Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-428/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək ona qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədirlik edən məruzəçi) Əhmədov Əhməd Abbas oğlunun və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək ona qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1152/2023 nömr əli, 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli **********27 reyestr nömrəli çıxarışla Cəlilabad rayonu Sabirabad kəndində 0,12 hektar torpaq sahəsi X1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli A 633711 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cəlilabad rayon Sabirabad kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair X1 adına tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X3 Cavabdeh qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 11 aprel 2019-cu il tarixli, **********92 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan Cəlilabad rayonu Sabirabad kəndində yerləşən 0,12 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayonu Sabirabad kəndində yaşayır. Onun x üsusi mülkiyyətində Cəlilabad rayonu Sabirabad kəndində cəmi 0,12 ha həyətyanı torpaq sahəsi var və həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 11 aprel 2019-cu il tarixdə **********92 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Lakin Cavabdeh onun mülkiyyətində olan həmin torpaq sahəsini zəbt edərək əkin işləri aparmışdır. O, həmin torpaq sahəsini əkmək istəyən zaman cavabdeh buna imkan verməmişdir. Hazırda cavabdeh onun torpaq sahəsində taxıl əkir. Dəfələrlə cavabdehə qanunsuz əməllərini dayandırması və torpağın qaytarılması barədə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır.
5. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2022 -ci il tarixli 10/5591 saylı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X1 tələb etdiyi torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli **********27 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X1 mülkiyyətində olan 0,12 ha həyətyanı topaq sahəsi olduğu müəyyən edilir. Həmin torpaq sahəsinin tam olaraq Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Sözügedən torpaq sahəsi cavabdehin çəpəri daxilində yerləşməklə üzərində mərci bitkisinin əkildiyi müəyyən edilir.
6. Cəlilabad Rayon Məhkəməsinin (hakim Elxan Əmirəliyev) 12 dekabr 2022-ci il tarixli, 2(073)-399/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı X1 **********27 reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsinin tam hissəsi Cavabdeh tərəfindən istifadə edilir.
8. Məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli **********27 reyestr nömrəli çıxarışa əsasən iddiaçı X1 mülkiyyətinə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilərək iddiaçı X2 qaytarılmalıdır.
9. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh barəsində xüsusi qərardad çıxarılmaqla aidiyyatı üzrə göndərilməsi barədə iddia tələbi əsassızdır.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəlilabad rayonu Sabirabad kəndi ərazisində ona və qardaşlarına məxsus həyətyanı torpaq sahəsini çəpərləməklə 30 (otuz) il müddətində qoruyub saxlamış, həmin çəpərin içində ailə üzvlərinin payı olmuşdur. Həmin torpa q sahəsinin kənar hissəsindən keçən su kanalından torpaq sahəsinə olan 25 metrlik mühafizə zolağı olmuş, torpaq sahəsi Sabirabad bələdiyyəsinin sədri tərəfindən iddiaçıya razılıqları və məlumatları olmadan satılmışdır. Həmin torpaq sahəsində uzun illər mərhum ataları yaşamışdır. Halbuki, torpağın ilkin sənədləri onlara məxsus olmuş və həmin sənədlər keçmiş bələdiyyə sədri onlardan alaraq iddiaçının xeyrinə sənədləşmə işlərini gizlincə aparmışdır. Bir müddətdən sonra məlum olmuşdur ki, torpaq sahəsinə iddiaçı çıxarış da almış, həmçinin iddiaçıya əsassız olaraq bu barədə plan və ölçü sənədi də verilmişdir. İddiaçının həmin torpaq sahəsinə çıxarış alması onların çoxsaylı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Həmçinin məhkəmənin iclaslarında iştirakı təmin edilməmiş, məhkəmə iclasların ın keçirilməsi barədə məlumatı olmamış, nəticədə də prosessual tərəf kimi hüquqları pozulmuşdur. Məhkəmə yalnız ümumi qaydada mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – P.T.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və C.F.İmanov) 2(106)-1152/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Cəlilabad Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(073)399/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq ed ilməyən dəlillər iddiaçı X1 mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinin əsassız olması qənaətinə gəlməyə əsas vermir. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən torpağın ilkin sənədlərinin cavabdehə və onun ailə üzvlərinə məxsus olması barədə apellyasiya şikayətindəki dəlil üzrə qeyd edilməsi zəruridir ki, toplanmış sübutlara görə mübahisəli torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 noyabr 2020-ci il qeydiyyat tarixli çıxarışı əsasında Cəlilabad rayonu Sabirabad bələdiyyəsinin mülkiyyətində olmuş, adıçəkilən bələdiyyə və idd iaçı X3 arasında bağlanmış 11 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli **********27 reyestr nömrəli çıxarışla X1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, məhkəmənin iclaslarında cavabdehin iştirakının təmin edilməməsi dəlili haqqında bildirilməlidir ki, Cavabdeh məhkəmə prosesləri ilə əlaqədar dəfələrlə məlumatlandırılmışdır.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 140, 152.1, 157.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 48, 65.1, 67, 68, 84, 111, 139.1-ci maddələrinə, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi mülki iş üzrə məhkəmə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan Cavabdeh apellyasiya şikayətini təmin etmədən qanunsuz və əsassız olaraq Cəlilabad Rayon Məhkəməsinin 2(073)-399/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirmədən saxlanılması barədə 29 sentyabr 2023-cü il tarixli 2(106)1152/2023 saylı qətnamə qəbul etmişdir. Apellyasiya instansiya məhkəməsi şikayəti mahiyyəti üzrə araşdırmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. İstər Cəlilabad Rayon Məhkəməsi, istərsə də Şirvan Apellyasiya Məhkəməsi tərəfindən işə baxı larkən qüvvədə olan qanunvericiliyin tələblərinə düzgün əməl edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir
21. Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi
23. Maddə
48. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
24. Maddə 65.1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
25. Maddə 67.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqlar ın, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
26. Maddə 68.Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
27. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
28. Maddə 111.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəm əsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını səlahiyyətləri çərçivəsində müəyyən etmiş və həmin hallara uyğun olaraq maddi hüquq normalarını tətbiq etmişdir.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı məhz mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə istinad edərək onun torpaq sahəsindən çıxarılmasını iddia edir. İşin faktiki hallarını araşdıran məhkəmələr iddiaçının mülkiyyətində olan torpaq sahəsinin tamamının cavabdeh tərəfindən zəbt olunması qənaətinə gəlir. Cavabdeh torpaq sahəsinin ona məxsus olmasını, iddiaçıya verilən hüquqmüəyyənedici sənədlərin əsasının olmadığını göstərsə də məhkəmələrə bu nunla bağlı heç bir sübut təqdim etməmişdir.
43. Göründüyü kimi, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ mövcuddur, ona etiraz edilməmiş və qüvvədədir. Mülki Məcəllənin 140cı maddəsinə əsasən isə Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası mövcuddur.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2(106)-1152/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.