Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4264/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsindən çıxarılma, həmin ərazinin mülkiyyətiçinin istifadəsinə qaytarılması tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1707/2023 nömrəli iş üzrə 14 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, keçmiş Lenin rayonu X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 9/28 nömrəli qərarına əsasən, İddiaçı (bundan sonra – iddiaçı) Razin qəsəbəsindəki Bül-bülə gölünün yaxınlığda yerləşən 1000 kv metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. 2. 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixədək olan müddətdə Sovet Ordusu sıralarında Əfqanıstan Demokratik Respublikasında müdətli həqiqi hərbi xidmətdə olmuşdur, 2-ci qrup müharibə əlildir.
3. İddiaçıya məxsus 017 nömrəli veteran vəsiqəsinə olan əlavəyə əsasən, müharibə veteranının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onun şəxsi mülkiyyətinə verilməsinə dair üstünlüyü mövcuddur.
4. Milli Təhlükəsizlik Nazirliyinin 0176 nömrəli vəsiqəsinə əsasən, iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən zəbt olunmuş ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyov küçəsində yerləşən 2,5 sot torpaq sahəsindən (bundan sonra – mübahisəli torpaq sahəsi) cavabdehin çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilmsəini xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunl a əsaslandırılmışdır ki, iddiaçı qeyd edilən torpaq sahəsində yay aylarında istirahət etmək üçün 1 otaqlı ev tikmişdir. Həmin torpaq sahəsi və ev ona məxsus olmaqla öz adına rəsmiləşdirilmişdir. Özünə məxsus olan torpaq sahəsində nisbətən böyük ev tikdirmək qərarına gəlmişdir və bu məqsədlə mişar daşından iki mərtəbəli ev tikdirmişdir. Həmin evin Bül-Bülə gölünə baxan hissəsində eyvan inşa etdirmişdir. İddiaçının tikdirdiyi ev və onun eyvan hissəsi özünə məxsus olan torpaq sahəsində inşa edilsə də, qonşuluqda yaşayan mərhum qardaşının arvadı olan cavabdeh iddiaçıya qarşı əsassız olaraq iddia qaldırıb evinin eyvan hissəsinin sökülməsini Sabunçu Rayon Məhkəməsindən xahiş etmişdi. Həmin mülki işə Sabunçu Rayon Məhkəməsində baxılarkən o da xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı qarşılıqlı id dia verib ona məxsus olan 10 sot torpaq sahəsinin 2,5 sotunu özünə qaytarması barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh üzrsüz səbəbdən iki dəfə məhkəmə iclasına gəlmədiyi üçün iddiaçının iddia ərizəsi baxılmamış saxlanılmışdı. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilməsi üçün məhkəməyə müraciət etsə də, həmin müraciətinə məhkəmə tərəfindən baxılmadığı üçün məcbur qalıb, xx.xx.2022-ci il tarixdə yenidən ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin həmin müraciəti də, cavabsız qaldığı üçün yenidən iddia ərizəsi ilə məhkəməyə mütarciət etmək məcburiyyətindədir. Cavabdeh iddiaçının barəsində şikayət edəndən sonra iddiaçıya məlum olmuşdu ki, cavabdeh ona məxsus olan 10 sot torpaq sahəsinin 2,5 s otunu qanunsuz olaraq zəbt etmişdir. Hazırda iddiaçı qanunla özünə məxsus olan 10 sot torpağın 2,5 sotundan istifadə edə bilmir.
7. İddiaçı Məhəmməd oğlu 2003-cü ildən və 2019-cu ilə kim olan dövrlər üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyov küçəsində yerləşən torpaq sahəsinə görə əmlak/torpaq vergisi ödəmişdir.
8. Azərbaycan Respublikası "xxxx" MMC-nin qiymətləndirməsinin xx.xx.2005-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsində yerlışən İddiaçı məxsus birmərtəbəli yaşayış evin qiymətləndirilən əmlakın satışların müqayisəsi metodu ilə bazar dəyəri 64000 000 manatdır.
9. İcraat zamanı iddiaçı barışıq sazişi təqdim etmiş, lakin cavabdeh bununla razılaşmadığından məhkəmə işə mahiyyəti üzrə baxmağa davam etmişdir.
10. X 1 xx.xx.2022-ci il tarixli, 113 saylı rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən, İddiaçı yaşadığı fərdi yaşayış evinin 0,075 ha (750 kv metr) həyətyanı torpaq sahəsinin çatışmayan 0,025 ha (250 kv metr) hissəsini müəyyən etmək texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Qonşu sahəyə doğru 3,5 metr ölçüdə birinci sərhəd çəkilməli, birinci sərhədin sonuncu nöqtəsindən şimal-şərqə doğru 31 metr ölçüdə (İddiaçı mövcud hasarının qurtaracaq hissəsindən ikinci sərhədə qədər 4,30 metr ara məsafəsi saxlamaq şərtilə) ikinci sərhəd çəkilməli, ikinci sərhədin son nöqtəsindən cənub-şərqə doğru 28,6 metr ölçüdə (İddiaçı mövcud hasarından 4,45 metr ara məsafəsi saxlamaq şərti ilə) üçüncü sərhəd çəkilməli və üçüncü sərhədin nöqtəsindən c ənub-şərqə doğru İddiaçı mövcud hasarına bitişik 4,45 metr ölçüdə dördüncü sərhəd çəkilməli olduğu qeyd edilmişdir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-4959/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə mövqeyini iş materiallarına istinadən əsaslandırmış və qeyd etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Lenin Rayon X3 İcra Komitəsinin qərarı ilə xx.xx.1990-cı il tarixdə İddiaçı bostançılıq məqsədləri üçün Razin qəsəbəsindəki Bül-bülə gölünün yaxınlığında 1000 kv metr torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsinin ayrılmasından uzun müddət yəni 30 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçı adına ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüq uqunu (torpaq sahəsinin onun qanuni istifadəsində olmasına) təsdiq edəcək sənədi dövlət reyestrində qeydiyyata salmamışdır. Nə qədər ki, qeyd edilən torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçməmişdirsə, yəni onun sərhədləri müəyyən edilməmişdirsə, cavabdeh tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə müdaxilənin olmasını müəyyən etmək mümkün deyildir.
13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 157.2 və 157.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməs ini yalnız torpaq sahəsinin ayrılmasından uzun müddət, yəni 30 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçının onun adına ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnu (torpaq sahəsinin onun qanun istifadəsində olmasına) təsdiq edəcək sənədi dövlət reyestrində qeydiyyata salmamasına görə iddianı təmin etməkdən imtina etmişdir. Məhkəmə işin faktiki hallarını, işdəki sübutları düzgün qiymətləndirməmiş, nəticədə tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, sözügedən qətnəmə ilə razı deyil. Qətnamə çoxsaylı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən, ədalətsiz və qanunsuz olduğundan apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməli, iddia tələbləri isə təmin edilməlidir. Məhkəmə öz qətnaməsində iddiaçının “Veteranlar haqqında” Azərb aycan Respublikasının Qanunu ilə (maddə 11) mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını nəzərə almamışdır. Qüvvədə olan bu imperativ normanı görməzdən gəlmişdir. Birinci instansiya məhkəməsi həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın olmamasını əsas gətirərək əsassız olaraq iddiaçının bu hüququnun olmaması qənaətinə gəlmişdir.
16. Məhkəmə iclasında cavabdeh iddia tələbinə və apellyasiya şikayətinə etiraz etsə də, torpaq sahəsinin qismən, az ölçüdə qaytarılmasına etiraz etməmişdir.
17. Apellyasiya baxışı zamanı tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertizanın 07 iyun 2023-cü il tarixli, 10/1918 nömrəli rəyində göstərilir ki, iddiaçıya “Lenin rayon X3 İcra Komitəsi”-nin 30 mart 1990-cı il tarixli 9/28 nömrəli qərarı əsasında Sabunçu rayonu Razin qəsəbəsindəki Bül-Bülə gölünün yaxınlığında ayrılmış torpaq sahəsinin faktiki sahəsinin 750 kv metr (0.075ha) təşkil etdiyi müəyyən olunur. Lakin mülki iş materiallarında olan "Lenin Rayonu X3 İcra Komitəsi"nin xx.xx.1990-cı il tarixli, 9/28 nömrəli qərarında mübahisə predmeti olan torpaq sahəsinin texniki göstəricilərinə dair (en, uzunluq, döngə nöqtələrinin koorinatları və s.) hər hansı bir məlumat olmadığından həmin torpaq sahəsinin çatışmayan hissəsinin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin yaxud digər istiqamətlərdə olan qonşu torpaq sahələrinin hansı hissələri ilə üst-üstə düşməsinin müəyyən edilməsi mümkün olmamışdır.
18. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 14 iyul 2023-cü il tarixli, 2(103)-1707/2023 nömrəli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.Hüseyn və V.Ə.Baxışova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılma sına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
20. Qeyd olunanlardan əlavə, X1 xx.xx.2022-ci il tarixli, 113 saylı rəyində olduğu kimi, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza rəyi ilə də iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsinin 250 kv metr az olduğu təsdiq olundu. Bu faktı yaxud çatışmayan hissənin onun istifadəsində olmasını cavabdeh də birbaşa mübahisələndirmir. İşdə olan sübutlarla, o cümlədən ekspertiza rəyləri və tərəflərin izahatlarından bəlli olur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin bir tərəfindən ümumi istifadədə olan yol keçir, d igər iki tərəfi isə cavabdehin faktiki istifadəsində olduğu ərazi, bir tərəfində isə iddiaçıdan da əvvəl həmin ərazidə yaşayan başqa şəxsin istifadəsində olan torpaq sahəsi yerləşir. Demək ki, iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsinin texniki göstəricilərinə dair (en, uzunluq, döngə nöqtələrinin koorinatları və s.) hər hansı bir məlumat olmasa da, həmin torpaq sahəsinin çatışmayan hissəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin hissələri ilə üst-üstə düşür. İşdə olan xx.xx.2022-ci il tarixli tərəflər və cavabdehin oğlu tərəfindən imzalanmış barışıq sazişinin (bax.i.v.93-94) şərtlərində də cavabdeh tərəf X1 xx.xx.2022-ci il tarixli, 113 saylı rəyində göstərilən cizgilər üzrə 250 kv metr torpaq sahəsinin iddiaçıya verəcəyinə razılaşmışlar. Lakin birinci instansiy a məhkəməsində cavabdeh barışıq sazişini imzalasa da, məhkəmə onu təsdiq etməkdən imtina etmişdir. Apellyasiya baxışı zamanı da məhkəmə tərkibinin mübahisənin barışıq sazişi ilə tamamlamaq barədə təklifinə baxmayaraq cavabdeh iddiaçıya 250 kv. metr deyil nisbətən az ölçüdə faktiki zəbt etdiyi torpaq sahəsini qaytara biləcəyini bildirdi. Çünki işin mübahisəsiz halı həm də cavabdeh tərəfin istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyənedici sənədin olmamasıdır. Göründüyü kimi, bütün bu hallar da iddianın əsaslı edən amillər hesab olunur. Bir daha qeyd olunur ki, iddiaçıya qanuni əsaslarla 1000 kv. metr torpaq sahəsi ayrılsa da, faktiki olaraq bunun 250 kv. metri istifadəsində deyil. Ancaq vaxtilə həmin qərar qəbul edilərkən yaxud sonradan torpaq sahəsinin cizgisinin və s xeminin tərtib edilməməsi də, iddiaçını çatışmayan sahəni hüququnu pozan, yəni torpaq sahəsini zəbt edən cavabdehdən tələb etməyə maneə deyil. Çünki torpaq sahəsi (onun yerləşdiyi ərazi) elə bir unikal təbiət obyektidir ki, onun məhv edilməsi yaxud yoxa çıxması mümkün deyil. Ona görə də, birinci instansiya məhkəməsinin mövqeyinə heç cür haqq qazandırıla bilməz. İddiaçıya ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində bu gün qeydə alınsa belə, onun sərhədlərini müəyyən etmək üçün yenə də hansısa cizgi planı və.s olmalıdır. Əgər vaxtıilə belə bir dəqiq cizgi planı və.s tərtib olunmayıbsa, hazırda torpaq sahəsi qeydə alınarkən çəkiləcək cizgi planı və.s mövcud vəziyyətə uyğun olacaq ki, yəni 1000 kv. metrdən az olacaq ki, bu da yenə də iddiaçının çatışmayan 250 kv. metr torpaq s ahəsini geri tələb etməsi üçün əsas olmaya biləcək.
21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.8, 157.1, 157.2, 157.4, 157.8, 158.4, 164.1, 164.2 və 165.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 6.1, 6.2 və 6.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli torpaq sahəsinin indiyədək - 30 ildən atrıq bir müddət ərzində hansı səbəbdən qeydə alınmamasının səbəblərini araşdırmamış, bu barədə iddiaçıya müvafiq suallar ünvanlamamışdır. Əsassız olaraq iddaçını mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi göstərmişdir. Baxmayaraq ki, cavabdeh 30 ildən artıq müddətdir ki, torpaq sahəsinin istifadəçisidir və iddiaçı həmin müddət ərzində buna heç bir etiraz bildirməmişdir.
24. Bundan başqa apellyasiya məhkəməsi kollegiyası qətnamədə qeyd edilən hüquq normasına istinad etsə də, həmin normanı cavabdehin xeyrinə şərh etməmişdir. Belə ki, həm iddiaçının özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində, həm də tərəflərin izahatlarından görünür ki, cavabdeh 30 ildən artıq mübahisəli torpaq sahəsinin bir hissəsindən etirazsız istifadə etmişdir. İddiaçı həmin müddət ərzində cavabehə qarşı h eç bir tələb irəli sürməmişdir. Belə olan halda cavabdehin həmin torpaq sahəsini zəbt etməsi barədə göstərilənlər tamamilə əsassızdır. Əksinə, cavabdehin iddiaçının "susma"sı halında torpaq sahəsinə fasiləsiz 30 il müddətində sahiblik etməsi onun qanunu sahib kimi tanınmasını zəruri etmiş və buna hüquqi imkan yaranmışdır. Məhkəmə kollegiyası bunları nəzərə almamış və iddiaçının 30 ildən artıq müddət ərzində öz əmlakını tələb etməməsinin səbəbini aydınlaşdırmamışdır.
25. Keçirilmiş "tikinti-texniki ekspertizası"nın rəyinə düzgün qiymət verməmiş və iş üzrə yekun nəticəyə gələrkən nədənsə iddiaçıya məxsus 1000 kv metr torpaq sahəsinin 250 kv metrinin cavadehdə olması qənaətinə gəlmişdir. Baxmayaraq ki, rəydə 250 kv metretr torpaq sahəsinin kimdə olmasının müəyyən edilməsinin mümkün olmadığı a ydın şəkildə göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı (Vəkil1) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 139-1.1 və 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (AR Prezidenti) tərəfindən müəyyən edilmiş sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının(yüklülüyünün ) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
28. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
32. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümləd ən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
33. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
34. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
35. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
36. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır.
45. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər ilə apellyasiya instansiyası məhkəməsində baxılarkən də irəli sürülmüş, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Apellyasiya məhkəməsi haqdı olaraq hesab etmişdir ki, iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsinin texniki göstəricilərinə dair (en, uzunluq, döngə nöqtələrinin koorinatları və s.) hər hansı bir məlumat olmasa da, həmin torpaq sahəsinin çatışmayan hissəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin hissələri ilə üst-üstə düşür. Tərəflər və cavabdehin oğlu tərəfindən imzalanmış, lakin məhkəmə tərəfindən təsdiq edilməmiş 06 oktyabr 2022-ci il tarixli barışıq sazişinin şərtlərində də cavabdeh tərəf iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 250 kv metr torpaq sahəsini zəbt etdiy ini etiraf etmişdir.
48. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1707/2023 nömrəli iş üzrə 14 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.