Məhkəmə qərarları › İş №2(102)-4271/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4271/2023

21.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4271/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4320/2023 saylı, 20 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hazırki iş üzrə cavabdehlər olan Cavabdeh2 və Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanov rayonu, Kaz ım Kazımzadə küçəsində yerləşən 7 nömrəli evin 134 nömrəli mənzili ilə bağlı məhkəmə mübahisəsi olmuşdur.

2. İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və X2 qarşı “mənzildən çıxarılma və həmin mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzildən Cavabdeh1 və X1 istifadə hüquqlarına xitam verilməklə çıxarılması, həmin evin boşaldılması və mülkiyyətçi olan iddiaçı Cavabdeh2 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh1 iddiaçı Cavabdeh2 və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabd eh2 ilə 13 may 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində yerləşən 7 nömrəli evin 188.5 kv.m sahəsi olan 134 nömrəli mənzilinə dair bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X1 iddiaçı Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia tələbi üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

5. Məhkəmə, ilkin iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və X1 hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan mübahisəli mənzildə yaşamaları iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstit usion mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 mənzildən cavabdeh şəxslərin istifadə hüquqlarına xitam verilməli, onlar həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı şəxsə təhvil verilməlidir.

6. Qarşılıqlı iddianı rədd edərkən məhkəmə iddiaçı Cavabdeh1 tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyünü və qarşılıqlı iddia tələbi üzrə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbi q edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlmişdir ki, hazırkı mülki iş üzrə iddia ərizəsinə iddia müddəti tətbiq edilməli və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı qarşılıqlı iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi iddia tələbi üzrə mübahisələndirilən halların heç biri öz hüquqi təsdiqini məhkəmə araşdırmas ı zamanı tapmadığından, qarşılıqlı iddia tələbinin təmin edilməsi üçün hər hansı hüquqi əsas olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlaka dair xx.xx.2007-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, habelə həmin müqavilələrlə bağlı daşınmaz əmlaka hüquqlarına dair xx.xx.2012-ci il tarixli **********59-05301-093165 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı və xx.xx.2022-ci il ta rixli 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqindəki dövlət reyestr qeydiyyatının ləğv edilməsi, həmin əmlaka onun mülkiyyət hüququnun tanınması, əmlaka dair onun mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması, həmin əmlakdan Cavabdeh2 çıxarılmaqla mənzilin boşaldılması və onun həmin mənzilə köçürülməsi, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat pulun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslan dırmışdır ki, onun vəfat etmiş əri X9 həyatının son illərini Rusiya Federasiyasının Moskva şəhərində yaşamış və müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə ona pul vəsaiti göndərmişdir. Onların məqsədi Bakı şəhərində mənzil almaq olmuşdur. Həmin dövrdə o, Xanlar Bayramovla birgə nikahından olan uşaqları ilə birlikdə Şəmkir rayonunda yaşamışdır. Onun əri xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Təxminən 2006-cı ilin yay aylarında o, baldızı, yəni vəfat etmiş əri Xanlar Bayramovun bacısı Cavabdeh1 müraciət edərək Bakı şəhərində yeni tikilən binaların birində mənzil tapmasını xahiş etmiş, sonuncu bir neçə ay sonra, yəni 2007-ci ilin yanvar ayında "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 217.63 kv.m olan mənzilin satışda olduğunu və qiymətin 48.447 manat olduğunu, Bakı şəhərinə gəlib onun şirkətlə müqavilə bağlamasını bildirmişdir. O isə özünün Şəmkir rayonunda və Cavabdeh1 Bakı şəhərində yaşamasına görə mənzilin sənədləşməsi işinin daha tez həyata keçirilməsi və gələcəkdə mənzillə bağlı ev təsərrüfatının daha çevik idarə edilməsi üçün mənzilin formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilməsi qərarına gəlmişdir. Eyni zamanda, o, öz uşaqlarının yetkinlik yaşına çatmasından sonra gələcəkdə mənzili onlardan birinin adına rəsmiləşdirəcəyi barədə Cavabdeh1 ilə razılaşmışdır. Razılığa uyğun olaraq o, vəfat etmiş əri ilə birgə nikah dövründə əldə edilən puldan 48.447 manat pul vəsaitini Cavabdeh1 göndərmiş və sonuncu xx.xx.2007-ci il tarixdə şirkətlə müqavilə bağlayaraq mənzili öz adına formal olaraq rəsmiləşdirmişdir. Mənzilin Cavabdeh1 tərəfində n vəfat etmiş qardaşının (X4) vəsaiti hesabına alınması və öz adına formal rəsmiləşdirilməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-695/2021 nömrəli qətnaməsi üzrə müəyyən edilmiş hallarla da təsdiq edilmişdir. Həmin hal Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən mübahisəsizdir və yenidən sübuta ehtiyac duymur. Bundan sonra Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mənzilə dair xx.xx.2012-ci il tarixli **********59-05301-093165 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış almışdır. Mənzilin təmir olunması da onun vəfat etmiş ərindən qalan vəsait hesabına həyata keçirilmişdir. Bundan başqa, indiyədə k mənzildə onun uşaqları faktiki yaşamış və mənzilin saxlanılması, kommunal xərcləri (su, enerji, qaz və s.) onun uşağı X3 hesabına ödənilmişdir. 2022-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, Cavabdeh1 X5 pul kreditə götürmüş və həmin kreditin təminatı kimi ona məxsus mənzili faktiki girov qoymaq məqsədi daşıyan və əmlakın Cavabdeh2 satışını nəzərdə tutan Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə onun xəbəri və razılığı olmadan alqı-satqı müqaviləsi bağlamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-695/2021 nömrəli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-555/2022 nömrəli qərarından görünmüşdür ki, həmin müqavilə əsasında mənzil xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1790 nömrəli reyestr k itabının 164693 nömrəli vərəqində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Hazırda o, əmlakından məhrum olmuşdur və bu səbəbdən onun əmlakı özgəsinin qanunsuz sahibliyindən geri qaytarılmalıdır. Əmlak uyduqma əqd nəticəsində Cavabdeh1 mülkiyyətinə keçmişdir. Belə ki, mənzil xx.xx.2007ci il tarixdə formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Mənzilin həqiqi (faktiki) sahibi isə o olmuşdur. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həqiqi (faktiki) sahib başqalarının sahibliyində olan və ya onlara hədiyyə edilən aktivlərdən (əmlakdan) fayda götürdüyü halda, fayda götürülən əmlak üzrə mülkiyyətin ötürülməsinə dair əqdlər Mülki Məcəllənin 340.1-ci maddəsinə uyğun olaraq uydurma əqd kimi dəyərləndirilir. Mənzilin Cavabdeh1 mülkiyyətinə keçirilməsinə dair əqd uydurma olduğundan bağlandığı anda n, yəni xx.xx.2007-ci il tarixdən etibarsız hesab edilməli, həmin əqddən irəli gələn bütün hüquqi nəticələr etibarsız hesab edilməli, onun mənzilə mülkiyyət hüququ tanınmalı, mənzilə dair onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalı və Cavabdeh2 mənzildən çıxarılmaqla mənzil boşaldılmalı və o, mənzilə köçürülməlidir. Əhəmiyyətsiz əqdin predmetini fərdi müəyyən əşya təşkil etdikdə, əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Mübahisələndirilən əhəmiyyətsiz əqdlərin (xx.xx.2007-ci il tarixli və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinin) predmetini fərdi müəyyən əşya təşkil etdiyindən hazırkı iddia hər hansı müddətlə məhdudlaşa bilməz və iddia tələbi təmin edilməlidir. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəf in sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər.

9. Cavabdeh2 tərəfindən iddia tələbinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 13 may 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzili Bakı şəhəri 9 nömrəli notariat ofisində 153.000 manat dəyərində əldə etmişdir. Əmlaka dair mülkiyyət hüququ AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsini n Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 15 may 2019-cu il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarışa əsasən onun tam mülkiyyətinə keçmişdir. Alqı-satqını həyata keçirdikdən sonra Cavabdeh1 mənzili boşaldıb təhvil verilməsi üçün ondan vaxt istəmiş və onun tərəfindən həmin şəxslərə müəyyən vaxt verilmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh1 müxtəlif bəhanələr gətirərək mənzili təhvil verilməsindən yayınmışdır. Daha sonra məcbur olub, iddia ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəf isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsin in 2(005)-695/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 ona məxsus olan Bakı şəhəri Nərimanov rayonu Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi, iddiaçı Cavabdeh1 ona və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı heç vaxt mübahisəli mənzilin mülkiyyətçisi olmamış və ümumiyyətlə belə bir id dia qaldırılması üçün subyektiv hüququ olmamışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya baş vermiş alqı-satqı barədə məlumatı olmamışdır. Halbuki, tərəflərindən göndərilmiş bütün xəbərdarlıqları poçt vasitəsilə 2020-ci ildə birbaşa özü əldə etmişdir. Bundan başqa, onunla Cavabdeh1 arasında bağlanmış 13 may 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi artıq mübahisələndirilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və qeyd olunan məhkəmə qərarı öz qüvvəsini almışdır.

10. Cavabdeh2 eyni zamanda, məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, alqı-satqını həyata keçirdikdən sonra Cavabdeh1 mən zili boşaldıb təhvil verilməsi üçün ondan vaxt istəmiş və onun tərəfindən həmin şəxslərə müəyyən vaxt verilmişdir. Bir müddət keçdikdən sonra Cavabdeh1 müxtəlif bəhanələr gətirərək mənzilin təhvil verilməsindən yayınmışdır. Bu səbəbdən tərəfindən İntiza Xanməmmədovaya 2020-ci ildə poçt vasitəsilə rəsmi xəbərdarlıq göndərilmiş və həmin xəbərdarlıqları iddiaçı imza atıb qəbul etmişdir. Bununla da, alqı-satqı barədə məlumatı 2020-ci ildə olmuşdur. Öz iddia ərizəsində alqı-satqı barədə məlumatının olmadığını və yalnız icra şöbəsində icra işi olduğu zaman 2022-ci ilin dekabr ayında əldə etdiyini bildirməsi həqiqəti əks etdirmir. İddiaçı iddia tələbi üzrə müddətini ötürmüşdür.

11. Məhkəmə iclasında şahid X13 ifadəsində bildirmişdir ki, iddiaçı onun xalasıdır. İntizar Bakıda ev alırdı, onlar da x alasından pulu alıb gətirib İntizara vermişlər. 2007-ci ildə 50.000 manat pulu xalasından götürüb İntizara vermişlər. Həmin pulu xalasından 1 dəfə götürmüşlər. Pulu Səadətlə birlikdə vermişlər. Həmin vaxt onun 21 yaşı var idi. İddiaçı əvvəl Şəmkirdə yaşamışdır. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçının neçə müddət Şəmkirdə yaşadığını bilməmişdir. İddiaçı Green Park-da yaşamışdır.

12. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, iddiaçı qaynının yoldaşıdır. Mənzil iddiaçınındır, onun yanında İntizara 50.000 manat pul vermiş və əlavə hissə-hissə ödənişlər etmişdir. Həmin vaxt onun yoldaşı yeni vəfat etmişdir, təxmini dekabr-yanvar ayı idi, dəqiq bilmir 2007-ci il idi ya yox. Yoldaşı 2003-cü ildə vəfat etmişdir. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı 50.000 manat pulu ona vermiş, o da pulu İntizara vermişdir. Pulu İntizara verəndə yanında Esmira olmuşdur. İntizar Bakıda yaşadığı üçün mənzilin təmirinə, alqı-satqı işlərini ona həvalə etmişlər. Mübahisəli mənzil iddiaçının həyat yoldaşının puluna alınmışdır. İntizar bilirdi ki, mənzil onun deyil. İntizarın həyat yoldaşının problemi olduğundan bankdan pul götürməli idi, iddiaçı da mənzili İntizarın adına rəsmiləşdirmişdir. İntizarın öz yaşadığı mənzil bankda olduğu üçün öz evini banka qoya bilməmiş, iddiaçının evini qoymuşdur. Mənzil formal olaraq İntizarın adına rəsmiləşdirilmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-854/2023 nömrəli iş üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tə min edilməmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə alqı-satqı müqavilələrinin etibarsızlığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşmüşdür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır.

15. İlk öncə məhkəmə qeyd etmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən əmlaka dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli və alqı-satqı müqaviləsinin uydurma əqd olmasını və müqavilə predmeti olan mənzilin formal olaraq Cavabdeh1 mülkiyyətinə keçməsini iddia etsə də, həmin müqavilənin etibarsızlığını sübut edəcək m ötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, qeyd olunan alqı-satqı müqaviləsinin etibarsızlığına əsas olan halların nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız onun izahatı mövcud olmuşdur ki, həmin izahat da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, iddia tələbi "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hiss əsində əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir.

17. Məhkəmə hesab etmişdir ki, iddia ünvan 1 ünvanında yerləşən əmlaka dair "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan, həmin müqavilə əsasında mübahisə predmeti olan əmlaka mülkiyyət hüququ əldə etmiş Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığından da söhbət gedə bilməz. Odur ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir.

18. Məhkəmə sadalananlardan əlavə qeyd etmişdir ki, hazırkı mülki mübahisəyə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməs i hissəsində Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia təmin olunmamalıdır. Yuxarıda qeyd olunan məhkəmə aktlarından da göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı “13 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Göründüyü kimi sözügedən qətnamə ilə 13 may 2019-cu il tarixli alqı-satq ı müqaviləsinin etibarlılığı təsdiq edilmiş, başqa sözlə, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

19. Məhkəmə hesab etmişdir ki, iddiaçının “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçının digər tələbləri isə həmin iddia tələbindən törəmə olduğundan digər hissələrdə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələblərini həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab etmişdir.

20. Bundan başqa, məhkəmə, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı Cavabdeh2 dəlilini əsassız hesab etmişdir. Hazırkı iş üzrə iddiaçının iddiası mənzilin alqısatqı müqavilələrinin uydurma əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan mən zil üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan, onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz.

21. Məhkəmə, şahid ifadələrinə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin ifadələr işin məhkəmə iclasında araşdırılan digər halları ilə üst-üstə düşməmiş, həmçinin məhkəmə, şahidlərin iddiaçı ilə qohumluq və tanışlıq əlaqəsində olmasını nəzərə alaraq, həmin ifadələri iddiaçının tələbinin əsaslılığını göstərən sübut kimi qəbul etməmişdir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, “Azərbayca n Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, qanunsuz və əsassız qərar çıxardığını qeyd etmişdir. Məhkəmə əvvəllər 2 cavabdeh arasında mövcud olm uş və həll edilmiş mübahisə üzrə məhkəmə aktlarını preyudisiya əhəmiyyəti olan aktlar kimi qəbul etmişdir. Lakin MPM-in 82.3-cü maddəsinin məzmununa belə şərt müəyyən etməmişdir. Faktiki hallara aid arqument kimi cəmi 2 dəlilə - rüsum ödənilməsinə dair qəbz və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)695/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad edilmişdir. Qətnamədə tədqiq edilmiş məlumatlar kimi yalnız "iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “mədaxil qəbzi" və mənzillə bağlı məhkəmə qərarlarının (birinci, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin) gəldikləri nəticələr barədə qısa məlumatlar göstərilmişdir. Başqa heç bir faktiki hal və onları təsdiqləyən sübut-dəlillər qətnamədə göstərilməmişdir. Qətnamədə a rqument kimi göstərilmiş, 2(005)-695/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməni çıxaran Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 13 may 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın (Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzilin) alqısatqı müqaviləsinin etibarlılığını araşdırmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsinin 2-ci hissəsində qət edilmişdir ki, "İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı “alqı- satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ər izəsi rədd edilsin". Hazırki məhkəmə hesab etmişdir ki, bununla həmin məhkəmə alqı-satqı müqaviləsinin etibarlılığını araşdıraraq müəyyən etmişdir. Lakin bu belə olmamışdır. Hazırki məhkəmə xx.xx.2021-ci il tarixli qətnamənin əsaslandırıcı hissəsinə diqqət yetirsəydi, müqavilənin etibarlılığı məsələsi məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi adı ilə ümumiyyətlə araşdırılmamışdır. Bununla bağlı həmin qətnamədə qeyd edilmişdir ki, "məhkəmə qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 tərəfindən müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyünü və qarşılıqlı iddia tələbi üzrə Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə idd ia ərizəsinə iddia müddəti tətbiq edilməli və iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 qarşı “alqı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki qarşılıqlı iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilmədiyi təqdirdə belə qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz". Göründüyü kimi, əvvəlki məhkəmə mənzilin alqı-satqı müqaviləsinin etibarlılığı məsələsini araşdırmamış və çıxardığı qətnamənin heç bir yerində yazmamışdır ki, bu müqavilə etibarlıdır.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki koll egiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4320/2023 nömrəli mülki iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiya məhkəməsi müqavilə bağlanarkən iddiaçının özünün müqavilə tərəfi kimi iştirakına hər hansı maneənin olmadığını, müqavilə tərəflərinin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilənin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdi rildiyini nəzərə almaqla hesab etmişdir ki, xx.xx.2007-ci il tarixli müqaviləni subyekt tərkibinə görə yalan əqd hesab etmək mümkün olmamışdır. xx.xx.2019-cu il tarixli müqavilənin isə borcun təminatı olaraq görünüş üçün bağlandığı halı ümumiyyətlə sübuta yetirilməmişdir. Həm bu xüsusatı, həm də xx.xx.2007-ci il tarixli müqavilə üzrə gəldiyi qənaətin nəticəsi olaraq iddiaçının xx.xx.2019-cu il tarixli müqaviləni münahisələndirməyə subyektiv hüququnun olmamasını əsas götürərək kollegiya, həmin tələblə əlaqədar əlavə əsaslandırma aparmağa zərurət görməmişdir.

27. Həmçinin kollegiya vurğulamışdır ki, xx.xx.2019-cu il tarixli müqavilənin borcun təminatı olaraq görünüş üçün bağlandığı iddiası əvvəllər Cavabdeh1 tərəfindən də irəli sürülmüş, həmin iddia qanuni qüvvədə olan məhkəmə aktları ilə əs assız hesab olunmuşdur.

28. Kollegiya onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisiallığını vurğulamaqla prosessual hüquq normasını düzgün təfsir etməsə də, bu pozuntu qətnamənin ləğvinə səbəb olmamalıdır. Belə ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar yalnız işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyy əti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Cavabdeh2 Cavabdeh1 qarşı qaldırdığı iddia əsasında çıxarılmış, iddiaçı həmin işdə tərəf olmamışdır; bu isə o deməkdir ki, həmin qətnamə ilə müəyyən olunmuş hesab edilən hal iddiaçıya münasibətdə preyudisiyal əhəmiyyət kəsb edə bilməz və onun tərəfindən müvafiq qaydada sübuta yetirilməlidir.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 339, 340, 354, 404-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şər h edilməsinə dair” xx.xx.2022-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçının mülkiyyət hüququnun məhkəmə vasitəsi ilə müdafiəsi hüququnu tanımamışdır. Cavabdehlərin hərəkətləri “mülkiyyətə qəsd” və “başqa maneə” hesab etməmək üçün məhkəmənin əsası olmamışdır. Apellyasiya məhkəməsi xx.xx.2007-ci il tarixli müqaviləni “yalan əqd” olması barədə gəldiyi nəti cəni qanunun normasında göstərilən faktiki əsaslarla deyil, özünün uydurduğu hallarla əsaslandırmışdır. Mülki Məcəllənin 340.2-ci maddəsində (Maddə

340. Uydurma və yalan əqdlərin etibarsızlığı) dəqiqləşdirilir ki, “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir”. Normanın məzmununda qətnamənin 68-ci bəndində göstərilən hallar olmamışdır. Deməli, tətbiq edilən maddi hüquq norması faktiki hallara uyğun seçilməmiş, yəni düzgün tətbiq edilməmişdir.

32. Kassator qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, bu işdə cavabdeh olan Cavabdeh2 və Cavabdeh1 biri nci işdə “tərəf” olmuşlar. Həmin işdə xx.xx.2019-cu il tarixli əqdin etibarsızlığının (qanun normalarının və doktrinanın tələblərinə zidd olaraq) yoxlanmaması və bunun məhkəmə qərarlarında açıq-aydın göstərilməsi (etiraf edilməsi) faktı hazırki işdə mübahisə edilə bilməz və onun sübuta ehtiyacı olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli əqdin etibarsızlığının yoxlanmaması faktının nəzərə alınmaması üçün heç bir əsas olmamışdır.

33. Kassator qeyd etmişdir ki, qətnamənin 70-ci bəndində apellyasiya məhkəməsi yanlış mülahizəyə əsaslanmışdır. Bənddə bildirilmişdir ki, “Həmçinin qeyd olunmalıdır ki, xx.xx.2019-cu il tarixli müqavilənin borcun təminatı olaraq görünüş üçün bağlandığı iddiası əvvəllər Cavabdeh1 tərəfindən də irəli sürülmüş, həmin iddia qanuni qüvvədə olan məhkəmə aktları ilə əsassız hesab olunmuşdur.” Əslində isə, məhkəmələrin qətnamələrində belə məzmunlu mülahizə olmamışdır. Bunun üçün həmin qətnamələrin nəticə hissəsinə (eləcə də təsviri-əsaslandırıcı hissəsinə) nəzər yetirmək kifayət idi. Apellyasiya məhkəməsi “əqdin etibarsızlığının mahiyyətcə yoxlanmaması” faktını “əqdin etibarlı hesab edilməsi” (və ya əqdin etibarsızlığının əsassız hesab edilməsi) faktı kimi təqdim etmişdir. Bunun üçün onun heç bir faktiki və hüquqi əsası olmamışdır.

34. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 340-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 82, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tət biq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

39. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

40. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdı rılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

41. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

44. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan ə qddir.

45. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

46. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

47. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçü n son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

48. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

49. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

50. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

51. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

52. Maddə

404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Konstitusiya Məhkəməsinin Q ərarı 53. “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıql arı hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”. 54. “Subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də mə hkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

65. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

66. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxa rkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4320/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar