Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4281/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili X10 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-568/2020 nömrəli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) xx.xx.2018-ci il tarixli, 2(035)-04/2018 nömrəli qətnaməsi ilə İddiaçı c avabdeh X5 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddiası təmin edilərək, cavabdeh X3 iddiaçıya məxsus olan torpaq sahəsinin zəbt etdiyi 616 kv.m hissəsindən çıxarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Hüseynov, V.Məlikov, A.Mahmudov) xx.xx.2019-cu il tarixli, 2(107)-105/2019 nömrəli qətnaməsi ilə cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-04/2018 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiq atlarının dəyəri 400 manat pul vəsaitinin iddiaçı X2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Q.Allahverdiyev, İ.Xələfov, Ə.Şadiyev) xx.xx.2019-cu il tarixli, 2(102)-7288/19 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-105/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Əliyev, A.Eyvazov, İ.Şükürov) xx.xx.2020-ci il tarixli, 2(107)-568/2020 nömrəli qətnaməsi ilə cavabdeh X6 tərəfindən verilmiş apelyasiya şikayəti tə min edilməyərək, Zərdab Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(035)-04/2018 saylı qətnaməsinin baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması, 400 manatın Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 79.20 manatın isə “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh X6 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh X5 qarşı “torpağın mülkiyyətə verilməsinə dair JN-058A KOD 90511018 saylı şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-058A KOD 90511018 saylı şəhadətnamədə göstərilən 0.24 ha torpaq sahəsinin sərhə dlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X3 onun tərəfindən zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması və zəbt olunan torpaq sahəsinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh X6 və vəkili X1 şikayətini onunla əsaslandırmışlar ki,Şəki Apellyasiya Məhkəməsinin 2(107)-568/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti rədd edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə dindirilməsi zəruri hesab edilmiş şahidləri dindirmədən apelyasiya şikayət i rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin zəruri hesab etdiyi xüsusatların araşdırılması qanunun tələbi olsa da, apelyasiya məhkəməsi bundan imtina etmişdir. Apelyasiya şikayətində göstərdildiyi kimi, məhkəmə "şübhədən kənar sübutlar" standartına cavab verməyən sübutlarla iddiam təmin etmişdir. İş materiallarına əlavə edilmiş Zərdab rayon İcra və probasiya Şöbəsi tərəfindən tərtib edilmiş sənədlərdən və cavabdehin ərizəsindən göründüyü kimi iddiaçının mülkiyyətində olan 0,22 ha torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilmiş 0,06 ha hissəsi cavabdehə tanıdılıb təhvil verilmiş, iddiaçı ilə cavabdeh arasında mübahisə qalmamışdır. Bütün məhkəmə instansiyalarında cavabdeh iddiaçıya və ekspertlərə, mütəxəssislərə sual vermişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsini nə v axt və necə zəbt etmişdir ? İddiaçı bu suala heç bir aydınlıq gətirməmişdir. İş materiallarına tərəflərin torpaq sahələri üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar əlavə edilmişdir. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli, 20340 saylı rəyindən görünür ki, cavabdeh torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən JN150A saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən kənar heç bir torpaq sahəsindən istifadə etmir və istifadə etdiyi torpaq sahəsi iddiaçının JN58A saylı şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst üstə düşmür, iddiaçıya məxsus texniki pasport isə JN58A saylı şəhadətnaməyə uyğun deyildir. Bu uyğunsuzluğa görə cavabdehi mülkiyyətdən faktiki məhrum etmək qanunsuz və əsassızdır, mülkiyyət hüquqlarını pozur. Bundan əvvəl iddia çı ilə aralarında torpaq sahəsinin zəbt edilməsi ilə bağlı mübahisə yaranmış, ona məxsus 0,06 ha torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edildiyi təsdiqini tapmış və sonuncunun həmin torpaq sahəsinin çıxarılmasına dair iddiası təmin olunmuş, bu barədə məhkəmə qətnaməsindən İddiaçı Sıracəddin qızının verdiyi apelyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(106)- 24/2012 nömrəli qətnaməsi, kasasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(102)-4244/2012 nömrəli qərarı ilə rədd edilmişdir. Qətnamə icra edilərkən cavabdehin X7 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsindən kənar (artıq) torpaq sahəsini zəbt etmədiyi təsdiqlənmişdir. Həmin vaxtdan sonra heç bir çəpərləmə, y axud mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədlərinin (mərzlərinin) dəyişdirilməsi üzrə hərəkətləri olmamış, iddiaçı da bunu iddia etməmişdir. Məhkəmə iddianı təmin edərkən məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli xx.xx.2017-ci il tarixli 25692 nömrəli və xx.xx.2017-ci il tarixli 20340 nömrəli rəylərinə sübut kimi istinad etmişdir. Həmin sübutlar "şübhədənkənar sübutlar" standartına cavab vermir, məhkəmə tərəfindən tənqidi, işin digər sübutları ilə, o cümlədən qanuni qüvvədə olan, preyudisial əhəmiyyət daşıyan məhkəmə aktları ilə müqayisədə qiymətləndirilməmişdir. Qeyd edilməlidir ki, həmin rəylər elə ilk baxışdan da mötəbərliyi şübhə doğuran rəylərdir. Belə ki, zəbt edilmiş torpaq sahəsinin ölçüləri barədə ziddiyyətli məlumatları özündə əks etdirir. Qətnamənin məzmunundan da göründüyü kimi, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli 20340 nömrəli rəyində iddiaçıya məxsus JN-58A saylı şəhadətnamə ilə cavabdehə məxsus JN-150 saylı şəhadətnamənin fotomaterialları üzərinə köçürən zaman torpaq sahəsinin tərəfindən zəbt edilmədiyi müəyyən edilmişdir, lakin iddiaçıya verilmiş DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportda iddiaçının iddia etdiyi 616 kv.m torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.Məhkəmə bu xüsusatı düzgün qiymətləndirib DƏDRX-nin 16 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportda göstərilənləri onu tərtib etmiş əməkd aşların səhvi kimi qiymətləndirmək əvəzinə, həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul etməklə haqlı olmamış, cavabdehin mülkiyyət hüquqlarını aşkar şəkildə pozmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-568/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh X3 vəkili X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh X6 məhkəməyə teleqram ünvanlayaraq, xəstə olduğu və və məhkəməyə sənədlər təqdim etməsi üçün məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin xəstəliyi ilə bağlı məhkəməyə hər hansı sübut ünvanlamamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X4 şikayətin etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-568/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi q ətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli 25692 nömrəli rəyindən görünür ki, Zərdab rayonunun Çallı kəndində yerləşən JN-58A (kod 90511018) torpağın mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən, İddiaçı Sıracəddin qızının mülkiyyətinə verilmiş torpaq sahəsinin 840 kvm hissəsinin cavabdeh X6 tərəfindən istifadə olunduğu müəyyən edilir. Təkrar məhkəmə tikintitexniki ekspertizasının xx.xx.2017-ci il tarixli 24512 nömrəli rəyindən görünür ki, Zərdab rayonunun Çallı kəndində yerləşən JN-58A (kod 90511018) torpağın mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı Sıracəddin qızının mülkiyyətinə verilmiş torpaq sahəsinin 840 kv m hissəsinin cavabdeh X6 tərəf indən istifadə olunduğu müəyyən edilir. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2017-ci il tarixli 20340 nömrəli rəyindən görünür ki, iddiaçıya məxsus JN-58A nömrəli şəhadətnamə ilə cavabdehə məxsus JN150A nömrəli şəhadətnaməni ortofoto materialları üzərinə köçürən zaman mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilmədiyi müəyyən edilmiş, lakin DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı Sıracəddin qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportda göstərilən ölçüləri naturaya köçürən zaman iddiaçıya məxsus texniki pasportda göstərilən torpaq sahəsinin 616 kvm hissəsinin cavabdeh tərəfin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Ortofoto materiallarına əsasən və baza məlumatlarında a raşdırma aparılan zaman DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı Sıracəddin qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportla JN-058 A nömrəli şəhadətnamənin plan-ölçü cizgisi arasında müvafiq torpaq sahəsinin konfiqurasiya və ölçü (metrə) fərqliliyinin mövcud olduğu müəyyən edilmişdir. İşdə olan təkrar məhkəmə tikinti texniki ekspertizasının xx xxx 2019-cu il tarixli 11042 nömrəli ekspert rəyində qeyd olunur ki, mütəxəssis rəyinə görə Zərdab rayonunun Çallı kəndində yerləşən JN-058A və JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamələr əsasında verilmiş torpaq sahələrinin bir-biri ilə sərhədlərinin naturada olan vəziyyəti (koordinatları) həmin torpaq sahələrinə işlənmiş şəhadətnamələrdə göstərilən plan-ölçü cizgilərindəki ümumi (hə r ikisinə aid) sərhədlərinin koordinatlarına uyğun gəlmədiyindən, şəhadətnamələrə aid olan torpaq sahələrinin sərhədlərinin pozulmasını müəyyən etmək mümkün olmadı. JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin naturadakı koordinatları və konfiqurasiyası həmin torpaq sahəsinə işlənmiş şəhadətnamədə göstərilmiş plan-ölçü cizgisindəki koordinatlarına və konfiqurasiyasına uyğun gəlmədiyi müəyyən edilmişdir. JN-058A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə RX-0147421 nömrəli çıxarışın aid olduğu torpaq sahəsinin JN-150A nömrəli torpaq sahəsi ilə həmsərhəd olan hissədə koordinatları və konfiqurasiyasının natura ilə uyğun gəlmədiyi müəyyən edilmişdir. JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında verilmiş to rpaq sahəsinin koordinatları və konfiqruyasiaysı natura ilə uyğun gəlmədiyindən üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. RX-0147421 nömrəli çıxarışın aid olduğu torpaq sahəsinin texniki pasportda təsvir edilmiş konfiqurasiyasının naturadakı vəziyyətinin JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin natura ilə uyğunsuzluğu olduğundan sərhədi pozmasını müəyyənləşdirmək mümkün olmadı. Apelyasiya kollegiyası müəyyən etmişdir ki, tərəflər Zərdab rayonunun Çallı kəndində yaşamaqla qonşudurlar. JN-58A saylı şəhadətnaməyə və DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının 0,24 ha, cavabdehin isə JN-150A nömrəli şəhadətnaməyə əsasən 0,22 ha həyətyanı torpaq sahələri vardır. İddiaçıya məxsus JN-58A nömrəli şəhadətnamə ilə cavabdehə məxsus JN-150A nömrəli şəhadətnaməni ortofoto materialları üzərinə köçürəndə mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmur, lakin DƏDRX-nın 16 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportda göstərilən ölçülər naturaya köçürüldükdə, iddiaçıya məxsus texniki pasportda göstərilən torpaq sahəsinin 616 kv m hissəsinin cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. İddiaçıya verilmiş ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportla JN-058 A nömrəli şəhadətnamənin plan-ölçü cizgisi arasında müvafiq torpaq sahəsinin konfiqurasiya və ölçü (metrə) fərqliliyi vardır. Təkrar məhkəmə tikinti texniki ekspertizasının xx xxx 2019-cu il tarixli rəyində isə qeyd olunur ki, mütəxəssis rəyinə görə Zərdab rayonunun Çallı kəndində yerləşən JN058A və JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamələr əsasında verilmiş torpaq sahələrinin bir-biri ilə sərhədlərinin naturada olan vəziyyəti (koordinatları) həmin torpaq sahələrinə işlənmiş şəhadətnamələrdə göstərilən plan-ölçü cizgilərindəki ümumi (hər ikisinə aid) sərhədlərinin koordinatlarına uyğun gəlmədiyindən, şəhadətnamələrə aid olan torpaq sahələrinin sərhədlərinin pozulmasını müəyyən etmək mümkün olmur. RX ******* nömrəli çıxarışın aid olduğu torpaq sahəsinin texniki pasportda təsvir edilmiş konfiqurasiyasının naturadakı vəziyyətinin JN-150A nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında verilmiş torpaq sahəsinin natura ilə uyğuns uzluğu olduğundan sərhədi pozmasını müəyyənləşdirmək mümkün olmadı. Halbuki, həm mütəxəssisin izahatından, həm də əvvəlki ekspert rəylərindən aydın olur ki, iddiaçıya məxsus RX ******* nömrəli çıxarışın texniki pasportunda təsvir edilmiş torpaq sahəsi mübahisəli torpaq sahəsi ilə tam üst-üstə düşür və cavabdeh hazırda həmin torpaq sahəsinin 616 kv metrindən istifadə edir. Ona görə də apelyasiya kollegiyası xx xxx 2019-cu il tarixli ekspert rəyinə və cavabdehin izahatına tənqidi yanaşmış və bunları mötəbər sübut kimi qəbul etməmişdir. Bu mübahisədən əvvəl tərəflər arasında olmuş torpaq mübahisəsinin nəticəsi olaraq tələbkar Mütəllif Əhmədovun zəbt olunmuş 0,06 ha torpaq sahəsi ona qaytarılmaqla icra sənədi tam icra olunmuş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına əs asən xx.xx.2011-ci il tarixli həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Yəni bu mübahisə üzrə iş üzrə icraata xitam verilmiş və hazırda məhkəmənin icraatında olan işlə heç bir əlaqəsi qalmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Mülki Məcəllənin (bundan sonra MM) 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəl ir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (MM-in 157.1-ci maddəsi). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-nın 165.1-ci maddəsi). Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəllənin 111-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasi ya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasında kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri formal mülahizələrlə əsaslandırılmağa çalışılmışdır. Cavabdehin əsas dəlili o, olmuşdur ki, bundan əvvəl iddiaçı ilə aralarında torpaq sahəsinin zəbt edilməsi ilə bağlı mübahisə yaranmış, ona məxsus 0,06 ha torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edildiyi təsdiqini tapmış və sonuncunun həmin torpaq sahəsinin çıxarılmasına dair iddiası Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli 2(036)-221/2011 nömrəli qətnaməsi ilə təmin olunmuş, bu qətnamədən İddiaçı Sıracəddin qızının verdiyi apelyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(106)- 24/2012 nö mrəli qətnaməsi, kasasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(102)-4244/2012 nömrəli qərarı ilə rədd edilmişdir. Göstərilən qətnamə 2014-cü ildə icra edilmiş və iddiaçının zəbt etdiyi torpaq sahəsi ona verilmişdir. Buradan da görünür ki, iddiaçı onun torpaq sahəsini zəbt etmiş, lakin o, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Göstərilən dəlillə bağlı qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi məhkəmə qərarları hazırki iddiaçının cavabdehə məxsus torpaq sahəsini zəbt etməsini təsdiq etsə də, 2014-cü il tarixdə məhkəmə qətnaməsinin icrasından sonra cavabdehin iddiaçıya məxsus torpaq sahəsini istisna etməsi anlamına gəlmir və həmin qərarlar hazırki iş üzrə preyudisial əhəmiyyətə malik məhkəmə aktları hesab edilə bilməz. Hazırki halda da cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi keçirilmiş ekspertizalar nəticəsində öz təsdiqini tapmışdır. Cavabdehin ekspert rəyləri barədə dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdehin bu barədə dəlili iş materiallarında hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X6 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)568/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi
Məhkəmə qərarları › İş №2(102)-4281/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4281/2020
18.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver