Məhkəmə qərarları › İş №2(102)-427/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-427/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-427/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi üzrə muzdun ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-84/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Astara rayonunun Çayoba kəndində yaşayan Cavabdeh qardaşına məxsus fərdi yaşayış evinə aqlay daşından üzlük çəkilməsi üçün Lənkəran rayonunun Separadi kəndində yaşayan cavabdeh İddiaçı ilə şifahi olaraq razılığa gəlmişlər. Həmin işlər 2018-ci ilin iyun ayından başlayaraq İddiaçı özü və onun tərəfindən dəvət edilmiş fəhlələr tərəfindən tamamlanmışdır. Buna baxmayaraq görülmüş işin dəyərinin ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yaranmış və iddiaçı aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.716 manat zəhmət haqqı və 9.789 manat materialların pulu (materialların pulundan qalıq, lesa vurulmasının pulu və dolğunun vurulması pulu da daxil) olmaqla, cəmi 27.505 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ona və ustalar Hüseyn, Mahir, Tərlan, Elxan, Ravid, Rəşad və Elvar adlı şəxslərə 17.716 manat zəhmət haqqı və 9.789 manat materialların pulu (materialların pulundan qalıq, lesa vurulmasının pulu və dolğunun vurulması pulu da daxil) olmaqla, cəmi 27.505 manat məbləğində borcu yaranmışdır. İşi bitirdikdən sonra Tahir Ramazanov onlara olan borc pulu Bakı şəhərinə getdikdən sonra göndərəcəyini bildirmişdir. Bütün bunları Tahir Ramazanovun aradan çıxmaq məqsədi ilə söylədiyinin şahidi olmuşlar. Dəfələrlə Cavabdeh borcun qaytarılmasını tələb etsə də, sonuncu hər vəchlə borcunu qayta rmaqdan imtina etmişdir.

4. Cavabdeh isə birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçı və digər ustalar tərəfindən evdə ağ lay işi görülmüşdür. Evin təmiri ilə bağlı iddiaçının və digər ustaların pulunu ödəmişdir. Evin təmir xərci mütəxəssis tərəfindən 12.400 manat müəyyən edilmişdir. Həmin məbləğdə pulu iddiaçıya vermişdir. Onun hazırda iddiaçıya heç bir borcu qalmamışdır.

5. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) xx xxxxxx 2018-ci il tarixli, 2(018)1340/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə” dair iddiası qismən təmin olunmuş, Cavabdeh 5316 (beş min üç yüz on altı) manat məbləğində pulun (muzdun) və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət olun muş, iddia qalan hissədə təmin edilməmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxxx 2018- il tarixli qərarın surətindən görünür ki, Astara rayonunun Çayoba kəndində yaşayan Cavabdeh qardaşı Tahir Ramazanova məxsus fərdi yaşayış evini təmir etdirmək üçün Lənkəran rayonunun Separadi kənd sakini İddiaçı ilə şifahi olaraq razılaşmışlar. 2018-ci ilin iyun ayından başlayaraq İddiaçı özü ilə fəhlələr gətirərək evi təmir etmiş və iş qurtarandan sonra hesablaşma aparılan zaman Cavabdeh, İddiaçı 12.400 (on iki min dörd yüz) manat pul vermiş, lakin İddiaçı zəhmət haqqı kimi tələb etdiyi 5.316 (beş min üç yüz on altı) manat pulu verməmişdir. Məhkəmə baxışı iclasında tərəflərin izahatlarına, şahid ifadələrinə və iş materiallarına əsa sən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh Tahir Ramazanova məxsus fərdi yaşayış evini təmir etdirmək üçün şifahi podrat müqaviləsi bağlamış və İddiaçı, habelə fəhlələrin 5.316 manat zəhmət haqqı pulu onlara verilməmişdir. İddiaçı 9789 manat məbləğində material puluna (materialların pulundan qalıq, lesa vurulmasının pulu və dolğunun vurulması pulu da daxil olmaqla) dair tələbini sübut (materialın alınması ilə bağlı qəbz, çek və s.) edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Q.Kərimov (sədrlik edən və məruzəçi), Z.Babayev və N.Mirzəyev) xx xxxx 2020-ci il tarixli, 2(106)-84/20 nömrəli qətnaməsi ilə, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)1340/2018 sayl ı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən, Cavabdeh 5.316 manat məbləğində pulun (muzd) alınıb İddiaçı verilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, Cavabdeh 2.243,0 (iki min iki yüz qırx üç) manatın alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, Astara Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(018)1340/2018 saylı qətnaməsinin Cavabdeh apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdrilmədən saxlanılması, İddiaçı apelyasiya şikayətinin təmin olunmaması qət edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflərin görülən işlərlə bağlı ümumilikdə, binanın divarlarının düz hissələrini təşkil edən sahələrinə vurulan aqlay daşlarının hər kvadra t metrinin 8 manata, mürəkkəb (divarların künc hissələrinin və bəzək vurulan sahələrinin) hissələrinin isə hər kvadratının 16 manata vurulmasına dair razılaşdıqlarını nəzərə alaraq, hazırkı iş üzrə kompleks məhkəmə tikinti-mühəndislik və əmtəşünaslıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu və xx xxx 2020-ci il tarixli rəylərdə, Astara rayonu Cayoba (Telman) kəndində yerləşən fərdi yaşayış evinin bayır divarlarının ağlay materialı üzrə üzlənməsi nəticəsində aparılmiş təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 31631,0 manat məbləğində müəyyən olunmuş, o cümlədən həmin məbləğin əmək haqqı hissəsini 11943,0 manat, materialların dəyərini 18688,0 manat və əlavə (dolu vurulma sı, lesanın quraşdırılması və s.) xərclərin 1000 manat olmaqla, xərclərin əmək haqqı hissəsinin cəmi 12.943,0 manat olması müəyyən edilmişdir. Cavabdeh şifahi müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini qismən yerinə yetirmişdir. Nəticədə, ekspert rəyinə əsasən müəyyən edilmiş pulun bir qismi iddiaçıya ödənilməmişdir. İddiaçı material pulunu Cavabdeh tələb etsə də o, bu halları təsdiq edən, yəni alınmış matareialların adları, həmçinin materiallar üçün ödənilmiş pulları onun tərəfindən ödənilməsini təsdiqləyən sübutları birinci və apelyasiya instansiya məhkəmələrinə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 27505 (iyirmi yeddi min beş yüz beş ) manat tələbinə dair iddiası, ekspert tərəfindən 31.631 ( otuz bir min altı yüz otuz bir) manat müəyyən etdiyi halda, 2.243 (iki min iki yüz qırx üç ) pulun ona verilməsi barədə məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Əgər həmin pulun miqdarını məhkəmə təyin edirdisə, işin ekspertizaya göndərilməsi və onun aylarla ekspertin cavabını gözləməsi sual doğurur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi lər.

13. Mail Rmazanov məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

24. Astara rayonunun Çayoba kəndində yaşayan Cavabdeh qardaşı Tahir Ramazanova məxsus fərdi yaşayış evinin aqlay daşından üzlük çəkilmə si üçün Lənkəran rayonunun Separadi kəndində yaşayan cavabdeh İddiaçı ilə şifahi olaraq evin divarının düz hissələrinin hər kvadrat metrini 8 manata, mürəkkəb (künc və bəzək) hissələrinin isə hər kvadratını 16 manata üzlənməsi barədə razılığa gəlmişlər. Həmin işlər 2018-ci ilin iyun ayından başlayaraq İddiaçı özü və onun tərəfindən dəvət edilmiş fəhlələr tərəfindən tamamlanmışdır.

25. Astara RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd olunmasına dair xx xxxxxxxx 2018-ci il tarixli qərarından görünür ki, təhqiqat zamanı İddiaçı izahatında, Cavabdeh ona ilk olaraq 900, sonra 300 manat., daha sonra isə 9500 manat pul verməsini, görülən işlərə görə cavabdeh ona əmək haqqı üzrə hesablanmış pulun qalığını verməməsini göstərmişdir. Cavabdeh qardaşı Tahir Ramazanova məxsus fərdi yaşayış evini təmir etdirmək üçün Lənkəran rayonunun Separadi kənd sakini İddiaçı ilə şifahi olaraq razılaşmışlar. 2018-ci ilin iyun ayından başlayaraq İddiaçı özü ilə fəhlələr gətirərək evi təmir etmiş və iş qurtarandan sonra hesablaşma aparılan zaman Cavabdeh İddiaçı 12400 (on iki min dörd yüz) manat pul vermiş, lakin İddiaçı zəhmət haqqı kimi əlavə tələb etdiyi 5316 (beş min üç yüz on altı) manat pulu ona vermədiyini bildirmişdir.

26. Apellyasiya məhkəməsində dindirilmiş Cavabdeh təhqiqat zamanı verdiyi izahatı təsdiqləyərək görülən işlərin müqabilində İddiaçı 12.400 manat verdiyini və iddiaçıya daha heç bir borcunun olmamasını bildirmişdir.

27. Məhkəmə kollegiyası tərəflərin görülən işlərlə bağlı ümumilikdə, binanın divarlarının düz hissələrini təşkil edən sahələrinə vurulan ağ lay daşlarının hər k vadrat metrinin 8 manata, mürəkkəb (divarların künc hissələrinin və bəzək vurulan sahələrinin) hissələrinin isə hər kvadratının 16 manata vurulmasına dair razılaşdıqlarını nəzərə alaraq, hazırki iş üzrə kompleks məhkəmə tikinti-mühəndislik və əmtəşünaslıq ekspertizası təyin etmiş və bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu və xx xxx 2020-ci il tarixli rəylərdə, Astara rayonu Cayoba (Telman) kəndində yerləşən fərdi yaşayış evinin bayır divarlarının ağlay materialı üzrə üzlənməsi nəticəsində aparılmiş təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 31631,0 manat məbləğində müəyyən olunmuş, o cümlədən həmin məbləğin əmək haqqı hissəsini 11943,0 manat, materialların d əyərini 18688,0 manat və əlavə (dolu vurulması, lesanın quraşdırılması və s.) xərclərin 1000 manat olmaqla, xərclərin əmək haqqı hissəsinin cəmi 12.943,0 manat olması müəyyən edilmişdir.

28. Apellyasiya məhkəməsi hesab etmişdir ki, görülmüş işlərə görə əmək haqqının fərqini təşkil edən 2.243,0 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, cavabdeh görülən işlərin əmək haqqının dəyərini təşkil edən 12.400 manatı iddiaçıya ödədiyini və borcunun qalmadığını bildirmişdir. Buna baxmayaraq cavabdeh həmin məbləği tam olaraq İddiaçı ödəməsini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı isə Cavabdeh ona, 900+300 və 9.500 manat olmaqla, cəmi 10.700,0 manat ödəməsini etiraf etmişdir. Belə olan halda, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyə əsasən görülmüş işlər üzrə ə mək haqqının 11.943,0 və əmək haqqı kimi əlavə görülmüş işlər (dolğu işləri və s.) üçün 1000 manat olmaqla cəmi 12.943,0 manat təşkil etməsi halı nəzərə alınmalı və Cavabdeh tərəfindən İddiaçı əvvəl ödənilmiş 10.700,0 manat, həmin 12.943,0 manatdan çıxılmaqla, Cavabdeh 2.243,0 manatın alınıb İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməlidir.

29. İddiaçı materialların pulundan qalıq hissəsinində Cavabdeh alınıb ona verilməsini tələb etsə də, bu halları, yəni alınmış materialların adları, həmçinin materiallar üçün ödənilmiş pulların onun tərəfindən ödənilməsini təsdiqləyən sübutları birinci və apelyasiya instansiya məhkəmələrinə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissəsinin təmin olunmamasına dair gəldiyi nəticəni qanuni və əsaslı, həmçinin iş materiallarına uyğundur.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hak imin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir.

31. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-84/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar