Məhkəmə qərarları › İş №2(102)-4277/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4277/2022

10.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4277/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Mirvari Meirova qarşı ilk, İddiaçı qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ iş № 2(102)-4277/2022 (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı şəhəri 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızının məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı ilin iddia üzrə cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılmasına tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Mirv ari Meirovun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzildəki payına görə 30.000 manat kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-985/2022 nömrəli, 26 may 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Mirvari Meirovaya qarşı ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilin ona məxsus 9/12 hissədə payının natura şəklində ayrılmasının və payına uyğun kompensasiyanın cavabdehdən tutulmasının qeyri-mümkün olmasını müəyyən edib mənzilin açıq hərracdan satılmasına, əldə olunmuş vəsaitin bölüşdürülməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, X5 küçəsi 3123-cü məhəllə 7a saylı evin 70 saylı mənzilindəki payına görə 30000 manat kompensasiya ödəməklə mülkiyyət hüquqlarına xitam verilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim Səadət Səlimova) 2(001)-1109/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar təmin edilməmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

4. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ilkin i ddia tələbinin təmin edilməməsi ilə bağlı hissədə onun ləğv olunmasını və ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov, iş № 2(103)-985/2022) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilmiş, ilk iddia tələbi təmin edilmişdir. 6. 12 may 2022-ci il tarixdə kassasiya şikayəti və müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət edən X1 nümayəndəsi (vəkili) Vəkil1 ötürülmüş müddətin bərpa olunmasını xahiş etmiş, xahişini, qətnamənin onun elektron kabinetində yerləşdirilməsindən xə bərinin olmadığı, bununla bağılı SMS bildirişi xx.xx.2022-ci il tarixdə aldığı, həmin gün kabinetə daxil olaraq qətnamənin surətini götürdüyü arqumentləri ilə əsaslandırmışdır.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov, iş № 2(103)-985/2022) ərizə təmin edilməmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki-prosessual qanunvericiliyin müddəalarının mənası baxımından, məhkəmə aktının nümayəndəyə çatdırılması (ona məxsus elektron kabinetə yerləşdirilməsi), həmin aktdan şikayət vermə müddətinin axımının başlanması üçün əsas yaradır və ərizəçinin, “qətnamənin elektron kabinetə yerləşdirilməsindən məlumatının olmama sı” arqumenti müddətin bərpasına əsas verə bilməz. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 74.1-ci maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir və əgər ərizəçinin sözügedən arqumentləri əsaslı hesab olunsaydı, nümayəndəlik institutunun mənası qalmazdı. Həmçinin nəzərə alınmalıdır ki, X2 məhkəmə icraatının əvvəlindən etibarən məhz hazırda baxılan ərizənin müəllifi olan nümayəndə (vəkil) təmsil etmiş, onun adından bütün şikayət və vəsatətləri də məhz həmin vəkil vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh Mirvari Meirova (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instnasiya məhkəmə sinin qərardadının ləğv olunmasını və buraxılmış müddət üzürlü hesab edilməklə kassasiya şikayətinin icraata götürülməsi və kassasiya instansiya məhkəməsinə mahiyyəti üzrə baxılması üçün göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surəti işdə tərəf olan cavabdehə poçt vasitəsi ilə və ya rəsmi qaydada verilməmişdir. Baxmayaraq ki, işdə onun faktiki ünvanı ünvan 1tərilmiş, lakin qətnamənin surəti tərəf kimi ona göndərilməmişdir. Qətnamənin elektron kabinetdə yerləşdirilməsi barədə məlumat nümayəndənin mobil telefonuna xx.xx.2022-ci il SMS vasitəsi ilə daxil olmuş, həmin gün elektron kabinetə daxil olmaqla adı çəkilən qətnamənin surətini əldə etmiş, xx.xx.2022-ci ildə kassasiya şikayəti a pellyasiya instansiyasına daxil olmuşdur. Məhkəmə qətnamənin tərəfə çatdırılmasını xx.xx.2022-ci ildən hesablamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Qətnamənin surətinin çatdırılması barədə müddət məhkəmə tərəfindən düzgün hesablanmamış, şikayətçiyə məhkəmə qətnaməsi rəsmi qaydada göndərilməmiş və ya poçt vasitəsi ilə çatdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

12. Maddə 135.6. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdi rilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

13. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir

14. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

15. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

16. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

17. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasını n səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

18. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.

20. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

22. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

23. Cavabdeh tərəfin vəkili və nümayəndəsinin elektron kabinetinə məhkəməin qətnaməsi xx.xx.2022-ci il tarixdə yerləşdirilməklə həmin tarixdə rəsmi çatdırılmış hesab edilmişdir. Buna görə də, apellyasiya məhkəməsi həmin tarixdən hesablanmaqla kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması nəticəsinə gəlmişdir.

24. Cavabdehin nümayəndəsinin qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə xx.xx.2022-ci il tarixdə məlumatlı olması barədə kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, onun qətnamədən xx.xx.2022-ci il tarixdə məlumatı olanda həm də bu qətnamənin elektron kabinetə nə vaxt yerləşdirilməsindən məlumatı olmuş, həmçinin müddət bitənədək kassasiya şikayətinin verilməsi üşün kifayət qədər, yəni 25 gün vaxtı olmuşdur. Lakin nümayəndə bu müddət ərzində kassasiya şikayəti verilməsinin ondan asılı olmayan üzürlü səbəblərdən mümkün olmaması barədə heç bir dəlilə istinad etməmişdir.

25. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Buraxılmış müddət isə yalnız üzürlü səbəblər olduqda bərpa edilə bilər.

26. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillər ini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh = tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-985/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar