarından göründüyü kimi, araşdırılması tələb olunan halların zəruriliyini nəzərə almadan Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2ci maddəsini tətbiq etmişdir. Halbuki bu halların müəyyən olunması Əmək Məcəlləsinin 187-ci maddəsinin 2 və 3-cü hissələrində nəzərdə tutulmuş müddətlərin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Göründüy ü kimi, məhkəmə müddəti tətbiq edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.3-cü maddəsinin tələbinə əhəmiyyət verməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4464/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Vüsalə Baxışova və Aida Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən töhmət verilməsi barədə əmrdə göstərilmiş əmək funksiyasını pozması halları öz təsdiqini tapmadığından, konkret olaraq hansı səbəbdən intizam tənbehi verilməsi məlum deyildir. Belə ki, işdə olan Gü nel Kərimova adlı şəxs tərəfindən göndərilmiş məlumatın 3-cü bəndində göstərilən “özəl ümumi təhsil müəssisələrinin birinci sinif rus bölməsindən dövlət ümumi təhsil müəssisələrinin rus bölməsinə yerdəyişmə üçün yerləşdirilən sorğular imtina edilməlidir” göstərişinin mötəbərliliyinə birinci instansiya məhkəməsi hərtərəfli və tam hüquqi qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki, həmin məktubda göstərilənlərin icra edilməməsi iddiaçıya qeyd olunan əsaslarla intizam tənbehi verilməsi üçün mötəbər sübut və yetərli əsas ola bilməzdi. Ən azından həm də ona görə ki, cavabdeh tərəfindən intizam pozuntusu hesab edilən bu hallara Bakı şəhəri üzrə digər üç məktəb direktoru da yol vermişdir. Ancaq bu “xətaya” görə yalnız iddiaç ıya və 1 nömrəli məktəb direktoruna intizam tənbehi verilmiş, lakin bu intizam tənbehinin verilməsi üçün əsas olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadənin xx.xx.2022-ci il tarixli (bax.i.v.111-112) xidməti məktubunda eyni “nöqsana” yol vermiş 242, 247 nömrəli məktəbin direktorlarına hansı səbəbdən intizam tənbehinin verilməsinin “məqsədəmüvafiq” olmadığı da əmrdə yaxud hansısa sənəddə qeyd olunmamış və bu barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Bu faktlar özü də iddiaçının cavabdeh qurumun ona qarşı qərəzli olduğunu bildirməsi arqumentini əsaslı edir. Çünki, iddiaçıya əvvəllər də verilmiş intizam tənbehləri qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ləğv edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 10, 186.2, 186.3, 187, 189, 190.3-cü və Mülki Prosessual Məcəllənın 14.2, 77.1, 88, 217.4 və 385.2ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş (verməli olduğu halda) və işi obyektiv araşdırmamışdır. Belə ki, iş üzr ə məhkəmə bir məhkəmə baxışı keçirməklə, heç bir araşdırma aparmadan belə mürəkkəb işi yekunlaşdırmışdır. Əmək Məcəlləsinin 2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminata yaradılması prinsiplərinə əsaslanır. Eyni zamanda, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixl i 4 saylı Qərarında göstərilir ki, “məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətlı olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun”. Həmin qərarın 17-ci bəndinə əsasən, kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verilməlidir. Həmçinin sübutların mahiyyətinə qiymət verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı Kons titusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

25. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.

26. Maddə 3 (9-cu hissə). Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) mə cmusudur.

27. Maddə

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir.

28. Maddə 186 (1-ci hissə). İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

29. Maddə 186 (2-ci hissənin “ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.

30. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

31. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

32. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədə k verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

33. Maddə 187 (3-cü hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

34. Maddə 189 (3-cü hissə). İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

35. Maddə 190 (3-cü hissə). İ şçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

36. Maddə

287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

37. Maddə 290 (1-ci hissə). Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.

38. Maddə 292 (1-ci hissə). İşçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

39. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

40. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Maddə

88. Məhk əmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya ş ikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmun lu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

57. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətl ərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

58. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasi ya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

61. B eləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

62. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4464/2023 nömrəli, 17 iyul 2023-cü il tarixl i qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar