Məhkəmə qərarları › İş №2(102)-4279/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4279/2023

31.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4279/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mənzilin boş vəziyyətdə təhvil verilməsi, bir icraatda birləşdirmək üçün göndərilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı mənzildən çıxarılma, mənzilin boş vəziyyətdə təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)7020/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Çoydar oğlunun kassasiy a şikayəti üzrə aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. ibarət olan 3 otaqlı, 207 saylı mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi.

2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6844/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X2 azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. ibarət olan 3 o taqlı, 207 saylı mənzildən çıxarılması və həmin mənzilin boş vəziyyətdə İddiaçı təhvil verilməsi qət edilmişdir. (hakim Ayaz Məmmədov)

3. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7020/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı (vəkili X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia çı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4279/2023 saylı, 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir.

7. İddiaçı kassasiya şikayəti icraata qəbul ediləndən sonra müəyyən edilmişdir ki, həmin şəxsin cavabdeh "xxxx" MTK-ya qarşı ünvan 1 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. ibarət olan 3 otaqlı, 207 saylı mənzilin boş vəziyyətdə İddiaçı təhvil verilməsi barədə iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1951/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsindən də İddiaçı kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3398/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir

8. Şərh e dilənlərdən göründüyü kimi, eyni iddiaçının müxtəlif cavabdehlərə qarşı eyni mənzilin təhvil verilməsi barədə iddiası üzrə bir-biri ilə əlaqəli olan ayrı-ayrı məhkəmə aktlarından verdiyi kassasiya şikayətləri Ali Məhkəmənin icraatındadır.

9. Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.

10. Mülki Prosessual Məcəllənin 43.2-ci maddəsinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçiri lə bilər.

11. Qanunvericiliyin tələbinə görə belə olan hallarda ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bu növ işlərə birgə baxılmalı və qətnamə çıxarılmalıdır.

12. Bu baxımdan, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MTK-ya qarşı iddialarının biri-biri ilə əlaqəli olduğu və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı olmasını nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hər iki işin bir icraatda birləşdirilməsi məsələsinin müzakirəsi üçün 2(102)4279/2023 saylı mülki iş həmin işlə əlaqəli 2(102)-3398/2023 saylı mülki işi ilkin olaraq icraatına qəbul etmiş məhkəmə tərkibinə verilməlidir.

13. Göstərilənləri və Mülki Prosessual Məcəllənin 43-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma, mənzilin boş vəziyyətdə təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)7020/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Çoydar oğlunun kassasiya şikayəti üzrə 2(102)-4279/2023 saylı mülki iş, hər iki işin bir icraatda birləşdirilməsi məsələsinin müzakirəsi üçün, həmin işlə əlaqəli 2(102)3398/2023 saylı mülki işi ilkin olaraq icraatına qəbul etmiş məhkəmə tərkibinə verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar