Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-428/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi İddia tələbi: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” Açar sözlər: işləmə faktının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Ərizəçi nümayəndəsi X1, Maraqlı şəxs vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-806/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tari xli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan Seriya AZE 0*******№-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1958-ci ildə İmişli rayonu, Bəcrəvan kəndində anadan olmuş və İmişli rayonu, Bəcrəvan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası İmişli Rayon Dövlət Arxiv İdarəsinin 126 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışların surətindən görünür ki, 1991, 1992, 1993 və 1996-cı illər üzrə İmişli rayonu, “Nizami” adına kolxozun sənədləri (əmək haqqı üzrə son hes ablaşma kitabları) arxivə təhvil verilməmiş və hal-hazırda arxivdə saxlanılmır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli Rayon Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış **********5 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, İmişli Rayon Dövlət Arxiv İdarəsinin məlumatına əsasən 1991, 1992, 1993 və 1996-cı illər üzrə İmişli rayonu, “Nizami” adına kolxozun sənədləri arxivə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikası İmişli Rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 618 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İmişli rayonu, “Nizami” adına kolxozda islahat aparılan zaman Ərizəçi əmlak kimi “YUMZD75” markalı traktoru əmək haqqı hesablanaraq, ona verilmiş və hal-hazırda onun istifadəsindədir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(036)-2535/2019 saylı qətnaməsi ilə (hakim T.V.Nüsrətov) ərizənin təmin edilməsi, Ərizəçi 1991, 1992, 1993 və 1996-cı illərdə İmişli rayonu “Nizami” adına kolxozda traktorçu vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-806/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və İ.H.Əhmədov) maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, İmişli Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(036)-2535/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, ob yektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə ərizəçi tərəfindən təqdim olunmuş məhz 2 şahidin ifadəsinə əsaslanaraq, ərizəçinin 1991, 1992, 1993 və 1996cı illərdə İmişli rayonu, “ Nizami” kolxozunda traktorçu vəzifəsində işləməsi faktını müəyyən etsə də, iş materiallarında şahidlər Əliyev Kərim Əliağa oğlunun və Əhmədov Ramazan Əmkişi oğlunun özlərinin göstərilən müddətlərdə İmişli rayonu, “ Nizami” kolxozunda işləmələrini təsdiq edən mötəbər sübut yoxdur. Kasasiya şikayətinə qarşı etiraz da xil olmamışdır. Ərizəçi nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Ərizəçi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq xx xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Recpublikas ı Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Recpublikası MPM-nin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam veril məsinin asılı olduğu faktları müəyyən edir. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. -310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir. O, ali təhsillidir və ixtisasca iqtisadçıdır. 1969cu il tarixdən 1997-ci il tarixədək İmişli rayonu “Nizami” adına kolxozda traktorçu, dispetçer, mühasib və baş mühasib vəzifələrində işləmişdir. Həmin kolxozun əsas fəaliyyəti taxılçılıq sahəsiidi. Ərizəçi da onunla birlikdə, daha doğr usu, 1976-cı il tarixdən 1996-cı il tarixədək İmişli rayonu “Nizami” adına kolxozda traktorçu vəzifəsində işləmişdir. Özünün həmin kolxozda müxtəlif vəzifələrdə işləməyi faktı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Lakin İmişli rayonu “Nizami” adına kolxozun müəyyən dövrlər üzrə sənədləri arxivə təhvil verilməmişdir. Məhz bu səbəbdən də, Ərizəçi və həmin kolxozda işləmiş bir sıra şəxslər bu problemlə üzləşmişdir. Eyni zamanda, bildirir ki, Ərizəçi İmişli rayonu “Nizami” adına kolxozda işlədiyi müddət ərzində hər zaman qabaqcıl işçilərdən biri olmuşdur.Həmin kolxozda islahat aparılan zaman Ərizəçi əmlak kimi istifadə etdiyi “YUMZD75” markalı traktor əmək haqqı hesablanaraq, ona verilmiş və hal-hazırda onun istifadəsindədir. Birinci instansiya məhkəməsində şahid qismində dindiri lmiş X5 1974-cü il tarixdən 1980-ci il tarixədək və 1983-cü il tarixdən 1996-cı il tarixədək İmişli rayonu “Nizami” adına kolxozda kolxozçu, hesablayıcı və mühasib vəzifələrində işləməsini göstərməklə, digər şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi tələbində haqlı olmuşdur.Bel ə ki, ərizəçinin işləməsi faktı ilə bağlı məlumatların əmr və mühasibatlıq kitablarına qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirilməli idi və bu ərizəçidən asılı olmayan səbəb olduğundan, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 71- ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğundan qanunla ona verilmiş hüquqlarının həyata keçirilməsi, yəni pensiya hüququndan istifadəyə məhdudiyyət qoyula bilməz. İş materiallarından görünür ki, ərizəçinin işləməsi şahid ifadələri ilə təsdiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələr inin mötəbərliyi üçün əsas yaradır. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ərizəçinin işləməsi ilə bağlı əmr və mühasibatlıq kitablarının olmamasına görə pensiya təyin edilməsindən imtina edilməsi və ya pensiya təyin edilməməsi əsaslı qəbul edilməməlidir. Hazırda da ərizəçinin vaxtı ilə işlədiyi kolxoz fəaliyyət göstərmədiyindən onun məhkəmə müdafiəsindən istifadə edərək işləməsi faktının müəyyən edilməsini xahiş etməsi isə ərizəçinin həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsinə dəlalət edir. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, şahid ifadələrinə düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hall ar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-806/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-428/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-428/2021
02.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver