Məhkəmə qərarları › İş №2(102)-427/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-427/2020

15.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-427/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)2195/2019 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zərdab rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.M.Qubadov, iş № 2(035)-214/2019) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək İddiaçı azyaşlı uşaqları (üç uşağı) ilə birlikdə keçmiş əri Cavabdeh1 nənəsi Cavabdeh2 məxsus N küçəsində yerləşən həyətdə ümumi razılığa əsasən Cavabdeh1la birlikdə tikdikləri üç otaqlı evə köçmələrinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması və həmin evə köçürülmələri qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Mahmudov, E.Ş.Hüseynov və V.İ.Məlikov) cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, Zərdab rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2019-cu ilin fevral ayında İddiaçı iddia ərizəsi və iddianın həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə 2007-ci ildə ailə qurduqdan sonra onun nənəsi Cavabdeh2 məxsus N küçəsində yerləşən 10 saylı evə köçüb orada yaşamalarını və birgə nikahdan üç uşaqlarının olmasını, orada yaşadıqları müddətdə Cavabdeh2 razılığı ilə ona məxsus həyətdə əri ilə birlikdə fərdi yaşayış evi tikmələrini, bir neçə il əvvəl qaynanası Nla nikahlarının pozulması ilə əlaqədar Cavabdeh3 oğlu və onun ailəsi ilə birlikdə onların yeni inşa etdikləri evə, Nun isə yeni qurduğu ailəsi ilə birlikdə onun ailə qurarkən gəlin köçdüyü evdə yaşamasını, onun üç uşağı ilə birlikdə valideynlərinin yanında yaşamaq məcburiyyəti qarşısında qalmasını əsas göstərməklə uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən Cavabdeh2 məxsus həyətdə Cavabdeh1la birlikdə inşa etdikləri evə köçmələrinə törədilən maneələrin aradan qald ırılması və evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh1la 2007-ci ildə rəsmi nikaha daxil olduqdan sonra ərinin nənəsi Cavabdeh2 məxsus N küçəsində yerləşən fərdi yaşayış evinə köçmüş və 2017-ci ilədək orada yaşamışlar. Birgə nikahdan onların üç uşaqları olmuş, bir otaqdan ibarət olan həmin ev yaşamaları üçün darısqal olduğundan onlar tərəfindən evin həyətində Cavabdeh2 razılığı ilə fərdi yaşayış evi tikilmişdir. Sonra iddiaçı ailəsi ilə birl ikdə həmin evə köçərək 2017-ci ilə kimi orada yaşamışdır. Hazırda iddiaçı azyaşlı uşaqları ilə birlikdə valideynləri ilə yaşamaq məcburiyyətində qalmışlar. Zərdab rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. Yaşayış sahəsindən istifadə ilə əlaqədar tərəflər arasında münasibət 2007-ci ildə yarandığından, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisənin həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1982-ci ildə qəbul edilmiş) müddəalarına uyğun həll edilməsi qanuni olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddianın əsaslı olması barədə nəticəyə gələrkən maddi hüquq norması kimi xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə əsaslanmışdır. Mənz il Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisi özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. İddiaçı cavabdehlərlə ailə üzvü hüququ ilə yaşadığından və Cavabdeh2 razılığı ilə ona məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdiklərindən, eləcə də həmin ev onun və azyaşlı uşaqlarının yeganə yaşayış yeri olduğundan, kollegiya iddianın təmin edilməsini qanuni sayan apellyasiya instansiyası m əhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri onun ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar