Məhkəmə qərarları › İş №2(102)-4283/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4283/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4283/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh «Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu” ASC-yə qarşı “pul tələbi”nə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Rəhimov lham Teyyub oğlunun və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1080/2021 nömrəli iş ü zrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 259 №-li 08 oktyabr 2018-ci il tarixli sərəncamından görünür ki, “X1” və “Neftmaş Xüsusi Konstruktor Bürosu” törəmə açıq səhmdar cəmiyyətləri "xxxx" törəmə açıq səhmdar cəmiyyətinə qoşularaq yenidən təşkil edilmişdir. İddiaçı məxsus əmək kitabçasından da görünür ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq Səhmdar Cəmiyyəti n idarə edilməsi funksiyası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 28.12.2018-ci il tarixli əmri ilə müəssisənin ləğvi ilə əlaqədar o, tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 259 saylı, 08 oktyabr 2018-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası "xxxx" ASC-nin sədri Ə.Y.Qaraxanovun 19 saylı, 15 oktyabr 2018-ci il tarixli əmrindən görünür ki, ”Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu” ASC-nin təşkil edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin sürətləndirilməsinin, habelə dövlət əmlakının qorunub saxlanmasının və səmərəli istifadə edilməsinin təmin olunması üçün komissiya yaradılmış və İddiaçı da həmin komissiyanın üzvü təyin edilmişdir. “X1” TASC-la "xxxx" TASC arasında tərtib edilmiş təhvil təslim aktının surətindən görünür ki, “X1” TASC idarə heyətinin sədri İddiaçı 19.11.2018-ci il tarixdə imza etməklə 21.11.2018-ci il tarixdə "xxxx" TASC-nin idarə heyətinin sədri Ə.H.Əliyev 21.11.2018-ci il tarixdə təhvil təslim aktına əsasən təhvil-təslim aktının passiv hesablaşmalar nəzərdə tutulan sonuncu abzaslarında “balansın 710-cu sətrində “sair kreditorlarla hesablaşmalar” (71) 21146 manat olmaqla təh-təl şəxslərə və xidməti müqavilə ilə işləyənlərə görə olan borclar təhvil-təslim edilmiş və bu barədə akt tətib edilmişdir. "xxxx" AzİNMAŞ ASC-nin idarə heyətinin sədrinin iddiaçının 19.06.2019-cu il tarixli pretenziya məktubuna ünvanlanmış cavab məktubundan görünür ki, pretenziiya mək tubunda qeyd olunan 14136,59 manat nağd pul vəsaitinin sənədləşdirilməsi düzgün aparılmamışdır. Həmçinin "xxxx" AzİNMAŞ ASC-nin idarə heyətinin sədrinin məhkəməyə ünvanladığı 23.09.2019-cu il tarixli 211/10-150 №-li məktubunda da fiziki şəxsə borc qəbul orderi və ya xərcləri təsdiq edən sənədlərin mövcud olmadığı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin ona olan 14134.59 manat borcunun, həmçinin vəkilin hüquqi yardımına görə ödənilmiş 110 manat xərcin və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçıya 07.06.2004-cü il tarixdə n Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin NK-04 №-li əmri ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi "xxxx" ASC-nin “X1” Törəmə Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsi həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq Səhmdar Cəmiyyətin idarə edilməsi funksiyası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 28.12.2018-ci il tarixli əmri ilə müəssisənin ləğvi ilə əlaqədar o, tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 259 saylı, 08oktyabr 2018-ci il tarix li Sərəncamına əsasən “X2” və “Neftmaş Xüsusi Konstruktor Bürosu” törəmə açıq cəmiyyətləri "xxxx" törəmə açıq səhmdar cəmiyyətinə qoşularaq "xxxx" (Azinmaş) Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır. Həmin Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası "xxxx" ASC-nin sədri Ə.Y.Qaraxanovun 19 saylı, 15 oktyabr 2018-ci il tarixli əmrinə əsasən açıq səhmdar cəmiyyətinin təşkil edilməsi ilə bağlı həyata keçirilən tədbirlərin sürətləndirilməsinin, habelə dövlət əmlakının qorunub saxlanmasının və səmərəli istifadə edilməsinin təmin olunması üçün komissiya yaradılmış, onu da həmin komissiyanın üzvü təyin etmişlər. "xxxx" ASC-nin “X1” Törəmə Cəmiyyətinin idarə heyətinin sədri kimi 30 oktyabr 2018-ci il tarixdə cəmiyyətin əsas vəsaitlərin, mal-materialların, digər maddi qiymətlilərin və hesablaşmaların inventarlaşdırmalarının və təhvil-təslim işlərinin həyata keçirilməsi ilə komissiyanın yaradılması barədə 05 saylı və cəmiyyətin daşınmaz əmlakının təhvil-təslim işlərinin həyata keçirilməsi məqsədi ilə komissiyanın yaradılması barədə 06 saylı əmrlər vermişdir. Komissiyanın təhvil-təslim aktına əsasən “X1” TASC-nin debitor və kreditor borcları "xxxx" TASCnə təhvil verilmişdir. Həmin akta əsasən təh-təl hesab üzrə 14136.36 manat məbləğində kreditor borcu da cavabdehə təhvil verilmişdir. Həmin təh-təl hesab üzrə ödənişləri şəxsən öz vəsaiti hesabına ödəmişdir. Belə ki, 2018-ci ilin yanvar ayından oktyabr ayınadək "xxxx" ASC-nə enerji haqqı -5296 manat, “Uninet”ə internet haqqı - 280 manat, "xxxx" ASC-nə qaz haqqı – 350 manat, “Azpetrol” LTD-yə yanaca q haqqı - 1000 manat, "xxxx" MMC-nə telefona abunə haqqı - 257,26 manat, “Baktelekom”a telefona abunə haqqı - 45,53 manat, "xxxx" ASC-nə su və kanalizasiya haqqı - 900 manat, "xxxx" MMC-nə telefon abunə haqqı - 1140 manat, "xxxx" MMC-nə sertifikat almaq üçün - 590 manat, "xxxx" MMC-nə zibilin daşınması haqqı - 800 manat, “Paşa sığorta”-ya avtomobillərin sığorta haqqı - 63 manat, Poçt haqqı - 82,9 manat, Vergi borcu - 1082 manat, DSMF-na sosial sığorta haqları 1601,9 manat, Fiziki şəxs H.Q.Səlimova mis məftilin alınması üçün - 646 manat olmaqla cəmi 14134,59 (on dörd min yüz otuz dörd manat 59 qəpik) manat məbləğində ödənişləri “X1” TASC-nin əvəzinə ödəmişdir. Lakin, “X1” TASC-nin hüquqi varisi kreditor borclarını təhvil alsa da, ona ödənilməli pulunu bu günədək qaytarmamışdır. "xxxx" AzİNM AŞ ASC-nin idarə heyətinin sədrinin məhkəməyə ünvanladığı 11.12.2019-cu il tarixli 24-1/188 №-li məktubunda müəssisənin ehtiyaclarının ödənilməsi üçün xərclənən vəsaitin iddiaçıya məxsus olmasının təsdiq olunmadığı qeyd olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.12.2019-cu il tarixli ekspertizanın keçirilməsinə dair qərardaddan görünür ki, İddiaçı "xxxx" ASC-də işlədiyi müddətdə, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində təh-təl hesab üzrə “Azərişıq ASC-nə 5296 manat, “Uninetə” internet haqqı-280 manat, "xxxx" İb-nə -350 manat, Azpetrol LTD-yə - 1000 manat, "xxxx" MMC-nə telefon abunə haqqı- 257,26 manat, “Baktelocom” telefon haqqı-45,53 manat, "xxxx" ASC-yə 900 manat, "xxxx" MMC-yə 1140 manat, "xxxx" MMC-yə 590 manat, UP İnternational MMC-nə 800 manat, “Paşa” Sığortaya avtom obillərin sığorta haqqı 63 manat, poçt haqqı-82,9 manat, vergi borcu 1082 manat, sosial sığorta haqları-1601,9 manat, mis məftilin alınması üçün 646 manat, cəmi 14134,59 manat pul vəsaitini şəxsi hesabından "xxxx" ASC-yə ödənilməsinin təsdiq edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. 29.04.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ekspertiza aparmaqdan imtina edilməsi barədə 31.01.2020-ci il tarixli və 12.03.2020-ci il tarixli məlumatdan görünür ki, hər iki müəssisənin aylıq və illik balansı və audit aktı təqdim edilmədiyindən rəyin verilməsi mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 07 sentyabr 2020-ci il tarixli, 2(005)-229/2020 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ödənişləri «X1 » TASC-nin əvəzinə ödəməsinə görə cavabdehdən həmin vəsaitləri geri tələb etmiş, lakin tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və həmin pulu şəxsi vəsaiti hesabına ödəməsi ilə məhkəməyə hər hansı sübut edə bilməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(005)-229/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Ziya Şiri nov və Fuad Talışinski) 16 fevral 2021-ci il tarixli 2(103)-1080/2021 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2(005)-229/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki: İddiaçı hazırki iddia tələbində - «X1» TASC-nin idarə heyətinin sədri vəzifəsində işləyən zamanı şəxsi vəsaiti hesabına ümumilikdə 14134,59 manat məbləğində ödənişləri «X1» TASC-nin əvəzinə sonuncunun müvafiq təşkilatlara olan borcuna görə ödəməsini, həmin məbləğin təhtəl hesabda da öz əksini tapması və təhvil-təslim aktlarına əsasən öhdəliyin yeni yaranmış hüquqi şəxsə (cavabdeh "xxxx" ASC) keçməsini göstərərək, cavabdehdən hüquq varisliyi kimi 14134,59 manat pulu tələb etmişdir. Cavab deh tərəf isə tələb olunan pul vəsaitinin məhz iddiaçıya məxsus olması, yəni iddiaçının şəxsi vəsaiti hesabına 14134,59 manat məbləğində ödənişlərin edilməsinə dair mötəbər sübutların (qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş sənədlərin) təqdim olunmamasını etirazlarının əsası kimi göstərməklə iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı 14134,59 manat məbləğində ödənişləri «X1» TASC-nin əvəzinə digər şəxslərə (fiziki və hüquqi şəxslərə, təşkilatlara) ödəməsini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinə yalnız şahid ifadəsi təqdim etmişdir ki, bu halın şahid ifadəsi ilə müəyyən olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya di gər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İddiaçı ümumiyyətdə özünün adından və şəxsi vəsaiti hesabına həyata keçirilmiş hər hansı ödənişlə bağlı məhkəməyə sənəd (mühasibat uçotu qaydalarına əsasən kassa sənədləri, tələb hüququnun mövcudluğunu təsdiq edən digər sənəd və s.) təqdim edə bilməmişdir. İşdə olan kassa sənədlərində göstərilənlər də iddianın əsaslı olması üçün yetərli deyildir. Çünki, həmin kassa sənədlərində göstərilən pul vəsaitlərinin məhz iddiaçının şəxsi vəsaiti hesabına həyata keçiri lməsi görünmür. (həmçinin bəzi kassa sənədləri qanunvericliyin tələblərinə uyğun tərtib olunmamışdır) Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 16 iyul 2013-cü il tarixli Q-16 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda kassa əməliyyatlarının aparılması Qaydaları»nın 1.6-cı bəndinə əsasən təşkilatların kassalarından təhtəlhesab şəxslərə nağd pul müvafiq müddətlərə verilir. Təhtəlhesab şəxslər aldıqları avansların təyinatından asılı olaraq 5 iş günü müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı (1 nömrəli əlavə) təqdim etməlidirlər və xərclənməyən pul qalığını kassaya qaytarmalıdırlar. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kassadan nağd pul təşkilatın rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədarı və pulu qəbul edən şəxs tərəfindən imzalanmış kassa məxaric orderi (1 nömrəli əlavə) və ona əlavə edilmiş ödəniş sənədləri əsasında verilir. Qaydaların 3.5-ci bəndinə əsasən kassa məxaric orderinə əlavə edilən ödəniş sənədləri təşkilatların və ya onun müvafiq struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədarı və pulu qəbul edən şəxslər tərəfindən imzalanır. Qaydaların 3.10-cu bəndinə əsasən ayrı-ayrı şəxslərə birdəfəlik ödənişlər kassa məxaric orderi vasitəsilə verilir. Qaydaların 3.15-ci bəndinə əsasən kassa mədaxil orderi blanklarının cırılmasına, pozuntuların aparılmasına, ləkələnməsinə, habelə kassa mədaxil və məxaric orderlərinin üzə rində düzəlişlərin edilməsinə yol verilmir (korlanmış blankların əvəzinə başqaları doldurulur). Korlanmış kassa mədaxil orderi blankları ciddi hesabat blankları üçün müəyyən edilmiş qaydada ləğv olunur. Kassa məxaric orderləri yazıldıqdan, rəhbər və baş mühasib tərəfindən imzalandıqdan sonra, xüsusi olaraq hazırlanmış kitabda baş mühasib və ya bu işlərin icrası həvalə edilmiş mühasib tərəfindən qeydiyyata alınır və icra üçün xəzinədara verilir. Qaydaların 3.16-cı bəndinə əsasən gün ərzində müvafiq qaydada istifadə edilmiş (rəsmiləşdirilmiş) kassa mədaxil və məxaric orderləri üzrə reyestr tərtib edilir və həmin reyestrlərin yekun məbləğləri kassa kitabına işlənir. Reyestrlərdə kassa mədaxil və məxaric orderlərinin nömrələri, tarixləri və məbləğləri yazılaraq gün ərzində mədaxil və məxaric ə məliyyatları üzrə yekun məbləğləri göstərilir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən kassa əməliyyatlarının aparılması zamanı müvafiq qaydalar müəyyən edilmişdir. İddiaçı isə tələbinin əsası ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı, həmçinin təhvil-təslim aktlarına istinad etsə də, işdə olan həmin aktlarda 14134,59 manat pulun məhz iddiaçıya məxsus olması ilə bağlı da hər hansı qeyd mövcud deyidir. Eyni zamanda tərəflər apellyasiya baxışı zamanı məhkəmə mühasibatlıq ekspertizanın keçirilməsinə hər hansı zərurətin olmamasını, birinci instansiya məhkəməsi tərəfindən lüzumsuz olaraq ekspertizanın təyin olunmasını bildirmişlər. Çünki, hazırki iddia tələbi üzrə xüsusi bilik tələb edən sual mövcud deyildir. Mübahisəli hal sübutetmə yükü ilə bağlı olmaqla hüquqi məsələdir. Məhkəmə kollegiyası razılaşmışdır ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizanın təyin olunmasını hər hansı zərurət olmamışdır. Belə ki, ekspert qarşısında əsasən hüquqi məsələlərlə bağlı suallar (iddiaçının şəxsi pul vəsaiti hesabına ödənişlərin həyata keçirilməsi, təhtəl hesabda olan pul vəsaitinin iddiaçıya aidiyyəti və s.) qoyulmuşdur ki, bu da qanunvericiliyin tələblərinə uyğun deyildir. Ümumiyyətlə, tərəflər təhtəl hesabda müvafiq pul vəsaitinin mövcudluğunu inkar etmir, bu hal təhvil-təslim aktlarından da görünür. Lakin həmin pul vəsaitinin məhz iddiaçıya ödənilməli olması ilə bağlı mübahisə vardır ki, bu hal xüsusi bilik tələb edən məsələ deyildir. İddiaçı həmin pul vəsaiti ilə bağlı tələb hüququnun mövcudl uğunu sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2021-ci il tarixli 2(103)-1080/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qüvvədə olan mövcud qanunvericiliyə əsasən inventarizasiya başlananadək maddi- məsul şəxs tərəfindən kreditor borcla rı və sair öhdəliklər uçot kitabı məlumatları əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparılmış və öhdələrində olan kreditor borclarının və sair öhdəliklərin qalıqları üzləşdirmə qaydasında dəqiqləşdirmiş və həmin öhdəliklərin mövcudluğu yoxlanmışdır. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən kreditor borcları və sair öhdəliklər, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirilməklə uçot kitablarına daxil edilmişdir. İnventarizasiya aparan komissiya tərəfindən mühasibat uçotu registrlərində nöqsan və çatışmazlıqlar aşkar olunduğu halda müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılması üçün, habelə uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən kredito r borcları və sair öhdəliklər mühasibat uçotu balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilmişir. Yuxarıda qeyd olunan faktların düzgünlüyü barədə Vergi orqanı tərəfindən dəfələrlə sənədli yoxlama aparılsada qanun pozuntusuna yol verilməsi faktının olmadığı göstərilmiş, eyni zamanda iddiaçı tərəfindən rəhbəri olduğu “X1” TASC-nin maliyyə imkanlarının məhdud olduğunu, habelə debitorlar tərəfindən külli məbləğdə maliyyə sanksiyası, cərimə və əlavə faiz məbləğinə məruz qalaraq müəssisənin maliyyə durumunun pisləşməsinin qarşısını alınması məqsədi ilə özünə məxsus 14.274,59 manat vəsaiti müəssisənin adından müxtəlif borclu olduğu şəxslərə ödəmək qərarını vermişdir. İddiaçı üçüncü şəxs kimi “X1” TASC-nin əvəzinə təhtəl hesabları üzrə öhdəlikləri icra edərək kreditorlara ("xxx x" ASC-nə, "xxxx" ASC-nə, «Baktelekom»a, "xxxx" ASC-nə və s.) olan borcları ödəmişdir. Tələb hüququ ona keçdiyindən borclunun hüquqi varisindən həmin borcu tələb etməkdə haqlı olmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Rəhimov lham Teyyub oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəx sin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Maddə 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzr ə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1080/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar