Məhkəmə qərarları › İş №2(102)-4276/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4276/2022

24.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4276/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, X4 "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Abşeron rayon 2 saylı Notariat Kontoruna (Bakı şəhəri 48 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4276/2022 Açar sözlər: İpoteka müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi üçün nəzərdə tutulmuş iddia müddəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığı Bakı şəhəri 24 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamay ev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1, Cavabdeh2 ASC-yə, LPO "xxxx" QSC-yə və Abşeron rayon 2 saylı Notariat Kontoruna (Bakı şəhəri 48 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın girovdan azad edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1816/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh1 arasında 10 mart 2000-ci il tarixdə rəsmi nikahın bağlanmış, birgə nikahlarından 05 yanvar 2001-ci il təvəllüdlü Mika yıl adlı uşaqları olmuşdur.

2. Tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.2011-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə ünvan 1ndə yerləşən bağ evi qeydə alınmışdır.

3. Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli İpoteka müqaviləsi ilə, ünvan 1ndə yerləşən bağ evi xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmişdir.

4. Tərəflər arasında olan nikah Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.

5. Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/3031/13 №-li Sonrakı İpoteka müqaviləsinə əsasən, ünvan 1ndə yerləşən bağ evi Cavabdeh1 tərəfindən «Bank Standard» KB ilə "xxxx" MMC arasında bağlan mış 1 912 300 ABŞ dolları məbləğində xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. 6. xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavəyə əsasən, "xxxx" QSC "xxxx" MMC-yə verdiyi əlavə kreditin təminatı olaraq ünvan 1ndə yerləşən bağ evi ipoteka ilə yüklü edilmişdir.

7. İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" QSC-yə və Abşeron rayonu 2 saylı notariat kontoruna qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair iddia verərək, cavabdehlər Cavabdeh1 ilə "xxxx" KB ASC arasında 06 yanvar 2015-ci il tarixli, 1xx/xx/3031/13-1xx/xx/3502/14 saylı ünvan 1ndə yerləşən bağ evinin girova qoyulması barədə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı i lə Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş və cavabdeh X2 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə **********13-11301 reyestr nömrəsi ilə qeydə alınmış, ünvan 1 ünvanında yerləşən bağ evinin bölünməsi, həmin evdə yetkinlik yaşına çatmayan uşaq X3 mənafeyi nəzərə alınaraq, həmin əmlak üzərində İddiaçı payının 2/3 hissədə, Cavabdeh1 payının isə 1/3 hissəsində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 "xxxx" QSC-nin apellyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv olunmuş, iddia tələbləri rədd edilmişdir.

9. Azərbaycan Respu blikası Ali Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Həmin iş üzrə qanuni qüvvəsini almış məhkəmənin gəldiyi nəticə aşağıdakı kimi əsaslandırılmışdır: 11. “...Mübahisəli əmlak tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, iddiaçının sabiq əri Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tərəflərin nikahına xitam verildikdən sonra Cavabdeh1 həmin bağ evini QSC «Bank Standard» KB ilə "xxxx" MMC arasında bağlanmış 1 912 300 ABŞ dolları məbləğində xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilə bağl anan zamanı Cavabdeh1 rəsmi sənədlərə əsasən subay olmuşdur. İddiaçının hüququ isə daşınmaz əmlaka birgə hüququ olan şəxs kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Başqa sözlə, qeyd edilən ipoteka müqaviləsi bağlanan zaman ipoteka qoyanın həmin ipoteka predmeti barəsində tam səlahiyyətli olub-olmaması barədə bankın məlumatı ola bilməzdi. Cavabdeh1 ipoteka müqaviləsini bağlayarkən həmin evin mülkiyyətçisi olmuş, onun daşınmaz əmlak kimi həmin evə dair dövlət reyestrində aparılmış qeydiyyatın məzmununun həqiqiliyi və tamamlığı qüvvədə olmuşdur. Bank onunla mübahisəli evə dair ipoteka müqaviləsini bağlayarkən reyestrdəki qeydin qeyri-dəqiq olmasını bilməmiş və bilə də bilməzdi. İddiaçı mübahisələndirdiyi ipoteka müqaviləsi üzrə tərəf olmamışdır. Həmin müqavilələr üzrə tər əflər, iş üzrə cavabdeh olan Cavabdeh1 və QSC «Bank Standard» KB olmuşdur. İpoteka saxlayan bank hazırkı halda mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılan ipoteka hüququnu vicdanlı əldə edəndir və bu hüquq pozulmamalıdır. Digər əsaslarla yanaşı, QSC «BankStandart» KB ipoteka hüququnu vicdanlı əldə edən olduğundan, onunla ipoteka qoyan Cavabdeh1 və borc alan "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli,1xx/xx/3031/13-1xx/xx/3502/14 saylı (xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə da daxil olmaqla) sonrakı ipoteka müqaviləsi etibarsız hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayar aq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə yuxarıda qeyd olunduğu kimi QSC «BankStandart» KB bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək evi ipotekaya qəbul edərək ******* ABŞ dolları məbləğində kredit vermiş, həmin evə dair ipoteka hüquqlarını qeydə aldırmışdır. Bununla da ipoteka hüquqularını vicdanlı əldə edən kimi QSC «BankStandart» KB iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Bununla yanaşı, hüquqlar nəzəri baxımdan özündə həmin hüquqlardan istifadə etməklə yanaşı həmçinin istifadə etməməyi də özündə ehtiva edir. Lakin hər hansı hüquqdan istifadə etməmək imkanı heç də məhdudiyyətsiz zaman kəsiyini özündə təcəssüm etdirə bilməz. Məhkəmə müdafiəsindən istifadə hüququ (tələb etmək hüququ) da bu məhdudiyyətlərə məruz qalır. Bu baxımdan da hüquq nəzəriyyəsində, eləcə də qanunvericilikdə məhdudiyyətləri özündə əks etdirən normalara rast gəlinir ki, həmin normalardan biri də iddia müddətidir. İddia müddəti özlüyündə hüquqdan istifadə imkanını çərçivəyə salmaqla, yuxarıda qeyd etdiyimiz hüquqlardan istifadə etməmək imkanını müəyyən vaxt kəsiyi ilə məhdudlaşdırır, tələb etmək hüququnun son həddini müəyyən edir. Ailə münasibətlərini tənzimləyən normalar da birmənalı olaraq zaman məhdudiyyətlərinə məruz qalır. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasındakı nikah 04 sentyabr 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur, keçən 5 il ərzində tərəflər arasında əmlak bölgüsü ilə bağlı, payların müəyyən edilməsi barədə tələb olmamışdır. İddiaçının h azırki tələblə bağlı iddia müddətinin axımı həmin gündən başlamışdır. İddiaçı isə məhkəməyə iddia müddəti bitdikdən təxminən il yarım sonra müraciət etmişdir və beləliklə mülki (ailə) qanunvericiliyin mübahisələndirmə ilə bağlı müəyyən etdiyi üç illik iddia müddəti ötürülmüşdür. Mülki-ailə qanunvericiliyinin tələblərinə görə birgə nikah dövründə əldə edilsə belə, həmin əmlakın birgə mülkiyyətdə olmasını və payların həcmini mübahisə olduğu təqdirdə məhkəmə müəyyən etməlidir. Hazırki mülki iş üzrə iddia ərizəsindən və iddia tələbindən görünür ki, mübahisə predmeti birgə nikah dövründə əldə olunsa da birgə mülkiyyət kimi hüquqi rejimi müəyyən edilməmiş, iddiaçının həmin əmlakda payının müəyyən olunması dəqiqləşməmiş, həmin əmlakın mülkiyyətçisi kimi hüquqları qeydə alınmamışdır. Digər tərəfdə n iddiaçının sabiq əri, hazırki iş üzrə digər Cavabdeh1 iddianı qəbul etməsi, hazırki tələbə mübahisəsiz yanaşması, tərəflər (keçmiş ər-arvad) arasında mübahisənin olmaması kimi qiymətləndirilməməli, əksinə, Cavabdeh1 hüquqdan sui-istifadə edərək digər cavabdehə (banka) münasibətdə mülki (kredit) öhdəliklərdən yayınması kimi qəbul edilməlidir”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh1, Cavabdeh2 ASC-yə, LPO "xxxx" QSC-yə və Abşeron rayon 2 saylı Notariat Kontoruna (Bakı şəhəri 48 saylı notariat ofisi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız h esab edilməsi, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin və 18 mart 2016-cı il tarixli, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişin etibarsız hesab olunması və ünvan 1ndə yerləşən bağ evinin girovdan azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ona sonradan məlum olmuşdur ki, Cavabdeh1 Cavabdeh2 ASC ilə bağlamış olduğu müqaviləyə əsasən sözügedən bağ evini onun xəbəri olmadan 2012-ci il tarixli müqaviləyə əsasən də ipoteka ilə yüklü etmişdir. 2015-ci ildə isə həmin bağ evini "xxxx" QSC-yə girov qoyaraq əvəzində pul götürmüşdür. Heç bir razılığı və icazəsi olmadan cavabdeh onu n imzasını saxtalaşdıraraq razılıq sənədlərini özü imzalamaqla əmlakı ipoteka ilə yüklü etmişdir.

14. Məhkəməyə təqdim edilmiş Abşeron rayon Notariat Kontoruna ünvanlanmış 06 iyul 2012-ci il tarixli ərizədə İddiaçı ünvan 1ndə yerləşən bağ evinin Cavabdeh2 ASC-də ipotekaya qoyulmasına etiraz etmədiyini qeyd edilmişdir.

15. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli rəyinə əsasən həmin ərizədəki imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir.

16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli saylı qərardadı ilə (hakim İlkin Rüstəmli) İddiaçı - cavabehlər Cavabdeh1, Cavabdeh2 ASC, LPO "xxxx" QSC və Abşeron rayon 2 saylı N otariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" QSC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair hissədə icraata xitam verilmişdir.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2021 nömrəli iş üzrə 30 aprel 2021-ci il tarixli saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbləri rədd olunmuşdur.

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı sözügedən müqavilələrin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdlərin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti ötürmüşdür. Belə ki, iş materiallarından göründüyü kimi sözügedən ipoteka müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlanmış, iddiaçı isə həmin müqaviləni qanunla nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat (qərardad üzrə)

19. İş üzrə icraata xitam verilməsi barədə qərardaddan iddiaçı şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kllegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-6509/2021 saylı qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsinin və 18 mart 2016-cı il tarixli, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişin etibarsız hesab olunması tələbinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhəməsində əlavə icraat

20. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-47/2021 nömrəli iş üzrə 20 avqust 2021-ci il tarixli saylı əlavə qətnaməsi ilə (hakim İlkin Rüstəmli) İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" QSC-yə qarşı “müqavilənin etibarsızlığı” barədə iddiası rədd edilmişdir.

21. Əlavə qətnamə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-2506/2019 saylı qərarından görünür ki, iddiaçı iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, “maddi durumu pis olduğu və uşağının təhsil alması üçün pul lazım olduğundan o, Farizə evi satmağı təklif etdikdə, sonuncu həmin evi tanışı Səidin vasitəsilə "xxxx" QSC-də girov qoyaraq əvəzində pul götürdüyünü bildirmişdir. Bu haqda 2018-ci ilin fevral ayında məlumat aldıqdan dərhal sonra v əkilə müraciət edərək, məhkəmədə Cavabdeh1 qarşı iddia qaldırmışdır”. Həmin Qərardan eyni zamanda görünür ki, İddiaçı Cavabdeh1 və "xxxx" QSC-yə qarşı “müqavilənin ləğvi” tələbinə dair iddiasına Abşeron Rayon Məhkəməsində 09 iyul 2018-ci il tarixində baxılmış və iddia tələbi təmin edilmişdir.

22. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış müqavilədən 2018-ci ilin fevral ayında xəbər tutmasına baxmayaraq, Səbail Rayon Məhkəməsinə 27 avqust 2019-cu il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı etibarsız əqdlərin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik iddia müddətini ötürmüşdür.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 340.1, 340.2, 354- cü maddələrinə, B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat (qətnamə üzrə)

24. İddiaçı qətnamədən və əlavə qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. İddiaçı apellyasiya şikayətlərini iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamələrin əsassız olmasını, maddi və prosessual hüquq n ormalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, müqavilələrin etibarsız olmasını, onun hüquqlarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1816/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin 30 aprel 2021-ci il tarixli 2(009)-47/2021 saylı qətnaməsi və 20 avqust 2021-ci il tarixli 2(009)-47/2021 saylı əlavə qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbləri rədd edilmişdir.

27. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən yalnız iddia müddətlərinin keçməsinə əsaslanmışdır. Halbuki, «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.

28. Apellyasiya instansiya məhkəməs i işin faktiki hallarını və qanuni qüvvədə olan məhkəmə qərarlarının preyudisiallığını da nəzərə alaraq qeyd etmişdir ki, iddia tələbi QSC «Bank Standard» KB-yə münasibətdə tam əsassızdır. Belə ki, iddiaçı hazırki iddia tələbində eyni daşınmaz əmlakın həmin bank qarşısında ipoteka ilə yüklü edilməsi sahəsində müvafiq əqdləri mübahisələndirmişdir. İddiaçının daha əvvəl Cavabdeh1 ilə "xxxx" KB ASC arasında ünvan 1ndə yerləşən bağ evinə dair bağlanmış 06 yanvar 2015ci il tarixli, 1xx/xx/3031/13-1xx/xx/3502/14 saylı ipoteka müqaviləsini mübahisələndirməsi, hazırda isə eyni daşınmaz əmlaka dair əlavə olaraq 22 aprel 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsini və 18 mart 2016-cı il tarixli, 06 yanvar 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə 01 saylı əlavə sazişi mübahisələndirməsi vəz iyyəti dəyişdirmir. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuş hallar və məhkəmələrin hüquqi mövqeyi hazırki iş üzrə də nəzərə alınmalı olan hallardır. Xüsusilə qeyd edilməlidir ki, əvvəlki məhkəmə aktları ilə ipoteka sahəsində əqdin etibarlılığı yoxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, 06 yanvar 2015-ci il tarixli, 1xx/xx/3031/13-1xx/xx/3502/14 saylı ipoteka müqaviləsi, həmçinin 18 mart 2016-cı il tarixli 01 saylı Əlavə də daxil olmaqla etibarsız hesab edilə bilməz.

29. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırda digər əsaslardan çıxış edərək əqdləri mübahisələndirməsi halı da əsassız olmaqla, əqdləri etibarsız hala gətirmir. Belə ki, tərəflərin nikahına xitam verildikdən sonra C avabdeh1 həmin bağ evini QSC «Bank Standard» KB ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilə bağlanan zamanı Cavabdeh1 rəsmi sənədlərə əsasən subay olmuş, iddiaçının daşınmaz əmlaka birgə mülkiyyət hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda bank ipoteka müqaviləsini bağlayarkən reyestrdəki qeydin qeyri-dəqiq olmasını bilməmiş və bilə də bilməzdi. İpoteka saxlayan bank hazırkı halda mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılan ipoteka hüququnu vicdanlı əldə edəndir və bu hüquq pozulmamalıdır.

30. Həmcinin qeyd edilməlidir ki, mulkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıc ı əmlakın mulkiyyətcisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların muəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. İpoteka müqaviləsi bağlanan zamanı ipoteka qoyanın daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyata alınmış vəziyyətdə olmuş və reyestrdə hər hansı yüklülük halı (iddiaçının birgə mülkiyyəti) qeydə alınmamışdır.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı s ahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də QSC “BankStandart” KB bağladığı əqdlərə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək evi ipotekaya qəbul edərək kredit vermiş, həmin evə dair ipoteka hüquqlarını qeydə aldırmışdır. Bununla da bank ipoteka hüquqularını vicdanlı əldə edən kimi iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iş materiallarında da ipoteka ilə bağlı əqdlər bağlanan zamanı bankın vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir.

32. Bununla yanaşı, qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasındakı nikah 04 sentyabr 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur, keçən 5 il ərzində tərəflər arasında əmlak bölgüsü ilə bağlı, payların müəyyən edilməsi barədə tələb olmamışdır. İddiaçı məhkəməyə qanunla nəzərdə tutulmuş müddət bitdikdən sonra müraciət etmişdir və beləliklə mülki (ailə) qanunvericiliyin mübahisələndirmə ilə bağlı müəyyən etdiyi üç illik iddia müddəti ötürülmüşdür. Mülki-ailə qanunvericiliyinin tələblərinə görə birgə nikah dövründə əldə edilsə belə, həmin əmlakın birgə mülkiyyətdə olmasını və payların həcmini mübahisə olduğu təqdirdə məhkəmə müəyyən etməlidir. Hazırki mülki iş üzrə iddia ərizəsindən və iddia tələbindən görünür ki, mübahisə predmeti birgə nikah dövründə əldə olunsa da, birgə mülkiyyət kimi hüquqi rejimi müəyyən edilməmiş, iddiaçının həmin əmlakda payının müəyyən olunması dəqiqləşməmiş, həmin əmlakın mülkiyyətçisi kimi hüquqları qeydə alınmamışdır. Digər tərəfdən iddiaçının sabiq əri, hazırki iş üzrə digər Cavabdeh1 iddianı qəbul etməsi, hazırki tələbə mübahisəsiz yanaşması, tərəflər (keçmiş ərarvad) arasında mübahisənin olmaması kimi qiymətləndirilməməli, əksinə, Cavabdeh1 hüquqdan sui-istifadə edərək digər cavabdehə (banka) münasibətdə mülki (kredit) öhdəliklərdən yayınması kimi qəbul edilməlidir. Göründüyü kimi, məhkəmələrin hüquqi mövqeyindən belə nəticə hasil olmuşdur ki, iddiaçının əqdi mübahisələndirməkdə həmçinin subyektiv hüquqları da mövcud deyildir. İddiaçı tərəf subyektiv hüquqlarının mövcudluğu ilə bağlı həmçinin iddiaçının mübahisəli daşınmaz əmlaka dair məhkəmə qərarının mövcudluğunu qeyd etmişdir. Belə ki, təqdim olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası qismən təmin olunmuş, onun Cavabdeh1 mülkiyyətində olan ünvan 1ndəki 0,1612 ha torpaq sahəsində yerləşən bağ evin istifadə hüquqları tanınaraq köçürülməsi qət edilmişdir. Həmin məhkəmə aktında da qeyd edildiyi kimi, əvvəlki mübahisə bağ evi üzərində mülkiyyət hüququnun, o cümlədən mülkiyyət hüququna münasibətdə payın müəyyən edilməsi ilə bağlı olmuşdur. Hazırki iş üzrə tələb isə qeyd edilən əmlak üzərində istifadə hüququnun əldə edilməsi ilə bağlıdır. Göründüyü kimi, iddiaçının mübahisəli əmlaka istifadə hüququnun tanınması ilə bağlı məhkəmə aktı qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuş halları aradan qaldırmır.

33. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, yuxarıda qeyd edilən hüquqi mövqelər həmçinin Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 06 iyul 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb üzrə də keçərlidir. Həmçinin, Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında 06 iyul 2012- ci il tarixli ipoteka müqaviləsi bağlanan zamanı iddiaçının notariat qaydasında təsdiq olunmuş razılıq ərizəndəki imzanın onu məxsus olmaması halı da bankın ipotekaya münasibətdə vicdanlılığını istisna etməmişdir. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, bu istiqamətdə iddiaçının şikayəti üzrə cinayət təqibi üzrə araşdırma aparılmış, cinayət işinin başlanması bir neçə dəfə rədd edilmişdir. Hər bir halda cinayət təqibi üzrə araşdırmanın nəticəsinə uyğun olaraq iddiaçı təqsirkar şəxslərə qarşı zərər barədə tələb hüquqlarını özündə saxlayır. Xüsusilə qeyd edilməlidir ki, işdə olan sənədlərdən (cinayət işinin başlanmasının rədd olunması barədə 31 mart 2021-ci il tarixli qərar və s.) görünür ki, Cavabdeh1 Cavabdeh2 ASC-dən götürdüyü krediti 09 iyun 2014-cü il tarixdə tam olaraq bağlamış, bu səbəbdən də əmlak ipotekadan azad edilmişdir.

34. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia müddətini də ötürmüşdür. İddiaçı hələ "xxxx" QSC ilə bağlanmış müvafiq ipoteka müqaviləsini mübahisələndirən zamanı onun sonrakı ipoteka olmasını aşkar surətdə bilmiş, belə olan halda daha əvvəl əmlakın Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü ed ilməsini bilməli idi. Buna baxmayaraq iddiaçı həmin müqaviləni yalnız 2019-cu ilin avqust ayında mübahisələndirməklə, iddia müddətini ötürmüşdür.

35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 269, 295 və 354-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1, 81, 82.3, 217.1, 217.2 və 217.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli Qərarında, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 3 iyun tarixli Qərarında, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına u yğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında, X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli qərarında, B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 ma rt 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəyə Mülki Məcəllənin 182-ci maddəsi düzgün tətbiq etməmiş və vicdanlı əldə edənin anlayışını düzgün şəkildə şərh etməmişdir. Belə ki, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış müqavilə zamanı ciddi qanun pozuntularına yol verilmişdir. Binəqədi rayon Prokurorluğunun 31 mart 2021-ci il tarixli qərarında qeyd edilir ki, xx.xx.2014-cü il tarixli 1xx/xx/3031/13 və 1xx/xx/3031/13-1xx/x x/3502/14 nömrəli sonrakı ipoteka müqavilələri Abşeron rayonu, 2 saylı notariat kontorunda təsdiqlənərkən İddiaçı ərizəsi Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış tələb edilməmiş, yalnız əri Cavabdeh1 məxsus qeyd olunan əmlakın “Avrasiya Bank” a ipotekaya qoyulmasına etiraz etməməsi barədə xx.xx.2012-ci il tarixdə 48 saylı notariat kontorunda təsdiqlənmiş ərizəsinə (hansı ki, həmin ərizə QSC Bank Standart” KB-nin korporativ filalına yox, ”Avrasiya Bank”a ipotekaya qoyulmasına etiraz etməməsinə görə tərtib olunmuşdur) xx.xx.2012-ci il tarixli 30 gün müddətinə etibarlı sayılan arayışa istinad edilmiş, baxmayaraq ki, Cavabdeh1 2012-2014-cü illərdə aparılmış qeyd olunan müqavilələrin tərtibi zamanı 2 dəfə şəxsiyyət vəsiqəsini dəyişdirmişdirş. Bu hallar bank tərəfindən yoxlanılmamışdır. "xxxx" QSC o zaman vicadanlı əldə edən ola bilərdi ki, ipoteka müqaviləsi bağlanan zaman tərəflər arasında həyata keçirilən prosedurlar qanunvericiliyə uyğun şəkildə və heç bir qanun poztusuna yol verilmədən həyata keçirilsin. Göründüyü kimi Bank Standart” KB tərəfindən yuxarıda qeyd edilən kobud pozuntuya yol verildiyi üçün "xxxx" QSC heç bir halda vicdanlı ipoteka saxlayan hesab oluna bilməz.

38. Bundan başqa “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci-ci il tarixli qərarında müəyyənləşdirdiyi hüquqi mövqeyə əsasən Mülki Məcəllənin etibarsız ə qdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığıandan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır.

39. İşin faktiki halı ondan ibarət olmuşdur ki, tərəflərin birgə mülkiyyətində olan əmlaka iddiaçının xəbəri və razılığı olmadan sərəncam verilmiş, hətta əmlakın ipoteka ilə yüklü edil məsinə dair etiraz edilməməsi barədə adından saxta ərizə tərtib edilmişdir. Bu razılıq ərizəsindəki imzanın iddiaçıya aid olmaması mülki işə məhkəmə baxışı ilə əlaqədar keçirilmiş ekspertiza rəyi ilə də müəyyən olunmuşdur. Lakin məhkəmə həmin ekspertiza rəyini sübut kimi qiymətləndirməmiş, məhkəmənin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bu halı aydınlaşdırmamışdır. Göründüyü kimi hazırda iddia tələbində etibarsızlığının tanınması tələb olunan müqavilələr və müqaviləyə əlavə əhəmiyyətsiz əqddir və Konstitutsiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyinə görə, bu cür əqdlər özü özlüyündə etibarsızdır və onların məhkəmədə təkrar etibarsız hesab olunması tələb olunmadığı üçün bir illik iddia müddəti onların etibarsızlığı ilə bağlı nəticələri, yəni tərəflərdən hər birinin əldə etdik lərini digər tərəfə qaytarması nəticəsinin icrasına tətbiq olunur. İddiaçı evin ipotekaya qoyulmasına bildikdən dərhal sonra hüquqmühafizə orqanlarına həm də məhkəməyə müraciət etmişdir. Artıq 4 ilə yaxındır ki, məhkəmə prosesləri davam edir.

40. Məhkəmə müddətin ötürülməsini iddianı rədd edilməsi üçün digər bir əsas kimi göstərmiş, iddiaçının pozulmuş subyektiv hüquqlarını, habelə iradə ifadəsinin ziddinə olaraq adından saxtalaşdırılmılış ərizənin və bu ərizə əsasında bağlanmış ipoteka müqaviləsinin hüquqi qüvvəsini və nəticələrini araşdırmadan habelə hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdır malı idi. Belə ki, məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş heç bir sübutu qiymətləndirmədən habelə tərəflərin təqdim etdikləri sübutları tam, hərtərəfli və obyektiv olaraq araşdırmadan yalnız iddia müddətinin ötürülməsini tətbiq etməklə iddia tələbini rədd etmişdir. Halbuki, iş üzrə materiallardan də göründüyü kimi, ipoteka müqaviləsinin bağlanılması üçün zəruri olan birgə mülkiyyətdə olan əmlakın ipotekaya qoyulmasına etiraz edilməməsi barədə ərizə İddiaçı adından saxtalaşdırılmış və bununla da iddiaçın konstitusion və konvension hüquqları pozulmuşdur.

41. İddiaçı tərəfindən mübahisəli daşınmaz əmlaka subyektiv hüquqlarının mövcudluğu ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il qətnaməsi təqdim edilmişdir. Həmin qətnamə ilə İddiaçı Cavabdeh1na qarşı «mənzilə istif adə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası qismən təmin olunmuş, onun Cavabdeh1 mülkiyyətində olan ünvan 1ndəki 0,1612 ha torpaq sahəsində yerləşən bağ evin istifadə hüquqları tanınaraq köçürülməsi qət edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən iddiaçı tərəfindən həmin qətnamə məhkəməyə təqdim edilsə də, məhkəmə həmin hissəyə hüquqi qiymət verməmiş və bunu əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Cavabdeh LPO "xxxx" QSC kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir.

43. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində qeyd edilən məsələlər apellyasiya instansiya məhkəməsi hüquqi qiymət vermiş, şikayətdə gösrərilən dəlillər qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə həll olunmuşdur. On a görə də, şikayət təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

45. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır;

46. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır;

47. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

48. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

49. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

50. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyat a alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

51. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir

52. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

53. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir.

54. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllə

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi ipoteka müqavilələrinin etibarsız hesb edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir.

69. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətra flı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır və apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddia tələbinin təmin edilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur.

70. İddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adından saxta razılıq ərizəsindən istifadə edilməklə Cavabdeh1 Cavabdeh2 ASC ilə bağladığı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinin təminatı olduğu kredit məbləği tam olaraq bağlandığından və həmin əmlak üzərində bu ipoteka müqaviləsinə əsasən ipoteka yüklülüyü aradan qalxdığından həmin müqavilə nəticəsində iddiaçının hər hansı hüquq və mənafeyinin pozulmamışdır və buna görə də həmin müqavilənin etibarsızlığının tanınmasının hər hansı hüquqi maraq mövcud deyildir.

71. İddiaçı həmin müqavilənin "xxxx" KB ASC ilə bağlanmış sonrakı ipoteka müqavilələrinə zəmin yaratdığını qeyd etsə də, “İpoteka haqqında ” Qanunun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Mahiyyətinə görə bu müqavilə ipoteka qoyulmuş əmlakın yenidən girv qoyulması barədə müstəqil ipoteka müqaviləsidir, ilkin ipoteka müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə əlavə müqavilə deyildir. Buna görə də, iddiaçının bu dəlili əsassızdır. 72. "xxxx" KB ASC ilə bağlanmış ipoteka müqaviləsi və ona əlavələrə dair kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının eyni əsaslarla həmin bankla bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Hazırki iddiada mübahisələndirilən xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə həmin xx.xx.2015-ci il tarixli müqaviləyə aid olmaqla, xx.xx.2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi də daxil olmaqla, bütün bu müqavilələr eyni kredit xətt müqaviləsi üzrə verilmiş borcların təminatı olaraq bağlanmışdır.

73. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktların a yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 08 aprel 2019-cu il tarixli qərarında qeyd edilmiş hüquqi mövqelərin hazıki iş üzrə preyudisial qüvvəyə malik olması qənaətinə gələrək "xxxx" KB ASC yə qarşı iddia tələbini əsassız hesab etmişdir.

75. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin digər dəlilləri də əsassızdır. Apellyasiya məhkəməsi həmin dəlillərdə əks olunan məsələlərlə bağlı ətraflı hüquqi dəyərləndirmə apardığından kassasiya məhkəməsi bu dəlillər üzrə əlavə araşdırma aparılmasına zərurət görmür.

76. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1816/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar