Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4266/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi və işə bərpa, və məcburi işburaxma günləri əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3436/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinə əsasən Cavabdeh MMC-yə xəzinədar vəzifəsinə işə götürülmüşdür. 2. 10 noyabr 2022-ci il tarixli 3 767/22 saylı əmrə əsasən İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğu üçün bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
3. Müəssisədaxili intizamın pozulması haqqında xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, İddiaçı 2022-ci il ərzində bir çox satışı müştəridən məbləği nağd almasına baxmayaraq üzərində olan karta mədaxil etmiş və müştərilərin satışlarını kart vasitəsilə qeydiyyatını aparıb kartından ödənişlər etmişdir. Xəzinədarın üzərində ola n kart cashback kartıdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə yanlışlqla kartından ödədiyi 499,75 AZN dəyərində məbləği sonradan bilib və xx.xx.2022-ci il tarixdə həmin məbləği geri qaytarma etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əmrin surətini və əmək kitabçasını 27 dekabr 2022-ci il tarixdə MMC-dən götürmüşdür. İşdən azad olunmağına səbəb kim i 21 oktyabr 2022-ci il tarixdə “Emporium Man” mağazasında xəzinədar vəzifəsində çalışarkən kassa əməliyyatları zamanı baş vermiş nöqsan göstərilmişdir. Halbuki faktiki olaraq heç kimə heç bir ziyan dəyməmişdir, sadəcə texniki prosedurlara düzgün əməl olunmamışdır. Hesab edir ki, işdən azad olunmağı qanunsuzdur.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmiş və bildirmişdir ki, iddiaçı müştərilərin nağd olaraq kassaya təqdim etdikləri pul vəsaitlərini mənimsəyərək şəxsi bank kartları vasitəsilə ödənişləri rəsmiləşdirmiş və ödənşlərdən yaranan “cashback” bonuslarını şəxsi məqsədlərlə istifadə etmişdir. Kassa əməliyyatları zamanı aşkarlanmış nöqsan nəticəsində iddiaçının təqsiri ucbatından cavabdehə 724,94 manat dəyərində dəymiş ziyan iddiaçı tərəfindən ödənilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(009)665/2023 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin olunmuş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə 10 noyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət olunmuşdur.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə yol aça bilər. Halbuki hazırki işdə cavabdeh (işəgötürən) tərəfindən sadalanan halların mövcudluğunu təsdiq edə biləcək hər hansı möt əbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə də sübut olunur ki, cavabdehə dəymiş ziyan iddiaçı tərəfindən işdən azad olunmamışdan öncə ödənilmişdir. Bununla da, işəgötürənin hüquqlarına və mənafelərinə hər hansı bir ziyan dəydiyi təsbit olunmur.
9. Məhkəmə eyni zamanda qeyd eetmişdir ki, qanunun tələbinə əsasən işəgötürənin hüquqlarına və mənafelərinə dəymiş ziyan işçinin qəsdən və səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyi səbəbindən yaranmalıdır. Halbuki tərəflərin izahatlarından və iş materiallarından da görünür ki, işçinin işəgötürənə ziyan vurmaqda heç bir qərəzli məqsədi olmamışdır. İddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əs asla xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğu ehtimalını yaradır.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 71, 72-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, mübahisələndirilən əmr qanunidir, qanunvericiliyin tələblərinin pozulması, iddiaçı tərəfindən gəlir əldə etmək məqsədi ilə, vəzifəsindən və etimaddan sui-istifadə edərək, kassa əməliyyatlarını pozaraq, 2022-ci ilin yanvar-iyul aylarında mütəmadi olaraq alıcıların satılmış mallara görə nağd ödədikləri pulları özünə götürərək, sonradan malların dəyərini özünə məxsus bank kartı vasitəsilə ödəməsi, nəticədə 48330 manat məbləğində hesablaşma apararaq, 966,58 manat məbləğində “cask back” əldə etməsi, nagd ödənişlərdən fərqli olaraq post terminal vasitəsilə ödənilən məbləğlərə görə bank tərəfindən MMC-dən 1,5 faiz həddində xidmət haqqının da tutulması, xidimət haqqı olaraq 724,84 manat pul ödənilməsi, MMC-yə ziyan dəyməsi, iddiaçının izahatında bu halları etiraf etməsi, məqsədinin “cask back”-dən gəlir əldə etmək olmasını göstərməsi, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi q iymət verilməməsi, iddiaçının qeyd olunan qanunsuz əməlləri nəticəsində cavabdehə ziyan vurmasının sübut olunması, lakin məhkəmənin bu halları nəzərə almaması ilə qəbul edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), G.T.Axundova və F.F.Babayev) 2(103)-3436/2023 nömrəli, 21 iyul 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-665/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, ilkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması, i ddiaçının xəzinədar vəzifəsinə işə qəbul edilməsi, 01 fevral 2021-ci il tarixdə isə administrator-xəzinədar vəzifəsinə keçirilməsi, həmçinin iddiaçı ilə 12 aprel 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin də bağlanması, iddiaçının “Xəzinədar” vəzifə təlimatı ilə məlumatlandırılması işin mübahisə olunmayan hallarıdır.
15. Bununla yanaşı, işdə olan müəssisədaxili intizamın pozulması haqqında 23 oktyabr 2022-ci il tarixli aktın və təqdimatın surətlərindən görünür ki, iddiaçı 2022-ci il ərzində bir çox satış üzrə məbləği müştəridən nağd alaraq özündə olan karta mədaxil etmiş və sonradan ödənişi kartı vasitəsilə həyata keçirmiş, müəssisəyə ziyan vurmuşdur.
16. İşdə olan, iddiaçının Cavabdeh MMC-nin diroktoru S.F.Axundova yazdığı 20 oktyabr 2022-ci il tarixli və 21 oktyabr 2022 -ci il tarixli izahatlarından görünür ki, iddiaçı müştərilərin nağd qaydada ödədiyi pulları özünə məxsus, Rabitəbanka aid karta yükləyərək, sonradan kartla əməliyyatları həyata keçirmişdir. Məqsədi “cask back” əldə etmək olmuşdur. Bu məqsədlə, 2021-ci ilin dekabr ayından bu günədək 724,94 manat pul əldə etmişdir. Şirkətə dəymiş ziyanı ödəməyə hazırdır.
17. İşdə olan, iddiaçının Cavabdeh MMC-nin diroktoru S.F.Axundova yazdığı 21 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı vurduğu ziyanı ödəməsini və əməlindən peşiman olmasının nəzərə alınaraq, əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir.
18. İşdə olan 10 noyabr 2022-ci il tarixli, 3 767/22 saylı əmrdən çıxarışdan görünür ki, “Emporium Man” mağazasının xəzinədar-administratoru İddiaçı 2021-2022-ci illərin dekabr iyul ayları ərzində tutduğu vəzifədə ona göstərilmiş etimaddan sui-istifadə edərək, tamah məqsədi güdərək, apardığı kassa əməliyyatlarında ödəniş zamanı təqsirli hərəkətləri nəticəsində vurduğu ziyana (724,94 manat) görə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
19. İddiaçı hazırda onun işdən azad edilməsini qanunsuzluğunu mübahisələndirir və barəsində olan əmrin ləğvini, əvvəlki işinə bərpa edilməsini və s. tələb edir.
20. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, qanunvericiliyin tələblərinə əsasən işçinin yol verdiyi səhvin onun əmək müqaviləsinə xitam verilməsinə əsasən təşkil etməsi üçün qeyd olunan bu hal nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə yol aça bilər. Halbuki hazırki işdə cavabdeh (işəgötürən) tərəfindən sadalanan halların mövcudluğunu təsdiq edə biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə də sübut olunur ki, cavabdehə dəymiş ziyan iddiaçı tərəfindən işdən azad olunmamışdan öncə ödənilmişdir. Bununla da, işəgötürənin hüquqlarına və mənafelərinə hər hansı bir ziyan dəydiyi təsbit olunmur. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, qanunun tələbinə əsasən işəgötürənin hüquqlarına və mə nafelərinə dəymiş ziyan işçinin qəsdən və səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyi səbəbindən yaranmalıdır. Halbuki tərəflərin izahatlarından və iş materiallarından da görünür ki, işçinin işəgötürənə ziyan vurmaqda heç bir qərəzli məqsədi olmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa həmin əsasla xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğu ehtimalını yaradır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etmişdir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqət i və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.
22. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
24. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
25. İş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı cavabdeh MMC-də işlədiyi (“Emporium” mağazasında) dövrdə 2021-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayınadək müştərilərin aldıqları əşyalara görə nağd qaydada ödədikləri pul vəsaitlərini maddi məsul şəxs olaraq xəzinəyə (kassaya) mədaxil etmək əvəzinə, həmçinin xəzinə əməliyyatlarına zidd olaraq onları özünə götürmüş, qanunsuz olaraq özünə məxsus bank kartına mədaxil etmiş, sonradan həmin kart vasitəsilə nağdsız formada ödəniş əməliyyatlarını həyata keçirmiş, bununla da özünə qazanc (“cask back”) əldə etmiş, eyni zamanda cavabdeh əlavə olaraq bank xidmətlərini ödəmək məcburiyyətində qalmışdır.
26. İşdə olan, xəzinədarın vəzifə təlimatından da görünür ki, müştərilərdən nağd ödənişləri qəbul etmək, təhvil veriləcək pulun mühafizəsini təmin etmək, pulu aidiyyəti üzrə təhvil vermək və s. xəzinədarın vəzifələrindəndir.
27. Həmçinin, “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nın (bundan sonra, Qaydalar) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinet inin 30 sentyabr 2020-ci il tarixli Qərarının 2.3-cü bəndinə əsasən, vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən,.... və s. mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir.
28. Qaydaların 3.1-ci bəndinə əsasən kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində vergi ödəyicisinin rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər.
29. Qaydaların 3.2-ci bəndinə əsasən kassaya nağd pul vəsaitləri vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbə rlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə mədaxil edilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir.
30. Qaydaların 4.11-ci bəndinə əsasən, xəzinədar tərəfindən ona həvalə edilmiş işlər yalnız onun tərəfindən icra edilir.
31. Göründüyü kimi, iddiaçının əmək funksiyalarını, maddi məsul şəxs kimi üzərinə düşən vəzifələri, xəzinə təlimatını, habelə qanunvericiliyin tələblərini pozması, nəticədə həm də cavabdehə maddi ziyan vurması işin hallarından, tədqiq olunmuş sübutlardan, eləcə də tərəflərin izahatlarından açıq-aşkar müəyyən olunur.
32. İddiaçı özü də qeyd edilən halları istər cavab deh MMC-nin rəhbərliyinə yazdığı ilkin izahatlarında, istərsə də məhkəmə araşdırması zamanı etiraf etmiş, sadəcə dəymiş ziyanı ödədiyindən əmək müqaviləsinə öz xahişi ilə xitam verilməli olmasını göstərmişdir.
33. Belə olan halda isə, birinci instansiya məhkəməsinin “işəgötürənin hüquqlarına və mənafelərinə hər hansı bir ziyan dəydiyi təsbit olunmur” kimi nəticəyə gəlməsi anlaşılmaz olmaqla, işin halları ilə uzlaşmır.
34. Bununla yanaşı, iddiaçının dəymiş ziyanı sonradan könüllü olaraq ödəməsi halı, ümumiyyətdə ziyanın vurulmaması anlamına gələ bilməz.
35. Göründüyü kimi, iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur.
36. Həmçinin qeyd edilməlidir ki, ƏM-nin 186-cı maddəsinə əsasən işçi əmək funks iyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
37. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 186-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, işçiyə qeyd edilən intizam tənbehlərindən hər hansı birinin verilməmsi işəgötürənin hüququ kimi müəyyən olunmuşdur.Belə olan halda, birinci instansiya məhkəməsinin “iddiaçıya töhmət, xəbərdarlıq edilmədən, digər tənbeh tədbirləri görülmədən əmək müqaviləsinə birbaşa xitam verilməsi işəgötürənin işçiyə qarşı qərəzli mövqedə olduğu ehtimalını yaradır” kimi mövqeyi əsassız olmaqla, işin halları və qanunvericiliyin tələbləri ilə uzlaşmır.
38. Birinci instansiya məhkəməsi cavabdehin qərəzli mövqeyinin məhz nədə ifadə olunmasını, hansı sübutlarla təsdiq olunmasını və s. bu kimi halların ümumiyyətlə nədə ifadə olunmasını qətnamədə göstərə bilməmiş, formal mülahizələrdən çıxış etmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi iddiaçı tərəfindən törədilmiş pozuntuların xarakterinə uyğun olmuş, əmr qanuni və əsaslı verilmiş, bu zaman qanunvericiliy in tələbləri (əvvəlcədən işçinin izahatının alınması və s.) gözlənilmişdir.
40. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
41. Bununla yanaşı, məhkəmə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması istiqamətində prosessual imkanlardan lazımi qaydada istifadə etməmiş, düzgün nəticəyə gəlinməsi üçün zəruri olan bəzi sübutların (məsələn, tərəflər arasında bağlanmış əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə və s.) işə əlavə olunmasını tərəflərə təklif etməmişdir.
42. Xüsusilə əmək mübahisələrinə baxılan zamanı bəzi zəruri sənədlərin (məsələn, əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə və s.) təqdim edilməsinin tərəflərə təklif olunması məhkəmənin xidməti vəzifələrindən irəli gəlməklə, onun qərəzsizliyinə xələ l gətirmir, əksinə mübahisəyə baxılaraq, düzgün nəticəyə gəlinməsinə xidmət edir.
43. İşdən həmçinin görünür ki, birinci instansiya məhkəməsi hazırlıq mərhələsindən səmərəli istifadə etməmiş, tərəflərə zəruri sübutların təqdim olunmasına şərait yaratmamış, yalnız bir iclas keçirməklə (cavabdeh tərəfin nümayəndəsinin iştirakı təmin olunmadan) işi kifayət qədər hazırlanmış hesab etmiş və məhkəmə baxışına təyin edərək yekun məhkəmə aktı qəbul etmişdir.
44. Qeyd edilən zəruri sübutların təqdim olunmaması məhz birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının düzgün tətbiq olunmamasından irəli gəldiyindən, apellyasiya baxışı zamanı MPM-in 77.3-cü maddəsinin tələbləri tərəflərin diqqətinə çatdırılmaqla müvafiq sənədlər əldə olunmuşdur.
45. Bu səbəbdən də təqdim olunmuş zəruri sənədlə r (əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə, xəzinədarın vəzifə təlimatı və s.) apellyasiya baxışı zamanı qanunvericiliyə zidd yeni sübutların qəbulu kimi qiymətləndirilə bilməz.
46. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci 71-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “ç” və “e” bəndlərinə, 186, 191, 192-ci maddəsinin 1-ci hissəsinə, MPM-nin 14.2, 77.1, 77.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
47. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)3436/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi tam ləğv olunmasını və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016-ci il tarixdə Cavabdeh MMC-ə işə qəbul olunmuşdur. 10 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən onun işdən azad olunmağı barədə əmr verilmişdir və o, işdən azad olunmuşdur. Əmrin surətini və əmək kitabçasını 27 dekabr 2022-ci il tarixdə Cavabdeh MMC-ə gedərək şəxsən götürmüşdür. İşdən azad olunmağına səbəb kimi 21 oktyabr 2022-ci il tarixdə “EmporiumMan” mağazasında xəzinədar adminstratoru vəzifəsində çalışarkən kassa əməliyyatları zamanı baş vermiş nöqsan göstərilmişdir. Halbuki, faktiki olaraq heç kimə heç bir ziyan dəyməmiş, texniki prosedurlara düzgün əməl olunmamışdır. Ona görə də hesab edir ki, müdiriyyət tərəfindən qanunsuz işdən çıxarılmışdır. Buna görə də Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əvvəlki vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilərək Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 665/2023 saylı qətnaməsi ilə iddiası tam təmin olunmuşdur.
49. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3436/2023 saylı qətnaməsi ilə Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-665/2023 saylı qətnaməsi ləğv olunmuş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir və onun iddiası rədd edilmişdir. Hesab edir ki, çıxarılmış qətnamə qanunsuzdur. Belə ki, o, heç bir zərər vurmamışdır və f əaliyyət göstərdiyi müddətdə müştərilərin etdiyi alış-veriş zamanı ödədikləri nağd məbləğləri qeyri nağd həyata keçirmişdir. Bunu etməkdə məqsədi isə sadəcə “cashback” əldə etmək olmuşdur. 2021-ci ilin dekabr ayından 724,94 manat “cashback” əldə etmişdi. Əslində bu əməliyyatla şirkətə heç bir zərər dəyməmişdir. Sadalanan hal AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması üçün əsas ola bilməz. Baxmayaraq ki, cavabdeh tərəfindən göstərilən “ziyan” onun tərəfindən dərhal ödənilmişdir. Aradan 3 ay müddət ötdükdən sonra işdən azad olunmuşdur. İşlədiyi dövr ərzində heç bir töhmət, xəbərdarlıq və digər tənbeh tədbiri almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin t əmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişiklik edilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
51. Maddə
5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
52. Maddə 11
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini
53. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:..ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;...
54. Maddə 68.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
55. Maddə 71
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
56. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:...c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülki yyətçiyə maddi ziyan vurması;... e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
57. Maddə 186
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğ v etmək.
58. Maddə 191
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
59. Maddə 192.
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Mülki Prosessual Məcəllə
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozunt usu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellya siya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və onlara prosessual hüquq normalarının tələbinə uyğunu hüquqi qiymət verilmiş, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiy ası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyul 2023-cü il tarixli 2(103)3436/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.