Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4280/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, “xxxx” MMC-nin vəkili X1 iştirakı ilə. Cavabdeh “xxxx” MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: BinəqədiRayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qətnaməsi ilə (hakim:K.B.Əsədov; 2(001)-11453/2017) İddiaçı cavabdeh “ xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən 6110,70 qəpik maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:X.A.Cəmilova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və İ.Ə.Kərimov; 2(103)-1178/2018) cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayətiqismən təmin edilmiş,Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qətnaməsiləğv edilmiş və yeni qətnamə çıxarılmışdır. İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “pul” tələbinə dair idiasının təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 6110,70 (altı min yüz on manat, 70 qəpik) manat pul tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6110,70 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, 01 may 2017-ci il tarixdə saat 14:20 radələrində ********** rayonu, ************* qəsəbəsində,”X4 ” xüsusi təyinatlı Evakuator markalı, **--*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ə6 dayanmadurma qaydasını pozaraq, avtomaşının öz-özünə hərəkət etməsi üçün zəruri tədbirləri görmədən avtomaşını qoyub getmiş, nəticədə avtomaşın öz-özünə hərəkət edərək dayanmış vəziyyətdə olan “JEEP GRAND CHEROKEE” MARKALİ, *********** dövlət qeydiyyat nişanlı avtomaşına çırpılmışdır. Hadisə zamanı b ədən xəsarəti alan olmasada, qeyd edilən “JEEP GRAND CHEROKEE” MARKALİ, ********** dövlət qeydiyyat nişanlı avtomaşına 6110,70 maddi ziyan dəymişdir. Cavabdehin nümayəndəsi Cavabdeh MMC ilə X3 arasında bağlanmış 08.04.2016-cı il tarixli xidmət müqaviləsinə istinad edərək iddiaçıya vurulmuş ziyana görə cavabdehin deyil, Ş6 məsuliyyət daşıdığını və iddianın da həmin şəxsə qarşı qaldırılmalı olduğunu bildirmiş, buna görə də iddianı ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin İXP 669142 saylı inzibati xəta haqqında protokolundan görünür ki, X3 01 may 2017-ci il tarixində etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Fuso” markalı, **--*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ********* rayon, *********** ** qəsəbəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İX bəndinin tələblərinin pozulmasında təqsirli bilinmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.276.1,76.2,64.1,77.1,88,97.1,101,106,217,386,387,390-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1,1099.2,1108.1560.1-ci maddələrinin, azaərbaycan Respublikası Konstitusiyasının 15,127,129-cu maddələrinin tələblərini pozaraq, maddi hüquq normalarının düzgün tətbiqinə diqqət yet irməli olduğu halda, tam əksinə mübahisəli iş üzrə birinci instansiya məhkəməsinin səhvlərini təkrarlamaqla, ədalət balansını pozmuş əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında Cavabdeh MMC-nin vəkili X5 kassasiya şikayətinə uyğun izhat verərək, şiayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçıheç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin f aktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Cavabdeh” MMC ilə X3 arasında bağlanmış 08.04.2016-cı il tarixli xidmət müqaviləsindən görünür ki, “icraçı (Ş6)” bu müqaviləyə əsasən “sifarişçi (Cavabdeh MMC)”-yə yüklərin daşınmasında sürücü xidməti göstərir. Sifarişçi bu xidmətə görə icraçıya bu müqavilənin 3cü bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1 -ci bəndinə əsasən müqavil ənin şərtlərinə uyğun olaraq hazırki müqavilənin 1-ci bəndində göstərilən xidmətlərə görə Sifarişçi ilə icraçı arasında razılaşdırılmış xidmət haqqı tam ay üçün 350 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlə rdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya baxışı zamanı Ş6 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, 02.03.2017-ci il tarixdən etibarən Cavabdeh MMC-nin sürücüsü kimi aylıq 400 manat maaş ilə işləmiş, 02.05.2017-ci il tarixdə idarə etdiyi Mitsubişi markalı evakuator avtomobilini düzgün parklamadığına görə avtomobil özbaşına hərəkət edərək İddiaçı məxsus olan avtomobilə çırpılmış və buna görə ona protokol tərtib olunmuşdur. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırki iş üzrə qəza törədilməsində iştirak etmiş evakuator maşını cavabdeh şirkət tərəfindən «xxxx» QSC-dən 25 aprel 2017-ci il tarixli etibarnamə ilə götürüldüyü halda, X3 ilə bağlanmış xidmət müqaviləsi daha əvvəlki tarixə, yəni 08.04.2016-cı il tarixə təsadüf edir. Bundan başqa cavabdeh sözügedən evakuator maşınının Ş6 idarəetməsinə məhz 08.04.2016-cı il tarixli xidmət müqaviləsi və müvafiq etibarnamə əsasında verildiyini bildirsə də, sonuncuya verilmiş etibarnamənin tarixinin 15.04.2017-ci il tarix olduğu, yəni cavabdeh şirkətin həmin evakuator maşınını «xxxx» QSC-dən götürdüyü 25.04.2017- ci il tarixdən əvvəlki tarix olduğu müəyyən olunur. Cavabdeh MMC 25.04.2017-ci il tarixdə «xxxx» QSC-dən götürdüyü evakuator maşınını bundan 10 gün əvvəl 15.04.2017-ci il tarixli etibarnamə əsasında X2 idarəetməsinə vermişdir ki, halbuki bu zaman 15.04.2017ci il tarixli etibarnamənin hüquqi əsası olmamışdır. “X6 FE” markalı, **--*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı evakuator 01 may 2017-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verən zaman X3 tərəfindən idarə edilsə də, sonuncuya Cavabdeh MMC tərəfindən qanunvericiliyin tələblərinin pozuntusu ilə, yəni qanunsuz sahiblik hüququ ilə verilmiş və həmin şəxsin də qanunsuz idarəetməsində olmuşdur. Ş6 qeyd olunan ərizəsindən onun Cavabdeh MMC-də xidmət müqaviləsi əsasında xidmət göstərmək məqsədilə işlədiyi deyil, əslində həmin şirkətin işçisi kimi əmək münasibətləri mövcud olmuşdur ki, həmin münasibətlərə görə də Ş6 400 manat əmək haqqı təyin edilmişdir. Əmək münasibətləri çərçivəsində hərəkət edən işçi, yəni Ş6 isə ona qanunsuz sahiblik əsasında verilmiş avtomobili idarə edərkən inzibati xəta hadisəsi törətmişdir. Cavabdeh MMC qəza törədilməsində iştirak edən evakuator maşınını etibarnamə əsasında 25.04.2017-ci il tarixdə götürsə də, həmin avtomobili buna hələ qanuni sahibliyinin olmadığı tarixdə, yəni 15.04.2017- ci il tarixdə Ş6 idarəetməsinə vermişdir. Sözügedən qəza hadisəsi isə məhz həmin avtomobilin Cavabdeh MMC-nin artıq qanuni sahibliyində olan tarixdə, yəni 01.05.2017-ci i l tarixdə həmin şirkətin işçisi olduğunu etiraf edən şəxs- Şahverdi Əliyev tərəfindən törədilmişdir. Apellyaiya instansiyası məhkəməsi tərəfindən təqdim etdikləri sübutları təhlil edib, haqlı olaraq nəticəyə gəlmişdir ki, Cavabdeh MMC-nin öz qanuni sahibliyində olmayan (etibarnamə 25.04.2017-ci il tarixdən olduğu üçün) evakuator maşınına dair etibarnamə verməsi həmin vaxt «etibar edilənin» qanuni sahib olması kimi qiymətləndirilə bilməz. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş 6110,70 manat məbləğində ziyanı ödəmək öhdəliyi həmin hadisənin baş verdiyi vaxt- 01,05.2017-ci il tarixdə qanuni sahib olan Cavabdeh MMC-nin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlar a hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki,apellyasiya şikayətinin dəlilləri,qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı iddianın Cavabdeh MMC-yə qarşı rədd edilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 11 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 23 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4280/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4280/2019
24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver