Məhkəmə qərarları › İş №2(102)-4276/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4276/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4276/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7524/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflə r 2007-ci ildən “Həsənoğlu” firmasında birlikdə işləmişlər. İddiaçının deməsinə görə cavabdeh ondan müxtəlif dövrlərdə borc pul alaraq geri qaytarmamışdır. Bununla bağlı iddiaçı Binəqədi RPİ-nin 5-ci PB-nə şikayət etmiş, ona cavab olaraq həmin şikayətin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5110 manat məbləğində borc verilmiş pulun, dəymiş mənəvi zərərin əvəzi olaraq 2000 manatın və ödənilmiş 71 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2007-ci il tarixdə Həsənoğlu fi rmasında işləmişdilər. Hazırki dövrədək dəfələrlə ondan borc pul alıb və qaytarmamışdır. Borc olaraq hissə-hissə aldığı pul məbləği 3110 manat təşkil edir. Bundan başqa 1800 manat təşkil edən 2 ədəd Samsung Galaxy S6 mobil telefonları kreditə götürməyini və kredit borcunu və faizləri özü tərəfindən ödənilməsinə dair iddiaçını aldadaraq kreditə telefon götürməyinə vadar etmişdir. Telefonları isə öz mənfəəti üçün satıb, pulu isə qaytarmamışdır. Hətta ondan yenidən həmin borcu qaytarmaq məqsədi ilə taksidə işləməsi üçün 2020-ci il tarixdə 200 manat pul almış, tezliklə pulları verəcəyinə dair öhdəlik götürmüşdür. Cavabdehin onu öz yalanlarına inandıraraq aldığı pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini başa düşmüşdür. Cavabdeh məqsədi onu aldatmaq imiş. Yəni onun etibarından sui-istifadə edə rək əmlakını ələ keçirərək pul qazanmaq imiş. Uzun müddətdir ki, Cavabdeh bu məsələlərin həll edilməsini tələb etsə də müxtəlif bəhanələr edərək pulu ödəyəcəyini bildirirdi. Belə ki, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onu aldadaraq ondan istifadə edərək öz tələbatları üçün hansısa işləri görərək ona qarşı dələduzluq etmişdir. Son zamanlar isə Cavabdeh telefon zənglərinə belə cavab vermir. Bununla bağlı Binəqədi rayon 5-ci Polis Bölməsinə şikayətinin əsasında xx.xx.2022-ci il tarixdə isə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən cavab olaraq bildirilmişdir ki, şikayəti mülki xarakterli olduğu üçün rayon məhkəməsinə müraciət etməyi məqsədə müvafiqdir. Cavabdehdən ona olan borcunun qaytarılması tələb etsə də, borcu qaytarmaqdan bu günə kimi boyun qaçırir. A rtıq məcbur olmuşdur ki, məhkəməyə müraciət etsin və pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunsun.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2948/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia rədd edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf cavabdehin ondan müxtəlif vaxtlarda borc pul aldığını, onu kreditə telefon götürməyə vadar etdiyini, nəticədə cavabdehin ona 5110 manat məbləğində borcunun yarandığını iddia etsə də, iş materialları ilə həmin halları təsdiq edən sübutlar müəyyən edilməmişdir. İddiaçı tərəfindən həmin sübutlar təqdim edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 740.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1 və 217.3cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması ilə çıxarılmışdır.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında göstərmişdir ki, cavabdehə borc pul verməsinə dair aralarında hər hansı yazılı sənəd, m üqavilə tərtib olunmamışdır. Bu səbəbdən də məhkəməyə sübut təqdim edə bilməmişdir. İki ədəd telefona görə nisyə alqı-satqı müqaviləsi onunla deyil, qohumu ilə bağlanmış, cavabdeh isə ödənişləri mağazaya etməli idi. Lakin, həmin ödənişləri də etməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7524/2022 nömrəli iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Babayev və Şərafət Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və tərəflərin təqdim etdikləri sübutlara uyğun və düzgün olmuşdur. iddiaçı cavabdehə hissələrlə hansı tarixlə rdə, hansı məbləğlərdə və hansı şərtlərlə borc pul verməsinə, borcun qaytarılma vaxtının çatmasına və s. bu kimi zəruri hallarla bağlı, həmçinin iddiaçı cavabdehin təklifi ilə kreditə iki ədəd mobil telefon almasını, kreditin cavabdeh tərəfindən qaytarılmalı olmasını da iddia etmiş, lakin bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında həmin telefonlara görə müqavilənin onunla deyil, yaxını olan digər şəxslə bağlandığını bildirmişdir.

12. Apellyasiya şikayətində, iddiaçı cavabdehin səs yazısına dair SD diskinin və telefon yazılarının olmasını qeyd etsə də, birinci instansiya məhkəməsinə həmin sübutları təqdim etməmiş və həmin sübutlar apellyasiya şikayətinə də əlavə olunmamışdır. Halbuki, iddaçı məhkəmə iclaslarında iştira k etmiş, sübutlarını təqdim etmək imkanında olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialından da görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi olmuşdur. Lakin, məhkəmə buna qiymət verməmişdir. Belə ki, məhkəmə cavabdehin məhkəməyə çağrılmasını təmin etməmiş və səhv nəticəyə gəlmişdir. Həmçinin məhkəmə qətnamə qəbul edərkən iş materialında olana əlavə edilmiş Binəqədi rayon Polis Bölməsinin arayışına qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri yni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərə fli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı Cavabdeh ilə aralarında borc müqaviləsinin bağlandığını, cavbadehin onun qarşısında hər hansı öhdəlik daşıdığını sübuta yetirə bilməmişdir.

31. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7524/2022 nömrəli iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar