Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4280/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ərizəçi İddiaçı əmək stajı faktının müəyyən edilməsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən tərkibdə, ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-582/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində D övlət Sosial Müdafiə X9 Şəxsin kassasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “ərizəçi”) xx.xx.1956-cı ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub. 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixədək və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu vəzifəsində işləmişdir.
2. Ərizəçi qeyd edilən faktı məhkəmədən kənar qaydada təsdiq edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi ərizə ilə Sumqayıt Şəhər məhkəməyə müraciət edərək, onun 01 aprel 1972-ci il tarixdən 0 1 may 1992-ci il tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda kolxozçu işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsi ərizə üzrə maraqlı şəxs qoyulub, ərizəçinin ərizəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı ilə (bundan sonra “maraqlı şəxs”) əvəz edilmişdir.
5. Ərizəçi sonradan dəqiqləşmə barədə ərizə verərək 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixə qədər və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alx aslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda kolxozçu işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırlıb ki, ərizəçi xx.xx.1956-cı ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuş, 01 aprel 1972-ci ildən Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda əmək fəaliyyətinə başlamışdır. Həmin tarixdən 01 may 1992-ci ilədək fasiləsiz olaraq kolxozda mexanizator işləmişdir. Lakin Laçın rayonunun işğalı ilə bağlı ərizəçi Sumqayıt şəhərinə gəlmiş və burada məskunlaşmışdır. Rayonun işğalı ilə əlaqədar olaraq ərizəçinin əmək kitabçası həmin rayonda qalmışdır.
7. Ərizəçi əmək fəaliyyətinin olduğunun müəyyən edilməsi üçün Laçın Rayon Dövlət Arxiv İdarəsinə müraciət etmişdir. Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 06 sa ylı arayışı ilə ona yalnız 1992-ci ilin may ayından 1999-cu ilin mart ayına qədər olan qrafik verilmişdir. Bundan əvvəlki tarixə olan məlumatlara dair sənədlər isə işğal olunmuş Laçın rayonunda məhv olduğundan onların verilməsi mümkün olmamışdır.
8. Qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməyinə təsir göstərir və bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilmir. Əks halda, ərizəçi sosial təminat hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının reallaşmasına maneədir. Ərizəçinin işləməsi faktının müəyyən edilməsi ona 1972-1992-ci illərdəki əmək stajının ümumi əmək stajına əlavə edilməsi və pensiyasının hesablanılması üçün lazımdır.
9. Ərizəçi hüquqi əsas kimi Mülki Prosessual Məcəllənin 308 və 310-cu maddələrinə istinad etmişdir.
10. Maraqlı şəxs ərizəyə etiraz vermişdir. Etirazın dəlilləri: - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan fak tların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir; - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab e dilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin, edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 1) Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 2) Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 1) əmək kitabçası; 2) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qa nuni qüvvəyə minmiş qərarı; və s. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədi bərpa etmək mümkün olmadıqdan iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.
11. İş üzrə şahidlər X6 və X4 ərizəçinin ərizədə göstərdiyi faktı təsdiq etmişlər.
12. Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(060)-6137/2021 nömrəli q ətnaməsi ilə ərizə təmin edilmiş, ərizəçi İddiaçı 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixədək və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. (hakim Aynur Behbudova)
13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 06№-li arxiv arayışa əsasən müəyyən etmişdir ki, Ağdam rayon X1 "Qızıl Ordu" kolxozunun arayış xarakterli arxiv sənədlərinə uyğun olaraq ərizəçi 1992-1999-cu illər ərzində Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda mexanizator işləmişdir. İş üzrə dind irilmiş şahidlər məxsus əmək kitabçalarının surətindən görünür ki, şahidlərin hər ikisi 1979-cu il tarixdə "Qızıl Ordu" kolxozunda fəaliyyət göstərmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********7№-li məktuba əsasən “Əmək pensiyaları haqqında” Qanunun tələbinə görə əmək pensyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən ərizədə qeyd edilən 1972-ci il tarixdən 1999-cu il tarixədək olan dövrün sosial sığorta stajının hesablanması zamanı nəzərə alınması qaydalara ziddir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçinin 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixədək və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda kolxozçu vəzifəsində işləməsi faktı məhkəmə araşdırması zamanı həmin müəssisədə işləmiş şahidlərin ifadələri ilə tam təsdiq olunur. Həmçinin bu fakt iş materiallarına əlavə edilmiş şahidlər X6 və X3 məxsus əmək kitabçaları ilə də öz təsdiqini tapır.
15. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına əsasən belə nəticəyə gəlmişdir ərizəçinin 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixədək və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən “Qızıl Ordu” kolxozunda kolxozçu vəzifəsində işləməsi faktı tam təsdiq olunduğundan və əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən təqdim edə bilmədiyindən, eləcə də ərizəçinin pensiya hüququnun əmələ gəlməsi bu faktın müəyyən edilməsindən asılı olduğundan, ərizə təmin edilməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 307.1, 308-ci maddələri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təc rübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - ərizəçi 1972-ci ildən kolxozda işləməsini bildirib, faktı təsdiq edən şahidlərin isə əmək kitabçalarına əsasən şahidlər həmin kolxozda 1979-cu ildən işləmişlər; - şahidlərin iddiaçı ilə eyni illər ərzində işləmədən həmin illərə dair şahidlik etmə faktı nəzərə alınarsa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 a prel 2019-cu il tarixli, 03 saylı qərarın 13.4-cü bəndinə əməl edilməmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-582/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(060)-6137/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev, Gülnarə Tağızadə)
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1- dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Həmin Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir.
21. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegi yasının 6 nömrəli, 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə görə də əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.
22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə qeyd edilən qərara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğı n, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.
23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şkayətinin dəlillərini əsassız hesab edərək, qeyd etmişdir ki, iş üzrə dindirilmiş şahidlərdən X2 əmək kitabçasının surətindən görünür ki, o, 16 noyabr 1979-cu ildən “Qızıl Ordu” kolxozu yuxarı təşkilatın əmri əsasında həmin adda sovxoza çevrildiyinə görə 5 (beş) il əmək stajı ilə sovxoza mühasib təyin edilmişdir. Bu da göstərir ki, şahid təxminən 1974-cü ildən “Qızıl Ordu” kolxozunda işləmişdir ki, ərizəçi də həmin dövrdə orada işlədiyini bildirir.
24. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, apellyasiya şikayətində eləcə də qətnamənin ləğv edilərək işin yenidən araşdırılma sı üçün birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur ki, bu da qanunvericiliyin tələblərinə ziddir.
25. Beləliklə, apellyasiya instansiyası məhkəməsi ərizəçinin Laçın rayonundan məcburi köçkün olmasını, əmək fəaliyyəti ilə bağlı faktın təsdiqi üçün lazımi sənədləri başqa qaydada ala bilməsinin mümkün olmamasını müəyyən edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasə nəticəsibə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Maraqlı şəxs kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitam ına səbəb olan faktları müəyyən edir. Ərizəçi pensiyaya çıxmaq üçün həmin faktın müəyyən edilməsini xahiş etdiyi halda, pensiya yaşına çatmaması apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Belə olan halda qəbul edilmiş qətnamə hüquqi nəticə doğurmadığından ərizə təmin edilə bilməzdi. İş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, əgər məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Hazırki işdə isə şərtlər mpvcud deyil; - işğal zonasında eyni iş yerindən olan şahidlərin əmək kitabçaları olduğu halda, ərizəçinin əmək kitabçasının olmaması barədə arqumenti ağlabatan deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə
308. Məhkəmə hüquqi əhəmiyy əti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü mad dəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Kassasiya şikayətində maraqlı şəxs apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansi yası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
35. Ərizə hüquqi əhəmiyyətli fakt kimi ərizəçinin əmək fəaliyyətinin məhkəmə qaydasında müəyyən edilməsi barədədir. Qanunvericiliyin tələbinə g örə də məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
36. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 17 nömrəli, 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənəd ləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.
37. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası faktı təsdiq edən şahidlərin özlərinin qeyd edilən dövrdə həmin təşkilatlarda işləməməsi və səbəbdən həmin şahidlərin ifadələrinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər ifadələrində ərizəçinin irəli sürdüyü faktı müvafiq vəzifə və dövrlər üzrə təsdiq etmişlər.
39. Həmçinin eyni dəlillə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, şahid X2 əmək kitabçasına əsasən, o, 16 noyabr 1979-cu ildən “Qızıl Ordu” kolxozu yuxarı təşkilatın əmri əsasında həmin adda sovxoza çevrildiyinə görə 5 (beş) il əmək stajı ilə sovxoza mühasib təyin edilmişdir. Bu da göstərir ki, şahid təxminən 1974-cü ildən “Qızıl Ordu” kolxozunda işləmişdir ki, ərizəçi də həmin dövrdə orada işlədiyini bildirir.
40. Apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən şahid ifadələrini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
41. Hazırki işdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-582/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.