Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4270/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X3, maraqlı şəxs X4, vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin MK-ın 27 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər i Binəqədi Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Bınəqədi rayonu, Binəqədı qəsəbəsinin ərazisi hüdudları daxilində Bınəqədi Qəsəbə ərazisindən istifadədə olan 400 kv.m. torpaq sahəsində yerləşən tikilidən Cavabdeh ailəsi ilə birlikdə çıxarılaraq, İddiaçı həmin evə köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mk-ın 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Babayev, hakimlər X.Mərdanova və E.Həsənov) Bunəqədi rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. KASSASİYA Şİ KAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-ciu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegi yası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia edir ki, X2 05.05.2005-ci il tarixli sərəncamı itə mübahisəlitorpaq sahəsi alqı-satqı qaydasında onun mülkiyyətinə verildiyi halda cavabdeh sahəsi 400 kv.m olanhəmintorpaq sahəsinə və inşa edilmiş tikililərə buraxmamaqla onun mülkiyyət hüququnu pozmuşdur. Binəqədi Rayon Məhkəməsinin 04 04.2017-cı il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh X7 qarşı Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni massiv ünvanında yerləşən evdən çıxarılmasına dair iddia tələbi rədd edilmişdir Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən tikililər cavabdeh X tərəfindən v ə onun mərhum əri X tərəfindən inşa edilmişdir, həmin ev cavabdeh X faktık istifadəsində və sahibliyində olmuşdur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir kı, hər hansı iddia tələbi uzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kımı iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dıspozısıya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dıspozisıya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işi n həlli üçun bunun əhəmiyyəti yoxdur. İddiaçının irəli sürdüyü faktiki hallar onun tələblərinin dispozisiya şərtləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı isə iddiaçının əmlakının cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməmişdir İş materiallarından görünür ki, iddiaçının iş materiallarına əlavə etdiyi 05.05.2005-ci il tarixli X2 Sərəncamı ilə bağlı X6 sədri işləmiş X izahatında göstərmişdir ki, 2010-cu ilin yanvar ayinədək X2 sədri olmuş, mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair sərəncam onun tərəfindən verilməmiş və imzalanmamışdır, təqdim olunan sərəncamda imza ona məxsus deyil, işlədiyi müddət ərzində mohur daima özündə olmuş, vəzifədən azad olunduqdan sonra möhürü yeni seçilmiş sədrə təhvil vermişdir. Bundan əlavə, həmçinin iş materiallarından görünür ki, 3-cü şəxs qismində işə cəlb olunmuş Binəqədi rayonu X2 nümayəndəsi X izahatında göstərmişdir ki, iddiaçı ilə X9 arasında hər hansı müqavilə olmamış, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 346 nömrəli 05.05.2005-ci il tarixli sərəncam X9 tərəfindən verilməmişdir, mübahisəli torpaq sahəsi ümumiyyətlə Binəqədi Bələdiyyəsinin ərazisinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 fevral 2019-cu il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4270/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4270/2019
28.06.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver