Məhkəmə qərarları › İş №2(102)-4278/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4278/2019

24.06.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4278/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12820/2018 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli əlavə qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik ed ən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 18 fevral 2019-cu il tarixli əlavə qətnaməsi ilə ərizə təmin edilmiş, iş üzrə əlavə qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması barədə iddia tələbi rədd edilmişdir. İşin halları: Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-233/2018 saylı 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 09 fevral 1990-cı il tarixli qərarı ilə X2 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivi ünvanında yerləşən 1D/10 saylı bağ sahəsindən çıxarılması və Cavabdeh tərəfindən həmin bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh apellya siya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-12820/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-233/2018 saylı iş üzrə 08 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş bağ sahəsindən çıxarılma” barədə dair iddia tələbi rədd edilmişdir. İddiaçı 06.02.2019-cu il tarixdə məhkəməyə ərizə təqdim edərək, İddiaçı “cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” tələbi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədə iddia tələbinin ilkin hissəsinə münasibət bildirilmiş, ikinci hissəsi isə qeyri-müəyyən qalmışdır. Həmin ərizə üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən 2(103)-12820/2018 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli əlavə qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 18 fevral 2019-cu il tarixli əlavə qətnaməsini İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” hissədə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə qeyd etmişdir ki, “cavabdehin də iddiaçı kimi mübahisəli bağ sahəsinə dair gözlənilən mülkiyyət hüquqları olduğundan hazırda iddia tələbinin təmin olunması mümkünsüzdür”. Göründüyü kimi məhkəmənin mövqeyinə əsasən hər iki şəxsin mübahisəli bağ sahəsinə hüququ var. Belə olan halda hər iki şəxsin yəni həm iddiaçının, həm də cavabdehin hüquqları mövcud olduğu halda yaranmış maneələrin aradan qaldırılması tələbinin təmin etməməsi məhkəmənin qərəzli mövqedən yanaşmasını təsdiq edir. Maneələr iddiaçının gözlənilən hüquqları olan torpaq sahəsindən istifadəsinə imkan vermir.İddia tələbinin “cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddiaçı maneələrin nədən ibarət olması göstərilmədiyindən və əsaslandırılmadığından həmin hissədə də iddia tələbi rədd edilmişdir. Halbuki iddia ərizəsində maneələrin nədən ibarət olması aydın şəkildə ifadə edilmişdir. Belə ki, cavabdeh tərəfindən miras qalmış əmlak üzrə bölgünün aparılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq ölçü işlərinin aparılması üçün torpaq sahəsinə mütəxəssislərin daxil olmasına qəsdən imkan verməmişdir. Həmin halı isə məhkəməyə təqdim edilmiş 14.08.2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubu cavabdeh tərəfindən maneələrin yaradılmasını tə sdiq edir. Bundan başqa iş materiallarına əlavə edilmiş notariusun məktublarına nəzər yetirən zaman cavabdeh tərəfindən təqdim edilən həmin məktubun köhnə tarixlə tərtib edilmsi müəyyən edilir. Bunu müəyyənləşdirmək üçün məhkəmə tərəfindən notariat işi tələb olunmalı və ziddiyyət aydınlaşdırılmalı idi. Məhkəmə bu hallara əhəmiyyət verməyərək düzgün olmayan qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçı və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12820/2018 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli əlavə qətnaməsi tam, iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş mübahisələndirilən hissədə, yəni iddia tələbinin “cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işi n müəyyən edilən hallarından göründüyü kimi, X5 (iddiaçının bacısı) 06 iyul 1955-ci ildə X6 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından 31 dekabr 1962-ci ildə X3 doğulmuş, lakin sonuncu 04 aprel 1967-ci il tarixdə ölmüş və tərəflər arasında bağlanmış nikah 19 avqust 1977-ci ildə ləğv edilmişdir. Bundan sonra Bakı şəhəri X4 İcraiyyə Komitəsinin 09 fevral 1990-cı il tarixli qərarı ilə X2 Bakı şəhəri Xəzər rayonu Xaşa-xuna bağ massivi ünvanında 1D/10 saylı bağ sahəsi ayrılmışdır. ünvan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanmış 31 yanvar 2017-ci il tarixli məktubuna əsasən X1 06 may 2016-cı il tarixdə ölməsi ilə əlaqədar vərəsələrin 31 yanvar 2017-ci il tarixli ərizəsi əsasın da 31 yanvar 2017-ci il tarixdə vərəsəlik işi açılmış və İddiaçı mərhumun vərəsəsi olması barədə məlumat verilmişdir. ünvan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanmış 16 iyun 2017-ci il tarixli məktubu ilə X1 08.05.2016-cı il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 16 iyul 2017-ci il tarixli ərizəsi əsasında həmin tarixdə notariat kontoru tərəfindən vərəsəlik işinin açıldığı və qanunvericiliyin tələbinə əsasən İddiaçı və Cavabdeh mərhumun vərəsələri olması barədə məlumat verilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək cavabdehin X2 ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivi ünvanında yerləşən 1D/10 saylı bağ sahəsindən çıxarılması və Cavabdeh tərəfindən həmin bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan man eələrin aradan qaldırılmasını xahiş etmiş, iddia tələbləri birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini “zəbt olunmuş bağ sahəsindən çıxarılma” hissədə ləğv edərək həmin hissədə iddia tələbini rədd etmişdir. Qətnamanin bu hissəsi iddiaçı tərəfindən mübahisləndirilməmişdir. İddia tələbinin “cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” hissədə apellyasiya instansiyası məhkəməsi qətnamədə məsələni həll etmədiyindən iddiaçının ərizəsinə əsasən əlavə qətnamə qəbul edərək iddia tələbini həmin hissədə də rədd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər (maddə 229.1). Hazırda iddiaçı iddia tələbini “cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” hissədə mübahisələndirir. Bu barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə əlavə qətnamə kimi qəbul edildiyindən iddiaçı yalnız əlavə qətnamədən kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12820/2018 saylı 26 dekabr 2018ci il tarixli qətnaməsi ilə Cavabdeh notariat kontoru tərəfindən açılmış vərəsəlik işi ilə bağlı sözügedən bağ sahəsinə münasibətdə vərəsə kimi tanındığından və onun gözlənilən mülkiyyət hüququ olduğundan İddiaçı ona qarşı “zəbt olunmuş bağ sahəsindən çıxarılma” tələbi əsassız hesab edilmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində və məhkəmə araşdırmaları zamanı cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün hansı maneələrin yaradılmasını əsaslandırmadığından, bu maneələrin ümumiyyətlə nədən ibarət olduğunu göstərmədiyindən, həmçinin bu barədə hər hansı sübut təqdim etmədiyindən həmin tələb də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin mübahisə edilməyən halı kimi iddiaçının mərhum X1 vərəsəsi olması müəyyə n edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bağ sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin ölçü işlərinin görülməsi üçün şərait yaradılmadığına görə xahişi təmin edilməmişdir. Cavabdeh bağ sahəsini zəbt edərək ölçü işlərinin aparılması üçün mütəxəssisləri bağ sahəsinə buraxmamışdır. Bu hal iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 10 may 2017-ci il tarixli məktub ilə də müəyyən edilir. Həmin məktubda qeyd olunmuşdur ki, mübahisəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış, idarənin mütəxəssisləri tərəfindən ölçü işlərinin görülməsi üçün şərait yaradılmamışdır. Göründüyü kimi, iddiaçı mərhum X1 vərəsəsi olmuş və cavabdehə qarşı yönəltdiyi tələbində manelərin nədən ibarət olmasını göstərmiş, cavabdeh tərəfindən bağ sahəsində ölçü işlərinin aparılması üçün mütəxəssislərin bağ sahəsinə buraxılmadığını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə iddia tələbini rədd edərkən cavabdehin də vərəsə olduğunu və eyni zamanda iddiaçının iddia tələbində maneələrin nədən ibarət olmamasını qeyd etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, mübahisələndirilən hissədə qətnamə qanuni və əsaslı olmamaqla bərabər qətnamə işin hallarına uyğun əsaslanırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 -ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi iddia tələbinin “cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətnamə (əlavə qətnamə) həmin his sədə ləğv edilməli və iş mübahisələndirilən hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12820/2018 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli əlavə qətnaməsi tam, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-12820/2018 saylı, iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş mübahisələndirilən hissədə, yəni iddia tələbinin “cavabdeh tərəfindən bağa dair ölçü işlərinin görülməsi üçün yaradılan maneələrin aradan qaldırılması” hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar