Məhkəmə qərarları › İş №2(102)-4281/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4281/2023

28.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4281/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ilk iddiası, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: (torpaq sahəsindən boşaldılması və torpaqdan istifadəyə maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərə son qoyulması” tələbi barədə ilkin iddia sına və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “pul tələbi barədə” qarşılıqlı iddia tələblərinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-520/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışına əsasən İddiaçı və onun və ailə üzvləri X10, X18, X16, X19, X17, X24, X20 və X11 ümumi mülkiyyətinə İmişli rayonunun Otuziki kəndi ərazisindən 1,97 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində i craat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən onun və ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 1,97 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları, torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən onun və ailə üzvləri X10, X18, X16, X19, X17, X24, X20 və X11 ümumi mülkiyyətinə İmişli rayonu Otuziki kəndi ərazisin dən 1,97 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Maddi imkanı olmadığından torpaq sahəsini 13 il bundan əvvəl həmkəndlisi X12 10 il müddətinə müvəqqəti istifadəyə vermişdir. X21 vəfat etdikdən sonra torpaq sahəsini onun övladları Cavabdeh2 və Cavabdeh1 ondan icazə almadan zəbt edib istifadə edirlər. Onlardan torpaq sahəsindən çıxmağı tələb etsə də, cavabdehlər onun torpaq sahəsini qaytarmır və onun torpaq sahəsini qanunsuz əkib becərirlər, götürdükləri faydadan isə ona pay vermirlər. Hazırda o, torpaq sahəsini özü əkib-becərib məlum problemlərini həll etmək istəyir. Lakin cavabdehlər ona məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq istifadə etdiyinə görə hazırda o, dövlət reyestrındən Çıxarışa əsasən mülkiyyətimdə olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımı həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilkin iddia üzrə mübahisə predmeti olan torpaq sahəsinin dəyəri olaraq 9750 manat, həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkdiyi xərclərin əvəzi olaraq 3000 manat, cəmi 12750 manat məbləğində pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı və onun və ailə üzvləri X10, X18, X16, X19, X17, X24, X20 və X11 ümumi birgə mülkiyyətinə İmişli rayonunun Otuziki kəndi ərazisindən 1,97 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahə si verilmişdir. Həmin torpaq sahəsindən istifadə edilməsini ailə üzvləri İddiaçı həvalə etmişlər. Lakin maddi imkanları olmadığlndan və torpaq sahəsini əkib becərə bilmədiklərinə görə İddiaçı 13 il əvvəl həmin torpaq sahəsini 9750 manata onun mərhum atası Rafiq Qüdrətova satmışdır. Hüquqi təhsili olmadığından torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamamışlar. Torpaq sahəsini aldığı gündən elə bilmişdir ki, torpaq sahəsi onundur. Artıq 13 ildir ki, həmin torpaq sahəsini o əkib becərir, torpaq sahəsində irriqasiya və meliorasiya işləri görmüş, su kanalı şəkmiş, sahənin şor kollektorunu, digər drenaj şəbəkələrini təmizlətdirmiş, torpaq sahəsinə peyin vermiş və.sair işlər görmüşdür. Bütün bunlar üçün, yəni torpaq sahəsində məhsuldarlığı artırmaq üçün 2020-ci ilədək torpaq sahəsinə 300 0 manat xərc çəkmişdir. Əgər İddiaçı torpağı ondan geri istəyirsə torpaq sahəsinin dəyəri olaraq onun atasından aldığı 9750 manat pulu və çəkdiyi xərclərin əvəzi olaraq 3000 manatı ona ödəməlidir.

6. Məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə cavabdehlər və qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşlıqlı iddia ərizəsinə uyğun izahat verib qarşlıqlı iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İmişli rayon məhkəməsinin (hakim Qurban Hacıyev) 2(036)-1696/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,97 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh 1 çıxarılması və torpaq sahəsinin öz mülkiyyətçilərinə qaytarılması, ilkin iddia tələbi üzrə ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıların özlərinə aid olunması qət edilmişdir.

8. Məhkəmə iş materiallarından və ilkin iddia üzrə cavabdehlərin etirafedici izahatılarından müəyyən etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi müvəqqəti istifadə üçün ilkin iddia üzrə İddiaçı tərəfindən cavabdehlərin mərhum ataları Rafiq Qüdrətova verilmiş, Rafiq Qüdrətovun vəfatından sonra isə həmin torpaq sahəsini övladları, yəni cavabdehlər Cavabdeh2 və Cavabdeh1 is tifadə etmişlər.

9. İMübahisə predmeti olan torpaq sahəsi ilkin iddia üzrə İddiaçı məxsusdur, cavabdehlər isə həmin torpaq sahəsi üzrəində hər hansı bir hüquqi statusa malik deyildir. Bundan əlavə cavabdehlər torpaq sahəsini aldıqlarını göstərsələr də, sözügedən torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlərin mərhum ataları arasında (məhkəmədə müəyyən edilməsi mümkün olmayan) şifahi razılaşmalar olmuşdur.

10. İlk iddia tələbinin təsdiq edilməsi üçün kifayət qədər sübutların mövcudluğu, ilk iddia üzrə cavabdehlərin ilkin iddia tələbinə qarşı etirazlarının və qarşılıqlı iddia tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədiklərindən ilkin iddia tələbi təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış a əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,97 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmalı və torpaq sahəsi öz mülkiyyətçilərinə qaytarılmalı, qarşlıqlı iddia tələbi rədd edilməlidir.

11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4 və 164.1-ci, Torpaq Məcəlləsinin 111.1 və 111.2-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979-cu il tarixli qərarına, «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarına, «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il ta rixli, 2 nömrəli Qərarının 4-cü bəndinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

12. İmişli Rayon Məhkəməsinin 2(036)-1696/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, ilkin iddianın təmin ediləcəyi halda qarşılıqlı iddianın da təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Apellyasiya şikayətləri belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İlkin iddiaçı iddia ərizəsində və məhkəmədəki izahatında mübahisəli torpaq s ahəsinin qarşılıqlı iddia üzrə iddiaçıların mərhum ataları, Rafiq Qüdrətova 2009-cu ildən icarəyə verildiyini, həmin şəxsin və onun övladlarının 13 ildən artıq həmin torpaq sahəsindən mübahisəsiz istifadə etdiklərini, qanuni əsaslarla torpaq sahəsinə sahiblik etdikləri etiraf etmişdir. Məhkəmə iş üzrə Mülki Məcəllənin 157.8-ci maddəsini tətbiq edərək, qarşılıqlı iddia üzrə iddiaçıları qanuni əsaslarla torpağa sahiblik edən şəxs kimi tanımaq əvəzinə, qətnamədə onları qanunsuz olaraq mübahisəli torpaq sahəsini zəbt etmiş şəxs kimi xarakterizə etmişdir. Məhkəmə onların mübahisəli torpaq sahəsi üzərində qanuni əsaslarla sahiblik hüququnun olduğunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı araşdırmamışdır. Məhkəməyə İddiaçı 9750 manat pul verilməsini təsdiq edən qəbz şə klində əlyazmalar təqdim edilməsinə baxmayaraq, məhkəmə bu məsələ ilə bağlı heç bir araşdırma aparmamışdır.

14. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə qarşı etirazında apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlərin atasının torpaqdan 10 il müddətinə müvəqqəti istifadəyə görə ona 3000 manat pul verdiyini qeyd etməklə, torpaq sahəsini satmadığını, torpağı yalnız istifadəyə verdiyini bildirmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-520/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın 15 may 2023-cü il tarixli, 4/711 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, 1 ə dəd qızılı- qəhvəyi rəngli 150 vərəqdən ibarət qeyd dəftərinin 149-cu vərəqində olan “X9 yolunu sağ sahilində olan ikinci qrup torpağı X13 3000 min üç min manata həmişəlik sattım və üç min manat almışam. İmza İddiaçı” yazıları və “İmza: İddiaçı” qrafasındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1(sədrlik edən və məruzəçi), X22 və X3) 2(106)-520/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Мəhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(036)-1696/2022 saylı qətnaməsi-ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilmiş, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddianın rədd olunması hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianın təmin edərkən tərəflər arasında yaranan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir, ona görə də qətnamə ləğv edilməlidir.

18. İmişli rayonunun Otuziki kəndi ərazisində 1,97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun və ailə üzvləri olan X2, X6, X4, X7, X5, X15, X8 və X11 ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bu barədə onların adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarış vardır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsində olduğunu iddia etmiş, torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb etmişdir.

19. İddia edilən torpaq sahəsi iddiaçının və onun ailə üzvlərinin adına ümumi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. İddiaçının tələbinin təmin edilməsi üçün iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmaqla yanaşı, həmin sahə həm də cavabdehlərin qanunsuz sahibliyində olmalıdır. Əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədə iddianın təmin edilməsini istisna edən mümkün hallardan biri- əmlaka görə pul vəsaitinin ödənilməsidir. Sahibliyini qanunsuz olmaması, o cümlədən satın alma yolu ilə əmlakın haqqının ödənilməsi əmlakın əvvəlki mülkiyyətçiyə qaytarılmasını aradan qaldıran hallardandır. İddiaçı torpaq sahəsinin müvəqqəti olaraq cavabdehlərin istifadəsinə (icarəsinə) verildiyini iddia etsə də, cavabdeh tərəf etirazında göstərmişdir ki, torpaq sahəsi onların atasına iddiaçı tərəfindən birdəfəlik satılmışdır. Cavabdeh tərəf sübut olaraq torpaq sahəsinə görə iddiaçıya pul məbləğinin ödənilməsini bildirən əlyazmaları (qəbzləri) təqdim etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdeh tərəfindən təqdim edilmiş yazılı qəbzlərə qiymət verməmiş, onların əslini tələb etməmiş, bununla da belə qənaətə gəlmişdir ki, pul vəsaitinin ödənilməsi sübuta yetirilmir, tərəflər arasında torpaq sahəsinin alqı-satqısı baş verməmişdir. Torpaq sahəsi cavabdehlərin istifadəsinə müvəqqəti verilmişdir. Biqinci instansiya məhkəməsi həm də sübutlara düzgün qiymət verməmişdir.

20. Apellyasiya məhkəməsi öz mövqeyini əsaslandıraraq məhkəmə-xətşünaslıq ekspertizasının 15 may 2023-cü il tarixli rəyini sübut olaraq qəbul etmiş və hesab etmişdir ki, tərəflər arasında, yəni hazırkı iş üzrə İddiaçı və cavabdehin atası Rafiq Qüdrətov arasında birincinin ailə üzvlərinə məxsus torpaq sahəsinə daiq hələ 2008-ci ildə alqı-satqı münasibətləri yaranmışdır. İzahatlar və işin hallarına əsasən sözügedən torpaq sahəsinə görə İddiaçı müəyyən məbləğdə pulu cavabdehlərin atasından almış və torpaq sahəsini sonunculara vermişdir. Torpaq sahəsi 2008-ci ildən cavabdehlərin- Rafiq Qüdrətovun ailə üzvlərinin istifadəsindədir. Beləliklə, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində və istifadəsində deyil, həmin torpağa görə alıcı qismində cavabdehlərin atası pul vəsaiti ödəmişdir. Torpağın mülkiyyətçisi qismində pulu aldıqdan sonra alqı-satqı müvafiq qaydada qeydiyyatdan keçməmiş, alıcının adına rəsmiləşməmişdi r.

21. Bundan başqa apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini satın alan Rafiq Qüdrətovdan sonra onun ölümü ilə torpağa sahiblik xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə mirasın kütləsinə daxil olmaqla vərəsəlik qaydasında övladlarına keçmişdir. İddiaçı tərəfindən cavabdehlərin atasına torpaq sahəsinin satılmasına dair razılıq omuş, torpaq sahəsinə görə İddiaçı müəyyən məbləğdə pul vəsaiti almış, alıcı R.Qüdrətov razılığa uyğun olaraq öz öhdəliyini yerinə yetirmişdir. Satıcı İddiaçı hazırda cavabdehə münasibətdə vicdanlı davranmamışdır. İlkin iddia üzrə iddiaçı tələbini həm də onunla əsaslandıra bilər ki, mübahisəli torpağın alğısatqısı müqaviləsi üzrə digər mülkiyyətçilər müqaviləni imzalamamışlar. Yəni ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyət çilərinin razılığı (imzası) olmadan əmlaka sərəncam verilmişdir. Doğrudur, mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin sözügedən razılaşmadan 15 ilə yaxın vaxtın keçməsi və bu razılaşmaya qarşı hər hansı etirazın bildirilməməsi (susması) onu göstərir ki, birgə mülkiyyətçilərin iştirakçıları olan digər mülkiyyətçilərin bu sövdələşmədən məlumatı olmuş, susmaqla bu sövdələşməyə razılıqlarını bildirmişlər.

22. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, 2008-ci ildə hazırkı iş üzrə ilkin iddiaçı olan İddiaçı digər birgə mülkiyyətçilərin razılığı ilə mülkiyyətlərində olan torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərin a tası ilə razılığa gəlmiş, cavabdehlərin atası tərəfindən torpağa görə pul vəsaiti ödənilmiş, torpaq sahəsi alıcı kimi ona təhvil verilmişdir. Həmin vaxtdan da həmin torpaq sahəsi cavabdehlərin atasının və ailə üzvlərinin fasiləsiz sahibliyində və istifadəsindədir. Onlar torpaqdan öz əmlakı kimi istifadə edilrlər, orda müəyyən yaxşılaşdırma işləri də aparmışlar. Ona görə də alqı-satqı müqaviləsinin forma tələblərinə riayət edilməməsi və ya digər mülkiyyətçilərin razılıqlarının (iradə ifadəsinin) olmaması səbəbindən sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmamış hesab edilməsi və ya etibarsız hesab edilməsi qənaətinə gəlmək mümkün deyildir. İddia edilən torpaq sahəsinin cavabdehlərin (atasının) müvəqqəti icarəsinə (istifadəsinə) verilməsi, yaxud tərəflər arasında torpağın al qı-satqı müqaviləsinin bağlanmaması (bağlanmamış hesab edilməsi və ya etibarsız hesab edilməsi) barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Məhkəmə tərəflər arasında torpaqla bağlı yaranmış münasibətləri düzgün qiymətləndirməmiş, səhv qənaətə gəlmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Cavabdehlərin torpaq sahəsindən çıxarılmasına dair ilkin iddianın təmin edilməsinə dair hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. İlkin iddianın təmin edilməməsi qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırır. İlkin iddia təmin edilmədiyindən pul məbləğinin qaytarılması, çəkilən əlavə xərclərin ödənilməsi barədə qarşılıqlı iddianın araşdırılmasına zərurət yoxdur, çünki belə olan halda qa rşılıqlı iddia da təmin edilməməlidir.

23. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.2, 222, 355.2 və 1151-ci, Torpaq Məcəlləsinin 111.1 və 111.2-ci, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il qərarına, MPM-in 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. Kassasiya şikayətinin dəlilləri

24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-4281/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsində n iddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti vermişdir.

25. Kassasiya şikayətində göstərilmişdir ki, digər mülkiyyətçilər tərəf kimi tanınmamışlar. Onlar işə cəlb edilməmişlər. Onların möqeyini bilmədən məhkəmə onların adindan çıxış etmək, onların işə münasibəti barədə fikir yürütməsi mülki prosessual qanunvericiliyin tələblərinə görə yolverilməzdir. Məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçının iddiası hüquqlarına toxunan şəxsləri dinləmədən onların əqdi bəyənməsi nəticəsinə gəlinməsi məhkəmənin subyektiv fikri ola bilər. Subyektiv fikirlə isə bu iş üzrə qərar qəbul edilməsinə kifayət etmir. Çünki bu fikirlər təsdiqini tapmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə mülki iş üzrə sübutları tam araşdırmadan iş üzrə tərəf olacaq və ya hüquqları pozulacaq şəxslərin mövqeyini dəqiqləşdirmədən əsassız nəticəyə gəlmişdir.

26. İddiaçı (vəkili Nümayəndə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-4281/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayətinə əlavə vermişdir.

27. Kassasiya şikayətinə əlavədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, qeyd edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi cavabdehlərin mərhum atalarının mülkiyyətində olmamışdır. Hazırda da dövlət tərəfi ndən tanınan mülkiyyət hüququ ilkin iddiaçıya və iş üzrə tərəf kimi tanınmayan digər şəxslərə məxsusdur. Başqa şəxslərin (hazırda yaşayan şəxslərin) mülkiyyətində olan torpaq sahəsi miras kütləsinə necə daxil olması mükün deyildir. İş materiallarında olan vərəsəlik haqqında şəhadətnamədən də görünür ki, mübahisələndirilən torpaq sahəsi cavabdehlərə çatacaq miras əmlaka daxil edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh kassasiya şikayətinə etiraz edərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-520/2023 saylı 04 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

29. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə 29, 1-4-cü hissələr. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetiri lməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

32. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənlə şdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə

222. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 337.3. Əhə miyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

40. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

41. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 42. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

43. Maddə 56, 9-cu bənd. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.

44. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

45. Maddə 111.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi

46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ilk iddianın rədd olunması hissədə mübahisələndirmiş, cavabbdehlər isə qarşılıqlı iddianın rədd olunması hissədə qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin aktı ilk iddianın rədd olunması hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

56. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən iddiaçının və ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 1,97 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları və torpaq sahəsi ilə bağlı qanunsuz hərəkətlərinə son qoyulması ilə əlaqədar İddiaçı iddiasını rədd edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin predmeti olan 1,97 ha torpaq sahəsinə idd iaçının və onun ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa da, cavabdehlərin həmin torpaq sahəsinə sahibliyi qanunsüz olmamış, İddiaçı 2008-ci ildə torpaq sahəsini cavabdehlərin atası mərhum Rafiq Qüdrətova satmış, əvəzində pul vəsaiti almışdır. Bu barədə Rafiq Qüdrətov tərəfindən yazılmış yazılı qəbz mövcuddur. Torpaq sahəsinin alqı-satqısının notarial təsdiqlənməməsi və qeydiyyatdan keçməməsi alıcının torpaq sahəsinə sahibliyinin və həmintorpaq sahəsindən istifadəsinin qanunsuz olmasına dəlalət edən hallar deyildir.

57. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini satın alan Rafiq Qüdrətovun ölümü ilə onun torpaq sahəsinə sahibliyinə xitam verilməmiş, sahiblik vərəsəlik qaydasında övladlarına, o cümlədən hazırkı iş üzrə cavabdehlərə keçmi şdir. Satıcı İddiaçı hazırda cavabdehə münasibətdə vicdanlı davranmamışdır. Digər birgə mülkiyyətçilərin torpaq sahəsinin satılmasına razılıqlarının olmaması alqı-satqının etibarsız sayılmasına əsas versə də, sözügedən razılaşmadan 15 ilə yaxın vaxtın keçməsi və bu razılaşmaya qarşı onların hər hansı etiraz bildirilməmələri onu göstərir ki, onlar susmaqla bu sövdələşməyə razılıqlarını bildirmişlər. 58. 2008-ci ildən həmin torpaq sahəsi cavabdehlərin atasının və ailə üzvlərinin fasiləsiz sahibliyində və istifadəsindədir. Onlar torpaqdan öz əmlakı kimi istifadə edilrlər, orda müəyyən yaxşılaşdırma işləri də aparmışlar. Ona görə də alqı-satqı müqaviləsinin forma tələblərinə riayət olunmaması və ya digər mülkiyyətçilərin razılıqlarının (iradə ifadəsi) olmaması səbəbindən sözügedən torpaq sahəs inin alqı-satqı müqaviləsinin bağlanmamış hesab edilməsi və ya etibarsız sayılması qənaətinə gəlmək mümkün deyildir.

59. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini aşağıdakılara əsasən qanuni və əsaslı hesab etmir.

60. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən 1,97 hektar torpaq sahəsi iddiaçının və ailə üzvlərinin ümumi mülkiyyətindədir, İddiaçı hazırkı iddia tələbində həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpasını xahiş etmişdir. İddiaçının və ailə üzvlərinin torpaq sahəsi üzərində mülkiyyət hüququ cavabdehlər tərəfindən mübahisələndirilməmiş, cavabdehlər qarşılıqlı iddia ərizəsində torpaq sahəsinin ataları Rafiq Qurbanovdan miras qalmasını, onlara məxsu s olmasını, Rafiq Qurbanovla İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlı əqd olmasını deyil, mübahisə predmeti olan torpaq sahəsinə görə ödənilmiş 9750 manat, həmin torpaq sahəsinin abadlaşdırılmasına görə çəkilmiş xərclərin əvəzi kimi 3000 manat pulun alınıb onlara verilməsi tələblərini irəli sürmüş, dolayısı ilə torpaq sahəsinin mülkiyyətçiyə qaytarılmasına etiraz etməmişlər.

61. Mülki qanunvericiliyə görə şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından bəzi müqavilələrin yazılı formada bağlanmaqla notarial qaydada təsdiqlənməsi məcburidir. Qanunla müəyyən edilmiş həmin forma tələblərinə riayət olunmaması müqavilənin etibarsızlığı (əhəmiyyətsiz əqd) üçün əsasdır. Daşınmaz əmlakın alqı-satqısı barədə müqavilələr də bu qəbildən olan müqavilədir. Həmin müqavilə nin etibarlı hala gətirilməsi üçün tərəflərin müqavilə şərtlərini təsdiq etmələri, tərəflərdən biri təsdiq etmədən vicdansızcasına yayındıqda və ya hüquqdan sui istifadə etdikdə isə bunun məhkəmə qaydasında təsbit olunması zəruridir.

62. Yuxarıda göstəridiyi kimi hazırkı iş üzrə iddiaçı tərəf mülkiyyət hüququnun bərpası barədə iddia qaldırmış, cavabdeh tərəf mərhum ataları tərəfindən bağlanmış torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin etibarlı hala gətirilməsi üçün tələb irəli sürməmiş, əksinə torpaq sahəsinin satın alınmasına görə ödənilmiş vəsaiti və torpaq sahəsinin abadlaşdırılmasına görə çəkilmiş xərcləri tələb etmişlər.

63. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarlı olması, iddiaçının mülkiyy ət hüquququn müdafiəsinin mümkünsüzlüyü barədə qənaəti qanuni və əsaslı hesab edildə bilməz.

64. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, tərəflər arasında bağlanmış torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin hazırkı vəziyyətdə əhəmiyyətsiz əqd olması nəzərə alınmaqla Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqini müzakirə etməlidir.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-520/2023 nömrəli iş üzrə 04 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar