Məhkəmə qərarları › İş №2(102)-4278/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4278/2021

09.07.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4278/2021 09.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdeh XXnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XZaqatala Ərazi İdarəsi olmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti verilmədən kassasiya şikayəti verilməsi; kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardadın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, cavabdeh XX nin nümayəndəsi X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-489/2021 saylı iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X və vəkili Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 9 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X2 (bundan sonra iddiaçı və ya X) cavabdeh XXnə (bundan sonra cavabdeh və ya B) qarşı cavabdehin mülkiyyətindəki yararsız vəziyyətdə olan torpaq sahəsinin abadlıq məqsədilə uzun müddətə ona icarəyə verilməsinin rəsmiləşdirilməsi barədə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək cavabdehin mülkiyyətindəki yararsız vəziyyətdə olan 0.20 ha torpaq sah əsinin bag salınması məqsədilə qanunvericiliyə uygun olaraq uzun müddətə ona icarəyə verilməsinin rəsmiləşdirilməsi və hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Xnin nümayəndəsi X4 iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini, iddianı qəbul etdiyini bildirmiş və bununla bağlı yаzılı ərizəsini məhkəməyə təqdim etmişdir.

3. Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2014-cü il tarixli 2(033)-302/2014 saylı qətnaməsi ilə (hakim A.A.İsmayılov) iddia ərizəsinin təmin edilməsi, XXnin mülkiyyətindəki Şəki-Zaqatala kadastr qiymət rayonuna aid kolluq ərazi olan 2000 kv.m. və ya 0.20 ha torpaq sahəsinin bağ salınması məqsədilə uzun müddətə icarəyə verilməsinə dair cavabdeh XX ilə iddiaçı X2 arasında icarə müqav iləsi bağlanması qət edilmişdir.

4. Qətnamə ilə hüquqlarına toxunan şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XZaqatala Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2014-cü il tarixli 2(033)-302/2014 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-489/2021 saylı mülki iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov-sədrlik edən və məruzəçi, M.M.Hüseynov və E.Ş.Hüseynov) hüquqlarına toxunan şəxs DƏDRXnin XZaqatala Ərazi İdarəsi tərəfindən veirlmiş apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2014-cü il tarixli 2(033)-302/2014 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Cavabdeh X və vəkili Cavabdeh2 hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-489/2021 saylı 12 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Birinci instansiya məhkəməsi və a pellyasiya instansiyası məhkəməsi icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin X6 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı aparılmadan iddiaçı Xun adına icarəyə verilməsinə dair qərar qəbul etməsi maddi hüquq normasının pozulmasıdır. Kassator kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 146.1, 146.2, 146.3-cü maddələrinə istinad etmişdir.

8. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XZaqatala Ərazi İdarəsi tərəfindən məhkəməyə məktub göndərilərək, işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir.

10. Cavabdeh XXnin nümayəndəsi X7 məhk əmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 403.1 Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

13. Maddə 417.1.7 Kass asiya məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

14. Maddə 408.1.1 Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır.

15. Maddə 408.2 Bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X və vəkili Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən işin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 14 iyun 2021-ci il tarixli 2(102)-4278/2021 saylı qərard adı ləğv edilməlidir. Belə ki, MPM-nin 403.1-ci maddəsinin tələblərinə əsasən qanunverici o şəxslərin kassasiya şikayəti vermək hüququnu nəzərdə tutmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə həmin şəxslərin tələbləri təmin edilməmiş olsun (§11).

17. Məhkəmə kollegiyası qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 11 aprel 2014-cü il tarixli 2(033)-302/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə ilə hüquqlarına toxunulan şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin XZaqatala Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-489/2 021 saylı mülki iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi, cavabdeh X hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Başqa sözlə, cavabdehin kassasiya şikayəti verdiyi Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-489/2021 saylı mülki iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ilə onun təmin edilməmiş tələbləri (şikayəti) mövcud deyildir. Belə olan halda, cavabdeh Xnin kassasiya şikayəti vermək hüququ qanunda nəzərdə tutulmamışdır.

18. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin hazı rki iş üzrə qəbul etdiyi qətnaməsindən cavabdeh X və vəkili Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə zidd olduğundan hazırki iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 14 iyun 2021-ci il tarixli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək, kassasiya şikayəti baxışdan çıxarılmalı, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 403-cü və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Zaqatala rayon X9 Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)489/2021 saylı mülki iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2021-ci il tarixli 2(102)-4278/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar