Məhkəmə qərarları › İş №2(102)-4268/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4268/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4268/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə,Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X12, cavabdeh Cavabdeh və vəkili X33 oğlunun iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: T.B.Axundov; 2(004)-7334/2018) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov;(sədrlik edən və məruzəçi) İ.S.Şirinov və E.C.Kazımov 2(103)-2321/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh Cavabdeh Əlağa oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 55000 manat pulun tutulmasıbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,cavabdeh Yasamal RPİ-nin İŞnin müstəntiqi vəzifəsində xidmət edərkən 09.09.2016-cı il tarixdə q ızı X17 barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlayıb istintaq aparmışdır. Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda göstərmişdir ki, 14 avqust 2015-ci il tarixdən 08 sentyabr 2016-cı il tarixədək ünvan 1 ünvanda yerləşən “xxxx” MMC-nin ofisinin kompyuterindəki “Excel” proqramının ümumi hesabat və kassaya aid olan mühasibat hissələrinə daxil olaraq həmin proqramın qrafalarında keçmiş tarixlərə aid tamah niyyəti ilə xeyli sayda dəyişiliklər edərək özündən uydurduğu şəxslərin adlarını və guya sonuncuların ödədikləri nağd pul vəsaitinə aid rəqəmləri mədaxil etmiş və sonradan həmin şəxslərin turist səhayətinə dair guya sifariş etdikləri tur-paketlərin ləğv olunduğunu yalandan bildirərək a parmış olduğu mövcud olmayan əməliyyata dair qəbzi MMC-nin direktoru X9 təqdim edərək etibarından suiistifadə edib aldatmaqla 08 sentyabr 2016-cı il tarixdə göstərilən ofisdə həmin qəbzdə qeyd etdiyi 9.522 manat və 1.220 Avro –milli pul evkivalenti ilə 2.214 manat 48 qəpik nağd pul vəsaitini həmin turistlərə qaytaracağı adı ilə R8 götürərək ələ keçirmiş və bununla da zərərçəkmiş X9 ümumilikdə 11.736 manat 48 qəpik külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq zamanı cavabdeh 10.09.2016-cı il tarixdə saat 20.00-da “Nağd pul vəsaitinə baxış keçirilməsi haqqında” protokol tərtib edib, onun tərəfindən qızının müdafiəçisi X10 vasitəsilə təqdim olunmuş 55000 manat pul vəsaitini götürüb, “depozit hesaba yerləşdirilməsi və sonradan zərərçəkmiş R8 təqdim olunması üçün isintaqa t əhvil verilmişdir” cümləsi ilə protokola qeyd etmişdir. Cavabdeh öz xidməti otağında təqdim olunmuş pul vəsaitinə zərərçəkmiş şəxs R8 və onun vəkili Vəkil iştirakı ilə baxış keçirib Azərbaycan Respublikasının DİN-nin 42 saylı möhürü ilə möhürləmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının CPM-nin 129.2, 129.2.2. və 129.4-cü maddələrinin tələblərini pozaraq zərərçəkiş R8 və onun vəkili Hüseyn Həsənovun iştirakı ilə “Maddi sübutu məsul saxlanca təhvil vermə haqqında” 10.09.2016-cı il tarixdə daha bir protokol tərtib edərək 55000 manat nağd pul vəsaitini 10.09.2016-cıil tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınmasını göstərərək həmin məbləği dövlət bankına təhvil vermək əvəzinə zərərçəkmiş şəxs R8 təhvil vermişdir. Cinayət işinin istintaqı sonradan Azərbaycan Respublikasının Baş pro kuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Rafael Süleymanova tapşırılmış və onun 09.01.2018-ci il tarixli “cinayət işinin icraatına” xitam verilməsi haqqında” qərarı ilə Azərbaycan Respublikasının CPM-nin 39.1.111, 40.1, 40.2 və Azərbaycan Respublikasının CM-nin 73-1, 74 maddələrinə əsasən iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, “iş materialları ilə X30 9522 manat və 1500 Avro deyil, 9422 manat və 1220 Avro, ümumilikdə 11773,38 manat vəsaiti aldatma və sui istifadə etmə yolu ilə ələ keçirməsi xüsusatı üzrə ittiham verilməlidir” Müstəntiqin qərarına əsasən qızına 11773.38 manat vəsaitin aldatma və sui-istifadə etmə yolu ilə ələ keçirilməsinə görə ittiham elan olunmuşdur. Həmçinin, 09.01.2018-c i il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərarda qeyd edilmişdir ki, “İstintaq zamanı toplanmış materiallarda N8 tərəfindən qeyd edilən, yəni, 55000 manat miqdarında vəsaitin ələ keçirilməsi və bununla da “xxxx” MMC və ya R8 zərər vurması kifayət qədər təsdiq olunmamıdır. Müstəntiqin həmin qərarından göründüyü kimi, qızı N8 tərəfindən 55000 manat pul vəsaiinin dələduzluq yolu ilə ələ keçirilməsi faktı istintaq materialları ilə öz təsdiqini tapmamıdır. Lakin buna baxmayaraq istintaq zamanı müstəntiq Cavabdeh təqdim olunmuş 55000 manat pul vəsaiti ona qaytarılmamışdır. Beləliklə də, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona zərər vurulmuş və onun tərəfindən ona 55000 manat pulun qaytarılması barədə öhdəlik yaranmışdır. O məhkəməyə müraciət etdiyi günədək cavabde h pulun heç bir hissəsini qaytarmamışdır. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, fərdi vəkil fəaliyyəti ilə məşğul olan X10 iddia tələbinə cavabdeh kimi daxil edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, 10.09.2016-cı il tarixdə saat 20.00-da «Nağd pul vəsaitinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, cavabdehə onun tərəfindən qızının müdafiəçisi vəkil S6 vasitəsilə 55000 manat pul vəsaiti təqdim olunmuşdur. Məhkəmə baxışı dövründə iddiaçı digər bir ərizə ilə məhkəməyə müraciət edərək vəkil S6 barədə ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Qeyd olunanları nəzərə alıb, iddanın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şi kayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti dəlilləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.2-ci maddələrinin VƏ Azərbaycan Respublikası CPM-nin 129.2,129.2.2, 129.4-cü maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir.Birinci instansiyası məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi öz qətnamələrində cavabdeh Bakı şəhəri Yasamal RPİ İstintaq şöbəsinin müstəmtiqi polis mayoru Cavabdeh etdiyi səhvə görə barəsində intizam tənbehinin(xəbərdarlıq) tətbiq edilməsini nəzərə aldıqlarını qeyd etsələr də, lakin həmin xəbərdarlıq tətbiq edilməsi iddiaçının 5 5000 pulun qaytarılması onun öhdəliklərindən yaxa qurtarması anlamına gətirib çıxarmır və onun öz səlahiyyətini yerinə yetirərkən səhvə yol verməsini bir daha təsdiq edir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Cavabdeh kimi qəbul etməməsi heç bir qanuni əsasa söykənməmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili X33 kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunu n tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə a raşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, işə birinci instansiya məhəkəməsində baxılarkən, məhkəmə baxışı zamanı cavabdeh tərəf Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyi və iddiaya cavab verməli olmayan şəxsə verildiyi üçün ilk iddiaçını və cavabdehi əsl iddiaçı N8 və cavabdeh R8 ilə əvəz edilməsinə dair vəsatət versə də, iddiaçı tərəf buna razı olmadığı üçün, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmaqda davam etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş: Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Cavabdeh vət. X5 şikayət ərizəsi əsasında toplanmış HK-1/697 saylı material üzrə 09.09.2016-cı il tarixdə qəbul etdiyi Cinayət işi başlamaq və icrata qəbul etmə haqqında” qərarın təsdiq edilmiş surətindən görünür ki, X17, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə keçirmək məqsədi ilə tur-menecer işlədiyi ünvan 1 ünvanda yerləşən “xxxx” MMC-nin ofisin kompyuterindəki “Excel” proqramının ümumi hesabat və kassaya olan hissələrinə daxil olaraq həmin proqramın qrafalarında keçmiş tarixlərə aid özündən uydurduğu şəxslərin adlarını və guya sonuncuların ödədikləri nağd pul vəsaitinə aid rəqəmləri mədaxil etmiş və sonradan həmin şəxslərin turist səhayətinə dair guya sifariş etdikləri tur-paketlərin ləğv olunduğunu yalandan bildirərək aparmış olduğu göstərilən əməliyyata aid mövcud olmayan ş əxslərin soyadı və adı və pul vəsaitinin məbləğini daxil etdiyi və öz dəsti xətti ilə yazmış olduğu qəbzi MMC-nin təsisçisi və direktoru X9 təqdim edib, etibarından suiistifadə edib aldadaraq həmin qəbzdə qeyd etdiyi 9.522 manat və 1.220 Avro –milli pul evkivalenti ilə 2.214 manat 48 qəpik nağd pul vəsaitini guya həmin turistlərə qaytaracağı adı ilə R8 götürərək ələ keçirib, zərərçəkmiş X9 ümumilikdə 11.736 manat 48 qəpik külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, X17 əməllərində Azərbaycan Respublikası CM-nin 178.3.2.-ci maddəsinin tərkibinin olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CPM-nin 85, 209, 210 və 217.2-ci maddələrini rəhbər tutub, faktla bağlı toplanmış material üzrə X6 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2.-ci maddəsi ilə cinayət işi başlanması və iştintaqı aparılması üçün icraatınaa qəbul edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Cavabdeh 10.09.2016cı il tarixli qərarı ilə X17 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə 10.09.2016-cı il tarixli, 4(004)904/2016-cı il tarixli qərarından görünür ki, 27.03.1995-ci ildə Bakı şəhəri, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yerləşən “xxxx” MMC-nin tur meneceri vəzifəsində tur menecer vəz ifəsində işləyən ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəs. ************* küçəsində yerləşən «xxxx» MTK-nın binası, mənzil 0227- də yaşayan X6 digər əsaslarla yanaşı, həmdə dəymiş zərərin çox hissəsi ödənildiyindən onun barəsində həbs qəti imkan tədbirinin seçilməsindən imtina edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Cavabdeh «Nağd pul vəsaitinə baxış keçirilməsi haqqında» 10.09.2016-cı il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Cavabdeh, icraatımda Azərbaycan Respublikası CM-nin 178.3.2.-ci maddəsi ilə olan ********* saylı cinayət işinin ibtidai araşdırması ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 134 və 236-cı ma ddələrini rəhbər tutub, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X18 və onun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil X7 iştirakı ilə tərtib edir həmin protokolu ondan ötrü ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X6 barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı 10.09.2016-cı il tarixdə saat 18:30-da Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılmış qapalı məhkəmə iclası zamanı zərərçəkmiş R8 təqsirləndirilən N8 tərəfindən vurulmuş maddi ziyanın hissəvi ödənişi kimi N8 ailə üzvləri tərəfindən onun müdafiəçisi X10 vasitəsi ilə təqdim olunmuş 55.000 Manat nağd pul vəsaiti hakim Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə məhkəmə prosesində katib X11 tərəfindən təhvil alınaraq bu barədə müvafiq protokol tərtib olunmaqla həmin pul vəsaiti depozit hesaba yerləşdirilməsi v ə sonradan da zərərçəkmiş R8 təqdim olunması üçün istintaqa təhvil verilmişdir. Bununla da əlaqədar, hal-hazırda zərərçəkmiş R8 və onun vəkili H6 iştirakı ilə yuxarıda qeyd olunan 55.000 Manat nağd pul vəsaitinə Yasamal RPİ-nin İŞ-də xidməti otağında baxış keçirilərək müəyyən olundu ki, həmin pul vəsaitindən 50.000 manatı 10 ədəd – hər biri 5.000 manat miqdarda olan bağlamalarda “Unibank” bankının möhürü ilə möhürlənmiş və “6 saylı (Baksovet)” adlanan Filialının xəzinədarı F6 tərəfindən imzalanmış qəbzi olan sellofan torba bağlı vəziyyətdədir. Qalan 5.000 manatdan 1.000 manatı açıq vəziyyətdə olmaqla 10 ədəd 100-lük əskinaslardan, 4.000 manat isə hər biri 2.000 manat miqdarda olmaqla “Unibank” bankının və üzərində xəzinadar “Qarayeva G.N” sözlərindən ibarət ştampı olan kağız bağlaması il ə bağlanmış vəziyyətdədir. Bundan sonra, yuxarıda göstərilən “Unibank” bankının möhürü ilə möhürlənmiş və “6 saylı (Baksovet)” adlanan Filialının xəzinadarı F6 tərəfindən imzalanmış qəbzi olan sellofan torba tərəfimdən açılıb sayıldıqda müəyyən olundu ki, içində 1.000 ədəd 50-lik əskinaslardan ibarət cəmi 50.000 manat nağd pul vəsaiti vardır. Daha sonra, “Unibank” bankının və üzərində xəzinədar “*************” sözlərindən ibarət ştampı olan 2 ədəd kağız bağlamalar açılıb sayıldıqda müəyyən olundu ki, hər birinin içində 100 ədəd 20-lik əskinaslar ibarət cəmi 4.000 manat nağd pul vəsaiti vardır. Beləliklə də, keçirilmiş baxış nəticəsində müəyyən olundu ki, yuxarıda qeyd olunan nağd pul vəsaitinin ümumi miqdarı 55.000 ( əlli beş min) manat təşkil edir. Bununla da keçirilmiş baxış tamamlandı v ə yuxarıda qeyd olunan 55.000 (əlli beş min) manat nağd pul vəsaiti tərəfindən sellofan torbaya qablaşdırılaraq DİN-nin 42 saylı möhürü ilə möhürləndi. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Cavabdeh «maddi sübut kimi tanınma haqqında» 10.09.2016-cı il tarixli qərarının surətindən görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X17 tərəfindən törədilmiş dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş zərərçəkmiş X9 məxsus əmlakın-nağd pul vəsaitinin hissəvi ödənişi kimi hazırda təqsirləndirilən şəxs N8 qohumları tərəfindən onun müdafiəçisi S.Əfəndiyevin vasitəsi ilə yuxarıda göstərilən qaydada istintaqa təqdim olunmuş 1.000 (min) ədəd 50-lik (əllilik), 200 (iki yüz) ədəd 20-lik (iyirmilik) və 10 (on) ədəd 100-lük (yüzlük) əskinaslardan ibarət olan cəmi 55.000 (əlli beş min) Azərbaycan Manatı miqdarda nağd pul vəsaiti ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınması və vurulmuş maddi ziyanın ödənilməsini təmin etmək məqsədi ilə məhkəmə baxışınadək məsul saxlanılması üçün zərərçəkmiş şəxs R8 təhvil verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Cavabdeh «maddi sübutu məsul şəxsə saxlanışa təhvil vermə haqqında» 10.09.2016-cı il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Cavabdeh cinayət işi üzrə 10.09.2016-cı il tarixli qərarla maddi sübut kimi tanınmış 55.000 (əlli beş min) manat nağd pul vəsaitinin saxlanılmasına zərurət yarandığından, hazırda və növbəti ü ç gün ərzində respublika ərazisində bayram münasibəti ilə bağlı iş günləri olmayacağından və həmçinin, zərərçəkmiş şəxs R8 10.09.2016-cı il tarixli ərizəsi ilə istintaqa müraciət edərək 7 gün ərzində Bakı şəhərində olmayacağı səbəbindən həmin nağd pul vəsaitinin dərhal onun özünə təhvil verilərək geri qaytarılmasını xahiş etdiyindən, vurulmuş maddi ziyanın zərərçəkmiş şəxsə ödənilməsini təmin etmək məqsədi ilə göstərilən 55.000 (əlli beş min) Azərbaycan Manatı miqdarda nağd pul vəsaitini zərərçəkmiş şəxs R.M.Hüseynovanın özünə təhvil vermişdir. Maddi sübutu təhvil alması ilə bağlı zərərçəkmiş şəxs R8 Azərbaycan Respublikası CM-nin 303.1.-ci maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdar edildi və bildirdi ki, məhkəmə baxışınadək həmin pul vəsaitini tam sayda və miqdarda özündə saxlayacaq. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müşüm işlər üzrə böyük müstəntiqi Rafael Süleymanovun 09.01.2018-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X17 cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. 10.09.2016-cı il tarixdə zərərin ödənilməsi üçün istintaqa təqdim edilmiş, həmin tarixli protokolla isə saxlanılması üçün X13 təhvil verilmiş 55000 manat məb ləğində pulun qaytarılması tələbi mülki xarakterli tələb olduğundan bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olması barədə N8 və İddiaçı məlumat verilmişdir. Cinayət işinin Bakı şəhəri, Yasamal rayon polis İdarəsinin Poils şöbəsinin müstəntiqi polis mayoru Cavabdeh N8 barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi üçün İddiaçı 15000 manat pul alması, N8 polis İdarəsində qanunsuz saxlanılması, Yasamal rayon polis İdarəsinin əməliyyat müvəkkili F6 və digər polis əməkdaşları tərəfindən N8 şərəf və ləyaqətinin alçaldılması və X20 100 manat pul alması epizodları üzrə cinayət Bakı şəhəri, Yasamal rayon prokurorluğunun 02 aprel 2017-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi nəzərə alınmışdır. 10 noyabr 2016-cı il tarixdə R8 təqdim etdiyi təsisçisi və direktoru olduğu «xxxx) MMC-nin ofisində olmuş kompyuterdəki «Excel» proqramınm müvafiq səhifələrinin 37 vərəqədə A-3 formatında olan surətlərini və onların elektron əksi, (1 ədəd fbş kart və disk) həmçinin «gündəlik hesabat və kassa» adlanan dəftərləri, bundan əlavə «ümumi hesabat və kassa» adlanan jurnalları, bundan başqa, müxtəlif partnyor şirkətlərdən əldə etdiyi məlumatları əks etdirən sənədləri, eləcə də N.X16 və qeyriləri tərəfindən, guya vəsaitin ödənişi barədə tərtib etdiyi qəbz cinayət işinin materiallana əlavə edilib saxlanılmışdır. Yasamal rayon prokurorlğundan təqdim edilmiş *********** saylı materialda olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı və Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən X6 müdafiəçii X8 Azərbaycan Respublikası nın Baş Prokuroruna yazdıqları 21.12.2016-cı il tarixli ərizədə müstəntiq Cavabdeh, əməliyyatçı F6 və N8 polis İdarəsində qanunsuz saxlanılaraq onun şərəf və ləyaqətini alçaldan polis əməkdaşları barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Ərizədə həmçinin göstərilmişdir ki, məhkəmə iclasında qızlarının həbs olunacağından ehtiyat edən N8 valideynləri Cavabdeh təkidi və tələbi ilə ona 11736 manat ittiham elan edilməsinə baxmayaraq məhkəmədə guya zərərin ödənilməsi məqsədi ilə 55000 manat depozitə qoymaq adı ilə müstəntiq Cavabdeh tərəfindən onlardan alınmışdır. Məhkəmə iclasında müstəntiq Cavabdeh 55000 manat miqdarında pul vəaaitini depozit hesabına yerləşdirilməsi və sonradan zərərçəkmişə təqdim ediməsi məqsədi ilə qəbul etmişdir. Ancaq sonradan məlum olmuşdur ki, müstəntiq Cavabd eh həmin pulu depozitə qoymaq əvəzinə guya zərərçəkmiş X9 vermişdir. İddiaçı Yasamal rayon prokurorluğunda verdiyi izahatında 10.09.2016-cı il tarixdə axşam saat 20.00 radələrində qızı Yasamal rayon məhkəməsinə aparılmasını, orada olan zaman hakim Fuad Babayev onlardan 55000 manat məbləğində depozit hesabına yerləşdirilməsi və sonradan zərərçəkmişə təqdim edilməsi üçün Cavabdeh qərar çıxardaraq təqdim edilməsini, eyni zamanda onlardan depozitə yerləşdirilməsinə dair ərizə alınmasını, sonradan Cavabdeh həmin məbləği R8 təqdim edilməsinin onlara məlum olmasını göstərmişdir. İzahatında İddiaçı Cavabdeh 55000 manat pulu Yasamal rayon məhkəməsinin inzibati binasının İİ mərtəbəsində hakim F6 məhkəmə zalının qarşısında almasını göstərmişdir. X6 Yasamal rayon prokurorluğunda verdiyi izahatında İdd iaçı izahatına oxşar məzmunda izahat verərək anasının şahidlər yanında Cavabdeh 55000 manat pulu Yasamal rayon məhkəməsinin inzibati binasının İİ mərtəbəsində hakim F.Babayevin məhkəmə zalının qarşısında verməsini göstərmişdir. X1 Yasamal rayon prokurorluğunda verdiyi izahatında 10.09.2016-cı il tarixdə axşam saat 20.00 radələrində onları Yasamal rayon məhkəməsinə aparılmasını, orada olan zaman hakim Fuad Babayev onlardan 55000 manat məbləğində depozit hesabına yerləşdirilməsi və sonradan zərərçəkmişə təqdim edilməsi üçün Cavabdeh qərar çıxardaraq təqdim edilməsini, eyni zamanda onlardan depozitə yerləşdirilməsinə dair ərizə alınmasını, sonradan Cavabdeh həmin məbləği R8 təqdim edilməsinin onlara məlum olmasını göstərmişdir. Cavabdeh Yasamal rayon prokurorluğunda verdiyi izahatında iddia e dilən 55000 manat məbləği ilə bağlı iddiaya verdiyi etirazının məzmununa oxşar məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, N8 aparılmış istintaq zamanı vermiş olduğu ifadələrində və məhkəmə iclası zamanı etdiyi etraflarına baxmayaraq cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə müxtəlif yalanlar uydurub onu və digər şəxsləri şərləyir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini, polis general leytenantı Vilayət Eyvazovun «Yasamal RPİ İstintaq Şöbəsinin müstəntiqi Cavabdeh intizam məsuliyyətinə cəlb olunması barədə» 06.01.2017-ci il tarixli 24-001-17 saylı əmrindən görünür ki, müstəntiq Cavabdeh vətəndaş N8 CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə süründürməçiliyə yol verməklə bütün xüsusatları tam yox lamamış, ziddiyyətləri aradan qaldırmamış, N8 11.736 manat pulu ələ keçirməsi ilə bağlı ittiham elan etməsinə baxmayaraq sonuncunun qohumları tərəfindən depozitə qoyulması üçün təqdim edilmiş 55.000 manatı CPM-nin 129-cu maddəsinin tələblərini pozaraq zərərçəkmiş R8 təqdim etməklə müdafiə tərəfinin haqlı şikayətinə səbəb olmuşdur. Bu və digər nöqsanlara görə xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq cinayət prosessual qanunvericiliyinin tələblərini pozub cinayət işləri və materiallar üzrə tam, hərtərəfli araşdırma aparmadığına, vətəndaşı cinayət məsuliyyətinə əsassız cəlb etdiyinə və şübhəli şəxs qismində əsassız tutduğuna, qanunsuz qərarlar qəbul etdiyinə, istintaqını tamamladığı cinayət işi əlavə istintaqa qaytarıldığına, cinayətin açılması, cinayət törətmiş şəxslərin müəyyə n edilin məsuliyyətə cəlb olunması üçün tədbirlər görmədiyinə, materiallar üzrə vaxtında qərarlar qəbul etmədiyinə, vətəndaşların şikayətinə zəmin yaratdığına, maddi sübutu dövlət bankına təhvil vermədiyinə, icraatda olan cinayət işinin məhkəməyə göndərilməsi və xitam edilməsi barədə həqiqətəuyğun olmayan statistik kartoçkalar tələb edərək uçot-qeydiyyat intizamını pozduğuna və yol verdiyi digər qanun pozuntularına görə Bakı şəhəri Yasamal RPİ İstintaq şöbəsinin müstəntiqi polis mayoru Cavabdeh “Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Baş Prorkurorluğuna daxil olduğu 02.02.2017-ci il tarixli növbəti şikayət ərizəsində o iş üzrə aparılan istintaq zamanı qızı N8 qarşı müstəntiq Cavabdeh, Yasamal rayon prokurorunun müavini Ra sim Hacıyev və Yasamal rayon məhkəməsinin hakimi Fuad Babayev tərəfindən bir sıra qanunsuzluqlar edilməsi və Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqlarının kobud surətdə pozulmasını göstərmişdir. Yasamal rayon prokuroruun köməkçisi X14 02.04.2017-ci il tarixli qərarı ilə İddiaçı və X25 Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Cavabdeh və qeyrilərinin qanunsuz hərəkətləri barədə müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından Yasamal RPİ-nin İŞnin müstəntiqi, polis mayoru Cavabdeh, Yasamal RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru X15 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhər prokuroru İlqar Abbasovun 20.06.2017-ci il tarixli qər arı ilə Yasamal rayon prokuroruun köməkçisi X14 02.04.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsassız olduğu üçün ləğv edilmiş, material üzrə 02 aprel 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 20 iyun 2017-ci il tarixdə ləğv edilərək əlavə araşdırma aparılması üçün rayon prokurorluğuna göndərilmişdir. Əlavə araşdırma zamanı izahatı alınmış X18 izahatında göstərmişdir ki, 10.09.2016cı il tarixdə həmin 55.000 (əlli beş min) manat nağd pul vəsaitinin ona təhvil verilməsi ilə bağlı Bakı şəhəri, Yasamal RPİ-nə müraciət etmişdir. Müstəntiq Cavabdeh 10.09.2016-cı il tarixdə həmin 55.000 (əlli beş min) manat nağd pul vəsaiti protokollaşdıraraq rəsmi qaydada ona təhvil verilmişdir. X18 izahatında həmçinin qeyd etmişdir ki, onu n ərizəsi əsasında müstəntiq Cavabdeh ona 55000 manat pulu təhvil verəndə bildirdi ki, pulu yenidən ondan geri istəsələr o depozit olduğu üçün pulu geri qaytarmaq məcburiyyətində olacaqdır. O, da ona (müstəntiqə) söz vermişdir ki, hazırki borclarının bağlanması üçün 55000 manat pula ehtiyacı var, lakin pulu ondan geri istəsələr hər an qaytarmağa hazırdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polis genqeral mayoru Elxan Həsənovun Bakı şəhər prokuroruna ünvanladığı 18.08.2017-ci il tarixli 039-13606-1217 saylı məktubundan görünür ki, 09.09.2016-cı il tarixdə toplanmış material üzrə CM-nin 178.3.2- ci maddəsi ilə cinayət işi başlanılmış və həmin gün N8 şübhəli şəxs qismində tutularaq törətdiyi cinayət əməllər i sübuta yetirildiyindən 10.09.2016-cı il tarixdə ona CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham ela edilsə də, qohumları tərəfindən zərərçəkmiş R8 vurulmuş maddi ziyanın ödənişi kimi 55.000 manat pul vəsaiti nağd şəkildə məhkəməyə təqdim olunduğuna görə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Aparılmış xidməti təhqiqat nəticəsində polis əməkdaşları tərəfindən vətəndaş N8 qarşı qanunsuz hərəkətlərə yol verilməsi xüsusatları təsdiqlənməmişdir. Əlavə araşdırma zamanı izahatı alınmış X11 bildirmişdir ki, 10.09.2016-cı il tarixdə çalışdığı Yasamal rayon məhkəməsinin hakim Fuad Babayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məhkəmə iclas katibi qismində iştirak etmiş və N8 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair protokolu tərtib etmişdir. N8 müdafiəçisi dəymiş zərərdən məbləğini dəqiq xatırlamadığı miqdarda pulun məhkəmənin depozit hesabına keçirilməsi ilə bağlı Yasamal RPİ-nin İŞnin müstəntiqi Cavabdeh təklif etmiş və məhkəmə iclas protokoluna pulun təhvil verilməsi və təhvil alınması ilə bağlı müvafiq olaraq müdafiəçi və müstəntiq tərəfindən imza edilmişdir. Yasamal rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 sentyabr 2017-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı və X25 Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Cavabdeh və qeyrilərinin qanunsuz hərəkətləri barədə müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından Yasamal RPİ-nin İŞ-nin m üstəntiqi, polis mayoru Cavabdeh Yasamal RPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis mayoru X15 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış ********* №-li material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə toplanmış yuxarıda qeyd edilən sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Yasamal RPİ-nin müstəntiqi Cavabdeh tərəfindən X17 barəsində 09 sentyabr 2016- cı il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılaraq istintaq aparılmış, cinayət işi üzrə 10 sentyabr 2016-cı il tarixdə N8 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmuş, bununla əlaqədar 10.09.2016-ci il tarixdə, ona Azərbaycan Respublikası CM-nin 178.3.2 -ci maddəsində nəzərdə tutulan müvafiq ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədi ilə iş üzrə qaldırılmış vəsatət əsasında Yasamal rayon Prokurorluğu tərəfindən Yasamal rayon Məhkəməsinə təqdimat verilmişdir. Təqsirləndirilən şəxs X6 haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 10.09.2016-cı il tarixli, 4(004)-904/2016-cı il tarixli qərarından görünür ki, məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi X19 təqsirləndirilən şəxsin ailəsi tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərdən 55000 manat miqdarında ödənilməsi məqsədi ilə pul vəsaitinin təqdim olunduğunu bildirmiş, onların həmin məbləğin zərərçəkmiş şəxsə təqdim edilməsi məqsədi ilə qeyd olunan məbləğin depozit hesabına yerləşd irilməsi üçün sədrlik edənin icazəsi ilə müstəntiq Cavabdeh təqdim etmək istədiyini bildirmişdir. Məhz bu səbəbdən də, məhkəmə tərəfindən həmin pul vəsaiti protokol əsasında götürülmüşdur. Daha sonra müdafiəçi X19 dəymiş zərərin yarıdan çox hissəsinin ödənildiyini qeyd edərək N8 istintaqdan və məhkəmədən qaçıb gizlənməsi ehtimalının olmadığını və digər halları nəzərə alaraq barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən X6 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İşin bu halı Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 10.09.2016-cı il tarixli, 4(004)-904/2016-cı il tarixli qərarından başqa, 10.09.2016-cı il tarixdə çalışdığı Yasamal rayon məhkəməsinin hakim Fuad Babayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında mə hkəmə iclas katibi qismində iştirak etmiş X2 prokurorluğa verdiyi izahatın məzmunu, eləcə də, Yasamal rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının məzmunu ilə də tam təsdiq edilir. Həmin qərarda da göstərilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan pul məbləğini (55000 manatı) Cavabdeh almamışdır. İddiaçının hazırda vaxtilə qızının vəkili olmuş S.Əfəndiyevə qarşı tələbini geri götürsə də, tələbi olan ərizəsində cavabdehə onun tərəfindən qızının müdafiəçisi olmuş vəkil Vəkil vasitəsilə 55000 manat pul vəsaiti təqdim olunmasını göstərmişdir. Başqa sözlə, iddiaçı pulun məhkəmə iclasında istintaqa şəxsən deyil, qızının vəkili vasitəsilə verilməsini təsdiq etmişdir. qapalı məhkəmə iclası zamanı zərərçəkmiş R8 təqsirləndirilən N8 tərəfində n vurulmuş maddi ziyanın hissəvi ödənişi kimi N8 ailə üzvləri tərəfindən ittihamın 11736 manat olmasına baxmayaraq, öz təşəbbüsləri ilə sonuncunun müdafiəçisi X10 vasitəsi ilə təqdim olunmuş 55.000 manat nağd pul vəsaiti hakim Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə məhkəmə prosesində katib X11 tərəfindən bu barədə müvafiq protokol tərtib olunmaqla rəsmiləşdirilmiş, həmin pul vəsaiti depozit hesaba yerləşdirilməsi və sonradan da zərərçəkmiş R8 təqdim olunması üçün istintaqa təhvil verilmişdir. Cavabdehin iddiaçıdan və onun qohumlarından 55000 manat pulu təkidlə tələb etməsini və iddiaçının da qohumlarının yanında Yasamal rayon məhkəməsinin inzibati binasında 2-ci mərtəbədə məhkəmə zalının qarşısında şəxsən cavabdehə 55000 manat pulu verməsini təkzib etmişdir. Bu hallara həmçinin prokuro rluq tərəfindən də aparılmış araşdırma zamanı hüquqi qiymət verilmişdir. Müstəntiq Cavabdeh tərəfindən istintaqa təhvil verilmiş 55.000 (əlli beş min) manat nağd pul vəsaiti ilə bağlı «Nağd pul vəsaitinə baxış keçirilməsi haqqında», «maddi sübut kimi tanınma haqqında» qərarlar qəbul edilmişdir. Həmin tarixdə həmin 55.000 (əlli beş min) manat nağd pul vəsaitinə zərərçəkmiş R8 və onun vəkili X7 iştirakı ilə baxış keçirilmiş və zərərçəkmiş şəxs R8 baxışdan dərhal sonra 10.09.2016-cı il tarixli ərizəsi ilə istintaqa müraciət edərək 7 gün ərzində Bakı şəhərində olmayacağı səbəbindən həmin nağd pul vəsaitinin saxlanılması üçün dərhal onun özünə təhvil verilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxan məhkmə kollegiyası qeyd etmişdir ki, Cavabdehin izahatlarına əsasən 10.09.2016-cı il tarixdə şənbə və 11.09.2016-cı il tarixdə bazar günləri olduğundan, eləcə də sonradan növbəti üç gün ərzində respublika ərazisində “Qurban Bayramı” münasibəti ilə bağlı iş günləri olmayacağından və həmçinin külli miqdar təşkil edən həmin 55.000 manat nağd pul vəsaitinin həmin günlər ərzində mühafizəsini təmin etməklə xidməti otağında xüsusi saxlanc yerinin olmaması səbəbindən 10.09.2016-cı il tarixdə həmin 55.000 (əlli beş min) manat nağd pul vəsaiti iş üzrə maddi sübut kimi tanındıqdan sonra Azərbaycan Respublikası CPM-nin 51, 85.2.11. və 87.6.20.- ci maddələrinə əsasən vurulmuş maddi ziyanın ödənilməsini təmin etmək məqsədi ilə məhkəmə baxışınadək məsul saxlanılması üçün zərərçəkmiş şəxs R.M.Hüseynovaya təhvil verilmiş, «maddi sübutu məsul şəxsə saxlanışa təhvil vermə haqqında» 10.09.201 6cı il tarixli qərar da qəbul etmişdir. Həmçinin həmin maddi sübutu təhvil alması ilə bağlı cavabdeh tərəfindən zərərçəkmiş şəxs R8 Azərbaycan Respublikası CM-nin 303.1.-ci maddəsi ilə məsuliyyət daşıması barədə xəbərdar edilərək bu barədə tərtib olunmuş protokolda müvafiq qeydi aparılmışdır. Həmçinin, həmin xəbərdarlıqla əlaqədar R8 məhkəmə baxışınadək həmin pul vəsaitini tam sayda və miqdarda özündə saxlayacağını üzərinə götürmüşdür. Prokurorluqda aparılan araşdırma zamana izahatı alınmış X18 onun ərizəsi əsasında müstəntiq Cavabdeh ona 55000 manat pulu təhvil verən zaman pulu yenidən ondan geri istəsələr o depozit olduğu üçün pulu geri qaytarmaq məcburiyyətində olacağını bildirməsini, onun da müstəntiqə hazırki borclarının bağlanması üçün 55000 manat pula ehtiyacı olmasını, lakin pulu o ndan geri istədikləri hər an qaytarmağa hazır olmasını söz verməsini göstərmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin müşüm işlər üzrə böyük müstəntiqi Rafael Süleymanovun 09.01.2018-ci il tarixli “cinayət işinin icraatına” xitam verilməsi haqqında” qərarında göstərilmişdir ki, istintaq zamanı toplanmış materiallarla Nigar Mehdiyeva tərəfindən qeyd edilən, yəni 55.000 manat miqdarda vəsaitin ələ keçirilməsi və bununla da “xxxx” MMC-yə və R8 zərər vurması kifayət qədər təsdiq olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 129.1-ci maddəsinə əsasən maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər. - 129.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı aşağıdakı əşyalara baxış keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq cinayət prosesini həyata keçirən orqan dövlət bankına təhvil verməlidir. - 129.4-cü maddəsinə əsasən maddi sübutların və iş üzrə götürülmüş digər əşyaların təyinatı məsələsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə həll edilənədək bu əşyalar cinayət prosesini həyata keçirən orqanda saxlanılır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda maddi sübutlar haqqında qərar cinayət təqibi üzrə icraat qurtaranadək də qəbul edilə bilər. Azərbayca n Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının CPM-nin 129-cu maddəsinin tələblərinin pozulmasına halına yol verməsi faktı müəyyən edilsə də, bu onun iddiaçı qarşısında mülki mühakimə icraatı qaydasında mülki məsuliyyət daşıması üçün hüquqi əsas yaratmır. İddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi pulun mülkiyyətçisi olubolmamasından asılı olmayaraq tələb edilən anda 55000 manat pulun cavabdehin sahibliyində olduğunu sübut edə bilməmişdir. Əksinə işin materiallarından görünür ki, iddiaçı həmin pulun istintaqa verilən vaxtdan R8 olması barədə tam məlumatlı idi, hətta bu barədə də aidiyyatı orqanlara da müvafiq şikayətlər etmişdir. İddiaçı izahatında hazırda cavabdehdən tələb etdiyi pulun R8 olmasını bilməsinə baxmayaraq ona qarşı iddia qaldırılmalı olmadığını göstərmiş və bunu onunla əsaslandırmışdır ki, cavabdeh cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət olunan pozuntuya yol verməklə istintaq vaxtı ziyan əvəzi olaraq verdiyi pulunu zərərçəkmişə təqdim etdiyi üçün həmin pulu da məhz o qaytarmalıdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Rafael Süleymanovun 09.01.2018-ci il tarixli “cinayət işinin icraatına” xitam verilməsi haqqında” qərarında göstərilmişdir ki, N8 anası İddiaçı 10.09.2016-cı il tarixdə zərərin ödənilməsi məqsədilə 55.000 manat məbləğində pulu istintaqa təqdim etmiş, qeyd edilən miqdarda vəsait 10.09.20 16-cı il tarixli protokolla götürülmüş və həmin tarixdə saxlanılması üçün R8 təhvil verilmiş, sonradan isə N8 və İddiaçı həmin vəsaitin əsassız olaraq R8 verilməsini bildirib vəsaitin qaytarılmasını tələb etmişlər. Beləliklə də İddiaçı və X23 Hüseynovadan 55.000 manat miqdarında vəsaitin qaytarılması tələbi mülki xarakterli tələb olduğundan onlara bununla bağlı məhkəməyə müraciət etmək hüquqları olması barədə məlumat verilməlidir ki, N8 tərəfindən qeyd edilən, yəni 55.000 manat miqdarda vəsaitin ələ keçirilməsi və bununla da “xxxx” MMC-yə və R8 zərər vurması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsi tərəfindən aparılaq istintaq zamanı təsdiq olunmasa da, bu fakt məhz N8 (qohumları və müdafiəçisi) tərəfindən ziyan əvəzi olar aq məhkəmə baxışı zamanı təklif edilən 55.000 manat miqdarında vəsaitin hazırda həmin işin istintaqını aparmış cavabdehdən tələb edilməsi üçün hüquqi əsas yaratmır. 09.01.2018-ci il tarixli “cinayət işinin icraatına” xitam verilməsi haqqında” qərarından da göründüyü kimi, istintaqın gəldiyi qənaətə əsasən İddiaçı və X23 Hüseynovadan 55.000 manat miqdarında vəsaitin qaytarılması tələbi mülki xarakterli tələbdir və məhkəmə də öz növbəsində hazırki iddia ilə bağlı hesab edir ki, tutarlı sübutlar təqdim edildiyi təqdirdə iddia edilən pulun faktiki mülkiyyətçiləri (İddiaçı, qızı N8 və ya digər şəxslər) özlərinə məxsus olmasını iddia etdikləri, lakin hazırda R8 qanunsuz sahibliyində olan qeyd edilən vəsatin (55000 manat pulun) qaytarılması üçün məhz ona qarşı iddia qaldırmaq hüququndan yararlanm alı olduğu halda, hazırda əsl olmayan cavabdehə qarşı əsassız iddia qaldırılmışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi N8 barəsində olan istintaq zamanı onun qohumları tərəfindən depozitə qoyulması üçün təqdim edilmiş 55.000 manatı CPM-nin 129-cu maddəsinin tələblərini pozaraq zərərçəkmiş R8 təqdim etməsi ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri Yasamal RPİ İstintaq şöbəsinin müstəntiqi polis mayoru Cavabdeh barəsində intizam tənbehinin də görülməsini nəzərə almışdır. Beləliklə Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimiiş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin dəlillərini əsa ssız hesab edərək nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən irəli sürülmüş hazırkı iddia tələblərinin dəlilləri əsassızdır və hazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar